Xaricdə təhsil almaq bir çox gəncin arzusudur. Xüsusilə bakalavr təhsilini xaricdə ala bilməyən tələbələr, magistr təhsilini xarici universitetlərdə davam etdirmək istəyirlər. Bu ölkələr sırasında Türkiyədə təhsil almaq istəyənlər daha çox olur. Həm bizə yaxın olması, mədəniyyətlərin oxşarlığı və təhsilin yüksək səviyyədə olması tələbələr bu ölkəni seçməyə imkan verir.
Türkiyədə həm dövlət universitetlərində, həm də özəl universitetlərdə magistr təhsili ala bilərsiz.
Dövlət universitetlərində necə təhsil ala bilərəm?
Türkiyədə demək olar ki, bütün bölgələrində dövlət universitetləri var. Bunun ən çoxu İstanbul, Ankara və İzmir şəhərlərinin payına düşür. Təhsil haqqı az olduğu və keyfiyyətli təhsil olduğu üçün dünyanın bir çox ölkəsindən burda oxumaq üçün müraciət edən tələbələr var. Bu da onu göstərir ki, qəbul üçün rəqabət güclü olur.
Magistr təhsili tezli və tezsiz olaraq iki yerə ayrılır. Tezli proqram oxuyanlar sonrada doktorantura təhsili ala bilər, tezsiz proqram oxuyanlar doktoranturaya müraciət edə bilməz. Başqa heç bir fərqi yoxdur tezli ilə tezsiz proqramın. Türkiyədə dövlət universitetlərində oxumaq üçün baçlıca şərt təhsil almaq istədiyiniz ixtisas bakalavr pilləsində oxuduğunuz ixtisas ilə eyni olmalı və ya yaxın sahə olmalıdır. Növbəti şərt bakalavr pilləsində oxuduğunuz müddətdə GPA (ortalama bal) yaxşı olmalııdır. Ən az 80-dən aşağı olmasa qəbul şanısınız yüksək olar. Tezli proqramda oxumaq üçün hər bir universitetin fərqli şərtləri vardır. Bəzi universitetlər tək ortalama bal ilə qəbul edir, bəziləri ortalama ilə bərabər ingilis dili imtahanı olan TOEFL və ya YDS də istəyirlər. Bəziləri də ingilis dili imtahanı ilə bərabər ALES tələbi də var. ALES tələbi olan universitetlər azdır, təxminən 7-8 universitet. ALES tələbi olan universitetlərdə mütlət TOEFL və ya YDS imtahan nəticəniz də olmalıdır. Tək ALES imtahandan nəticənizin olması yetərli deyil. Hazırlıqlara başlayanda mütləq bunu nəzərə alın.
Tezsiz proqramlara qəbul daha rahatdır. Burda bir çox universitetlər tək ortalama ilə qəbul edir. Həmçinin fərqli ixtisasa da gedə bilərsiz tezsiz proqramlarda
Həm tezli, həm də tezsiz proqramlarda əgər türkcə oxumaq istəsəniz sizdən TÖMƏR imtahanı tələb edəcəklər. Bu imtahan türk dili imtahanıdır və türk dili biliyinizi təsdiq etmək üçün verilir. Bu imtahan öncədən də verə bilərsiz və ya universitetə başlayanda sizi test edəcəklər, əgər uğurlu olarsa birbaşa universitetə başlayırsız, uğursuz olarsa, hazırlıq keçirsiz.
Əgər ingiliscə proqram seçsəniz sizdən TOEFL imtahanı tələb edəcəklər. TOEFL imtahanı sizin ingilis dili biliklərinizi təsdiq etmək üçün verilir.
Təhsil haqqı nə qədərdir?
Dğvlət universitetlərində təhsil haqqı təxminən 500-2000 manat arasındadır. Amma bəzi tezsiz proqramlar var ki, bahadır. Məsələn Marmara universitetində tezsiz proqramlar 10.000 TL-dir.
Özəl universitetlərdə magistr təhsili
Dünyanın bir çox yerlərində olduğu kimi Türkiyədə də bir sıra özəl universitetlər dövlət universitetlərindən üstündür. Təhsil haqqı yüksək olsa da, tələbəyə dəyər vermək, daha yaxşı təhsil sisteminin olması və s. görə özəl universitetlər seçilir. Özəl universitetlərə qəbul üçün ortalama balınız və TOEFL (ingiliscə proqramlar üçün), TÖMƏR (Türk dili proqramlar üçün) imtahanları tələb olunacaq. Əlavə olaraq bəzi universitetlərdə nəticələri yaxşı olan tələbələrə təqaüd verilir. Təhsil haqqı 2000 dollardan başlayır.
Qəbul üçün nə etməliyəm?
Türkiyə universitetlərinə yüzlərlə gənci qəbul içini görən CELT Colleges, sizin də Türkiyədə təhsil almaq xəyallarınızı reallığa çevirə bilər. Biz sizə universitet seçimi, yataqxana sifariş etmək, qəbul prosesi, ixtisas seçimi və s. işlərdə xidmət göstərməyə hazırıq. Əgər zəmanətli qəbul olmaq istəyirsinizsə, bizə müraciət edə bilərsiz
CELT Colleges
Fərid Kərimov
Türkiyədə təhsil üzrə koordinator
012 492 68 53, 055 503 59 39
Email: turkiye@celt.az
Salam iqtisadiyyat oxusam türkiyede hansı ixtisas üzre magistratura oxumaq olar?
Salam,
İqtisadiyyat, maliyyə, marketing, Biznesin idarə edilməsi üzrə təhsil ala bilərsiniz
Salam ortalamam 61 dibTurkiyede hansı unilere muraciet ede bilerem birde tehsil haqqı ne qeder olar
Özəllərə
Salam.Mən hal hazırda Türkiyədə bakalavr təhsili aliram 3-cü kursdayam.Yös proqramı ilə qəbul olmuşam. TYS vermişəm.Magistraturanı yenə Türkiyədə oxumaq istəyirəm.ALES proqrami və yenidən TYS imtahanını verməliyəm? Birdə oxuduğum bölüm siyasət və dövlət idarəçiliyidir.Hansı fakultələri seçə bilərəm və bal nə qədər olmalıdır?Zəhmət olmasa yazardınız…
Salam,
ALES tələb edən universitetlər var, amma ALES versəniz YDS də verməniz lazımdır. Onlar ikisi birlikdə olmalıdır. Direkt ortalama ilə qəbul edən universitetlər də var. Ortalamanız yaxşıdırsa direkt müraciət edə bilərsiz
Salam , mən filologiya fakültəsində oxuyuram hələ bitirmedim yəni 3-cu kursdayam magistri Türkiyədə davam etdirmək istəyirəm, ingilis dilini zeif olduğundan Türkçe imtahan verib o dildə təhsil ala bilərəm?
Salam,
Bəli ala bilərsiniz
Salam. Türkiyənin hüquq diplomu Azərbaycanda tanınır? Türkiyədə 4 illik lisansdan sonra gəlib Azərbaycanda avukat ola biləcəm?
Salam,
tanınır
Salam
Azərbaycanda alman dil və ədəbiyyat müəllimliyi oxuyuram. Türkiyədə magistrı nə üzrə oxuya bilərəm?
Salam,
Təhsilin idarə edilməsi, Biznesin idarə edilməsi üzrə oxuya bilərsiz
Salam aşagı ortalamayla qebul şansı var? 60 dı ortalama
Salam Elvin bəy,
Bəli mümkündür
Salam,Istanbul universitetine magistr tehsili almaq isteyirem.
Ortalama 65 di mumkundu
Tezsiz magistr tehsili almaq
Salam,
Ortalamanız azdır, amma şansınızı yoxlaya bilərsiz
Salam.Türkiyədə istanbulda ingilis dilinidə magistr təhsili almaq üçün TOEFL balı minimum neçə olmağı tövsiyə edilir?Magistr təhsili üçün TOEFL balı daha vacibdir yoxsa GPA qiyməti?Və TOEFL balı yüksək olmağı qəbul şansını artırır?
Salam,
İngilis dili üçün TOEFL olmalıdır. 80+ arzuolunandır. TOEFL balı qəbulda şansınızı artırmır
Salam 67 ortalama ilə Türkiyədə dövlət universitetində təhsil almaq mümkündür?
Çətin ama tezsiz mümkün olar.
Salam. Kimya və biologoya müəllimliyi oxuyuram hal hazırda. Türkiyədə hansı ixtisaslar üzrə magistr oxumaq şansım var?
Salam,
Təhsilin idarə edilməsi, Biznesin idarə edilməsi, Genetika və s
Men Fransız Dili üzre tehsilimi almiwam bakalavr Türkiye’de ne üzre oxuya bilerem magistri ??
Salam,
Təhsilin idarə edilmısi, Biznesin idarə edilməsi üzrə təhsil ala bilərsiniz
Salam. Azərbaycanda Filologiya Fakültəsini bitirib, daha sonra Türkiyədə bu ixtisas üzrə magistrarura oxumaq mümkündürmü? Və ya mümkünsə şərtlər nələrdir bu ixtisas üzrə oxumaqçün?)
Salam,
mümkkündür. Ətraflı 055 503 59 39
Salam. Fizika müəllimliyini bitirmişəm. Burda MBA oxumaq daha yaxşıdır yoxsa Türkiyədə biznesin idarə edilməsi. Və ortalama balım 70 dir
Salam,
Təbbi ki Türkiyədə
Azərbaycanda ibtidai sinif müəllimliyi oxuyuram, Türkiyədə nə kimi ixtisaslarda magistr təhsili ala bilərəm?
Salam,
Təhsilin idarə edilməsi, Biznesin idarə edilməsi, Öz ixtisasınız üzrə təhsil ala bilərsiniz
Salam men rejissor ixtisasi üzre bakalavri96 2 balla bitirmiwem Türkiye’de magistr uçun hansi üniversiteti ve ixtisasi yaxin görürsünüz .
Salam,
Sinema ve Televizyon bölümünü, İstanbul Kültür universiteti
Salam. İnformasiya texnologiyaları ixtisasını bu il bitirirəm, orta balım 85-dir. Türkiyədə magistraturada hansı uygun ixtisaslarda oxuya bilərəm?
Salam,
Öz ixtisasınız və yaxın sahələr, Biznesin idarə edilməsi
Salam, hüquqşünaslıq ixtisası üzrə bakalvr dərəcəsini 89 ortalama ilə başa vurmuşam. Bakalavr diplomu və ortalama göstəricisi ilə hansı nüfuzlu universitetlərdə magistratura təhsili ala bilərəm. Əgər bu 2 amil kifayət etmirsə, bəs TYS imtahanı verməklə hansı prestijli universitetlərə müraciət etmək mümkündür?
Salam,
TYS hər bir halda verməlisiz. Ortalama iləı İstanbul universiteti mümkündür