Türkiyədə necə magistr təhsili ala bilərəm?

Xaricdə təhsil almaq bir çox gəncin arzusudur. Xüsusilə bakalavr təhsilini xaricdə ala bilməyən tələbələr, magistr təhsilini xarici universitetlərdə davam etdirmək istəyirlər. Bu ölkələr sırasında Türkiyədə təhsil almaq istəyənlər daha çox olur. Həm bizə yaxın olması, mədəniyyətlərin oxşarlığı və təhsilin yüksək səviyyədə olması tələbələr bu ölkəni seçməyə imkan verir.

Türkiyədə həm dövlət universitetlərində, həm də özəl universitetlərdə magistr təhsili ala bilərsiz.

Dövlət universitetlərində necə təhsil ala bilərəm?

Türkiyədə demək olar ki, bütün bölgələrində dövlət universitetləri var. Bunun ən çoxu İstanbul, Ankara və İzmir şəhərlərinin payına düşür. Təhsil haqqı az olduğu və keyfiyyətli təhsil olduğu üçün dünyanın bir çox ölkəsindən burda oxumaq üçün müraciət edən tələbələr var. Bu da onu göstərir ki, qəbul üçün rəqabət güclü olur.

Magistr təhsili tezli və tezsiz olaraq iki yerə ayrılır. Tezli proqram oxuyanlar sonrada doktorantura təhsili ala bilər, tezsiz proqram oxuyanlar doktoranturaya müraciət edə bilməz. Başqa heç bir fərqi yoxdur tezli ilə tezsiz proqramın. Türkiyədə dövlət universitetlərində oxumaq üçün baçlıca şərt təhsil almaq istədiyiniz ixtisas bakalavr pilləsində oxuduğunuz ixtisas ilə eyni olmalı və ya yaxın sahə olmalıdır. Növbəti şərt bakalavr pilləsində oxuduğunuz müddətdə GPA (ortalama bal) yaxşı olmalııdır. Ən az 80-dən aşağı olmasa qəbul şanısınız yüksək olar. Tezli proqramda oxumaq üçün hər bir universitetin fərqli şərtləri vardır. Bəzi universitetlər tək ortalama bal ilə qəbul edir, bəziləri ortalama ilə bərabər ingilis dili imtahanı olan TOEFL və ya YDS də istəyirlər. Bəziləri də ingilis dili imtahanı ilə bərabər ALES tələbi də var. ALES tələbi olan universitetlər azdır, təxminən 7-8 universitet. ALES tələbi olan universitetlərdə mütlət TOEFL və ya YDS imtahan nəticəniz də olmalıdır. Tək ALES imtahandan nəticənizin olması yetərli deyil. Hazırlıqlara başlayanda mütləq bunu nəzərə alın.

Tezsiz proqramlara qəbul daha rahatdır. Burda bir çox universitetlər tək ortalama ilə qəbul edir. Həmçinin fərqli ixtisasa da gedə bilərsiz tezsiz proqramlarda

Həm tezli, həm də tezsiz proqramlarda əgər türkcə oxumaq istəsəniz sizdən TÖMƏR imtahanı tələb edəcəklər. Bu imtahan türk dili imtahanıdır və türk dili biliyinizi təsdiq etmək üçün verilir. Bu imtahan  öncədən də verə bilərsiz və ya universitetə başlayanda sizi test edəcəklər, əgər uğurlu olarsa birbaşa universitetə başlayırsız, uğursuz olarsa, hazırlıq keçirsiz.

Əgər ingiliscə proqram seçsəniz sizdən TOEFL imtahanı tələb edəcəklər. TOEFL imtahanı sizin ingilis dili biliklərinizi təsdiq etmək üçün verilir.

Təhsil haqqı nə qədərdir?

Dğvlət universitetlərində təhsil haqqı təxminən 500-2000 manat arasındadır. Amma bəzi tezsiz proqramlar var ki, bahadır. Məsələn Marmara universitetində tezsiz proqramlar 10.000 TL-dir.

Özəl universitetlərdə magistr təhsili

Dünyanın bir çox yerlərində olduğu kimi Türkiyədə də bir sıra özəl universitetlər dövlət universitetlərindən üstündür. Təhsil haqqı yüksək olsa da, tələbəyə dəyər vermək, daha yaxşı təhsil sisteminin olması və s. görə özəl universitetlər seçilir. Özəl universitetlərə qəbul üçün ortalama balınız və TOEFL (ingiliscə proqramlar üçün), TÖMƏR (Türk dili proqramlar üçün) imtahanları tələb olunacaq. Əlavə olaraq bəzi universitetlərdə nəticələri yaxşı olan tələbələrə təqaüd verilir. Təhsil haqqı 2000 dollardan başlayır.

Qəbul üçün nə etməliyəm?

Türkiyə universitetlərinə yüzlərlə gənci qəbul içini görən CELT Colleges, sizin də Türkiyədə təhsil almaq xəyallarınızı reallığa çevirə bilər. Biz sizə universitet seçimi, yataqxana sifariş etmək, qəbul prosesi, ixtisas seçimi və s. işlərdə xidmət göstərməyə hazırıq. Əgər zəmanətli qəbul olmaq istəyirsinizsə, bizə müraciət edə bilərsiz

CELT Colleges

Fərid Kərimov

Türkiyədə təhsil üzrə koordinator

012 492 68 53,  055 503 59 39

Email: turkiye@celt.az

631 thoughts on “Türkiyədə necə magistr təhsili ala bilərəm?”

  1. salam men insaat muhendisliyi fakukltesini oxuyuram turkiyede hansi universtetde magistr tehsilimi davam etdire bilerem birde illik ne qeder odenmelidi

    1. Salam. Baxır hansı proqrama gedirsiniz. Dövlətlər min manatdan başlayır özəllər 5 min dollardan. Sahə yaxın olmalıdır

  2. Salam. İnşaat mühəndisliyi üzrə bakalavr oxuyuram. Lakin dizayn sahəsinə yönəlmək istəyirəm. Magistrı dizayn ixtisası üzrə oxumağım tamamilə qeyri-mümkündür?

  3. Xoş gördük, narahat etdiyim üçün üzür istəyirəm, mən SDU-nun tarix müəllimliyi ixtisasını bitirmişem, bakalavr üzrə ortalama balım 82-dir. Bu ixtisasa nəzərən İstanbulda Dövlət Universitetlerinde, İstanbul Dövlət Universiteti olsa, daha yaxşı olar, felsefə üzrə magistr təhsil ala bilərəm? Bu üzrə mənden nese, başqa imtahan teleb edilecek? Bu ixtisas eger yeterlidirse, ödənişi barədə de zəhmət olmasa, məlumat verərsiniz.

  4. Salam men 11 ci sinifi demek olar ki bitirdim böyük ehdimal uniye qebul olacam menim türkiyeye başqa ixtisas üzre verme imkanim var? Eger varsa men bu imtahani ne vaxt vere bilerem ya nece olur bu imtahanlara ne üzre hazirlaşmaliyam sizden bu barede mesleher almaq isdedim uniyi bitirim ya ortalarda verim bu imtahani

    1. Salam. Türkiyəyə imtahan yoxdur DIM kimi. Ya SAT verirsiniz dövlət unilərinə getmək üçün ya da direkt özəl unilərə gedirsiniz. SAT imtahanına öncədən hazırlaşmaq lazımdır. Yəni indi mümkün deyil. Özəllərə gedə bilərsiniz attestatla. DİM balınız yaxşıdırsa onunla da müraciət etmək olar.

  5. Salam, siz Türkiyədə hansı universitetlərlə rəhbərlik edirsiniz və 79 GPA ilə dünya tərəfindən tanınmış universitetin birinə daxil ola bilərəmmi?

    1. Biz ancaq qanuni universitetlərlə işləyirik. Bütün unilərlə əlaqəmiz var ama təbii biz daha çox İstnabul, İzmir və Ankara uniləri ilə işləyirik

  6. Salam mənim ortalamam 85+du. Tezsiz proqram vasitəsilə İstanbul universitetlərindən hansındasa magistr təhsili ala bilərəm?

    1. Salam. Hamısında ala bilərsiniz. Əsas hansı proqram istəyirsiniz və hansı dildə. İngiliscə olsa TOEFL lazım olacaq

  7. Salam, mən dil- ədəbiyyat müəllimliyi üzrə təhsil alıram . Türkiyədə ingilis dili üzrə magistr təhsili alıb orada da işləyə bilərəm?

  8. Salam. Mən beynəlxalq münasibətlər ixtisasında təhsil alıram və ortalamam hələki 75dən azdır. Bu ortalama ilə Ankarada hansısa dövlət universitetində təhsil ala bilərəm? Və ortalama nəqədər tələb edilir bu ixtisas üçün?

  9. Salam. Men 3cu kurs telebesiyem gelen il Universiteti bitirib xaricde tehsil almaq isteyirem. Ortalamam gumanki 70-75 arasi olacaq. Ixtisasim Komputer elmleridir. Mene ne meslehet vere bilersiz? Turkiyede oxumaq şansım var? Mən araşdırdım daha əvvəl dedilərki, ixtisasım üzrə(Kompüter elmləri) Turkiyədə master oxumaq üçün ortalamam 85+ olamlıdı və imtahan verməliyəm. Bu doğurdan belədi? Türkiyədə master oxumağım üçün ortalamam gərək yüksək olmalı idi? Əgər Türkiyədə mümkün deyilsə düşündüyüm bir neçə ölkə daha var: Polsa, Belarusiya, Ukrayna kimi olkeler. Bu olkelerin birinde 70 ortalama ve imtahan vermeden qebul ola bileceyim Universitetler var?

    1. Salam. 75 GPA ilə çox yerdə oxuya bilərsiniz. 75 ilə sizi qəbul etməyən uni ola bilər ama bu o demək deyil başqaları etmir. Avropadada yetəri qədər var. Ofislərimizə yaxınlaşıb məsləhət ala bilərsiniz.

  10. Salam
    Türkiyədə (tezli proqramda) tək GPA (ortalama bal) və Bakalavr diplom ilə magstr təhsili almaq mümkündür? Yəni Ales,Yds,Gmat bu cür imtahanlar olmadan yəni ortalama bal və bakalavr diplomu ilə (Tezli Proqram da).
    Zəhmət olmasa müəlumat verərdiz

      1. Salam.Türkiyədə tezsiz programda orta məktəb üçün türkçe öğretmenliği ixtisasına yiyələnmək mümkündür?zəhmət olmasa cavab verərdiniz?

      2. Salam, mən Qida mühəndisliyi ixtisası üzrə təhsil alıram və 73 ortalamam var, MBA üzrə magistr təhsili ala bilərəmmi?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next