Türkiyədə necə magistr təhsili ala bilərəm?

Xaricdə təhsil almaq bir çox gəncin arzusudur. Xüsusilə bakalavr təhsilini xaricdə ala bilməyən tələbələr, magistr təhsilini xarici universitetlərdə davam etdirmək istəyirlər. Bu ölkələr sırasında Türkiyədə təhsil almaq istəyənlər daha çox olur. Həm bizə yaxın olması, mədəniyyətlərin oxşarlığı və təhsilin yüksək səviyyədə olması tələbələr bu ölkəni seçməyə imkan verir.

Türkiyədə həm dövlət universitetlərində, həm də özəl universitetlərdə magistr təhsili ala bilərsiz.

Dövlət universitetlərində necə təhsil ala bilərəm?

Türkiyədə demək olar ki, bütün bölgələrində dövlət universitetləri var. Bunun ən çoxu İstanbul, Ankara və İzmir şəhərlərinin payına düşür. Təhsil haqqı az olduğu və keyfiyyətli təhsil olduğu üçün dünyanın bir çox ölkəsindən burda oxumaq üçün müraciət edən tələbələr var. Bu da onu göstərir ki, qəbul üçün rəqabət güclü olur.

Magistr təhsili tezli və tezsiz olaraq iki yerə ayrılır. Tezli proqram oxuyanlar sonrada doktorantura təhsili ala bilər, tezsiz proqram oxuyanlar doktoranturaya müraciət edə bilməz. Başqa heç bir fərqi yoxdur tezli ilə tezsiz proqramın. Türkiyədə dövlət universitetlərində oxumaq üçün baçlıca şərt təhsil almaq istədiyiniz ixtisas bakalavr pilləsində oxuduğunuz ixtisas ilə eyni olmalı və ya yaxın sahə olmalıdır. Növbəti şərt bakalavr pilləsində oxuduğunuz müddətdə GPA (ortalama bal) yaxşı olmalııdır. Ən az 80-dən aşağı olmasa qəbul şanısınız yüksək olar. Tezli proqramda oxumaq üçün hər bir universitetin fərqli şərtləri vardır. Bəzi universitetlər tək ortalama bal ilə qəbul edir, bəziləri ortalama ilə bərabər ingilis dili imtahanı olan TOEFL və ya YDS də istəyirlər. Bəziləri də ingilis dili imtahanı ilə bərabər ALES tələbi də var. ALES tələbi olan universitetlər azdır, təxminən 7-8 universitet. ALES tələbi olan universitetlərdə mütlət TOEFL və ya YDS imtahan nəticəniz də olmalıdır. Tək ALES imtahandan nəticənizin olması yetərli deyil. Hazırlıqlara başlayanda mütləq bunu nəzərə alın.

Tezsiz proqramlara qəbul daha rahatdır. Burda bir çox universitetlər tək ortalama ilə qəbul edir. Həmçinin fərqli ixtisasa da gedə bilərsiz tezsiz proqramlarda

Həm tezli, həm də tezsiz proqramlarda əgər türkcə oxumaq istəsəniz sizdən TÖMƏR imtahanı tələb edəcəklər. Bu imtahan türk dili imtahanıdır və türk dili biliyinizi təsdiq etmək üçün verilir. Bu imtahan  öncədən də verə bilərsiz və ya universitetə başlayanda sizi test edəcəklər, əgər uğurlu olarsa birbaşa universitetə başlayırsız, uğursuz olarsa, hazırlıq keçirsiz.

Əgər ingiliscə proqram seçsəniz sizdən TOEFL imtahanı tələb edəcəklər. TOEFL imtahanı sizin ingilis dili biliklərinizi təsdiq etmək üçün verilir.

Təhsil haqqı nə qədərdir?

Dğvlət universitetlərində təhsil haqqı təxminən 500-2000 manat arasındadır. Amma bəzi tezsiz proqramlar var ki, bahadır. Məsələn Marmara universitetində tezsiz proqramlar 10.000 TL-dir.

Özəl universitetlərdə magistr təhsili

Dünyanın bir çox yerlərində olduğu kimi Türkiyədə də bir sıra özəl universitetlər dövlət universitetlərindən üstündür. Təhsil haqqı yüksək olsa da, tələbəyə dəyər vermək, daha yaxşı təhsil sisteminin olması və s. görə özəl universitetlər seçilir. Özəl universitetlərə qəbul üçün ortalama balınız və TOEFL (ingiliscə proqramlar üçün), TÖMƏR (Türk dili proqramlar üçün) imtahanları tələb olunacaq. Əlavə olaraq bəzi universitetlərdə nəticələri yaxşı olan tələbələrə təqaüd verilir. Təhsil haqqı 2000 dollardan başlayır.

Qəbul üçün nə etməliyəm?

Türkiyə universitetlərinə yüzlərlə gənci qəbul içini görən CELT Colleges, sizin də Türkiyədə təhsil almaq xəyallarınızı reallığa çevirə bilər. Biz sizə universitet seçimi, yataqxana sifariş etmək, qəbul prosesi, ixtisas seçimi və s. işlərdə xidmət göstərməyə hazırıq. Əgər zəmanətli qəbul olmaq istəyirsinizsə, bizə müraciət edə bilərsiz

CELT Colleges

Fərid Kərimov

Türkiyədə təhsil üzrə koordinator

012 492 68 53,  055 503 59 39

Email: turkiye@celt.az

631 thoughts on “Türkiyədə necə magistr təhsili ala bilərəm?”

  1. Salam. Mən BDU-nun Coğrafiya fakultəsini
    Coğrafiya (2014/2018) və Coğrafiya müəllimliyi (Əlavə Təhsil: 2019/2020) ixtisasları üzrə bitirmişəm.
    Bakalavr ortalamam: 73
    Əlavə Təhsil ortalamam: 89
    Türkiyədə magistra 81 balla ((73+89):2=81) baş vurma kimi fürsətim var?
    Yoxsa yalnız 73 (bakalavr balım) keçərlidir? Elə isə,
    73 + İELTS ilə Türkiyə Dövlət Universitetlərində master şansım var?

  2. Salam,

    Mən Azərbaycan Texniki Universitetində. Komputer Muhəndisliyi ixtisasinda oxuyuram. 98.3 ortalamam var ancaq turk dili imtahanı verərək Türkiyədə təhsil ala bilərəm ?

  3. Salam , mən 2018ci ildə Azerbaycan Dövlət Pedaqoji universitetinin Məktəbəqədər təlim və tərbiyə ixtisasını 91.3 ortalama balla bitirmişəm.Türkiyədə Xüsusi təhsil üzrə( fakültəmdə bu bölmə var) Dövlət universitetlərində magistr təhsili ala bilərəm?

  4. Salam
    Türkiyədə magistr təhsili ilə bağlı vcp nömrənizə yazdım, ancaq cavab yazılmadı. Mümkündüsə cavab verilərdi

  5. Salam.
    Mən Azərbaycanda təhsil aldığım universitetin diplomunun Türkiyədə tanınıb, tanınmamasını necə öyrənə bilərəm?
    Türkiyədə magistr təhsili hər bir universitetdə ödənişlidir?

  6. Salam men tarix muellimliyi ixtisasi bitirmiwem qiyabi magistratura tehsil isteyrem Tezsiz hansi universitetleri sece bilerem ve Tarix ixtisas uzre varmi magstratura tehsili bawqa hansi ixtisas sece bilerem

  7. Salam
    Mənim ortalamam 77 di.Türkiyədə Dövlət universitetinə magisrta qəbul ola bilərəm?Nə kimi sənədlər lazımdı?Birdə Türk dili üçün imtahanı nə vaxta qədəər verə bilərəm?

  8. Salam. AZMIU da, inglis dili qrupunda tehsil aliram. Ortalama balim 91+ dur. Magistr tehsili olaraq ITU da oxumag isteyirem. 1. Men inglis dili qrupunda oxuduguma baxmayaraq yenede inglis dil imtahani vermeliyem? 2. Vermeliyemse ITU a yds ile qebul ola bilerem?

  9. Salam.İstanbul Universitetində magistr təhsili üçün tələbləri yazardızda (imtahan,ödəniş və’s) zəhmətdi.Ödənişsiz təhsil almaq mümkündümü?
    ????????????

  10. Salam. Baki Dovlet Universitetinin Beynelxalq munasibetler ixtisasini bitirmisem. Ortalama balim 85. Men magist tehsili ucun konkret hansi imtahanlari vermeliyem ve sizin komeyiniz neden ibaret olur esasen?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next