laptop, woman, education

Təhsil insan ömürünə necə təsir edir?

Təhsilin insanın müxtəlif davranışlarına və həyatının müxtəlif dövürlərinə təsiri haqda bir çox araşdırmalar aparılır. 

İnsanlar arasında münasibətlərdə yaranan dini və irqi ayrıseçkiliklərin və sairə amillərin əsas səbəbi millətlər arası münasibətlər və müxtəlif ambisiyalar dayansa da, bu münasibətlərə həmin cəmiyyətlərin təhsil səviyyəsi və sivilizasiyalar arası münasibətlər dayanır. Lakin alimlər təhsilin insan ömürünə təsirini də araşdırıblar. 

Belə ki, Amerikanın müxtəlif şəhər sakinlərini əhatə etmiş uzun müddətli tədqiqat onu göstərib ki, həyat davamlılığının əsas amili gəlir və irq deyil məhz təhsil səviyyəsidir. 30 ilə yaxın tədqiqat müddəti çərçivəsində ali təhsilli insanlardan fərqli olaraq ali təhsili olmayan insanlar arasında ölüm hallarının 2 – 3 dəfə daha çox olub.. Son illər ərzində Amerikada insan ömürünün ortalama yaş həddi aşağı düşür. Mütəxəssislər buna səbəb ola biləcək çoxlu sayda amilləri misal gətirirlər. Onların arasında tibbi xidmətlərin olmaması və müxtəlif maddələrdən asılılıq var.

 Lakin sözügedən amillərdən hər birinin hansı dərəcədə təsiredici qüvvəyə malik olduğunu təyin etmək çətindir. Amerikalı alimlər öz növbələrində ömürün uzunluğunu təhsil səviyyəsi ilə irq müxtəliflliyinin necə təsir etdiklərini öyrənməyə çalışıblar. Bunun üçün tədqiqatçılar Amerikanın müxtəlif şəhərinin 5114 sakininin məlumatlarını analiz ediblər. Həmin məlumatlar sakinlərin yaşlarının 20-dən bir qədər çox olduqları müddətdən bəri 30 il ərzində yığılıb. Həmin müddətdən bəri 395 insan həyatını itirib.

Məlumatların analizi onu göstərib ki, tədqiqatda iştirak etmiş qaradərili insanların ölüm halları 9% təşkil edib. Ağdərili insanlarda  isə bu göstərici 6% olub. Bununla yanaşı ölüm səbəbləri də fərqli olublar. Belə ki, erkən yaşlarda qaradərililərin  çox hissəsi qətl səbəbilə həyatlarını itiriblər. Ağdərili insanlarda isə ən çox rastlanan səbəb QİÇS xəstəliyi olub. Buna baxmayaraq yaş göstəricisinin artması ilə hər iki nümayəndələrdə ən çox rast gəlinən ölüm səbəbi ürək-damar xəstəlikləri və xərçəng olub. İrq məsələsinin ölüm səviyyəsinə təsir göstərməsinə baxmayaraq insan ömrünün uzunluğuna təsir edən əsas amil məhz təhsil səviyyəsi olub.

    Ali təhsil almamış insanlar arasında ölüm halları 13% təşkil edib. Kolleci bitirmiş insanlar arasında isə ölüm halları 5% təşkil edib. Bundan əlavə olaraq dəri rəngi ilə təhsil məlumatlarını bir-biri ilə birləşdirəndən sonra tədqiqatçılar aşkar etdilər ki, ölüm hallarında irq müxtəlifliyi yox olub. Məsələn ali təhsil almamış insanlar arasında 13.5% qaradərili və 13.2% ağdərili insan öz həyatını itirib. Hətta tədqiqata insanların əldə etdikləri gəlir faktorunun daxil edilməsinə baxmayaraq təhsil səviyyəsi yenə də insan ömrünün göstəricisini daha yaxşı təyin edirdi. Tədqiqatın müəllifləri ümid edirlər ki, bu tədqiqat öz növbəsində hamı üçün ortaq təhsil sisteminin yaradılmasına kömək edəcək.

Təhsilin insan həyatına nə qədər çox böyük təsir etdiyini yəqin ki, hamınız bilirsiniz. Lakin təhsilli və ya təhsilsiz insanlar arasında ölüm hallarının fərqini məhz bu araşdırma nəticəsində öyrənmiş olduq. Ümumiyyətlə təhsil almaq və təhsilli olmaq insan ömrünə müddətcə təsir etməklə yanaşı onun həyat səviyyəsinə də çox böyük təsir edir. Təhsilli insan gördüyü işdən və yaşadığı yerdən asılı olmayaraq daim həyatının yüksək səviyyədə yaşamağa çalışır. Təhsil vasitəsilə aldığı biliklər ona nəinki işdə adi həyatında da çox böyük kömək edir. Təhsil cəmiyyətin ümumiyyətlə bir toplumun və ya millətin həyat səviyyəsini onun mövqeyini ölçən əsas amildir. Yüksək təhsil olan ölkələrdə bütün sahələr daim inkişafda olur. Lakin təhsil səviyyəsi aşağı olan ölkələrdə müxtəlif sahələrdə xaotik durumlar yaranır və bununda başlıca səbəbi həmin ölkələrdə təhsil səviyyəsinin aşağı olmasıdır. 

Təhsil almaq hər kəsin hüququdur. Lakin bu hüquqdan yararlanmaq hər şəxsin öz qərarından aslıdır. Həyatınızda nəyin necə olmasından və harada yaşamanızdan asılı olmayaraq insan olaraq təhsil almaq hüququndan yararlanın.

3 thoughts on “Təhsil insan ömürünə necə təsir edir?”

      1. Salam men bu il miq imtahaninda musiqi fenninden 25 bal toplamiwam 11 ildiki iwsizem ozum Zaqatala rayon Muqanli kendinde yawayiram bildiyim qederi Zaqatala rayonunun kendlerinde musiqi fennine vakant yerler verilib muqavile ile iwlemek wansim olarmi xahiw edirem baxasiniz

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next