arm-wrestling, indian wrestling, competition

Azərbaycanda yüksəlmək istəyənlər üçün “Yüksəliş” Müsabiqəsi başlayıb. Müsabiqənin əsas imtahan sessiyası bu bazar baş tutacaq.

26.07.2019 tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında Sərəncamına əsasən intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə “Yüksəliş” müsabiqəsi təsis olunub.

Qeyd edək ki, müsabiqə artıq başlayıb. Belə ki, müsabiqənin qeydiyyat prosesi başa çatdıqdan sonra sınaq və ilk onlayn imtahan baş tutub. Digər əsas qabiliyyət imtahanının isə bu bazar 1 Mart tarixində keçirilməsi planlaşdırılır.

Müsabiqə ümumilikdə 5 mərhələdən ibarətdir. Bu mərhələləri uğurla keçən 100 nəfər şəxs xüsusi təlimlərdən keçəcək və müxtəlif karyera imkanları əldə edəcəklər. Ən yüksək nəticə göstəmiş 20 nəfər qalibin hər biri 20 000  AZN həcmində qrant qazanacaqdır ki, bu məbləğlə həmin şəxs təhsil ala biləcək və həmçinin müxtəlif layihələri həyata keçirmək şansı qazanacaqdır.

Məlumat üçün bildirək ki, müsabiqədə yaşı 21 – 51 arasında olan ali təhsilli və ən azı 2 il iş təcrübəsi olan şəxslər iştirak edir.

Qeyd etdiyimiz kimi müsabiqənin ilk onlayn seçim mərhələsi artıq baş tutmuşdur. Bu mərhələdə 7000-dən çox şəxs iştirak edib və onlar müsabiqənin əsas ikinci mərhələsində iştirak etmək hüququ əldə etmişdir ki, məhz bu imtahandan sonra iştirakçıların ümumi balları toplanacaqdır. Ən yüksək bal toplayan şəxslər növbəti mərhələyə keçəcəklər.

Martın 1-də keçirilməsi planlaşdırılan əsas qabiliyyət imtahanını hansı sahələri əhatə edəcəkdir?

Qabiliyyət üzrə əsas imtahan 3 sahə üzrə aparılacaqdır.

  1. Abstrakt və məntiqi düşüncə
  2. Rəqəmsal məlumatlarla işləmək bacarığının yoxlanılması
  3. Verbal məlumatlarla işləmək bacarığının yoxlanılması

Abstrakt və məntiqi düşüncə testi haqqında 

İmtahanda sizə 20 sual təqdim ediləcək və onların cavablandırılması üçün 20 dəqiqə vaxt veriləcək. Hər tapşırığın cavablandırılması üçün ayrı vaxt limiti MÖVCUD DEYİL, ayrılan vaxt bütün testin cavablandırılması üçün verilir. Nəzərə alın ki, yalnız bu blokda ayrılan vaxt ərzində əvvəlki suallara qayıtmaq və cavabı dəyişmək mümkün deyil. Blokda olan bütün tapşırıqların cavablandırılması üçün ayrılan vaxt ekrandakı taymerdə göstərilir.

Rəqəmsal məlumatlarla işləmək bacarığının yoxlanılması testi haqqında 

 İmtahanda Sizə 18 sual təqdim ediləcək və hər sualın cavablandırılması üçün 2 dəqiqə vaxt veriləcək. Testdə olan hər tapşırığın cavablandırılması üçün ayrılan vaxt ekrandakı taymerdə göstərilir. Bu test suallarını cavablandırarkən qələm, kağız və kalkulyator lazım olacaqdır.

Verbal məlumatlarla işləmək bacarığının yoxlanılması testi haqqında 

İmtahanda sizə 6 mətn və hər mətnə aid 5 sual təqdim ediləcək. Hər sualın cavablandırılması üçün 2 dəqiqə vaxt veriləcək. Eyni zamanda, mətn ilə tanışlıq üçün əlavə 2 dəqiqə vaxt ayrılacaq.

İmtahana hazırlaşmaq üçün Dövlət İmtahan Mərkəzinin (DİM) saytında sual nümunələri paylaşılıb. Aldğımız məlumata əsasən bundan əlavə qabiliyyət imtahanın sınaq testi ötən gün keçirilib və həmin sınaq imtahanında da verilən suallar yaxın günlərdə hər bir şəxsin şəxsi kabinetinə göndərilməsi planlaşdırılır.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi gələcək karyerasını qurmaq və ölkənin gələcək taleyində mühüm rol oynamaq istəyən şəxslər üçün çox böyük bir imkandır. Bu imkandan yararlanıb imtahanlarda iştirak edən hər bir şəxsə uğurlar arzulayırıq. Ümid edirik ki, hər birinizin yüksəlmək arzusu həyata keçəcəkdir.

Müsabiqə haqqında ətraflı məlumat almaq istəyən şəxslər bu linkə keçid edə bilərlər. 

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.