SAT imtahanı nədir?

Salam mən Həsən Əliyev (Exams Manager) bugünkü beynəlxalq imtahanlar haqqında məqaləmdə SAT imtahanı haqqında geniş məlumatı oxucularımızla paylaşıram. SAT (Scholastic Aptitude Test) imtahanı Amerikada bakalavr təhsili almaq istəyən Amerikan və xarici vətəndaşlar üçün götürülən bir imtahan olaraq yaranmış və daha sonra digər ölkələrdə bu imtahandan istifadə etmişlər hal-hazırda isə Azərbaycanlı gənclər SAT imtahanı vasitəsilə Türkiyənin prestijli dövlət universitetlərinə qəbul olmaq üçün daha da məhşurlaşmışdır. Azərbaycanda isə TQDK ilk dəfə olaraq 2015 ci ilin yanvar ayının 24 – də imtahan götürmüşdür, bundan öncə isə başqa bir sıra qurumlarda bu imtahanı həyata keçirmişdir. SAT imtahanı vasitəsi ilə Azərbaycanlı tələbələr ADA Universitetinədə qəbul ola bilərlər.

 

İndi isə SAT imtahanı nədir, və necə həyata keçirilir bu haqda ətraflı izah edək. İlk öncə  SAT imtahanı SAT 1 və SAT 2 olmaqla iki hissəyə bölünür. Bunlar arasındakı fərqləri izah edək.

 

SAT 1 – “Reasoning Test” bu imtahan 3 saat 45 dəqiqə sürən test imtahanıdır. Tələbənin riyaziyyat və məntiqinin yoxlamasından ibarətdir. SAT 1, “Riyaziyyat” (Riyaziyyat və Həndəsə), “Critical Reading” (İngiliscə  oxuma), “Writing” (Yazı qabiliyyəti) olmaqla 3 hissədən ibarətdir. Hər bir hissə isə 200-800 arası balla qiymətləndirilir. Amerika universitetlərinə qəbul olmaq üçün bu 3 bölmənin hər birindən imtahan verməlisiniz, lakin Türkiyə universitetləri üçün “Riyaziyyat” və “Critical Reading” bölmələrindən imtahan vermək kifayət edir “Writing” bölməsinə gərək yoxdur. Türkiyədə orta səviyyəli bir universitetə qəbul olmaq üçün hər iki bölmədən bir yerdə 1200 baldan yüksək yığmalısınız məsələn İstanbul universiteti 1250 bal tələb edir.

 

SAT 2 “Subject Test” isə 1 saatlıq bir test imtahanıdır. Bu bölmədə isə suallar daha çox seçmə fənnlərdən ibarətdir. İmtahanın əsas məqsədi tələbənin hər hansı bir mövzuda akademik biliyinin yoxlanması məqsədini daşıyır. Yenə SAT 1 – də olduğu kimi SAT 2 imtahanındada həmçinin suallar 200-800 bal arası dəyişir. SAT 2 – də fənnlər İngiliscə, Tarix, Biologiya, Kimya, Fizika, Fransız, Alman, İspan, İtalyan, Latın, Yapon, Çİn dillərindən ibarət sizə uyğun birini seçə bilərsiniz, təbiiki SAT 2 fənn seçməzdən əvvəl sənəd verəcəyiniz universitetin tələblərini nəzərə almalısınız. Və yadda saxlayın Amerikanın bir çox universitetlərinə sadəcə SAT 1 imtahanı verməklər qəbul ola bilərsiniz, lakin daha prestijli universitetlərə qəbul üçün SAT 2 verməniz vacibdir. Türkiyə universitetlərinə qəbul üçün isə SAT 2 imtahanına gərək yoxdur.

 

SAT imtahanı ildə 7 dəfə ortalama hər iki aydan bir keçirilir. İmtahana qeydiyyatı (http://sat.collegeboard.com/) saytına daxil ola bilərsiniz bütün ətraflı məlumatları əldə etmək mümkündür.

 

SAT imtahanına hazırlaşmaq üçün sizin ingilis diliniz  upper-intermediate (B2) olmalıdır çünki dərsləriniz ancaq ingilis dilində olacaq və imtahana hazırlıq üçün 6-8 ay kifayət edir. SAT imtahanın Azərbaycanda ilk imtahan mərkəzi statusunu 2007-ci ildən CELT Colleges almışdır. SAT imtahanını verən tələbələrimiz Amerika və Türkiyənin tanınmış universitetlərində təhsil alırlar.

Qısada olsa bu yazı ilə oxucularımıza köməkliyim dəydisə özümü xoşbəxt hiss edirəm. Daha sonraki yazılarımda digər imtahanlar haqqındada məlumatı sizinlə paylaşacam.

894 thoughts on “SAT imtahanı nədir?”

  1. Salamlar UNEC də tələbəyəm təhsilim davam edə edə SAT hazırlaşmaq istəyirəm 3 və ya 4cü kursda Aviasiya ilə sualım olacaqdı SAT qəbul edən Aviasiya akademiyası var? Bakı və ya xarici ölkələr

  2. Salam Bakı Dövlət Universitetində Fizika müəllimliyi üzrə təhsil alıram 1ci kursda oxuyuram. Mən SAT imtahanı verməklə Türkiyədə istədiyim ixtisas üzrə təhsil ala bilərəmm? Qeyd edim ki Türkiyədə bakalavr təhsili almaq istəyirəm

  3. Salam mən hüquqa vermək istəyirəm
    Türkiyə unuversitetlərinə SATla girə bilərəm??
    Özümdə əslən Azərbaycanlıyam
    Əgər mümkünsə bildirə bilərsiz neçə balnan girmək mümkündü?

  4. Asagida adlari sadaladigim universitetlere SAT1 vermekle qebul olunmaq mumkundrmu?

    Koc University, Sabanci University ve Bilkent University

    Onceden Tesekkur edirem

    1. Salam bəli. Bunun üçün SAT balı lazımdır. SAT olmadan ancaq özəllərə mümkündür. Ətraflı məlumat üçün 050 974 6504

  5. Salam. Mən Türkiyədə mailiyyə üzrə ingillis dilində bakalvr təhsili almaq istəyirəm. İngilis dilində mailiyyə üzrə təhsil verən hansı dövlət üniversitetlərini məsləhət görürsünüz? İngilis dilini B2 səviyyəsində bilirəm. 8-ci sinif şagirdiyəm və qarşıdakı illərdə məsləhət gördüyünüz üniversitetlərə hazırlaşmaq üçün hansı hazırlıq proqramlarından hazırlığa getməliyəm? SAT İELTS YÖS və TOEFL?

    1. Sat1 neçə baldir sat2 neçə baldır bəzi uni.lərə yalnız sat1 lazımdırsa 1600 bal üzərindən dəyərləndirilməlidir yoxsa 800?

  6. Salam Admin heyyəti.

    Açıqlamalı mətniniz üçün təşəkkür edirəm. Faydalı oldu. Şərhləri də diqqətlə okudum.

    Bir valideyn kimi sualım var :- Orta məktəb programlarından İB və ya A level kimi beynəlxalq programların nə kimi üstünlükləri var ? Bunlar ölkə xarici universitet qəbulunda nə kimi avanataj verir ?
    Öncədən təşəkkür edirəm.

  7. Salam.İqtisad universitetin ekologiya ixtisasında tehsil alıram,sat imtahani ilə turkiyede magistr oxumaq isdeyirem bu zaman men ixtisasımı deyişe bilerem?

    1. Nihat Kazımzadə

      Salam.SAT ilə hazırlaşandan sonra harda və necə imtahan verirlər? Mən Türkiyədə proqramlaşdırma üzrə universitetlərə gedə bilərəmmi? Bunu necə edə bilərəm?

  8. Salam. Universitet ortalama balı 71-75 arası olarsa, xarici ölkədə magistr təhsili almaq mümkündür? İxtisas Kompüter mühəndisliyi. Tədrisin İngiliscə olması, hər-hansı avantaj yaradır? Ortalama problemini əldə edəcəyimiz hər hansı sertifikatlarla həll etmək olar? Qeyd edim, ortalamanın aşağı olmasının başlıca səbəbi, ilk illərdə İngilis dili biliyinin aşağı olmasıdır.

      1. Salam

        SAT vasitesile Türkiyede həkimlik üzrə təhsil ala bilərəm və ala bilərəmsə nə qədər bal toplamalıyam
        Birdə hekimlik ücün Türkiyede hansi universitet daha yaxsidir?

    1. Mətanət Kırtanır

      Salam.Azərbaycanda yaşayan türk vətəndaşları SAT üzərindən Türkiyə universitetlərinə imtahan verə bilərlərmi?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next