SAT imtahanı nədir?

Salam mən Həsən Əliyev (Exams Manager) bugünkü beynəlxalq imtahanlar haqqında məqaləmdə SAT imtahanı haqqında geniş məlumatı oxucularımızla paylaşıram. SAT (Scholastic Aptitude Test) imtahanı Amerikada bakalavr təhsili almaq istəyən Amerikan və xarici vətəndaşlar üçün götürülən bir imtahan olaraq yaranmış və daha sonra digər ölkələrdə bu imtahandan istifadə etmişlər hal-hazırda isə Azərbaycanlı gənclər SAT imtahanı vasitəsilə Türkiyənin prestijli dövlət universitetlərinə qəbul olmaq üçün daha da məhşurlaşmışdır. Azərbaycanda isə TQDK ilk dəfə olaraq 2015 ci ilin yanvar ayının 24 – də imtahan götürmüşdür, bundan öncə isə başqa bir sıra qurumlarda bu imtahanı həyata keçirmişdir. SAT imtahanı vasitəsi ilə Azərbaycanlı tələbələr ADA Universitetinədə qəbul ola bilərlər.

 

İndi isə SAT imtahanı nədir, və necə həyata keçirilir bu haqda ətraflı izah edək. İlk öncə  SAT imtahanı SAT 1 və SAT 2 olmaqla iki hissəyə bölünür. Bunlar arasındakı fərqləri izah edək.

 

SAT 1 – “Reasoning Test” bu imtahan 3 saat 45 dəqiqə sürən test imtahanıdır. Tələbənin riyaziyyat və məntiqinin yoxlamasından ibarətdir. SAT 1, “Riyaziyyat” (Riyaziyyat və Həndəsə), “Critical Reading” (İngiliscə  oxuma), “Writing” (Yazı qabiliyyəti) olmaqla 3 hissədən ibarətdir. Hər bir hissə isə 200-800 arası balla qiymətləndirilir. Amerika universitetlərinə qəbul olmaq üçün bu 3 bölmənin hər birindən imtahan verməlisiniz, lakin Türkiyə universitetləri üçün “Riyaziyyat” və “Critical Reading” bölmələrindən imtahan vermək kifayət edir “Writing” bölməsinə gərək yoxdur. Türkiyədə orta səviyyəli bir universitetə qəbul olmaq üçün hər iki bölmədən bir yerdə 1200 baldan yüksək yığmalısınız məsələn İstanbul universiteti 1250 bal tələb edir.

 

SAT 2 “Subject Test” isə 1 saatlıq bir test imtahanıdır. Bu bölmədə isə suallar daha çox seçmə fənnlərdən ibarətdir. İmtahanın əsas məqsədi tələbənin hər hansı bir mövzuda akademik biliyinin yoxlanması məqsədini daşıyır. Yenə SAT 1 – də olduğu kimi SAT 2 imtahanındada həmçinin suallar 200-800 bal arası dəyişir. SAT 2 – də fənnlər İngiliscə, Tarix, Biologiya, Kimya, Fizika, Fransız, Alman, İspan, İtalyan, Latın, Yapon, Çİn dillərindən ibarət sizə uyğun birini seçə bilərsiniz, təbiiki SAT 2 fənn seçməzdən əvvəl sənəd verəcəyiniz universitetin tələblərini nəzərə almalısınız. Və yadda saxlayın Amerikanın bir çox universitetlərinə sadəcə SAT 1 imtahanı verməklər qəbul ola bilərsiniz, lakin daha prestijli universitetlərə qəbul üçün SAT 2 verməniz vacibdir. Türkiyə universitetlərinə qəbul üçün isə SAT 2 imtahanına gərək yoxdur.

 

SAT imtahanı ildə 7 dəfə ortalama hər iki aydan bir keçirilir. İmtahana qeydiyyatı (http://sat.collegeboard.com/) saytına daxil ola bilərsiniz bütün ətraflı məlumatları əldə etmək mümkündür.

 

SAT imtahanına hazırlaşmaq üçün sizin ingilis diliniz  upper-intermediate (B2) olmalıdır çünki dərsləriniz ancaq ingilis dilində olacaq və imtahana hazırlıq üçün 6-8 ay kifayət edir. SAT imtahanın Azərbaycanda ilk imtahan mərkəzi statusunu 2007-ci ildən CELT Colleges almışdır. SAT imtahanını verən tələbələrimiz Amerika və Türkiyənin tanınmış universitetlərində təhsil alırlar.

Qısada olsa bu yazı ilə oxucularımıza köməkliyim dəydisə özümü xoşbəxt hiss edirəm. Daha sonraki yazılarımda digər imtahanlar haqqındada məlumatı sizinlə paylaşacam.

894 thoughts on “SAT imtahanı nədir?”

  1. Salam mən 9-cu sinifdə oxuyuram.Tərcüməçilik mənim uşaqlıq arzumdur.Türkiyədə də bu “çeviribilim”bölümü kimi gedir.Bilmək istəyirdim,mən Türkiyə də Sakarya Universitetinə imtahanı YÖS,SAT və ya TOEFL bu proqramlardan hansını keçməliyəm?(Siz mənə hansı Universiteti məsləhət görürsünüz?)

  2. Salam. Men hal-hazirda komputer elmlerinde oxuyuram. 3 cu kursda. SAT la yalniz Amerikada bakalavr oxumaq mumkundu? yoxsa magistr ucunde muraciet etmek olar? Bu arada eger magistr ucun muraciet etmek olursa SAT la onda uni gpa’na ya baxirlar yoxsa nece? Bu arada bakalavr da tehsil alan biri kimi Amerika ucun Sat programi ile tehsil ala bilerem? Komputer muhendisliyi uzre

  3. Salam mən 10 cu sinifdə oxuyuram mən subject 2 imtahanına hazırlaşaq imtahan verb türkiyədə təhsil ala bilərəm? Yoxsa TOEFL a ehtiyac var? Birdə hazırlaşmaq üçün gecikmiş sayılmıram?

  4. salam men 10 cu sinifde oxuyuram men turkiyede isletme uzre oxumaq isdiyirem.SAT imtahani ile isletme oxuya bilerem.Minimum bal necedir sat imtahaninda turkiyede tehsil almaq ucun.Tesekkurler.

  5. Salam mən 9-cu sinif şagirdiyəm.
    Əgər mən SAT-1 imtahanından orta nəticə ilə çəsam ama attestat qiymətlərim 3 və 4 çıxsa məni univeristete qebul ederler türkiyədə
    Mən memarlıq oxumaq istəyirəm

    1. Salam. Fənnlər üzrə nə mümkümdürsə onu seçə bilərsiniz. Buradan baxa bilərsiniz ama bunu TOEFL əvəzi istəyirsinizsə o zmaan doğru seçim deyil. Buradkı English daha çox ədəbiyyatdır və Non-native dil bacarığı deyil. Dil üçün sadəcə TOEFL və ya IELTS yetərilidir və inanın o ədəbiyyat ingilis dilindən qat qat asandır

      1. Salam mən Türkiyədə dövlət unversitetlərinin birində diş həkimliyi oxumaq istəyirəm bunun üçün hansı imhanlara hazırlaşmalıyam hansı fənlər olmalıdır Və bal neçə olmalıdır ?

    1. Salam. SAT bir imtahanında iki bölüm var. Math və Verbal. Hərəsi 800 baldır və toplam 1600 edir. SAT 1 imtahanından 1600 maks toplamaq olur. SAT 2 daha çox fənn imtahanıdır və SAT 1 giriş imtahanı kimi qəbul olunur

    1. SAT imtahanında bizim azərbaycandakı məktəb atestatının nə qədər təsiri var? Yəni mənim atestat qiymətlərimin 3 4 olması əgər məktəbi bitirdikdən bir neçə il sonra SAT’dan yaxşı nəticə topladıqda mənfi təsiri ola bilər? Yoxsa heç bir 11 illik atestatın dəxli yoxdur?

      1. Salam. Universitetə qəbul olanda iki faktora baxırlar. SAT nəticəniz və attestat qiymətləri. Təbii əsas ixtisaslardan 3 olması yaxşı hal deyil ama qalanlarında məsələn idman kimi fənndən 3 olması önəmli deyil. Əsas Attestat qiymətlərinizin ortalaması 4-dən aşağı olmasın

    2. Salam mən 10 cu sinifdə oxuyuram və Türkiyədəki universitetlərdə diş həkimliyi oxumaq istəyirəm mən SAT 2 yə hazırlaşmalıyammı?
      Və SAT1in bütün sualları ingiliscəmi olacaq? Mən evdə imtahanlara hazırlaşmaq istəyərdim mənim üçün nə məsləhət görərdiniz?

      1. Salam. SAT tamamən ingiliscədir. Qəbul üçün SAT 1 və TOEFL kifayətdir. SAT 2 lazım deyil ama üstünlükdür

  6. Salam. Men 2013 – cü ilde orta mektebi bitirmişem. Azerbaycanda mühendislik üzre universitet tehsili almışam. İndi ise türkiyede veya avropada riyaziyyat üzre yeniden bakalavr tehsili almaq isteyirem.
    Bu ne derecede mümkündür ?
    Yaş heddi ile bağli universitetlerin herhansi qaydalari varmi ? ( meselen ODTÜ riyaziyyat fakültesi )
    Eger yaşin ferqi yoxdursa qebul olma şansı ne qederdir ?

  7. Salam. Mən ali təhsilliyəm (Beynəlxalq iqtisadi münasibətlər). 39 yaşım var. SAT1ə hazırlaşmaqla Türkiyədə tibb təhsili almaq istəyirəmsə nə etməliyəm?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next