SAT imtahanı nədir?

Salam mən Həsən Əliyev (Exams Manager) bugünkü beynəlxalq imtahanlar haqqında məqaləmdə SAT imtahanı haqqında geniş məlumatı oxucularımızla paylaşıram. SAT (Scholastic Aptitude Test) imtahanı Amerikada bakalavr təhsili almaq istəyən Amerikan və xarici vətəndaşlar üçün götürülən bir imtahan olaraq yaranmış və daha sonra digər ölkələrdə bu imtahandan istifadə etmişlər hal-hazırda isə Azərbaycanlı gənclər SAT imtahanı vasitəsilə Türkiyənin prestijli dövlət universitetlərinə qəbul olmaq üçün daha da məhşurlaşmışdır. Azərbaycanda isə TQDK ilk dəfə olaraq 2015 ci ilin yanvar ayının 24 – də imtahan götürmüşdür, bundan öncə isə başqa bir sıra qurumlarda bu imtahanı həyata keçirmişdir. SAT imtahanı vasitəsi ilə Azərbaycanlı tələbələr ADA Universitetinədə qəbul ola bilərlər.

 

İndi isə SAT imtahanı nədir, və necə həyata keçirilir bu haqda ətraflı izah edək. İlk öncə  SAT imtahanı SAT 1 və SAT 2 olmaqla iki hissəyə bölünür. Bunlar arasındakı fərqləri izah edək.

 

SAT 1 – “Reasoning Test” bu imtahan 3 saat 45 dəqiqə sürən test imtahanıdır. Tələbənin riyaziyyat və məntiqinin yoxlamasından ibarətdir. SAT 1, “Riyaziyyat” (Riyaziyyat və Həndəsə), “Critical Reading” (İngiliscə  oxuma), “Writing” (Yazı qabiliyyəti) olmaqla 3 hissədən ibarətdir. Hər bir hissə isə 200-800 arası balla qiymətləndirilir. Amerika universitetlərinə qəbul olmaq üçün bu 3 bölmənin hər birindən imtahan verməlisiniz, lakin Türkiyə universitetləri üçün “Riyaziyyat” və “Critical Reading” bölmələrindən imtahan vermək kifayət edir “Writing” bölməsinə gərək yoxdur. Türkiyədə orta səviyyəli bir universitetə qəbul olmaq üçün hər iki bölmədən bir yerdə 1200 baldan yüksək yığmalısınız məsələn İstanbul universiteti 1250 bal tələb edir.

 

SAT 2 “Subject Test” isə 1 saatlıq bir test imtahanıdır. Bu bölmədə isə suallar daha çox seçmə fənnlərdən ibarətdir. İmtahanın əsas məqsədi tələbənin hər hansı bir mövzuda akademik biliyinin yoxlanması məqsədini daşıyır. Yenə SAT 1 – də olduğu kimi SAT 2 imtahanındada həmçinin suallar 200-800 bal arası dəyişir. SAT 2 – də fənnlər İngiliscə, Tarix, Biologiya, Kimya, Fizika, Fransız, Alman, İspan, İtalyan, Latın, Yapon, Çİn dillərindən ibarət sizə uyğun birini seçə bilərsiniz, təbiiki SAT 2 fənn seçməzdən əvvəl sənəd verəcəyiniz universitetin tələblərini nəzərə almalısınız. Və yadda saxlayın Amerikanın bir çox universitetlərinə sadəcə SAT 1 imtahanı verməklər qəbul ola bilərsiniz, lakin daha prestijli universitetlərə qəbul üçün SAT 2 verməniz vacibdir. Türkiyə universitetlərinə qəbul üçün isə SAT 2 imtahanına gərək yoxdur.

 

SAT imtahanı ildə 7 dəfə ortalama hər iki aydan bir keçirilir. İmtahana qeydiyyatı (http://sat.collegeboard.com/) saytına daxil ola bilərsiniz bütün ətraflı məlumatları əldə etmək mümkündür.

 

SAT imtahanına hazırlaşmaq üçün sizin ingilis diliniz  upper-intermediate (B2) olmalıdır çünki dərsləriniz ancaq ingilis dilində olacaq və imtahana hazırlıq üçün 6-8 ay kifayət edir. SAT imtahanın Azərbaycanda ilk imtahan mərkəzi statusunu 2007-ci ildən CELT Colleges almışdır. SAT imtahanını verən tələbələrimiz Amerika və Türkiyənin tanınmış universitetlərində təhsil alırlar.

Qısada olsa bu yazı ilə oxucularımıza köməkliyim dəydisə özümü xoşbəxt hiss edirəm. Daha sonraki yazılarımda digər imtahanlar haqqındada məlumatı sizinlə paylaşacam.

894 thoughts on “SAT imtahanı nədir?”

    1. Bu bal ilə müəyyən olmur. Dövlət bursları müsahibə ilədir. Ama bəzi özəl unilər 1500+ toplayanlara pulsuz təhsil təklif edir. Tibb xaric.

  1. Salam men sat imtahaninda istirak etsem ondan sonra DİMin imtahanlarindada istirek ede bilerem(Buraxilis ve qebul imtahanlarinda)
    Birde bogazici universitetinde oxumaq ucun hansi senedler lazimdir ve odenis ne qederdir

  2. Salam. Mektebli olaraq en tez hansi sinifden imtahan verib okeni terk ede bilerem? istemire 9 ve ya 11ci siifden gedim. Ne qeder tez olsa daha yaxsidir menimcun.Ve bir de 5 ve 8ci sinif usaqlarina her hansi bir olkeye (turkiyeden basqa) qebul olmagin en asan usulu hansi imtahanladir?

    1. Salam. Normalda ingilis dili bilməniz yetərlidir. İstənilən ölkəyə yerləşdorə bilərik sizi. Unutmayın ki ordakı özəl məktəblər hamısı ödənişli olacaq. İllik 40 min dollardan başlayır hər şey daxil.

    1. ayşən ocaqverdiyeva

      Salam. Amerikada SAT 1 və SAT 2 imtahanlarindan yuksek netice toplayaraq pulsuz oxuma sansi varmı? Pulludursa nə qederdi tehsil haqqı?

      1. SAT2 yoxdur artıq. Rəsmi olaraq bağlandı. SAT1-dən yüksək bal olarsa bəli. Ama ondan yaxşı bal almaq üçün də yaxşı hazırlaşmaq lazımdır. Bu da yatırımdır

  3. Kanadada universitet (ingilis dili və ədəbiyyatı) təhsili almaq üçün SAT sertfikatı vacibdir yoxsa sadəcə ielts/teofl sertfikatları tələb edən universitetlər də var?

  4. Salam.Oglum 11-ci sinifə keçecək.Türkiyədə İTÜ üçün SAT 2-dən (math level 2 tələb olunurdu) – 800 bal toplayıb.Əlavə olaraq 2021 Respublika Fənn Olimpiadasından (riyaziyyat fənni) GÜMÜŞ medal və American Matematics Competition 2019 -dan FİRST PLASE var. Qəbul olmaq üçün nə etmək lazımdır?

  5. Salam! Men 11 ci sinife keçdim ve SAT imtahanina hazirlasmaq isteyirem men universitete qebul imtahanı verdikden sonra hazirlaşsam eger gec olmaz? Tesekkur edirem.

    1. SAT normalda tələbələr 1-2 ilə hazırlaşır. Bu təbii ingilis dili və riyaziyyat biliyinizdən asılıdır. SAT-də bir aya hazırlaşıb yüksək bal toplamanız çətin.

  6. Salam mənim qızım 10 cu sinifə keçdi.İTU (teknik universite)yaxud ODTÜ memarlıq fakultəsində təhsil almaq istəyir.Bizə əlaqə saxlaya biləcəyimiz konkret telefon nömrəsi verin zəhmət olmasa.Bir də bu fakultələrdə qəbulda bal nə qədər olmalıdı?

    1. CELT School bitirmək (yüksək balla), sizə portfolio hazırlanmalıdır. və müraciət işləri vaxtında tamamlanmalıdır.

      1. Türkiyədə ödənişsiz təhsil yoxdur. SAT imtahanı və TOEFL imtahanı verməlisiniz. Sonra dövlət unilərinə qəbul olsanız ixtisasdan fərqli olaraq təhsil haqqı 1000 manatdan başlayır. tibb 8 min manatdan başlayır.
        Turkiye bursları deyə bir proqram var. Ondan keçsəniz o zaman TC dövləti sizin bütün xərclərinizi qarşılayır ama bundan 100 nəfər müraciət edirsə 10-15 nəfər keçir. Reallığı qəbul edib ona görə planlarınızı qurun.

    1. Salam. Təhsil ödənişlidir, təqribi 20.000 dollar. Nəticələriniz yüksək olsa, təhsil haqqından müəyyən qədər endiriməldə edə bilərsiniz.

  7. Shirin Aliyeva