Polşada Təhsil ilə bağlı sual və cavablar

Polşada Təhsil ilə bağlı sual və cavablar

Polşada Təhsil ilə bağlı sual və cavablar yazımız bir çox problemlərə aydınlıq gətirmişdir. Biz nə qədər izah etsək də tələbələrin soruşduqlarına cavab vermək tamamən sizin istədiklərinizin cavablarıdır. Ona görə də bu sual cavab bir çok səhifədən daha dəyərlidir.

 

Salam, men 2008ci ilde Azerbaycan Tibb universitetini bitirmişəm, 2013ci ildə türkiyədə fizioterapiya üzrə ixtisas kursu keçmişəm. Norveç, Polşa, Macarıstan, İsveçrə və Hollandiya kimi ölkələrin birində rezidentura təhsili almaq istəyirəm. Necə kömək edə bilərsiz?

Salam Elvin bəy, Bizdə rezidentura programı yoxdur təssüf ki. Anlayışınız üçün təşəkkürlər.

salam polsada latviyada busines admiration ucun ibgilisce illik nece min € olar ?ve her ikisinde aylig yasamxerci ?ve hansi daha inksaf etmis tehsile malikdir?

Bu ölkələrdə təhsil haqqı 3-4000 avro civarındadır. Aylıq yaşam xərci təqribən 500 avro olar. Bunların arasında nisbətən Polşa inkişaf edib. Amma sizə Macarıstan variantını da təklif edirəm. Biznes elə 4000 avrodur orda da.

salam polsada magistr ucun ne qeder ielts lazimdir? (texmini) birdeki yasam xerci?

Salam. Magistr üçün İELTS 6.5 lazımdır. Təxmini yaşam xərci 500 avro civarındadır. Polşaya qəbul üçün bizə müraciət edə bilərsiniz.

salam 4 kursam men polsada tehsil ucun ne vaxt muraciet etmeliyem?

Salam. İndidən müraciətə başlaya bilərsiniz.

salam polsada magistr fikirlesirem business,texes ves. dovlet unisinde tehsil haqqi ne qeder olar?birde boyuk seherlerde max.yasam xerci?

Salam. Polşada təhsil haqqı elə də yüksək dəyil. 4000 avrodan aşağıdır. Yaşam xərci təqribən 400-800 avrodur. Xərcləməyinizdən asılıdır.

Salam men fizikadan 0 bilirem.riyaziyata belede.Komputere maragim boyukdu.polsada 1 il hazirliq oxusam mene fizikani 0 dan oyredecekler matematikani yaxsilasdiracaqlar? Hansi fenleri bilmek lazimdi komputer muhendisliyini oxumaq ucun? Macaristanda veya polsada veya her hansi tehsil haqqisi asagi olan yerde oxuya bilerem? Hazirligda her seyi sifirdan oyredirler?

Salam, Polşada hazırlıq sadəcə ingilis dilini əhatə edir amma Macarıstanda edə biləcəksiniz amma 0 biliyinizin olması bir az problem ola bilər. Siz gedənə kimi riyazıyyatdan hazırlaşmalısınız məncə o zaman hazırlıq oxuya biləcəksiniz.

Salam ielts olmadan polsa universitetlerinde tehsil almaq mumkundur? veya ietlsi sonra vermek serti ile hedefim polsanion top universitetlerinde tehsil almaqdir sertli qebul ala bilerem yeni 1 ci kursu oxuyan vaxt ieltsi vermek veya yayda ama tam procces olunub yerim qarantina olunsun universitetde

Salam, Bu dövlətlərdə mümkün deyil. Sizi özəl universitetdə bir il hazırlıq sonra dövlətdə oxuya bilərsiniz. Ya da bəzi dövlətlərdə ingilis dili hazırlığı sonra bakalavr.

salam polsada business admiration oxumagin tehsil haqqisi ne qeder olar ?dovlet unisi

Salam. Polşada təhsil haqqı təqribən 2000-3500 avro arasındadır.

salam polsada tehsil sertleri necedir?ayliq yasam xerci?ingilisce olan facultelerin illiyi hansi araligdadir?

Polşada aylıq yaşayış 4-500 dollardır. Şərtlər bakalavr üçün attestat və IELTS və ya IELTS olmasa bir il hazırlıq. İllik təhsil 2500 avrodan başlayır.

Salam. Men by il mektebi bitirirem ve bakalavri University of Warsaw da oxumaq isteyirem. Mennen me teleb olunur ora qebul ucun be illik xerci ne qederdir? Umumiyyetce polsada universitetlerin qiymeti neceden baslayir? Ve hansi unilerin diplomu azerbaycanda taninir?

Salam, Varşava universitetinə qəbul üçün gərək gedib orda imtahan verəsiniz. Normalda Polşa universitetləri 2-4 min avro arasında olur. Yaxşı universitetlər dövlət tərəfindən tanınır.

salam. Men Polsha da UniversitetI bitirdukden sonra avropada ve diger olkelerde isleye bilerem? ve nece olkede Polsanin diplomu kecir?

Salam. Polşa Dövlət universitetlərinin diplomu hər yerdə tanınır. İş tapmaqda sizə mane olmayacaq.

polşada international relations fakultesi üzre en yaxşi universitet hansidir . Qebul almaq çetindir yoxsa asand.İelts neçe teleb olunur.

Salam. Siz Polşaya bakalavr yoxsa magistr üzrə oxumaq istəyirdiniz? Bakalavr üzrə oxumaq istəyirsinizsə, Jagellonian, Varşava, Lazarski universitetləri məsləhətlidir. İELTS 6.0 yığmağınız məsləhətdir. Polşaya qəbul olarkən Universitetlər bir sıra sənəd istəyir, qəbulu bir az çətindir. Amma biz sizə bu işdə kömək edə bilərik.

Salam men xaricde beynalxalq münasibetler fakültesini oxumaq istiyirem esasende polşada internetden araştıran international relation adn european studies yazılmışdı burda indi fakulte ayrı ayrıdı yoxsa 2 fakültedi birleşik olaraq? Beynalxalq münasibetleri bitiren hansı işlerde işleye biler diplomat olmaq şansı ne qederdir? Men isterdim hem european studies hemde international relations olsun birleşik Riyaziyayat ne qeder vacibdir? Menim riyaziyatım zeyifdir. LaZariski unisine daxil olmaq üçün ielts ne qeder teleb olunur?

Salam. Gözəl sual vermisiniz. Lazarskidə baxdığınız proqram double degreedir. Yəni ki, sizə iki ildən sonra həm Lazarskinin, həm də Böyük Britaniyanın Coventry universitetinin diplomu veriləcək. Proqramın adı Beynəlxalq Əlaqələrdi, amma siz birinci ildən sonra ya European Administration ya da Contemporary Politics sahəsində ixtisaslaşa bilərsiniz. Yəni beynəlxalq əlaqaləri seçib European Administration sahəsi üzrə professionallaşa bilərsiniz. Riyaziyyyat biliyinə ehtiyac yoxdur. Lazarski universitetinə qəbul olmaq üçün İELTS 5.5 almağınız kifayətdir

salam menim ielts 5.5 dir varshava dovlet universitetine gebul ola bilerem?

Salam. Varşava Universitetində 6.0 IELTS balına ehtiyacınız olacaq.

Salam men Polshada tehsil almaq isteyirem.Sorusmaq isterdim, tehsil haqqindan elave ev pulu kommunal xercler transport ile bir yerde ne qeder xercim cixacaq?

Təhsil haqqından əlavə aya təqribən 500-600 manat xərciniz çıxacaq. Təbii ki, yenə də xərcləməyinizdən asılıdır.

Salam. Polshada bakalavr tehsili nece ala bilerem? Ne teleb olunur ve ile ne qeder odemeliyem? Attestatda qiymetin biri 3 olsa problem olar?

Məktəbi bitirən kimi Polşada bakalavr təhsili ala bilərsiniz. İlliyi 3000-5000 manatdır. İELTS 6.0-6.5 tələb olunur. Biri 3 olsa problem olmaz. Əsas orta balınız yüksək olsun.

polşada petroleum engineering ixtisası var ?

Petroleum Eningeering var, amma Polyak dilindədir. Gərək əvvəl polyakca öyrənəsiniz.

Salam, Men Bakida ozel universitetde 1 il bakalavr tehsili almisam , eger men polsa universitetlerinden birine attestatla qebul olsam mene foundation oxumaga ehtiyyac qalmayacag yoxsa ?

Salam, Əgər İELTS sertifikatınız varsa birbaşa bakalavrdan başlaya bilərsiniz.

Niyə Polşada oxumalı?

Yüksək keyfiyyətli polyak təhsil sistemi: peşəkar mütəxəssislər yetişdirən polyak təhsil sisteminin 650 illik tarixi var. Bu sistemdən təkcə Polşa yox, dünyanın bir çox ölkələri fayda götürüb. Polyaklar peşəkarlığı və innovasiyanı getdikləri hər yerdə nümayiş etdirəməyə çalışıblar. Misal üçün,19-cu əsrdə Çilidə geologiya üzrə araşdırma mərkəzi quran İqnasi Dameyko, 1872-1876-cı illərdə Peruda dünyanın ən hündürdə yerləşən dəmir yolu xəttini inşa edən Ernest Malinovski, müasir antroplogiyanın yaradıcısı Branislav Malinovski bu siyahıda yer alır. On nəfər Nobel Mükafatını qazanıb. Bu mükafatın 2 dəfə laureatı olmuş 4 nəfərdən bir olan Mariya Sklodovska Küri, fizika və kimya sahəsində bir sıra xidmətləri var. Artıq 14-cü əsrdən başlayaraq polyak təhsil sistemi öz ənənələrini yaratmağa başlayır. Krakovda yerləşən və Mərkəzi Avropada sayca 2-ci universitet olan Jagiellonian Universiteti 1364-cu ildə təsis edilib. Polşa universitetləri indi də həmin ənənələrə sadiq qalaraq elmə öz töhvələrini verirlər. Varşava Universiteti Avropanın İnformasiya və Texnologiya sahəsi üzrə ən güclü universitetlərindən sayılır. Sistemin keyfiyyətinə Dövlət Akkreditasiya Komitəsi nəzarət edir. Son dövlərdə Polşa iqtisdiyyatı sürətli inkişaf etsə də, bir çox AB ölklərindən daha ucuz həyat şəraitinə malikdir. Yemək, nəqliyyat və yerləşmək üçün 200-400 avro civarında pul kifayət edir. Minimum illik təhsil haqqı 2000 avrodur ki, bu da ortalama AB normasından aşağıdır. Bakalavr 3 akademik il (6 semestr), magistratura üçün ixtisasdan asılı olaraq 1.5 – 2 il lazımdır.

 

Salam cexiyada ve polsada tehsille bagli tam etrafli melumat vere bilersiz ? herterefli.

Çexiya üçün qəbula gecikmisiniz, çünki oranın viza prosesi uzun çəkir. Amma Polşada qəbul hələ də davam edir. 1-2 dövlət universitetində computer science təklif edən ingiliscə proqramlar var. Qəbul üçün İELTS və müvafiq bakalavr diplomu lazım olacaq. Təhsil haqqı təqribən 3-4 min avrodur. Computer science daha geniş imkanlar Macarıstanda mövcuddur. Bir çox universitetlərində computer science ixtisası təklif edən ingiliscə proqramlar var. Təhsil haqqı 6500 dollardır. Lakin təhsil baxımından Polyak universitetlərindən heç də geri qalmır. Ora da yenə də bakalavr diplomu və İELTS balı lazımdır.İELTS balı yoxdursa, yaxşı İngilis dili biliyi lazımdır.

 

salam men polsada pulsuz tehsil almaq isterdim bu mumkundurse eger ikinci olaraq orada pullu universetler minimum qiymeti neceye bawa gelir ve bu universetlerin diplomu taninirmi?

Salam. Polşada pulsuz təhsil yoxdur. Təhsil haqqı 3500-6000 avro arasındadır. Diplomları təbii ki, tanınır.

Polşaya qebul ne vaxt qutarir?

Salam Hüquq üzrə təəssüf ki, ingiliscə proqram yoxdur. Siz bakalavr ya magistratura üzrə təhsil almaq istəyirsiniz? Qəbul prosesi yavaş-yavaş yekunlaşmaq üzrədir. Təhsil haqqı 4-5 min avroya qədərdir. Viza elə də çətin deyil.

 

Salam. Men bu il 11 ci isnifi bitirirem. Bakalavr tehsilini Polsada almaq isteyirem. University of warsaw a qebul aparirsiniz? eger aparirsinizsa ne teleb olunur? Birdeki ozel universitetlerden hansini meslehet gorursunuz?

Salam University of Warsaw-a qəbul aparmaq mümkündür. Qəbul üçün 9-11-ci sinif qiymətləri və ingilis dil biliyini sübut edən sənəd olmalıdır (məs, IELTS). Özəllərdən Vistula University, Kozminski və Lazarkski University məsləhətdir.

265 thoughts on “Polşada Təhsil ilə bağlı sual və cavablar”

  1. Salam, Polşa da yuxarı attestat qiymətləri və ieltslə 11 i bitirib bir başa universitetə qəbul oluna bilərəm? Yoxsa 1 illik foundation tələb olunacaq? (Mümkündürsə amerikanı da qeyd edərdiz(

  2. salam mən politalogiya ixtisasında oxuyuram Qərbi kaspidə oxuyuram və magistraturamı Polşada oxumaq istiyirəm ingilis dili svəviyyəm yaxşıdır və kursdan bununla bağlı diplomum var bu qəbul olunar universitet tərəfindən?Və Polşada politalogiya ixtisası üzrə qəbul var?Varsa hansı universitet məsləhətlidir?

    1. Salam,

      Kurs sertifikatı qəbul olunmaz, amma universitetlərin daxili ingilis dili imtahanına girib keçə bilərsiniz. Və ya IELTS nəticəniz olmalı

      Ətraflı məlumat üçün sizə yaxın olan ofisimizə yaxınlaşa bilərsiz

  3. Salam menim 11 . Sinif attestation hamsi 5 dir 10.sinifde hemcinin ama 9.sinif sehadetnamede cografiyadan 3.var men polsaya yuksek IELTS ve sat olsa qebul ola bilerem?

    1. Salam. IELTS olmadığı təqdirdə qəbul zamanı imtahan verməli olursunuz, yaxud da müsahibədən keçirsiniz. Polşada illik təhsil 2500-5500 avro aralığında dəyişir.

  4. Salam.Mən bakalavr təhsili alıram UNEC 4cü kurs.İelts yoxdur. Polşada magistr təhsili almaq istəyirəm. Mümkündürmü ieltsiz? Mümkündürsə dövlət universiteti yoxsa özəl? Birdəki ən uyğun qiymətlər nəqədərdir?

    1. Salam. IELTS olmasa qəbul zamanı imtahandan keçəcəksiniz. Təhsil haqqı 2500-5500 avro aralığında dəyişir.

  5. Mene en maraqlisi polşada bakalavr tehsili alsaq gundelik cox oxumaliyiq yoxsa gundelik derslere 2 saat vaxt ayirsaq bes eder ve imtahanlari vermek cetin olur?

  6. Salam men Polsada tehsil almaq isteyirem IELTS , SAT ve attestat yaxsi olsa Polsada teqaudlu tehsil ala bilerem.
    eger teqaud olmasa tehsil haqqindan azad oluna bilerem mi?
    yasam xercleri ne qederdir ?

    1. Salam. Polşada təhsil üçün SAT imtahanı tələb edilmir əksər hallarda. Amma təqaüd üçün bu imtahan nəticələrinizin olması yaxşı olardı. Yaşam xərcləri illik təxmini 3500 avrodur.

    1. Salam. Müxtəlif universitetlərin minimal tələbləri müxtəlif olur. Bunu müraciət edəcəyiniz universitet ilə dəqiqləşdirməlisiniz.

  7. Salam Polşada yada Macarıstanda bakalavr təhsil almaq istiyirəm orta illik təhsil haqqı nəqədər olacaq?Nəzərivizə çatdırım ki atestadakı tüm qiymətlər 3 dü belə olduğu halda oxumaq mümkündü? İelts 6.0+ olduqda?

  8. Salam. Qiyabi maqistratura oxumaq üçün Polşaya viza verilirmi? Və qiyabi oxuyaraq – işləmək üçün zezwolenie lazım olacaq mı? Və tələbə vizası ilə – işdən oturum düzəltmək mümkündürmü?

      1. Salam.Magistr təhsili üçün Polşada da İtaliyada olduğu kimi sosial durumu aşağı səviyyədə olan tələbələr üçün təqaüd verilir?Və İqtisadiyyat üzrə İELTS dən başqa xüsusi imtahan tələb olunur?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next