Polşada Təhsil ilə bağlı sual və cavablar

Polşada Təhsil ilə bağlı sual və cavablar

Polşada Təhsil ilə bağlı sual və cavablar yazımız bir çox problemlərə aydınlıq gətirmişdir. Biz nə qədər izah etsək də tələbələrin soruşduqlarına cavab vermək tamamən sizin istədiklərinizin cavablarıdır. Ona görə də bu sual cavab bir çok səhifədən daha dəyərlidir.

 

Salam, men 2008ci ilde Azerbaycan Tibb universitetini bitirmişəm, 2013ci ildə türkiyədə fizioterapiya üzrə ixtisas kursu keçmişəm. Norveç, Polşa, Macarıstan, İsveçrə və Hollandiya kimi ölkələrin birində rezidentura təhsili almaq istəyirəm. Necə kömək edə bilərsiz?

Salam Elvin bəy, Bizdə rezidentura programı yoxdur təssüf ki. Anlayışınız üçün təşəkkürlər.

salam polsada latviyada busines admiration ucun ibgilisce illik nece min € olar ?ve her ikisinde aylig yasamxerci ?ve hansi daha inksaf etmis tehsile malikdir?

Bu ölkələrdə təhsil haqqı 3-4000 avro civarındadır. Aylıq yaşam xərci təqribən 500 avro olar. Bunların arasında nisbətən Polşa inkişaf edib. Amma sizə Macarıstan variantını da təklif edirəm. Biznes elə 4000 avrodur orda da.

salam polsada magistr ucun ne qeder ielts lazimdir? (texmini) birdeki yasam xerci?

Salam. Magistr üçün İELTS 6.5 lazımdır. Təxmini yaşam xərci 500 avro civarındadır. Polşaya qəbul üçün bizə müraciət edə bilərsiniz.

salam 4 kursam men polsada tehsil ucun ne vaxt muraciet etmeliyem?

Salam. İndidən müraciətə başlaya bilərsiniz.

salam polsada magistr fikirlesirem business,texes ves. dovlet unisinde tehsil haqqi ne qeder olar?birde boyuk seherlerde max.yasam xerci?

Salam. Polşada təhsil haqqı elə də yüksək dəyil. 4000 avrodan aşağıdır. Yaşam xərci təqribən 400-800 avrodur. Xərcləməyinizdən asılıdır.

Salam men fizikadan 0 bilirem.riyaziyata belede.Komputere maragim boyukdu.polsada 1 il hazirliq oxusam mene fizikani 0 dan oyredecekler matematikani yaxsilasdiracaqlar? Hansi fenleri bilmek lazimdi komputer muhendisliyini oxumaq ucun? Macaristanda veya polsada veya her hansi tehsil haqqisi asagi olan yerde oxuya bilerem? Hazirligda her seyi sifirdan oyredirler?

Salam, Polşada hazırlıq sadəcə ingilis dilini əhatə edir amma Macarıstanda edə biləcəksiniz amma 0 biliyinizin olması bir az problem ola bilər. Siz gedənə kimi riyazıyyatdan hazırlaşmalısınız məncə o zaman hazırlıq oxuya biləcəksiniz.

Salam ielts olmadan polsa universitetlerinde tehsil almaq mumkundur? veya ietlsi sonra vermek serti ile hedefim polsanion top universitetlerinde tehsil almaqdir sertli qebul ala bilerem yeni 1 ci kursu oxuyan vaxt ieltsi vermek veya yayda ama tam procces olunub yerim qarantina olunsun universitetde

Salam, Bu dövlətlərdə mümkün deyil. Sizi özəl universitetdə bir il hazırlıq sonra dövlətdə oxuya bilərsiniz. Ya da bəzi dövlətlərdə ingilis dili hazırlığı sonra bakalavr.

salam polsada business admiration oxumagin tehsil haqqisi ne qeder olar ?dovlet unisi

Salam. Polşada təhsil haqqı təqribən 2000-3500 avro arasındadır.

salam polsada tehsil sertleri necedir?ayliq yasam xerci?ingilisce olan facultelerin illiyi hansi araligdadir?

Polşada aylıq yaşayış 4-500 dollardır. Şərtlər bakalavr üçün attestat və IELTS və ya IELTS olmasa bir il hazırlıq. İllik təhsil 2500 avrodan başlayır.

Salam. Men by il mektebi bitirirem ve bakalavri University of Warsaw da oxumaq isteyirem. Mennen me teleb olunur ora qebul ucun be illik xerci ne qederdir? Umumiyyetce polsada universitetlerin qiymeti neceden baslayir? Ve hansi unilerin diplomu azerbaycanda taninir?

Salam, Varşava universitetinə qəbul üçün gərək gedib orda imtahan verəsiniz. Normalda Polşa universitetləri 2-4 min avro arasında olur. Yaxşı universitetlər dövlət tərəfindən tanınır.

salam. Men Polsha da UniversitetI bitirdukden sonra avropada ve diger olkelerde isleye bilerem? ve nece olkede Polsanin diplomu kecir?

Salam. Polşa Dövlət universitetlərinin diplomu hər yerdə tanınır. İş tapmaqda sizə mane olmayacaq.

polşada international relations fakultesi üzre en yaxşi universitet hansidir . Qebul almaq çetindir yoxsa asand.İelts neçe teleb olunur.

Salam. Siz Polşaya bakalavr yoxsa magistr üzrə oxumaq istəyirdiniz? Bakalavr üzrə oxumaq istəyirsinizsə, Jagellonian, Varşava, Lazarski universitetləri məsləhətlidir. İELTS 6.0 yığmağınız məsləhətdir. Polşaya qəbul olarkən Universitetlər bir sıra sənəd istəyir, qəbulu bir az çətindir. Amma biz sizə bu işdə kömək edə bilərik.

Salam men xaricde beynalxalq münasibetler fakültesini oxumaq istiyirem esasende polşada internetden araştıran international relation adn european studies yazılmışdı burda indi fakulte ayrı ayrıdı yoxsa 2 fakültedi birleşik olaraq? Beynalxalq münasibetleri bitiren hansı işlerde işleye biler diplomat olmaq şansı ne qederdir? Men isterdim hem european studies hemde international relations olsun birleşik Riyaziyayat ne qeder vacibdir? Menim riyaziyatım zeyifdir. LaZariski unisine daxil olmaq üçün ielts ne qeder teleb olunur?

Salam. Gözəl sual vermisiniz. Lazarskidə baxdığınız proqram double degreedir. Yəni ki, sizə iki ildən sonra həm Lazarskinin, həm də Böyük Britaniyanın Coventry universitetinin diplomu veriləcək. Proqramın adı Beynəlxalq Əlaqələrdi, amma siz birinci ildən sonra ya European Administration ya da Contemporary Politics sahəsində ixtisaslaşa bilərsiniz. Yəni beynəlxalq əlaqaləri seçib European Administration sahəsi üzrə professionallaşa bilərsiniz. Riyaziyyyat biliyinə ehtiyac yoxdur. Lazarski universitetinə qəbul olmaq üçün İELTS 5.5 almağınız kifayətdir

salam menim ielts 5.5 dir varshava dovlet universitetine gebul ola bilerem?

Salam. Varşava Universitetində 6.0 IELTS balına ehtiyacınız olacaq.

Salam men Polshada tehsil almaq isteyirem.Sorusmaq isterdim, tehsil haqqindan elave ev pulu kommunal xercler transport ile bir yerde ne qeder xercim cixacaq?

Təhsil haqqından əlavə aya təqribən 500-600 manat xərciniz çıxacaq. Təbii ki, yenə də xərcləməyinizdən asılıdır.

Salam. Polshada bakalavr tehsili nece ala bilerem? Ne teleb olunur ve ile ne qeder odemeliyem? Attestatda qiymetin biri 3 olsa problem olar?

Məktəbi bitirən kimi Polşada bakalavr təhsili ala bilərsiniz. İlliyi 3000-5000 manatdır. İELTS 6.0-6.5 tələb olunur. Biri 3 olsa problem olmaz. Əsas orta balınız yüksək olsun.

polşada petroleum engineering ixtisası var ?

Petroleum Eningeering var, amma Polyak dilindədir. Gərək əvvəl polyakca öyrənəsiniz.

Salam, Men Bakida ozel universitetde 1 il bakalavr tehsili almisam , eger men polsa universitetlerinden birine attestatla qebul olsam mene foundation oxumaga ehtiyyac qalmayacag yoxsa ?

Salam, Əgər İELTS sertifikatınız varsa birbaşa bakalavrdan başlaya bilərsiniz.

Niyə Polşada oxumalı?

Yüksək keyfiyyətli polyak təhsil sistemi: peşəkar mütəxəssislər yetişdirən polyak təhsil sisteminin 650 illik tarixi var. Bu sistemdən təkcə Polşa yox, dünyanın bir çox ölkələri fayda götürüb. Polyaklar peşəkarlığı və innovasiyanı getdikləri hər yerdə nümayiş etdirəməyə çalışıblar. Misal üçün,19-cu əsrdə Çilidə geologiya üzrə araşdırma mərkəzi quran İqnasi Dameyko, 1872-1876-cı illərdə Peruda dünyanın ən hündürdə yerləşən dəmir yolu xəttini inşa edən Ernest Malinovski, müasir antroplogiyanın yaradıcısı Branislav Malinovski bu siyahıda yer alır. On nəfər Nobel Mükafatını qazanıb. Bu mükafatın 2 dəfə laureatı olmuş 4 nəfərdən bir olan Mariya Sklodovska Küri, fizika və kimya sahəsində bir sıra xidmətləri var. Artıq 14-cü əsrdən başlayaraq polyak təhsil sistemi öz ənənələrini yaratmağa başlayır. Krakovda yerləşən və Mərkəzi Avropada sayca 2-ci universitet olan Jagiellonian Universiteti 1364-cu ildə təsis edilib. Polşa universitetləri indi də həmin ənənələrə sadiq qalaraq elmə öz töhvələrini verirlər. Varşava Universiteti Avropanın İnformasiya və Texnologiya sahəsi üzrə ən güclü universitetlərindən sayılır. Sistemin keyfiyyətinə Dövlət Akkreditasiya Komitəsi nəzarət edir. Son dövlərdə Polşa iqtisdiyyatı sürətli inkişaf etsə də, bir çox AB ölklərindən daha ucuz həyat şəraitinə malikdir. Yemək, nəqliyyat və yerləşmək üçün 200-400 avro civarında pul kifayət edir. Minimum illik təhsil haqqı 2000 avrodur ki, bu da ortalama AB normasından aşağıdır. Bakalavr 3 akademik il (6 semestr), magistratura üçün ixtisasdan asılı olaraq 1.5 – 2 il lazımdır.

 

Salam cexiyada ve polsada tehsille bagli tam etrafli melumat vere bilersiz ? herterefli.

Çexiya üçün qəbula gecikmisiniz, çünki oranın viza prosesi uzun çəkir. Amma Polşada qəbul hələ də davam edir. 1-2 dövlət universitetində computer science təklif edən ingiliscə proqramlar var. Qəbul üçün İELTS və müvafiq bakalavr diplomu lazım olacaq. Təhsil haqqı təqribən 3-4 min avrodur. Computer science daha geniş imkanlar Macarıstanda mövcuddur. Bir çox universitetlərində computer science ixtisası təklif edən ingiliscə proqramlar var. Təhsil haqqı 6500 dollardır. Lakin təhsil baxımından Polyak universitetlərindən heç də geri qalmır. Ora da yenə də bakalavr diplomu və İELTS balı lazımdır.İELTS balı yoxdursa, yaxşı İngilis dili biliyi lazımdır.

 

salam men polsada pulsuz tehsil almaq isterdim bu mumkundurse eger ikinci olaraq orada pullu universetler minimum qiymeti neceye bawa gelir ve bu universetlerin diplomu taninirmi?

Salam. Polşada pulsuz təhsil yoxdur. Təhsil haqqı 3500-6000 avro arasındadır. Diplomları təbii ki, tanınır.

Polşaya qebul ne vaxt qutarir?

Salam Hüquq üzrə təəssüf ki, ingiliscə proqram yoxdur. Siz bakalavr ya magistratura üzrə təhsil almaq istəyirsiniz? Qəbul prosesi yavaş-yavaş yekunlaşmaq üzrədir. Təhsil haqqı 4-5 min avroya qədərdir. Viza elə də çətin deyil.

 

Salam. Men bu il 11 ci isnifi bitirirem. Bakalavr tehsilini Polsada almaq isteyirem. University of warsaw a qebul aparirsiniz? eger aparirsinizsa ne teleb olunur? Birdeki ozel universitetlerden hansini meslehet gorursunuz?

Salam University of Warsaw-a qəbul aparmaq mümkündür. Qəbul üçün 9-11-ci sinif qiymətləri və ingilis dil biliyini sübut edən sənəd olmalıdır (məs, IELTS). Özəllərdən Vistula University, Kozminski və Lazarkski University məsləhətdir.

265 thoughts on “Polşada Təhsil ilə bağlı sual və cavablar”

  1. Salam.Bakalavr tehsilimi nəqliyyat tikintisi üzrə alıram 4cü kursa keçdim, magistr tehsilimi polşada almaq isteyirem civil engineering üzrə .Bu kimi tekniki istisaslara ielts olmadan qebul olmaq olarmı və illik odenis ne qeder olar?ingilis dili biliyim var ,

  2. Salam mən Tarix üzrə bakalavır təhsilimi Polşada almaq istəyirəm.Yaşam xərci nə qədər olur tələbə üçün?.Təhsil haqqı fakultədən fakultəyə dəyişir?

    1. Salam. Təhsil 2000 avrodan başlayır. Yaşam aylıq 500 avro yetir. Təhsil haqqı çox zaman hamısında eynidir bəzən 500 avro fərq edir.

  3. Salam mənim hal hazırda 16 yaşım var IELTS 6.5 balım var atestat aldıqdan sonra polşaya gedə bilərəmmi? Yəni 16 yaşla getmək olarmı Polşaya

  4. Salam.Gelen il 11-sinifi bitirirem ve, novbeti tehsilimi xaricde davam etdirmek fikrindeyem. Bunun ucun ne etmek lazimdi? Qeydiyyat vaxdi ne zamandi ve qeydiyyat ucun neler etmeliyem?

  5. Salam polşada kimya üzrə magstr təhsili almaq üçün nə etməliyəm hansı fənlərdən imtahan olur? Bakalavrda aldığım təhsilin nəsə önəmi var ya orda ixtisas üzrə yenidən keçiriləcək dərslər?

    1. Yəni universitetdə bakalavrda topladığım ümumi balların önəmi var ya da dövlət imtahanında ya amcaq diplom bəs edir?

      1. Ümumi ballarınız Ortalamanı təşkil edir yəni GPA. Diplom sadəcə bitirdiyinizi göstərir. GPA 70 üstü olması lazım polşa üçün.

  6. Salam . Mən indi 11ə keçdim xaricdə təhsil almaq üçün gecikməmişəmki? Xaricdə təhsil almaq üçün nələri əldə etməliyəm? Birdəki ixtisasları necə seçmək olur? Təqaüd verilir? Verilirsə həmin təqaüd orda gündəlik xərclərə bəs edər?

  7. Salam.Mən 11ə keçdim. Polşada təhsil almaq istəyirəm. Mən indi 1ci qrupa hazırlaşıram. Tqdkya imtahan verməliyəm? Mən ixtisasımı neçə seçə bilərəm? Sizcə ən yaxşı ixtisas hansıdı polşada oxumaq üçün və sonradan iş tapmaq da prablem olmasın.zəhmət olmasa deyərdiz.

    1. Polşada təhsil almaq üçün TQDK ehtiyac yoxdur. Lazım olan attestat yaxşı qiymətlərlə və IELTS. TExnologiya, tibb, real sənət olan hər şey yaxşıdır. Asand olan fənnlər beynəlxalq əlaqələr ümumi iqtisadiyyat kimi fənnlərə iş tapmaq çətindir

    2. Salam.Polşadan başqa hansı xarici ölkəni məsləhət görürsüz güclü təhsil və gəıəckdə iş üçün. Və birdə hansı universitet?ixtisas? Ola biıərki iş tapmaqda çətinlik olmasın.birdəki zəhmət olmasa ielts deyirsiz onu necə əldə etmək olar ?

    3. Yəni universitetdə bakalavrda topladığım ümumi balların önəmi var ya da dövlət imtahanında ya ancaq diplom bəs edir?

      1. Həsən bəy,

        Kimsə sizin dövlət imthanınıza xaricdə baxmır. Onlara lazım da deyil. Onlara bunlar lazımdır.
        1. Ortalama balınız neçədir? Yəni bütün illərin ortalama balı.
        2. Bakalavr diplomunu bitirmisiniz ya yox.
        3. IELTS nəticəniz var ya yox.
        Qalan şeylər önəmli deyil

    4. Salam men ukraynada DOVLET ECZACILIG UNIVERSITETI MAGISTRATURA ILE BERABER 6 IL OXUMUSAM.. DIPLOMUMU TESDIQLEDE BILEREM YOXSA ELAVEDEN INTERNATURA OXUMALIYAM?

  8. Salam men Polsada magistr tehsile almaq isteyirem 5.5 oldu derecem ortalamam tam belli deyil ama 80 olmusdu indi 4 cu kursam o elave edilmiyib hele.Men pre master oxuya bilerem?Birdeki men Azerbaycan diller universitetinde tehsil aliram ingilis dili muellimliyi uzre hansi ixtisaslari sece bilerem?

      1. Salam.Mən hal hazırda 4 cü kursa keçdim 2021 ci ildə üniversiteti bitirirəm.Bilmək istədiyim oduki Polşada magistraturaya müraciət tarixi nə vaxt başlıyır və nə vaxt bitir tam olaraq.

  9. Salam Men magistr təhsilini Polşada almaq istəyirəm,bilmək istəyirəm təhsil hansı dillərdə keçirilir. Birdən qəbul nə vaxtdan başlayır?

  10. Salam.Men 11ci sinfi oxuyuram bu il.onu bitirib Polsada foundation oxumaq isteyirem.Bunun ucun qeydiyyat ve ders ne zaman baslayir.Bir de Dovlet ve ozel uniler arasinda illik haqqi coxmu ferqlidir?IT sahesi uzre Varsavada oxuya bileceyim Uniler varmi?

    1. Salam. İngilis dilində tədris üçün dövlət özəl çox fərqi yoxdur. Ortalama 3 min avrodur. IELTS lazımdır. Dərslər hər zaman Sentyabrda başlayır. Müracəit üçün ofislərimizə yaxınlaşınız

  11. Salam men bakalavr tehsilimi Polşada almaq isdiyrem,bunun illiyi ne qederdir ve yaşam xerci neçe avrodur ,zehmet olmasa bu haqda melumat verin

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next