Polşada Təhsil ilə bağlı sual və cavablar

Polşada Təhsil ilə bağlı sual və cavablar

Polşada Təhsil ilə bağlı sual və cavablar yazımız bir çox problemlərə aydınlıq gətirmişdir. Biz nə qədər izah etsək də tələbələrin soruşduqlarına cavab vermək tamamən sizin istədiklərinizin cavablarıdır. Ona görə də bu sual cavab bir çok səhifədən daha dəyərlidir.

 

Salam, men 2008ci ilde Azerbaycan Tibb universitetini bitirmişəm, 2013ci ildə türkiyədə fizioterapiya üzrə ixtisas kursu keçmişəm. Norveç, Polşa, Macarıstan, İsveçrə və Hollandiya kimi ölkələrin birində rezidentura təhsili almaq istəyirəm. Necə kömək edə bilərsiz?

Salam Elvin bəy, Bizdə rezidentura programı yoxdur təssüf ki. Anlayışınız üçün təşəkkürlər.

salam polsada latviyada busines admiration ucun ibgilisce illik nece min € olar ?ve her ikisinde aylig yasamxerci ?ve hansi daha inksaf etmis tehsile malikdir?

Bu ölkələrdə təhsil haqqı 3-4000 avro civarındadır. Aylıq yaşam xərci təqribən 500 avro olar. Bunların arasında nisbətən Polşa inkişaf edib. Amma sizə Macarıstan variantını da təklif edirəm. Biznes elə 4000 avrodur orda da.

salam polsada magistr ucun ne qeder ielts lazimdir? (texmini) birdeki yasam xerci?

Salam. Magistr üçün İELTS 6.5 lazımdır. Təxmini yaşam xərci 500 avro civarındadır. Polşaya qəbul üçün bizə müraciət edə bilərsiniz.

salam 4 kursam men polsada tehsil ucun ne vaxt muraciet etmeliyem?

Salam. İndidən müraciətə başlaya bilərsiniz.

salam polsada magistr fikirlesirem business,texes ves. dovlet unisinde tehsil haqqi ne qeder olar?birde boyuk seherlerde max.yasam xerci?

Salam. Polşada təhsil haqqı elə də yüksək dəyil. 4000 avrodan aşağıdır. Yaşam xərci təqribən 400-800 avrodur. Xərcləməyinizdən asılıdır.

Salam men fizikadan 0 bilirem.riyaziyata belede.Komputere maragim boyukdu.polsada 1 il hazirliq oxusam mene fizikani 0 dan oyredecekler matematikani yaxsilasdiracaqlar? Hansi fenleri bilmek lazimdi komputer muhendisliyini oxumaq ucun? Macaristanda veya polsada veya her hansi tehsil haqqisi asagi olan yerde oxuya bilerem? Hazirligda her seyi sifirdan oyredirler?

Salam, Polşada hazırlıq sadəcə ingilis dilini əhatə edir amma Macarıstanda edə biləcəksiniz amma 0 biliyinizin olması bir az problem ola bilər. Siz gedənə kimi riyazıyyatdan hazırlaşmalısınız məncə o zaman hazırlıq oxuya biləcəksiniz.

Salam ielts olmadan polsa universitetlerinde tehsil almaq mumkundur? veya ietlsi sonra vermek serti ile hedefim polsanion top universitetlerinde tehsil almaqdir sertli qebul ala bilerem yeni 1 ci kursu oxuyan vaxt ieltsi vermek veya yayda ama tam procces olunub yerim qarantina olunsun universitetde

Salam, Bu dövlətlərdə mümkün deyil. Sizi özəl universitetdə bir il hazırlıq sonra dövlətdə oxuya bilərsiniz. Ya da bəzi dövlətlərdə ingilis dili hazırlığı sonra bakalavr.

salam polsada business admiration oxumagin tehsil haqqisi ne qeder olar ?dovlet unisi

Salam. Polşada təhsil haqqı təqribən 2000-3500 avro arasındadır.

salam polsada tehsil sertleri necedir?ayliq yasam xerci?ingilisce olan facultelerin illiyi hansi araligdadir?

Polşada aylıq yaşayış 4-500 dollardır. Şərtlər bakalavr üçün attestat və IELTS və ya IELTS olmasa bir il hazırlıq. İllik təhsil 2500 avrodan başlayır.

Salam. Men by il mektebi bitirirem ve bakalavri University of Warsaw da oxumaq isteyirem. Mennen me teleb olunur ora qebul ucun be illik xerci ne qederdir? Umumiyyetce polsada universitetlerin qiymeti neceden baslayir? Ve hansi unilerin diplomu azerbaycanda taninir?

Salam, Varşava universitetinə qəbul üçün gərək gedib orda imtahan verəsiniz. Normalda Polşa universitetləri 2-4 min avro arasında olur. Yaxşı universitetlər dövlət tərəfindən tanınır.

salam. Men Polsha da UniversitetI bitirdukden sonra avropada ve diger olkelerde isleye bilerem? ve nece olkede Polsanin diplomu kecir?

Salam. Polşa Dövlət universitetlərinin diplomu hər yerdə tanınır. İş tapmaqda sizə mane olmayacaq.

polşada international relations fakultesi üzre en yaxşi universitet hansidir . Qebul almaq çetindir yoxsa asand.İelts neçe teleb olunur.

Salam. Siz Polşaya bakalavr yoxsa magistr üzrə oxumaq istəyirdiniz? Bakalavr üzrə oxumaq istəyirsinizsə, Jagellonian, Varşava, Lazarski universitetləri məsləhətlidir. İELTS 6.0 yığmağınız məsləhətdir. Polşaya qəbul olarkən Universitetlər bir sıra sənəd istəyir, qəbulu bir az çətindir. Amma biz sizə bu işdə kömək edə bilərik.

Salam men xaricde beynalxalq münasibetler fakültesini oxumaq istiyirem esasende polşada internetden araştıran international relation adn european studies yazılmışdı burda indi fakulte ayrı ayrıdı yoxsa 2 fakültedi birleşik olaraq? Beynalxalq münasibetleri bitiren hansı işlerde işleye biler diplomat olmaq şansı ne qederdir? Men isterdim hem european studies hemde international relations olsun birleşik Riyaziyayat ne qeder vacibdir? Menim riyaziyatım zeyifdir. LaZariski unisine daxil olmaq üçün ielts ne qeder teleb olunur?

Salam. Gözəl sual vermisiniz. Lazarskidə baxdığınız proqram double degreedir. Yəni ki, sizə iki ildən sonra həm Lazarskinin, həm də Böyük Britaniyanın Coventry universitetinin diplomu veriləcək. Proqramın adı Beynəlxalq Əlaqələrdi, amma siz birinci ildən sonra ya European Administration ya da Contemporary Politics sahəsində ixtisaslaşa bilərsiniz. Yəni beynəlxalq əlaqaləri seçib European Administration sahəsi üzrə professionallaşa bilərsiniz. Riyaziyyyat biliyinə ehtiyac yoxdur. Lazarski universitetinə qəbul olmaq üçün İELTS 5.5 almağınız kifayətdir

salam menim ielts 5.5 dir varshava dovlet universitetine gebul ola bilerem?

Salam. Varşava Universitetində 6.0 IELTS balına ehtiyacınız olacaq.

Salam men Polshada tehsil almaq isteyirem.Sorusmaq isterdim, tehsil haqqindan elave ev pulu kommunal xercler transport ile bir yerde ne qeder xercim cixacaq?

Təhsil haqqından əlavə aya təqribən 500-600 manat xərciniz çıxacaq. Təbii ki, yenə də xərcləməyinizdən asılıdır.

Salam. Polshada bakalavr tehsili nece ala bilerem? Ne teleb olunur ve ile ne qeder odemeliyem? Attestatda qiymetin biri 3 olsa problem olar?

Məktəbi bitirən kimi Polşada bakalavr təhsili ala bilərsiniz. İlliyi 3000-5000 manatdır. İELTS 6.0-6.5 tələb olunur. Biri 3 olsa problem olmaz. Əsas orta balınız yüksək olsun.

polşada petroleum engineering ixtisası var ?

Petroleum Eningeering var, amma Polyak dilindədir. Gərək əvvəl polyakca öyrənəsiniz.

Salam, Men Bakida ozel universitetde 1 il bakalavr tehsili almisam , eger men polsa universitetlerinden birine attestatla qebul olsam mene foundation oxumaga ehtiyyac qalmayacag yoxsa ?

Salam, Əgər İELTS sertifikatınız varsa birbaşa bakalavrdan başlaya bilərsiniz.

Niyə Polşada oxumalı?

Yüksək keyfiyyətli polyak təhsil sistemi: peşəkar mütəxəssislər yetişdirən polyak təhsil sisteminin 650 illik tarixi var. Bu sistemdən təkcə Polşa yox, dünyanın bir çox ölkələri fayda götürüb. Polyaklar peşəkarlığı və innovasiyanı getdikləri hər yerdə nümayiş etdirəməyə çalışıblar. Misal üçün,19-cu əsrdə Çilidə geologiya üzrə araşdırma mərkəzi quran İqnasi Dameyko, 1872-1876-cı illərdə Peruda dünyanın ən hündürdə yerləşən dəmir yolu xəttini inşa edən Ernest Malinovski, müasir antroplogiyanın yaradıcısı Branislav Malinovski bu siyahıda yer alır. On nəfər Nobel Mükafatını qazanıb. Bu mükafatın 2 dəfə laureatı olmuş 4 nəfərdən bir olan Mariya Sklodovska Küri, fizika və kimya sahəsində bir sıra xidmətləri var. Artıq 14-cü əsrdən başlayaraq polyak təhsil sistemi öz ənənələrini yaratmağa başlayır. Krakovda yerləşən və Mərkəzi Avropada sayca 2-ci universitet olan Jagiellonian Universiteti 1364-cu ildə təsis edilib. Polşa universitetləri indi də həmin ənənələrə sadiq qalaraq elmə öz töhvələrini verirlər. Varşava Universiteti Avropanın İnformasiya və Texnologiya sahəsi üzrə ən güclü universitetlərindən sayılır. Sistemin keyfiyyətinə Dövlət Akkreditasiya Komitəsi nəzarət edir. Son dövlərdə Polşa iqtisdiyyatı sürətli inkişaf etsə də, bir çox AB ölklərindən daha ucuz həyat şəraitinə malikdir. Yemək, nəqliyyat və yerləşmək üçün 200-400 avro civarında pul kifayət edir. Minimum illik təhsil haqqı 2000 avrodur ki, bu da ortalama AB normasından aşağıdır. Bakalavr 3 akademik il (6 semestr), magistratura üçün ixtisasdan asılı olaraq 1.5 – 2 il lazımdır.

 

Salam cexiyada ve polsada tehsille bagli tam etrafli melumat vere bilersiz ? herterefli.

Çexiya üçün qəbula gecikmisiniz, çünki oranın viza prosesi uzun çəkir. Amma Polşada qəbul hələ də davam edir. 1-2 dövlət universitetində computer science təklif edən ingiliscə proqramlar var. Qəbul üçün İELTS və müvafiq bakalavr diplomu lazım olacaq. Təhsil haqqı təqribən 3-4 min avrodur. Computer science daha geniş imkanlar Macarıstanda mövcuddur. Bir çox universitetlərində computer science ixtisası təklif edən ingiliscə proqramlar var. Təhsil haqqı 6500 dollardır. Lakin təhsil baxımından Polyak universitetlərindən heç də geri qalmır. Ora da yenə də bakalavr diplomu və İELTS balı lazımdır.İELTS balı yoxdursa, yaxşı İngilis dili biliyi lazımdır.

 

salam men polsada pulsuz tehsil almaq isterdim bu mumkundurse eger ikinci olaraq orada pullu universetler minimum qiymeti neceye bawa gelir ve bu universetlerin diplomu taninirmi?

Salam. Polşada pulsuz təhsil yoxdur. Təhsil haqqı 3500-6000 avro arasındadır. Diplomları təbii ki, tanınır.

Polşaya qebul ne vaxt qutarir?

Salam Hüquq üzrə təəssüf ki, ingiliscə proqram yoxdur. Siz bakalavr ya magistratura üzrə təhsil almaq istəyirsiniz? Qəbul prosesi yavaş-yavaş yekunlaşmaq üzrədir. Təhsil haqqı 4-5 min avroya qədərdir. Viza elə də çətin deyil.

 

Salam. Men bu il 11 ci isnifi bitirirem. Bakalavr tehsilini Polsada almaq isteyirem. University of warsaw a qebul aparirsiniz? eger aparirsinizsa ne teleb olunur? Birdeki ozel universitetlerden hansini meslehet gorursunuz?

Salam University of Warsaw-a qəbul aparmaq mümkündür. Qəbul üçün 9-11-ci sinif qiymətləri və ingilis dil biliyini sübut edən sənəd olmalıdır (məs, IELTS). Özəllərdən Vistula University, Kozminski və Lazarkski University məsləhətdir.

265 thoughts on “Polşada Təhsil ilə bağlı sual və cavablar”

  1. Salam.Mən ADNSU tələbəsiyəm,2ci kursam və təhsilimi xaricdə davam etdirmək istəyirəm,bunun üçün əvvəlcə İELTSmi lazmdır? İELTS olmadan hansısa xarici universitetdə oxumaq olarmı?Və ödənişi minimum olan Universitetdə hələ də ödənişsiz olan Universitetdə.Xaiş edirəm ətraflı məlumat verərdiniz.

  2. Salam mənim oğlumun 15 yaşı var .Polşada necə təhsil ala bilər 9 da oxuyur hal hazırda 9 bitirdikdən sonra necə məsləhətdir xeyri olar orda davam etməyinin yoxsa orda təhsil bakalavir :və ya magistr kimi mümkündür?

  3. Salam mən polşada atestla ielts diplomu olmadan təhsil ala bilərəm?
    Birdə nəzərinizə catdirimki mən orta məktəbi 8 il bundan öncə bitirmişəm məktəbdə öyrəndiklərimde tamamilə yaddan çıxıb

  4. Salam
    Poşada təqaüdlü magistr(MBA) təhsili üçün. Ortalama və IELTS neçə bal olmalıdır? Birdə müraciət nə vaxta qədər olunmalıdır ?

  5. Salam. Polşada təhsil vizası almaq üçün. Kart hesabında nə qədər vəsait olmalıdır ki, viza verilməsi zamanı problem yaranmasın? Birdə vəsait hansı ölkənin bank hesabında olmalıdır?

  6. Salam men Polşa və Çexiyada magistr təhsili ilə maraqlanıram. Bilmek isteyirdimki orda genetika ve molekulyar biologiya uzre hansi uniler meslehetlidir? Ve de illik tehsil haqqi ne qederdir? Plus yaşam xercler. Bizrdeki mende TOEFL 90 dir. mutleq IELTS almaliyam yoxsa TOEFL kecerli olar?

    1. Salam. TOEFL hər yerə keçərlidir. Bu sahələrdə Çeixya çox yaxşıdır. Yaşam aylıq 700 avro kimi. Təhsil haqqı 3-4 min avro. TOEFL tam yerəlidir. Bakalavr qiymətləriniz yaxşı olsun

      1. Salam Bakalavr qiymetlərim yaxşıdır sadece bilmək isteyirdimki Çexiyada magistr üçün GRE lazımdırmı? Və birdə hansı dövlət uniləri genetika və molekulyar biologiya üzrə yaxşıdır?

      2. Daha yaxşıdır deyəndə Çexiyada çox universitet yoxdur. Siz baxmalısınız ki hansıda ingilis dilində proqram var. Daha yaxşısını seçmək üçün gərək 10-15 universitet olsun və Çexiya kiçik dövlətdir.

  7. Salam, Polşada magistraturaya qəbul olmaq üçün nə lazımdı İELTS YOXDURSA, qiymətlər necədi? dizayn fakültəsini bakalavr səviyyəsində qurtarmışam ?
    Xaiş edirəm bu haqda məlumat verin

  8. Polşada bakalavr tehsili uzre maraqlanirdim wroclaw seherinde melumat vererdizde odenissiz tehsil ve Endirimli tehsil mümkündürse qəbul sertleri

    1. Salam. Ödənişsiz təhsil yoxdur. Normalda 2-3 min avro edir. Bu sizi qane etmirsə xaricə oxumağa getməyiniz məsləhət deyil. başqa məqsədlər üçün gedə bilərsiniz.

  9. Salam, mənim oğlum bu il 11 ci sinfi bitirib.Polşada təhsil almağını istəyirik.Universitetin diplomu dünyada tanınan olsun.Ödəniş haqqı da mümkün qədər aşağı olsun.İngilis dili çox zəifdi.Zəhmət olmasa məlumatlandırardız məni nə etməliyəm?Bu ildən təhsilinə Universitetdə başlayacaq yoxsa hələ bir il hazırlıq keçməsidir?

    1. Salam Zəhra xanım, ilk təcili dil hazılığına başlamalıdır. Eyni zamanda sənədlərini göndərməliyik. Çox güman orda 1 semestr hazırlıq oxuyacaq. Polşa avropa birliyidir və diplomu tanınır. İşlərə başlamaq üçün 050 9746564 əlaqə saxlayın zəhmət olmasa.

      1. Salam.Əgər GPA balı aşağı olarsa, İELTS 6.0 və üzəri olsa magistr təhsili almaq üçün mümkündür Polşa dövlət Uni də? Və bu illik ödəniş zamanı fərq edir?

      2. Salam. baxır uni, proqram və qəbul şərtlərinə. IETLS balı GPA əvəz etmir. Özəllər normalda problem çıxartmır. 2-3 min avro olur.

      3. Salam mən universtete iş vermirem ki sadəcə orda mektebler acilacaq ya yox onu bilmek isteyirdim size yazdigim universtetin acilib acilmayacagini, bilmək… oda deyirsiz baglanib hə?

      4. Mən müraciət başa düşdüm. Bəli universitetlər açıqdır. Viza qəbul edirlər. Ama yenə uninin özündən soruşmaq lazımdır. Normalda hamı açıqdır və Polşa səfirliyi viza qəbul edir.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next