Müəllimlərin işə qəbulu “Müsahibə” mərhələsinə necə hazırlaşmalı və nələri bilməliyik?

“Müəllimlərin işə qəbulu” prosesinə hazırlaşan bütün müəllim olmaq istəyən şəxslər test imtahanına hazırlaşmaq barədə düşünürlər. Onlar mütəlif resurslardan test imtahanına hazırlaşırlar. Əlbətdəki işə qəbul prosesində test mərhələsi əsas mərhələdir və buna yaxşı hazırlaşmaq vacibdir. Lakin test mərhələsi ilə yanaşı müsahibə mərhələsinə hazırlaşmaq lazımdır. Çünki test imtahanında keçid balını toplamış və Sizinlə birlikdə müsahibədə iştirak edəcək namizədlərlə rəqabətə girmək üçün müsahibə mərhələsinə yaxşı formada hazırlaşmalısınız.

Qeyd edək ki, müsahibə mərhələsində namizədlərin bilik və bacarıqları müvafiq komissiya tərəfindən yoxlanılır.

Bu proses aşağıdakı kimidir:

  1. Namizədlərin peşəkar kompetensiyaları yoxlanılır. Yəni namizədlərin bilik və bacarıqları habelə onların müxtəlif situasiyalarda davranışları və s yoxlanılır.
  2. Namizədlərin psixoloji hazırlığı yoxlanılır. Bu prosesdə namizədin psixoloji durumu, şəxsi keyfiyyətləri, pedaqoq olaraq ümumi keyfiyyətləri qiymətləndirilir.
  3. Dünya görüşü yoxlanılır. Bu mərhələdə dünya görüşünüzü yoxlamaq üçün müxtəlif sahələri əhatə edən suallar verilir.
  4. Namizədə proqram təminatı tərəfindən təsadüfi seçim əsasında ixtisası üzrə bir mövzu təqdim olunur və namizədlər həmin mövzunu müsahibə komissiyasına dərs formatında təqdim edirlər.

Bu qeyd edilən proseslər müsahibənin əsasını təşkil edir. Hər 4 prosesdən uğurla keçən namizədlər sonda uğur qazanmış olurlar. 

Bu prosesi uğurlu keçmək üçün namizəd nə etməlidir?

İlkin olaraq namizədlər müxtəlif resurslardan müsahibə materiallarını əldə etməli və daim tətbiq edilən yeniliklərdən xəbərdar olmalıdır.Yəni əgər Siz müəllim olmaq istəyirsinizsə müəllimlərin işə qəbulu ilə bağlı müxtəlif resursların axtarışında olmalısınız. Bu resursları daim izləyib Sizə yararlı olacaq məlumatları və materialları kompyuterinizə və ya mobil telefonunuza yükləyib oxumalısınız və müxtəlif vaxtlarda həmin materiallara bir daha nəzərdən keçirməlisiniz.

Bütün iş müsahibələri kimi “Müəllimlərin işə qəbulu”nun müsahibə mərhələsi də namizədlərdən aşağıdakı qaydalara riayət etmələrini tələb edir:

  1. İş müsahibəsinə gecikməmək. Adətən namizədlər iş müsahibələrinə bir – iki gün qalmış hazırlaşarkən hər bir şeyə vaxt çatdırırlar. Lakin müsahibə günü nədənsə tələsirlər və həyəcandan vaxtlarını idarə etməyib çox zaman müsahibəyə gecikirlər. Bu problem müsahibə prosesinə çox böyük təsir edir. Bu Sizin haqda ilkin düşüncəni formalaşdırır.
  2. Düzgün geyim. Qeyd edim ki, bu problem iş müsahibəsinə gecikmə problemindən daha çox rast gəlinən problemdir. Düzgün geyim seçimi və Sizin vizual görünüşünüz müsabiqə prosesinə 50% təsir edən amillərdəndir. Çünki qarşınızda oturan şəxs Sizi ilkin olaraq məhz vizual görünüşünüzə görə dəyərləndirir. Belə bir atalar sözü var: “İnsanı geyiminə görə qarşılayıb, ağılına görə yola salarlar Odur ki, iş müsahibəsinə gedərkən düzgün geyim seçməlisiniz. Xüsusilə müəllim olmaq istəyən şəxslər bu məsələyə diqqqətlə yanaşmalıdır. Unutmayın ki, səliqəli, təmiz və düzgün geyim uğurlu müsabiqənin əsasıdır. 
  3. Etik davranış. Müəllim olmaq istəyən şəxs etik qaydalara maksimum riayət etməlidir. Müsahibə zamanı otağa daxil olmanız, oturuşunuz, qeyri-verbal hərəkətləriniz (danışarkən əl – qol hərəkətləri ) Sizin suallara düzgün cavab vermənizdən daha çox önəm daşıyır. Çünki Siz danışarkən Sizin haqqınızda bədəniniz daha yaxşı danışır. Odur ki, müsahibəyə hazırlaşarkən müsabihə prosesində necə hərəkət edəcəyinizi və və nəyi düzgün edib-etmədiyinizni bilmək üçün evdə ailə üzvlərinizlə, dostlarınızla müsahibə prosesini test edin. Yaxudda güzgü qarşısında dayanıb danışığınızı, danışarkən hərəkətlərinizi görün və nəyin yaxşı görünüb-görünmədiyini analiz edin. Siz bu formada müsahibəyə hazırlaşsanız, müsahibə zamanı özünüzə və həyəcanınıza tam hakim ola biləcəksiniz.

Müəllimlərin işə qəbulu prosesini bir qaçış marafonu kimi zənn edin. Unutmayın ki, bu marafonda qalib nəfəsini düzgün idarə edib, addımlarını düzgün atan şəxs olur. 

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar da