İxtisasını və ya universitetini dəyişmək istəyən tələbələr nə etməlidir? Son1 Gün!

Azərbaycan Respublikası Təhsil Nazirliyi ixtisasını və ya universitetini dəyişmək istəyən habelə xaricdə yerləşən ali təhsil müəssisələrindən köcürülmə prosesini sadələşdirmək üçün yeni portal yaradıb. Tələbələrin köçürülmə prosesi transfer.edu.az portalı vasitəsilə Fevralın 1-dən davam edir. Bu proses 7 fevral tarixinədək davam edəcəkdir.

Köçürülmə aşağıdakı bölmələr üzrə mümkündür.

  1. Azərbaycan Respublikası daxilində ali təhsil müəssisələrinin birindən digərinə
  2. Azərbaycan Respublikası daxilində fəaliyyət göstərən orta ixtisas müəssisələrinin birindən digərinə
  3. Magistraturada təhsil alanlar bir ixtisasdan digər ixtisasa (bir ali məktəbdən digər ali məktəbə)
  4. Hər hansı xarici ölkənin ali təhsil müəssisəsindən Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisəsinə 

Qeydiyyatdan keçmək üçün yuxarıda qeyd edilən portala daxil olub, “Sistemdə qeydiyyat” bölümünə daxil olmaq lazımdır. Daha sonra qaydalarla tanış olub, “Köçürülmə qaydaları ilə tanış oldum, razıyam” bölümünü təsdiqləyərək qeydiyyat hissəsinə keçid edirik açılan pəncərədə köçürülmə etmək istədiyimiz bölməni seçirik.

       Daha sonra açılan pəncərədə ad, soyad ata adını və ali təshil müəssisəsinə daxil olduğumuz ili və tədris alacağımız bölümü seçirik. Bundan sonra irəli düyməsini vuraraq qeydiyyatın növbəti mərhələsinə keçirik. Burada bizdən mobil nömrə və həmçinin şifrə yazmağımız istənilir. Qeyd edilən məlumatları daxil etdikdən sonra mobil nömrəmizə aktivləşdirmə kodu gəlir. Bu kodu daxil edərək Şəxsi Kabinetimizə daxil oluruq. Bundan sonra şəxsi kabinetdə müvafiq xanalara məlumatları qeyd edib köçürülmə prosesini yekunlaşdırırıq.

 Məsələn Siz əgər hər hansı xarici universitetdən Azərbaycanda fəaliyyət göstərən universitetə köçürülmə etmək istəyirsinizsə  Xarici ölkənin ali təhsil müəssisəsində təhsil alıram” bölümünü seçməlisiniz. Xarici ölkədən köçürülmə edərkən aşağıdakı qaydalar nəzərə alınaraq həyata keçirilir. Əgər Siz qiyabi təhsil alırsınızsa bu zaman köçürülmə mümkün olmayacaqdır. Odur ki, xaricdə qiyabi təhsil alırsınızsa köçürülmə üçün müraciət edə bilməzsiniz.

Xarici ölkələrdə təhsil alan tələbələr köçürülərkən aşağıdakılar nəzərə alınır:

  1. Köçürülmə edən tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı universitetlər sırasında olması
  2. Tələbənin beynəlxalq imtahanlarda topladığı bal. ( SAT – min. 1000 bal, TOEFL – min. 75 bal, İELTS min. 6.0 bal) 
  3. Tələbə DİM tərəfindən keçirilən qəbul imtahanlarda iştirak etdiyi halda tələbənin topladığı balın həmin ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas (ixtisaslaşma) üzrə minimal keçid balından az olmaması və tələbənin akademik göstəriciləri

Tələbələrin bir universitetdən digər universitetə köçürülməsi üçün tələbənin əsaslı səbəbi olmalıdır. Bu səbəblər hansılardır?

  1. Əgər tələbə müəyyən səbəblərdən yaşayış yerini dəyişirsə, məsələn Gəncədən Bakıya köçübsə o zaman o Gəncədə təhsil aldığı ali təhsil müəssisəsindən Bakıda yerləşən hər hansı ali məktəbə köçürülmə üçün müraciət edə bilər.
  2. Tələbə ailə qurduqda və bu səbəbdən yaşayış yerini dəyişdikdə
  3. Tələbənin sağılamlıqla bağlı hər hansı problemi yarandıqda.

Qeyd edək ki, bu qayda eynilə orta ixtisas təhsil müəssisələrində təhsil alanlara da şamil edilir. Yəni onlarda yuxarıda qeyd edilən səbəblər əsasında köçürülmə üçün müracət edə bilər.

Magistratura pilləsində təhsil alan tələbə digər dövlət ali təhsil müəssisəsinin magistratura pilləsinə və  yaxud bir ixtisasdan digərinə köçürülməsi o zaman həyata keçirilə bilər ki, tələbənin hal-hazırda qəbul olduğu ixtisas üzrə topladığı bal köçürülmə etmək istədiyi digər ixtisas üzrə keçid balı eyni olmalıdır. Magistratura üzrə köçürülmə 1-ci tədris ili müddətində aparıla bilər.

Nəzərə almaq lazımdır ki, əgər tələbə hal-hazırda dövlət hesabına ödənişsiz əsaslarla təhsil alırsa o köçürülmə edərkən bu imtiyazdan məhrum olur. O köçürüləcəyi ali təhsil müəssisəində və ya dəyişdiyi yeni ixtisasda yalnız ödənişli əsaslarla təhsil ala bilər. 

Bundan əlavə əgər tələbənin köçürülmə üçün əsası olmadıqda,hər hansı məlumatın və ya sənədin düzgün daxil olunmadığı aşkar olunduğu təqdirdə Təhsil Nazirliyi tərəfindən ərizəçiyə köçürülməkdən imtina barədə cavab verilir.

44 thoughts on “İxtisasını və ya universitetini dəyişmək istəyən tələbələr nə etməlidir? Son1 Gün!”

  1. Salam Türkiye Mersin Dövlət Universiteti memarlıq fakultəsindən Azərbaycan Dövlət Memarlıq Universitetinə necə transfer etmək olar

  2. Salam men GDU bialogiya üze oxuyuram subbaklavram. Naxçivana perevod elemek istiyirem. Ne etmeliyem. Kimle elaqe saxlamaliyam? Tehsil nazirliyi bu işe baxir?

  3. Salam men kooperasiya unisinin muzey,arxiv isi ve abidelerin qorunmasinda az dili edebiyyatin filologiyasina ve ya 2ci qrupun tarix cografiya muellimliyine perevod ele bilerem?Sansim ne qederdir?

    1. Salam necesiz mende kutahyada oxuyuram 1 ci kursam mende atisdatla qebul olmusam indide perovod elemek isdeyirem siz pece elediniz perovod ede b ildiniz

  4. Səmədzadə Günel Seymur qızı

    Salam mən Naxçıvan Universitetində əyani oxuyuram.Özüm Ağdaşda oluram.Bakı Universitetlərin birinə keçid edə bilərəmmi?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next