Niyə Data Science sahəsi? (Məlumatların idarə edilməsi elmi)

Data Science – aparılan araşdırmalara görə müasir dövrün və yaxın 50 – 60 il ərzində bütün dünyada ən təlabatlı sahələrindən biri kimi qiymətləndirilir. 

Bu elmi sahə hal-hazırda ən gəlirli sahə olmaqla yanaşı  yaxın illərdə bu sahənin daha da inkişaf edəcəyi və bütün dövlət qurumlarına, şirkətlərə bu sahənin peşəkarlarına böyük təlabatın yaranacağı proqnozlaşdırılır. El dili ilə desək, hamı Data Science peşəkarlarını “əl-əl axtaracaqlar” ?. Buda o deməkdir ki, Siz artıq hərəkətə keçməlisiniz. Əgər özünüzə çətin olsada çox maraqlı bir peşə axtarışındasınızsa, Data Science məhz elə Sizin üçündür. 

Gəlin biraz daha dəqiq öyrənək ki, Data Science nədir və bu sahə ilə məşğul olan şəxs nə iş görür?

Data Science – məlumatların idarə edilməsi, çıxarılıb lazımı bazalara ötürülməsi, təhlili, saxlanması, viziuallaşdırılması  və s işləri təmin edir. 

Bu o anlama gəlir ki, Data Science bir çox sahələr üzrə qurumlara və şirkətlərə müxtəlif məlumatların toplanması, bu məlumatlara əsaslanan işlərin aparılması və bu məlumatlar əsasında hədəf və qərarları qəbul etməyə imkan verir. 

Data Science ilə məşğul olmaq və ya bu sahədə xaricdə təhsil almaq istəyən şəxslər ilkin olaraq hansı sahələr üzrə biliklərə sahib olmalıdırlar?

  1. Riyaziyyat 

Yəqin bir çoxunuz bu sahəni vaxtilə çox sevməmisiniz ? Lakin qeyd edək ki, Data Science sahəsi Riyaziyyat elmini sevənlər və bu sahəni yaxşı bilənlər üçündür. Elə belə deyilməyib ki, “Riyaziyyat bütün elmlərin başıdır”. Odur ki, Siz dünyanın ən gəlirli və ən yüksək məvacibinə sahib elmi sahəsi ilə məşğul olmaq istəyirsinizsə, o zaman riyaziyyatı bilməlisiniz və bilməklə yanaşı bu elmi sevməlisiniz ?

  • Komyuter elmləri

Kompyuter elmləri geniş bir sahəni əhat edir. Data ilə məşğul olmaq istəyən şəxs kompyuter texnologiyaları və bu texnologiyaların idarə edilməsi və müxtəlif proqramlaşdırma dillərini bilməlidir. Xüsusilə Python proqramlaşdırma dili bu sahədə Sizə lazım olacaqdır.

  • Statistika

Statistika elmi hərfi məna olaraq “hadisələrin vəziyyəti” anlamını verərək, müxtəlif məlumatlar və informasiyaların toplanılmasını, araşdırılmasını, təhlilini həyata keçirən bir elmi sahədir. Statistikalar müxtəlif meyarlar əsasında hazırlanıb bir növ məlumatlar əsasında nəticələrin əldə edilməsini təmin edir. Data sahəsində məşğul olmaq istəyən şəxs statistika elmi üzrə müxtəlif biliklərə sahib olmaqla yanaşı, şəxsi keyfiyyətlərində analitik düşüncəyə və həmçinin məlumatların düzgün təhlili və emal edilməsi üçün məntiqi düşüncəyə sahib olmalıdır.

  • Fizika və İqtisadiyyat

Fizika elmi də Data sahəsini öyrənmək istəyənlərin bilməli olduğu elmi sahələrdəndir. Bundan başqa İqtisadiyyat sahəsində də biliklərə sahib olmanız vacibdir. Çünki Data sahəsi müxtəlif, təhsil, səhiyyə, sənaye, istehsal, xidmət və s sahələrlə birlikdə ümumi iqtisadiyyat sahəsini də əhatə edir. 

Yəni Siz Data Science üzrə peşəkar olmaq istəyirsinizsə, riyaziyyatı, proqramlaşdırma sahəsində güclü biliklərə sahib olmaqla bərabər, kompüter elmləri, statistika anlayışına sahib olmağı, müxtəlif strukturlu proqramları yazmaq, alqoritmləri və dəyişənləri anlamaq, məlumat növləri əsasında  məlumat strukturlarını idarə etmək, təhlil etmək biliklərinə sahib olmalısınız.

Data Science elmi yuxarıda qeyd edilən elmlərlə təməli kökləri olan çox böyük miqyaslı bir elmi sahədir. Hansı ki, bu elmi sahəni öyrənmək, mənimsəmək müəyyən vaxt və böyük zəhmət tələb etsə də Sizin gələcəyiniz üçün çox geniş imkanlar vəd edir. Ona görə peşənizi dəyişmək və yaxud özünüzə heçvaxt işsiz qalmayacağınız bir peşə axtarışındasınızsa, Data Science Sizin üçündür. 

Bu elmi sahəyə xaricdə, prestişli universitetlərdə və həmçinin müxtəlif Amerika və Avropa ölkələrində təhsil alaraq yiyələnə bilərsiniz. Hansıki Siz xaricdə Data sahəsi üzrə təhsil alaraq həmin ölkələrdə işləmək şansı da qazana bilərsiniz. Bu mövzular haqda qarşıdakı bloqlarda Sizlərə məlumat verəcəyik.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next