Cənubi Koreyada oxu.

Koreyada beynəlxalq statuslu tələbələr üçün İngilis dilli ölkələrə nəzərən aşağı məbləğli təhsil haqqı və yaşam xərcləri var. Təhsil məqsədi ilə tələbələr Koreyaya həm ali təhsil dərəcəsi almaq üçün və həm də dil kurslarına qatılmaq üçün müraciət edirlər. 1967-ci ildən bəri Koreya hökuməti 148 ölkədən 7000-ə yaxın tələbə üçün təqaüd təmin edir və hər il təqribən 2000 xarici tələbə təhsil almaq üçün Koreyaya üz tutur.  Əksər hallarda bakalavr təhsili 4, magistratura təhsili isə 2 illikdir. Koreya universitetləri milli, ictimai və özəl universitet olmaqla 3 yerə ayrılır. Milli universitetlər mərkəzi hökumət tərəfindən, ictimai universitetlər yerli hökumət tərəfindən, özəl universitetlər isə şəxsi sahibkarlar tərəfindən formalaşdırılıb.

Universitetlərdə koreya dili ilə yanaşı ingilis dilində də təhsil almaq mümkündür. Koreya dilini bilməyən tələbələr üçün isə xüsusi olaraq koreya dili kursları mövcuddur. Koreya dilində təhsil üçün tələbələrdə TOPIK (Test of Proficiency in Korean), ingilis dilində təhsil üçün isə IELTS və ya TOEFL imtahanlarından birinin nəticəsi olmalıdır.

Ortalama təhsil haqqı ixtisasdan asılı olaraq 1500- 10.000$ aralığında dəyişir. Xarici tələbələrin təhsil aldıqları müddətdə Koreyada işləmək üçün rəsmi icazə almaq imkanları var. Sırf bu məqsədlə hər il hökumət tərəfindən tələbələr üçün iş yarmarkaları keçirilir.

Parlaq gələcək vəd edən Koreya təhsili daha çox texnologiya sahəsində inkişaf edib. 152 ölkə arasında aparılmış araşdırmaya əsasən Koreya informasiya sahəsində 1-ci yerdə qərarlaşıb.

Koreyanın birinci olduğu sahə təkcə elm deyil. Belə ki, Koreya cinayətin nisbətinin aşağı olmasına və təhlükəsizlik səviyyəsinə görə də ilk pillədədir. Araşdırmalar nəticəsində burada oxuyan xarici tələbələrin 96%-ni Koreyadaki təhsil qane etdiyi məlum olub. Hətta onların 78%-i təhsillərini başa vurduqdan sonra qalıb Koreyada işləməyi planlaşdırırlar.

Koreyada yaşamağın yaxşı tərəfləri:

  • Rahat və təhlükəsiz nəqliyyat sistemi və təhlükəsiz yaşayış mühiti
  • Müxtəlif mədəni fəaliyyətlər
  • Başqa millətlərin nümayəndələri ilə rahat qaynayıb-qarışmaq
  • Əfsanəvi Koreya yeməkləri
  • Sakit ətraf mühit və təhsilin keyfiyyəti
  • Möhtəşəm təbiət və hava şəraiti
  • Yüksək yaşayış standartları

Xanım Xəlilova

CELT Xətai

xanim@celt.az

012-496 45 76

050 588 15 18

211 thoughts on “Cənubi Koreyada oxu.”

  1. Salam, mən Bakı Dövlət Uni -də 3cü kursdan etibarən qiyabi təhsil alıram. Koreyada magistr təhsili üçün, bu bir əngəl oa bilər mi? Azərbaycanda qiyabi təhsill almağım

    1. Salam. Bu haqda məlumaatımız yoxdur. Asiya ölkələri monoton millətdirlər yəni hardasa vətəndaşlıq vermirlər ama yenə google üzrəindən imkanları araşdırın zəhmət olmasa

  2. Salam mən 11 sinifəm universteti burda oxuyub magistraturanı 2 il koreada oxuya bilrəm və sizdə yataqxananada qalmaq mümkündür ödənişli halda

  3. Salam mən hal hazırda Xəzər unvirsetinde oxuyuram perevod edib odlar yurdu ya qızlar universitetinde inglis dilli müəllimliyini üzrə oxumağı davam etmək isdiyirem Azərbaycanda bakalavr üzrə unvirseti bitirenen sonra magistr təhsili ücün koreyada təhsil ala bilər? Və bunun üçün İELTS imtahani vermeliyem? ixdisasim dəyişilməlidir bunun üçün? (bideki mən inglis dilində hazırlasmak isdiyirem imtahana koreyaca yox) xaiş edirəm mənə məlumat vererdiz????,mənim orda magist üzrə oxumağım necə mümkündür?

  4. Səbine Məmmədova

    Salam mən kollecde təhsil alıram kollec diplomumla Koreyada təhsil üçün təqaüd ala bilərəmmi yoxsa Universitet diplomu olmalıdır əgər Yüksək İELTS balım olarsa birde atestat qiymetlerim o qədərdə mükəmməl deyil.

    1. Salam. Kollec diplomu ilə müraciət edə bilərsiniz. Amma qiymətləriniz yüksək deyilsə, təqaüd almağınız mümkün deyil.

  5. Salam mən Koreyada təhsil almağ üçün hansı müəsissələrə müraciət etməliyəm.Həm də bunun üçün hansı sənədlər lazımdır?

  6. Salam koreya seul üniverstetin’ə giriş puanı neçədir? Birdə dil öyrədirlər başlamadan öncə yoxsa özümüz bilməliyik?

  7. Salam mən dillər universitetində 3cü kursda ingilis dili müəllimliyi oxuyuram, Koreyada 1 il dil kursuna getmək istəyirəm, onun üçün hansı sənədlər tələb olunur? Və sonra burada iş tapmaq korea dili üzrə tərcüməçi kimi işləmək imkanım olurmu yoxsa universitet bitirməliyəm? Zəhmət olmasa cavablardınız)

    1. Salam. Universiteti bitirmədən bir illik dil kursuna gedə bilməzsiniz. Gərək buradaki təhsilinizi dondurasınız. İş tapmaq isə sizdən asılı olan bir şeydir.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next