Cənubi Koreyada oxu.

Koreyada beynəlxalq statuslu tələbələr üçün İngilis dilli ölkələrə nəzərən aşağı məbləğli təhsil haqqı və yaşam xərcləri var. Təhsil məqsədi ilə tələbələr Koreyaya həm ali təhsil dərəcəsi almaq üçün və həm də dil kurslarına qatılmaq üçün müraciət edirlər. 1967-ci ildən bəri Koreya hökuməti 148 ölkədən 7000-ə yaxın tələbə üçün təqaüd təmin edir və hər il təqribən 2000 xarici tələbə təhsil almaq üçün Koreyaya üz tutur.  Əksər hallarda bakalavr təhsili 4, magistratura təhsili isə 2 illikdir. Koreya universitetləri milli, ictimai və özəl universitet olmaqla 3 yerə ayrılır. Milli universitetlər mərkəzi hökumət tərəfindən, ictimai universitetlər yerli hökumət tərəfindən, özəl universitetlər isə şəxsi sahibkarlar tərəfindən formalaşdırılıb.

Universitetlərdə koreya dili ilə yanaşı ingilis dilində də təhsil almaq mümkündür. Koreya dilini bilməyən tələbələr üçün isə xüsusi olaraq koreya dili kursları mövcuddur. Koreya dilində təhsil üçün tələbələrdə TOPIK (Test of Proficiency in Korean), ingilis dilində təhsil üçün isə IELTS və ya TOEFL imtahanlarından birinin nəticəsi olmalıdır.

Ortalama təhsil haqqı ixtisasdan asılı olaraq 1500- 10.000$ aralığında dəyişir. Xarici tələbələrin təhsil aldıqları müddətdə Koreyada işləmək üçün rəsmi icazə almaq imkanları var. Sırf bu məqsədlə hər il hökumət tərəfindən tələbələr üçün iş yarmarkaları keçirilir.

Parlaq gələcək vəd edən Koreya təhsili daha çox texnologiya sahəsində inkişaf edib. 152 ölkə arasında aparılmış araşdırmaya əsasən Koreya informasiya sahəsində 1-ci yerdə qərarlaşıb.

Koreyanın birinci olduğu sahə təkcə elm deyil. Belə ki, Koreya cinayətin nisbətinin aşağı olmasına və təhlükəsizlik səviyyəsinə görə də ilk pillədədir. Araşdırmalar nəticəsində burada oxuyan xarici tələbələrin 96%-ni Koreyadaki təhsil qane etdiyi məlum olub. Hətta onların 78%-i təhsillərini başa vurduqdan sonra qalıb Koreyada işləməyi planlaşdırırlar.

Koreyada yaşamağın yaxşı tərəfləri:

  • Rahat və təhlükəsiz nəqliyyat sistemi və təhlükəsiz yaşayış mühiti
  • Müxtəlif mədəni fəaliyyətlər
  • Başqa millətlərin nümayəndələri ilə rahat qaynayıb-qarışmaq
  • Əfsanəvi Koreya yeməkləri
  • Sakit ətraf mühit və təhsilin keyfiyyəti
  • Möhtəşəm təbiət və hava şəraiti
  • Yüksək yaşayış standartları

Xanım Xəlilova

CELT Xətai

xanim@celt.az

012-496 45 76

050 588 15 18

211 thoughts on “Cənubi Koreyada oxu.”

  1. Salam men Azerbaycan vetendasiyam, men Cenubi Koreyada Huquq fakultesinde oxumaq isdeyirem (ödeniş siz).Bunun ucun ne etmeliyem? Ve oxyduqdan sonra Azerbaycanda isleye bilerem mi?

    1. Salam. Ödənişsiz üçün gərək Koreya dövlət təqaüdünü qazanasınız. Sonra Bakıda işləmək üçün ayrıca hüquq imtahanı verməlisiniz əgər dövlət qurumu olacaqsa.

    2. Salam, mən Tarix müəllimliyi oxuyuram hal hazırda, koreyada magistura Beynəlxalq münasibət oxuya bilərəmmi? Əgər mümkünsə hansı universitetlərdə?

  2. Salam. Mən 10. sinif şagirdiyəm. Koreya Universitetində təhsil almaq üçün hansı sənədləri göndərmək lazımdır? Və necə göndərə bilərik?

    1. Salam mən memarlıqı oxuyuram 2ci kurs . Magistraturanı Koreyada oxuya bilərəm memarlıq üzrə? Hansı universitetdə oxuya bilərəm ?(tam teqaüdlü)

      1. Bu ancaq koreya dilində mümkündür. Öncə ingilis dilini bilməsiliniz yoxsa təqaüd alsanız koreya dilini öyrənəcəksiniz sonra oxumağa başlayacaqsınız.

  3. Salam/Mən bu il 11.sinifəm.Koreyada üniversitet oxumaq istəyirəm.Ancağ dil problemim var.Üniversitetdə öğyrənmək olarmı?

  4. Salam. Mən Azərbaycanda Beynəlxalq Münasibətlər və ya İqtisadiyyat oxusam, Koreyanın hansı universitetlərində magistr təhsili ala bilərəm? Və ödənişsiz təhsil imkanı var?

    1. Salam. Bir çox unidə oxuya bilərsiniz. Ama əsas proqram ingilis dilində olmalı. GPA-niz yaxşı olmalı və IELTS sert olmalı.

  5. Salam. Mən rəssamlıq fakültəsi üzrə bakalavr təhsil alıram hal hazırda . dizayn üzrə magistraturanı koreyada pulsuz təhsil almaq imkanım var?

  6. Salam,men ibtidai sinif muellimliyi uzre bakalavr tehsili almisam.Koreada tibb tehsili ile maraqlaniram.Koreada tibb tehsili almagim mumkundurmu?bunun ucun neler etmeliyem?zehmet olmasa etrafli melumat vererdiniz.onceden tesekkurler:)

  7. Salam, Koreyada təhsil üçün nə zaman müraciət edə bilərəm? sonuncu kursam bu il. Və sizinlə necə əlaqə saxlaya bilərəm?

    1. Salam koreyada tam teqaudle oxumaq ucun hara muraciet etmeliyem ve hardan baslamaliyam? Hal hazirda universitete hazirlasiram son ilimdi magistraturani koreyada oxumaq isteyirem

      1. Salam. İngilis dilini bilməlisiniz. GPA yüksək olmalı. Bizim ofislə gələ bilərsiniz. Müraciət hazır olduğunda proseslərə başlanılır.

    2. Salam. Koreyada psixologiya uzre bakalavr tehsili ucun hansi senedlere ehtiyacim var? İelts neticesi 6.5 ve ya 7 olsa ancag GPA asagi olsa oxumaq mümkündür?

      1. Öncə baxmalısınız ki Koreyada psixoogiya ingilis dilində var? Əks halda birinci Koreya dili sonra ixtisas oxumalısınız.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next