Cənubi Koreyada oxu.

Koreyada beynəlxalq statuslu tələbələr üçün İngilis dilli ölkələrə nəzərən aşağı məbləğli təhsil haqqı və yaşam xərcləri var. Təhsil məqsədi ilə tələbələr Koreyaya həm ali təhsil dərəcəsi almaq üçün və həm də dil kurslarına qatılmaq üçün müraciət edirlər. 1967-ci ildən bəri Koreya hökuməti 148 ölkədən 7000-ə yaxın tələbə üçün təqaüd təmin edir və hər il təqribən 2000 xarici tələbə təhsil almaq üçün Koreyaya üz tutur.  Əksər hallarda bakalavr təhsili 4, magistratura təhsili isə 2 illikdir. Koreya universitetləri milli, ictimai və özəl universitet olmaqla 3 yerə ayrılır. Milli universitetlər mərkəzi hökumət tərəfindən, ictimai universitetlər yerli hökumət tərəfindən, özəl universitetlər isə şəxsi sahibkarlar tərəfindən formalaşdırılıb.

Universitetlərdə koreya dili ilə yanaşı ingilis dilində də təhsil almaq mümkündür. Koreya dilini bilməyən tələbələr üçün isə xüsusi olaraq koreya dili kursları mövcuddur. Koreya dilində təhsil üçün tələbələrdə TOPIK (Test of Proficiency in Korean), ingilis dilində təhsil üçün isə IELTS və ya TOEFL imtahanlarından birinin nəticəsi olmalıdır.

Ortalama təhsil haqqı ixtisasdan asılı olaraq 1500- 10.000$ aralığında dəyişir. Xarici tələbələrin təhsil aldıqları müddətdə Koreyada işləmək üçün rəsmi icazə almaq imkanları var. Sırf bu məqsədlə hər il hökumət tərəfindən tələbələr üçün iş yarmarkaları keçirilir.

Parlaq gələcək vəd edən Koreya təhsili daha çox texnologiya sahəsində inkişaf edib. 152 ölkə arasında aparılmış araşdırmaya əsasən Koreya informasiya sahəsində 1-ci yerdə qərarlaşıb.

Koreyanın birinci olduğu sahə təkcə elm deyil. Belə ki, Koreya cinayətin nisbətinin aşağı olmasına və təhlükəsizlik səviyyəsinə görə də ilk pillədədir. Araşdırmalar nəticəsində burada oxuyan xarici tələbələrin 96%-ni Koreyadaki təhsil qane etdiyi məlum olub. Hətta onların 78%-i təhsillərini başa vurduqdan sonra qalıb Koreyada işləməyi planlaşdırırlar.

Koreyada yaşamağın yaxşı tərəfləri:

  • Rahat və təhlükəsiz nəqliyyat sistemi və təhlükəsiz yaşayış mühiti
  • Müxtəlif mədəni fəaliyyətlər
  • Başqa millətlərin nümayəndələri ilə rahat qaynayıb-qarışmaq
  • Əfsanəvi Koreya yeməkləri
  • Sakit ətraf mühit və təhsilin keyfiyyəti
  • Möhtəşəm təbiət və hava şəraiti
  • Yüksək yaşayış standartları

Xanım Xəlilova

CELT Xətai

xanim@celt.az

012-496 45 76

050 588 15 18

211 thoughts on “Cənubi Koreyada oxu.”

  1. Salam mən mən Bakı dövlət universitetinin Turizm və otelçilik ixtisasında oxuyuram ingilis sektoru. Bu ixtisas üzrə koreyada hansı universitetləri məsləhət görürsüz?

      1. Salam. 11-də oxuyursunuzsa hər ixtisasa vermək olar ama öncədən hazırlaşmakısınız. IELTS, SAT falan.

  2. Salam. Men ADA Universitetinde Iqtisadiyyat uzre tehsil aliram. Sizce magistratura pillesini Cenubi Koreyada iqtisadiyyat ve yaxud MBA oxumaq yaxshidir? Yoxsa bunlar Koreyada daha cox inkisaf etmeyib? Birde odenisli olacaq? Onceden tesekkurler!

    1. Salam. Koreyada oxumaq əlbəttə yaxşıdır ama sonra gəlib avropada işləmək üçün deyil. Asiya biznes yönünü öyrənmək üçün harvardda oxumaqdansa koreya daha məntıqlıdır. Ödəməlidir ama azdır. 5 min dollardan başlayır

  3. Salam Men hal hazirda Azerbaycanda Informasiya Texnologiyalari sahesinde bakalavr uzre tehsil aliram. Eger yalnizca TOEFL neticem olsa o zaman teqaudlu tehsil alma şansim varmi? Ve TOEFL neticem neçe olmasi daha yaxsidi birde universitetdeki ortalama ne qeder olmasi yaxsidi?

  4. Salam mən məktəbdə əsas dil olaraq rus dili keçirəm yani 11-ci sinif imtahanını da rus dilində verəcəm ama kareyada oxumaq istəyirəm 11-ci sinifi bitirdikdən sonra rus dili öyrənməyim problemdir yoxsa elə rusca öyrənsəmdə oxuya bilərəm kareyada?

    1. Salam. Cənubi Koreyada ali təhsil almaq üçün IELTS nəticəsi kifayət edir. Amma SAT nəticənizin olması sizin üçün əlavə üstünlükdür. Belə ki, SAT sayəsində həm universitetin edə biləcəyi giriş imtahanından azad ola və həm də təhsil haqqından müəyyən endirimlər ala bilərsiniz.

  5. Salam, mən 84.79 ortalama ilə memarlığı bitirmişəm. IELTS və ya TOPIK biri olduqda Cənubi Kareyada ödənişsiz təhsil üçün müraciət edə bilərəm? Ya hər ikisi olmalıdır? Və də ümmumiyyətlə memarlıq üzrə magistr almaq mümkündürmü?Öncədən təşəkkürlər ^-^

    1. Salam. 9-cu sinif şəhadətnaməsi yox, amma 11-ci sinif attestatı tələb edilir. Bununla yanaşı 9,10,11-ci siniflərin qiymətləri də tələb edilir.

  6. Salam mən 2 ci qrup kareya üzrə regionşünaslıq bölməsinə imtahan vermək istəyirəm,mən 11 illik orta məktəb təhsilimi başa çatdırdıqdan sonra imtahan verib bakalavr təhsilinin 1ci kursundan yeni məktəbi bitirib Azərbaycanda yox kareyada oxuya bilərəm? Bu mümkündür mü? Birdə bakalavr təhsilini xaricdə almaq üçün verilən sənədlər imtahanlar falan haqqında ətraflı məlumatı hardan əldə edə bilərəm?

    1. Salam. 11 bitirdikdən sonra bəlı kareyada oxuya bilərsiniz. Bunun üçün ilk öncə ingilis dilini bilmək lazımdır. Koreya dilini ingilis dili vasitəsi ilə öyrənəcəksiniz

  7. Salam mən hal-hazırda Azərbaycan İnşaat və Memarlıq Universitetində 1-ci kurs tələbəsiyəm.Kareyada İnşaat üzrə oxumaq istəyirəm.Bunun üçün mənim İELTS neçə olmalıdır?

  8. Salam,Menim iki sualim olacaq.
    Mes,Koreya Dovlet teqaudunu qazandim,Viza meselesinde Mutleq Bank hesabinda pul olmalidir?Yeni bank hesabinda $10.000 pul olmasa Koreyaya gede bilmirik? Yoxsa ki,Teqaud Aldigimizi tesdiq eden sened de olsa olur?
    Diger sualim ise, IELTS,TOEFL ve TOPIK’le bagli olacaq.Koreyada Ingilis dilinde oxumaq isteyirikse yenede TOPIK imtahaninin,hemcinin Eksi koreya dilinde oxumaq isteyirikse IELTS imtahani Sertifikati teleb olunur?
    Cavablandirsaniz cox sevinerem.Tesekkurler

    1. Salam. Dövlət hesabı bağlıdır yəni qazanmaq yoxdur))))

      Koreya özü təqaüd verir onun üçün səfirlikdə imtahan vermək lazımdır. Qazansanız heç bir əlavə banka falan ehtiyax yoxdur. Özləri hər şeyi edir. Ingilis dilini bilməlisiniz. IELTS 6 səviyyəsi lazımdır. Koreya dili ingilis dili vasitəsi ilə öyrədilir.

  9. Salam. Men Naxçıvan Dövlet Univeristetinde stomatologiya ixtisasında oxuyuram. Rezidenturanı dövlət sifarişli Cenubi Koreyada oxuya bilərəm?

  10. Salam , mən Bakı Dövlət Universiteti Filologiya fakültəsində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi 3. kursunda təhsil alıram.IELTS ilə Koreyada dövlət sifarişi ilə Ingilis ədəbiyyatı oxuya bilərəm? Hansı universitetləri məsləhət görürsünüz?

  11. Salam men Bakı biznes və koperasiya kollecin mühasibat uçotu və maliye oxuyuram hal hazirda 2ci kursam ve bitirdikden sonra Güney koreya (yeni Seul)getmeyi planliyram eyer getsem orada oxuduğum peşeye uyğun iş tapa bilerem? Yoxsa yeniden oxumaliyam?

    1. Salam. Biz işlə bağlı sizə heç nə deyə bilmərik, təhsillə bağlı suallarınızı cavablandırmaqdan şad olarıq.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next