Cənubi Koreyada oxu.

Koreyada beynəlxalq statuslu tələbələr üçün İngilis dilli ölkələrə nəzərən aşağı məbləğli təhsil haqqı və yaşam xərcləri var. Təhsil məqsədi ilə tələbələr Koreyaya həm ali təhsil dərəcəsi almaq üçün və həm də dil kurslarına qatılmaq üçün müraciət edirlər. 1967-ci ildən bəri Koreya hökuməti 148 ölkədən 7000-ə yaxın tələbə üçün təqaüd təmin edir və hər il təqribən 2000 xarici tələbə təhsil almaq üçün Koreyaya üz tutur.  Əksər hallarda bakalavr təhsili 4, magistratura təhsili isə 2 illikdir. Koreya universitetləri milli, ictimai və özəl universitet olmaqla 3 yerə ayrılır. Milli universitetlər mərkəzi hökumət tərəfindən, ictimai universitetlər yerli hökumət tərəfindən, özəl universitetlər isə şəxsi sahibkarlar tərəfindən formalaşdırılıb.

Universitetlərdə koreya dili ilə yanaşı ingilis dilində də təhsil almaq mümkündür. Koreya dilini bilməyən tələbələr üçün isə xüsusi olaraq koreya dili kursları mövcuddur. Koreya dilində təhsil üçün tələbələrdə TOPIK (Test of Proficiency in Korean), ingilis dilində təhsil üçün isə IELTS və ya TOEFL imtahanlarından birinin nəticəsi olmalıdır.

Ortalama təhsil haqqı ixtisasdan asılı olaraq 1500- 10.000$ aralığında dəyişir. Xarici tələbələrin təhsil aldıqları müddətdə Koreyada işləmək üçün rəsmi icazə almaq imkanları var. Sırf bu məqsədlə hər il hökumət tərəfindən tələbələr üçün iş yarmarkaları keçirilir.

Parlaq gələcək vəd edən Koreya təhsili daha çox texnologiya sahəsində inkişaf edib. 152 ölkə arasında aparılmış araşdırmaya əsasən Koreya informasiya sahəsində 1-ci yerdə qərarlaşıb.

Koreyanın birinci olduğu sahə təkcə elm deyil. Belə ki, Koreya cinayətin nisbətinin aşağı olmasına və təhlükəsizlik səviyyəsinə görə də ilk pillədədir. Araşdırmalar nəticəsində burada oxuyan xarici tələbələrin 96%-ni Koreyadaki təhsil qane etdiyi məlum olub. Hətta onların 78%-i təhsillərini başa vurduqdan sonra qalıb Koreyada işləməyi planlaşdırırlar.

Koreyada yaşamağın yaxşı tərəfləri:

  • Rahat və təhlükəsiz nəqliyyat sistemi və təhlükəsiz yaşayış mühiti
  • Müxtəlif mədəni fəaliyyətlər
  • Başqa millətlərin nümayəndələri ilə rahat qaynayıb-qarışmaq
  • Əfsanəvi Koreya yeməkləri
  • Sakit ətraf mühit və təhsilin keyfiyyəti
  • Möhtəşəm təbiət və hava şəraiti
  • Yüksək yaşayış standartları

Xanım Xəlilova

CELT Xətai

xanim@celt.az

012-496 45 76

050 588 15 18

203 thoughts on “Cənubi Koreyada oxu.”

  1. Salam men mühendislik ixtisasini burda oxuyacam 2 ilden sonra öz ixtisasimi Koreyada davam etdire bilerem ? Ümumiyetle nece koreyada oxuya bilerem ixtisssim üzre ? Xahiiiss edirem cvb veresiz

  2. salam. koreyada tibb təhsili almaq istərdim. 11-ci sinfi bitirib DİM-dən 600dən yuxarı bal əldə etmişəm. lakin təhsilimi təqaüdlə və ya bursla koreyada davam etmək istəyirəm. mənə yol göstərə bilərsizmi? bunun üçün nə etməliyəm?

    1. Salam. Koreyaya müraciət edəndə avtomatik təqaüdə də edirsiniz. Qəbul üçün IELTS müqləqdir. DIM balınız var ama SAT balınız olsa daha yaxşıdır təqaüd üçün. Əlavə dəstək üçün ofislərimizə yaxınlaşa bilərsiniz.

  3. Salam Koreyada tam təqaudle oxumaq üçün hara müraciət etməliyəm? Və hardan başlamalıyam? Hal hazırda 10cu sinifəm. Dizayn fakülətəsinə hazırlaşıram Bakıda 1ci somestor oxuyub təhsilimin dəvamını Koreyada oxuya bilərəm?

  4. İngilis dilini tam çəkildə bilsəm, Koreyada SNU-a (Seoul National University) girə bilərəm? İELTS imtahanı nəticəsi 6.5/7 olsa, Koreya dili orta səviyyə olsa, dizayn ilə əlaqədar oxuya bilərəm? Tam təqaüdlü.

  5. Salam men hal hazirda Azerbaycanda inglis dili müəlliməsi üzrə bakalavr oxuyuram bildiyim qədəri ilə eger doğma dilin inglis dili deyilse Koreyada inglis müəlliməsi kimi iş tapmak çatin olur men magistraturani koreyada oxumaq isdiyirem bakalavr tehsilini Azərbaycanda bitirenen sonra bilmek isdiyirdimki magistraturani koreyada oxumaq üçün ixdisasimi dəyişə bileremi? Ve magistr oxumaq üçün gederken 1 il Koreyada korea dili keçirilir?

  6. Salam. Koreyada yaşayıb orada işlemek üçün. 11ci sinifden sonra koreyada unversitete başlamalıyıq yoxsa 1,2 somestrlıqda getsek bize orda yaşamaq ve işlemek üçün imkan verilecek?

  7. Salam.
    Koreya da tam təqaüd almaq üçün nə etmək lazımdır. Və qəbul olması üçün hansı tarixlərdə müraciət etmək lazımdı?

  8. Salam, mən kollecdə tibb sahəsi üzrə təhsil alıram. Burada təhsilimi bitirdikdən sonra Koreyada bakalavr üçün memarlıq fakültəsi üzrə təqaüdlə təhsil almaq mümkündür ? Əgər mümkündürsə təqaüd almaq üçün hansı imtahanları verməliyəm? Koreya schoolarship programlarına qatılmaq lazımdır ?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next