Bakalavr və Magistr fərqli ixtisaslar

Bakalavr və Magistr dərəcələrində uyğunluq vacibdirmi?

Əgər bakalavr dərəcəsini bitirdikdən sonra karyera dəyişikliyi etmək istəsəniz, narahatçılığa heç bir səbəb yoxdur. Bir çox universitet yüksək standartlarda olan qəbul şərtlərini saxlayaraq, bunu asan bir proses halına gətirib.

Universitetlərin qəbul şərtlərini öyrənin

İlk mərhələ müraciət edəcəyiniz universitetləri dəqiqləşdirmək, daha sonra isə ya həmin universitetlərin internet saytından ya da xaricdə təhsil mütəxəssisinizdən universitetin qəbul şərtləri haqqında məlumat almaqdır.

Magistr təhsili almaq üçün minimal tələblər

Unutmayın ki universitetlərin tələbləri fərqli ola bilər. Oxuduğunuz sahədən asılı olmayaraq GRE və GMAT kimi imtahanlardan keçmək və ya müvafiq sahədə iş təcrübəsi qazanmaq müraciət etdiyiniz universitet üçün bakalavr dərəcəsini nəzərə almadan magistr pilləsinə qəbul almağınıza kömək edə bilər. Lakin yadda saxlamaq lazımdır ki bu hər bir universitetə şamil edilən bir qəbul forması deyil.

Standartlaşdırılmış testlər

Graduate Record Examination (GRE) adlı testlə demək olar ki bir çox ixtisasa qəbul almaq şanslarınız yüksəlir. Bu ümumi bilik testi sizin riyaziyyat və ingilis dilində qavrama bacarıqlarınızı və ümumi analiz etmə qabiliyyətinizi yoxlayır. Bəzi ixtisaslar və universitetlər isə daha spesifik imtahanlar tələb edirlər. Məsələn, Biznes universitetləri və MBA proqramları GMAT (Graduate Management Admission Test), Tibb universitetləri MCAT (Medical College Admission Test), və Hüquq universitetləri LSAT (Law School Admission Test) kimi imtahanlar olduğu halda bir başa qəbul imkanı verirlər.

İş təcrübəsi

Akademik imtahanlardan başqa hansı üstünlüklər var deyirsinizsə, iş təcrübəsini unutmamalısınız. Əgər təhsil alacağınız sahəyə uyğun ən az 2 illik iş təcrübəniz varsa və bunu təsdiq edəcək sənədləri universitetə göndərsəniz, sizdən bir başa eyni sahədə bakalavr dərəcəsi tələb olunmaya bilər.

Digər üstünlüklər

İş təcrübəsi və akademik imtahanlardan başqa nə kimi üstünlüklərimiz ola bilər sualına isə cavab sadədir. Əgər universitetə sizin haqlı səbəblərə və güclü motivasiyaya görə ixtisas dəyişmək istədiyinizi təsdiq edə bilsəniz, bunu anlayışla qarşılaya bilərlər. Bunun isə yolu sadədir. Recommendation Letter və Motivation Letter dediyimiz akademik yazıları universitetə təqdim etməlisiniz.

Yekun olaraq qeyd etmək istəyirəm ki, ilk öncə universitet və ixtisas seçimi edib daha sonra bu faktorlar barədə düşünmək lazımdır.

Əlaqə 

CELT Colleges Nizami (Məhəmməd Naxçıvani 10)

Tel: 012 436 86 87

mob: 050 787 57 66

email: baba.karimli@celt.az

295 thoughts on “Bakalavr və Magistr fərqli ixtisaslar”

  1. Salam. Magistr üçün Siyasi elmlər və Beynəlxalq münasibətlər ixtisasları ilə yaxınlıq təşkil edən hansı ixtisasları seçmək olar?

  2. Salam,mən ingilis dili müəllimliyində oxuyuram,magistrda xarici ölkədə ingilis dili müəllimliyi təqaüdlə oxuya bilərəm?Hansı ölkələr uyğundur?

  3. salam. bakalavr ixtisasi ingilis dili muellilmliyi olan biri magistr MBA Maliyye uzre tehsil alsa ish tapmaq shansi ne derecede yuksekdir? yeni ixtisas deyishmeye deyermi? yoxsa ele oz ixtisasi uzre tehsil alsa yaxshidir?

  4. Salam, mən Adpu tarix və coğrafiya müəllimliyini bitirmişəm, magistraturada hansı ixtisas seçimlərini edə bilərəm?

      1. Salam.Men 2015-ci ilde ADAU-nin elektroenergetika fakultesini bitirmişem.Magistr tehsil üzre ixtisasımı riyaziyyat müellimliyine deyişe bileremmi

  5. Salam. Mən azərbaycan dili üzrə filologiya təhsili almışam. Xaricdə magistr oxumaq şansım var filologiya üzrə? Gpa-m 85+dur, həmçinin b2 səviyyəsindəyəm. Sizcə burda ixtisasımı dəyişib, elə müraciət etməliyəm? Ya şansım var? Zəhmət olmasa, aydınlada bilərsiniz? 🙂

    1. Bəli. Eyni ixtisası oxuya bilərsiniz. İngilis dilindən IELTS 6.5 və ya çox zaman 7 lazımdır əgər ingilis dili filologiyasına gedəcəksinizsə. Hümanitar sahələrə dəyişə bilərsiniz magistr üçün ama bu hər ölkədə fərqlidir. Ofisimizə zəng edib daha ətraflı məsləhər alın.

    1. Salam,men bakalavr uzre ADPU Ibtidai sinif muellimliyin bitirmişem,Ingilis dili muellimliyine deyişmek isteyirem,qeyd edim ki 1 illik iş tecrubem var ve mueyyen seviyyede bilirem Ingilis dilini,bu mumkundurmu?