Bakalavr və Magistr fərqli ixtisaslar

Bakalavr və Magistr dərəcələrində uyğunluq vacibdirmi?

Əgər bakalavr dərəcəsini bitirdikdən sonra karyera dəyişikliyi etmək istəsəniz, narahatçılığa heç bir səbəb yoxdur. Bir çox universitet yüksək standartlarda olan qəbul şərtlərini saxlayaraq, bunu asan bir proses halına gətirib.

Universitetlərin qəbul şərtlərini öyrənin

İlk mərhələ müraciət edəcəyiniz universitetləri dəqiqləşdirmək, daha sonra isə ya həmin universitetlərin internet saytından ya da xaricdə təhsil mütəxəssisinizdən universitetin qəbul şərtləri haqqında məlumat almaqdır.

Magistr təhsili almaq üçün minimal tələblər

Unutmayın ki universitetlərin tələbləri fərqli ola bilər. Oxuduğunuz sahədən asılı olmayaraq GRE və GMAT kimi imtahanlardan keçmək və ya müvafiq sahədə iş təcrübəsi qazanmaq müraciət etdiyiniz universitet üçün bakalavr dərəcəsini nəzərə almadan magistr pilləsinə qəbul almağınıza kömək edə bilər. Lakin yadda saxlamaq lazımdır ki bu hər bir universitetə şamil edilən bir qəbul forması deyil.

Standartlaşdırılmış testlər

Graduate Record Examination (GRE) adlı testlə demək olar ki bir çox ixtisasa qəbul almaq şanslarınız yüksəlir. Bu ümumi bilik testi sizin riyaziyyat və ingilis dilində qavrama bacarıqlarınızı və ümumi analiz etmə qabiliyyətinizi yoxlayır. Bəzi ixtisaslar və universitetlər isə daha spesifik imtahanlar tələb edirlər. Məsələn, Biznes universitetləri və MBA proqramları GMAT (Graduate Management Admission Test), Tibb universitetləri MCAT (Medical College Admission Test), və Hüquq universitetləri LSAT (Law School Admission Test) kimi imtahanlar olduğu halda bir başa qəbul imkanı verirlər.

İş təcrübəsi

Akademik imtahanlardan başqa hansı üstünlüklər var deyirsinizsə, iş təcrübəsini unutmamalısınız. Əgər təhsil alacağınız sahəyə uyğun ən az 2 illik iş təcrübəniz varsa və bunu təsdiq edəcək sənədləri universitetə göndərsəniz, sizdən bir başa eyni sahədə bakalavr dərəcəsi tələb olunmaya bilər.

Digər üstünlüklər

İş təcrübəsi və akademik imtahanlardan başqa nə kimi üstünlüklərimiz ola bilər sualına isə cavab sadədir. Əgər universitetə sizin haqlı səbəblərə və güclü motivasiyaya görə ixtisas dəyişmək istədiyinizi təsdiq edə bilsəniz, bunu anlayışla qarşılaya bilərlər. Bunun isə yolu sadədir. Recommendation Letter və Motivation Letter dediyimiz akademik yazıları universitetə təqdim etməlisiniz.

Yekun olaraq qeyd etmək istəyirəm ki, ilk öncə universitet və ixtisas seçimi edib daha sonra bu faktorlar barədə düşünmək lazımdır.

Əlaqə 

CELT Colleges Nizami (Məhəmməd Naxçıvani 10)

Tel: 012 436 86 87

mob: 050 787 57 66

email: baba.karimli@celt.az

295 thoughts on “Bakalavr və Magistr fərqli ixtisaslar”

  1. Salam mən ADPU da fizika müəllimliyi üzrə təhsil alıram. İxtisas dəyişimi etsəm hansı ixtisas üzrə təhsil ala bilərəm?

    1. Yaxın müəllimlik və ya hümanitar sahə seçə bilərsiniz ama xaricdə oxumaq üçün. Daxil üçün DIM müraciət edin

  2. Salam. Bakalavr iqtisadiyyat oxudum tedris ingilis dilinde.Magistraturada tourism and hospitality management isteyirem oxumag xaricde( serqi avropa) bele ixtisas deyishikliyi mumkundur?

  3. Salam, Tarix Coğrafiya müəllimliyi ixtisasını oxuyuram (2-ci qrup üzrə). Fəlsəfə ixtisasının magistrını oxuya bilərəm?

      1. Salam men informatika ixtisasında təhsil alıram magistraturada ressamlıq, ve ya memarlıq kimi ixtisaslarda təhsil ala bilərəm?

      2. Salam. Qabliyyət imtahanı lazım olacaq. ama DIM də icazə verməlidir.Qrup dəyişmək bilmirəm mümkündür ya yox

  4. Salam mən sosiologiya ixtisasinda,(SEP) fakültəsində oxuyuram.Magistraturanı Tibb universitetində Klinik psixologiyani oxuya bilərəm?

  5. Salam men kimya ixtisasinda oxuyuram.Magistri tibb universitetinde toksikoloji kimya ixtisasinda oxuya bileremmi?Zehmet olmasa cavablandirin.

  6. Salam men kimya ixtisasin oxuyuram.Magistr uzre tibb universitetinin Toksikoloji kimya ixtisasinda tehsil ala bilerem?Eger tehsil almaq mumkun olsa bu odenisli olacaq? yeni ixtisas uygunlugu olmasa odenisli tehsil almaq lazim gelir deye esitmisem.Zehmet olmasa cavablandirardiz

    1. Salam. FH və Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisası üzrə təhsil alıram(ADNSU). Magistrda Proqramlaşdırma, avtomatia ve ya bunlara bənzər ixtisasları oxuya bilərəm?

  7. Salam. Mən Riyaziyyat ixtisasında oxuyuram(tədris ingiliscə). Magistr üzrə xaricə İT üzrə gedə bilərəm? Başqa hansı istisaslara dəyişə bilərəm? Uyğun ixtisaslar deyəndə nələri nəzər tutursunuz məsələn? Suallara cavabınız üçün təşəkkürlər 🙂

    1. Salam, mən ADU-da ingilis dili müəllimliyini bitirmişəm, magistrı hansı ixtisaslar üzrə oxusam daha uygun olar? İndidən təşəkkür edirəm.

      1. Salam. Baxır harda. Xaricdə deyirsinizsə, dilşunaslıq, beynəlxalq əlaqələr, sosiologiya kimi sahələr olar ama Bakıda DIM-dəns soruşmaq lazımdır

  8. Salam ADPU-da riyaziyyat və informatika ixtisası üzrə təhsil alıram. Hansı ixtisas üzrə magistr oxuya bilərəm və necə ? Ümumi ortalama qiymətlə yoxsa imtahan verərək ?

    1. Salam. Mən biznesin idarə edilməsini ixtisas olaraq seçmişəm. Azərbaycanda magistr təhsilimi seçdiyim ixitisasın müəllimliyini üzrə ala bilərəm mi?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next