Bakalavr və Magistr fərqli ixtisaslar

Bakalavr və Magistr dərəcələrində uyğunluq vacibdirmi?

Əgər bakalavr dərəcəsini bitirdikdən sonra karyera dəyişikliyi etmək istəsəniz, narahatçılığa heç bir səbəb yoxdur. Bir çox universitet yüksək standartlarda olan qəbul şərtlərini saxlayaraq, bunu asan bir proses halına gətirib.

Universitetlərin qəbul şərtlərini öyrənin

İlk mərhələ müraciət edəcəyiniz universitetləri dəqiqləşdirmək, daha sonra isə ya həmin universitetlərin internet saytından ya da xaricdə təhsil mütəxəssisinizdən universitetin qəbul şərtləri haqqında məlumat almaqdır.

Magistr təhsili almaq üçün minimal tələblər

Unutmayın ki universitetlərin tələbləri fərqli ola bilər. Oxuduğunuz sahədən asılı olmayaraq GRE və GMAT kimi imtahanlardan keçmək və ya müvafiq sahədə iş təcrübəsi qazanmaq müraciət etdiyiniz universitet üçün bakalavr dərəcəsini nəzərə almadan magistr pilləsinə qəbul almağınıza kömək edə bilər. Lakin yadda saxlamaq lazımdır ki bu hər bir universitetə şamil edilən bir qəbul forması deyil.

Standartlaşdırılmış testlər

Graduate Record Examination (GRE) adlı testlə demək olar ki bir çox ixtisasa qəbul almaq şanslarınız yüksəlir. Bu ümumi bilik testi sizin riyaziyyat və ingilis dilində qavrama bacarıqlarınızı və ümumi analiz etmə qabiliyyətinizi yoxlayır. Bəzi ixtisaslar və universitetlər isə daha spesifik imtahanlar tələb edirlər. Məsələn, Biznes universitetləri və MBA proqramları GMAT (Graduate Management Admission Test), Tibb universitetləri MCAT (Medical College Admission Test), və Hüquq universitetləri LSAT (Law School Admission Test) kimi imtahanlar olduğu halda bir başa qəbul imkanı verirlər.

İş təcrübəsi

Akademik imtahanlardan başqa hansı üstünlüklər var deyirsinizsə, iş təcrübəsini unutmamalısınız. Əgər təhsil alacağınız sahəyə uyğun ən az 2 illik iş təcrübəniz varsa və bunu təsdiq edəcək sənədləri universitetə göndərsəniz, sizdən bir başa eyni sahədə bakalavr dərəcəsi tələb olunmaya bilər.

Digər üstünlüklər

İş təcrübəsi və akademik imtahanlardan başqa nə kimi üstünlüklərimiz ola bilər sualına isə cavab sadədir. Əgər universitetə sizin haqlı səbəblərə və güclü motivasiyaya görə ixtisas dəyişmək istədiyinizi təsdiq edə bilsəniz, bunu anlayışla qarşılaya bilərlər. Bunun isə yolu sadədir. Recommendation Letter və Motivation Letter dediyimiz akademik yazıları universitetə təqdim etməlisiniz.

Yekun olaraq qeyd etmək istəyirəm ki, ilk öncə universitet və ixtisas seçimi edib daha sonra bu faktorlar barədə düşünmək lazımdır.

Əlaqə 

CELT Colleges Nizami (Məhəmməd Naxçıvani 10)

Tel: 012 436 86 87

mob: 050 787 57 66

email: baba.karimli@celt.az

295 thoughts on “Bakalavr və Magistr fərqli ixtisaslar”

  1. Salam. İnformatika müəlliməliyi ixtisası üzre bakalavr derecesin bitirdikden sonra magistr MBA üzre oxumaq mümkündü? Bir sualımda olacaqdı əgər Mba seçdikde hemin universitet iş tecrübesi teleb edir?? Zehmet olmasa cavablandırarsız. İndiden teşekkurler.

  2. Salam,mən Biologiya ixtisası üzrə bakalavr təhsil alıram.Sualım budur ki,Türkiyə də magistr üzrə həkimlik ixtisasına verə bilərəm?Əgər verə bilərəmsə hansı sahələ rə?

  3. Hüseynov İsmayıl

    Salam. AZMİU`da ekalogiya mühəndisliyi üzrə təhsil alıram, magistr təhsilində memarlıq ixtisasın seçə bilərəm ?

      1. Salam. İnformatika müəlliməliyin bitirdikdən sonra magistr üçün İqdisadiyyatı seçə bilerem?? Yəni MBA üzre oxuya bilerem? Zehmet olmasa cavablandırarsız

      2. Salam mən Kimya müəllimliyi ixtisası üzrə təhsil alıram. Müəllimlikdən başqa magistrda hansı sahələr üzrə təhsil ala bilərəm? Xəstəxanalarda laborant həkim və ya psixoloq, psixiatr ixtisasları mümkün ola bilər? Zəhmət olmasa cavablandırardınız.

  4. Salam. Men AzTU nun Elektronika və telekommunikasiya mühəndisliyi ixtisasının bakalavr dərəcəsini bitirmişəm. Bilmək istərdim ki, magistr təhsilimi İNSAN RESURSLARININ İDARƏEDİLMƏSİ ixtisası üzrə ala bilərəm? Əgər bilərəmsə bu necə mümkündür?

    1. Salam məni hərbi məktəbi bitirmişəm və əlavə avtomobil texnikalarının mühəndisi diplomum var. Maqisterda hansı ixtisası oxuya bilərəm?

  5. Salam men adnsu itif fakultesinde cihazqayirma ixtisasi uzre tehsil aliram .Onu bilmek isteyirdim ki men bakalavr seviyyesini bitirdikden sonra hansi xarici sirketlerde ve harada isleye bilerem

    1. Salam, men ADPU informatika muellimliyini bitirmiwem.. Men magistra IT, ya komputer muhendisliyi, komputer elmleri, kimi ixtisaslarda magistr tehsili ala bileremmi

      1. Salam. Böyük ehtimalla yox, çünki bakalavrda lazım olan kreditləri toplamamısınız. Amma yenə də, müraciət edəcəyiniz universitetlə dəqiqləşdirə bilərsiniz, ola bilsin ki, onlar sizə əlavə tamamlayıcı kurslar təklif etsinlər.

  6. Salam men bakalavr kimya muellimlik oxuyuram.Hansi sahelerde magistr tehsili ala bilerem? Muellimlikden bashga hansisa saheler mumkundurmu?

  7. Salam. Mən Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil alıram. Amma magistraturanı mühasibat-uçotu və audit üzrə oxumaq istiyirəm. Sizcə oxumaq olar?

      1. Salam mən ADPU-da tarix coğrafiya müəllimliyi ixtisasında təhsil alıram, Türkiyədə idarəetmə ve ya iqtisadiyyat üzrə magistr təhsili ala bilərəm?

  8. Salam.Mən BDU sosial iş ixtisasında təhsil aliram.Magistrbucun dil-ədəbiyyat muəlliməliyinə ixtisas dəyişimi edə bilərəmmi? Və ya digər muəllməlik(məs: ibtidai vəs.)

  9. Salam. Mən hal-hazırda Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində təhsil alıram. Amma magistraturanı memarlıq ixtisasına dəyişmək isdəyirəm. Məndən hansı şərtlər tələb oluna bilər? Zəhmət olmasa cavablandırarsınız.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next