Azərbaycanda yoxsa Xaricdə təhsil?

Hər bir valideyn öz övladını yüksək dərəcəli təhsil ilə təmin etməyi özünə borc bildiyi üçün onların ən gözəl universitetdə təhsil almasında seçim etməli olur. Son illərdə bu artan marağı nəzər alaraq bu mövzuya toxunaraq Azərbaycan universitetlərində yoxsa xarici ölkələrdə təhsil almağın üstünlüklərini açıqlamğa çalışacam.

Almaniyada Təhsil

Azərbaycan müstəqilliyini yeni qazandığı illərdə məzunların əsas marağı Azərbaycanın əsas universitetlərində təhsil almaq idi. İllər keçdikcə, Azərbaycan Avropaya daha yaxınlaşdıqca, orta məktəb məzunlarının da xaricdə yəni Avropa və Amerika universitetlərində təhsil almağa başladılar. Bu irəliləyiş Azərbaycanın xarici ölkələrdə diasporasının formalaşmasında da öz rolunu göstərmişdir. Bundan əlavə daha çox gənclərin bu marağı Azərbaycandakı inkişafa öz təsirini göstərmişdir.

Bunun əhəmiyyətini qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti 2007-2015-ci illər ərzində Azərbaycanlı gənclərin xaricdə təhsil almaları üçün təqaüd proqramının sərəncamını imzaladı. Bu proses bütün ixtisasları əhatə etməsə də, gənclərin xaricdəki universitetlərdə oxumasına diqqəti iki qat artırdı. Hal-hazırda Təhsil Nazirliyi tərəfindən təşkil olunan bu proses öz nəticələrini verməkdədir.

CELT Xaricdə təhsil şöbəsinin 2003-cü ildən bəri statistikaların nəticələrinə görə xarici universitetlər yerli universitetlərə nisbətən aşağıdakı kimi müqayisə olunur

Təhsil keyfiyyəti və Təcrübə

Təhsil və təcrübə baxımdan xarici universitetlər Azərbaycandakı universitetlərdən bir neçə dəfə üstündür. Lakin bunu bütün sahələrə aid etmək olmaz. Neft-qaz sənayesi ilə bərabər bir neçə sahə var ki, Azərbaycan universitetləri kifayət qədər yüksək reytinqə və təcrübəyə malikdir.

Maliyyə və Müqayisə

Azərbaycanda ödənişsiz universitetlərlə bərabər təhsil haqlarının artdığı bir vaxtda xaricdə ən məşhur universitetlərtamamilə pulsuzdur.  Norveç, Almaniya, Fransa və Çexiyanın ən məşhur universitetləri Azərbaycan əksər universitetlərindən daha az ödəniş tələb və ya tamamilə ödənişsizdir.

Amerika, İngiltərə, Kanada və Azərbaycan

Bəli, Azərbaycandan başqa bu ölkələrdəki universitet təhsil haqları çox yüksəkdir və çox az Azərbaycanlı bu ödənişləri təmin edəcək imkanındadır. Buna baxmayaraq, bu ölkələrdəki təhsilin keyfiyyəti və reytinqi dünyanın ən qabaqcıl yüz universitetinə rəhbərlik edir. Buna baxmayaraq Azərbaycanlıların bəzi ixtisaslar üzrə təhsil almaları üçün Təhsil Nazirliyi tam maliyyə dəstəyi verir. Deməli Azərbaycanlılar öz imkanları çatmayan universitetlərdə belə bu imkandan yararlana bilərlər.

Türkiyə və Azərbaycan

Xaricdə Təhsil

Türkiyə universitetləri də Azərbaycanlıların ən çox istiqamət aldığı ölkələrdəndir. Lakin Türkiyədə elə ixtisaslar var ki,bu ixtisaslar Azərbaycanlılar üçün o qədər də maraqlı deyil. Bununla belə TQDK testi vasitəsi ilə və şəxsi müraciət ilə Türkiyənin tanınmış universitetlərində təhsil almağa dəyər. Tibb, Mühəndislik, Kompyuter elmi və digər önəmli sahələr tələbələrin Türkiyədə oxumaq üçün üstün tutduğu ixtisaslardır.

Hansı ixtisaslar?

Hər bir dövlət, daha dəqiq universitet müəyyən sahəyə görə çox məşhurdur. Ona görə də seçim edərkən universitetin adına görə məşhur olmağına deyil, onun sizin üçün nə qədər əhəmiyyətli olduğuna baxmaq lazımdır. Əgər hər hansı ixtisas Azərbaycanda rahatlıqla alına bilən ixtisasdırsa, onun üçün xaricə getməyə dəyməz və ya buna görə dövləti ziyana salmaq məsləhət deyil. Azərbaycana lazım olan ixtisaslara maraq bugünki gənclərin əsas protiteti olmalıdır.

Kompyuter elmi, dəqiq elmlərin mühəndisliyi, müəyyən neft-qaz sahəsinə aid olan xüsusi ixtisaslar dövlət üçün daha maraqlı ola bilər. Çünki bu ixtisaslara Azərbaycanda güclü ehtiyac var. Bundan əlavə Təhsil Nazirliyi Azərbaycanı xaricdə güclü təmsil edə biləcək insanlara da müəyyən ixtisaslar üzrə humanitar da olsa təhsil almaqlarında maraqlı ola bilər.

Sonda bildirmək istəyirəm ki, mövzuya kifayət qədər aydınlıq gətirməyə çalışdım və sizin fikirlərinizi eşitmək bizim üçün çox önəmlidir.

CELT Colleges (Baş Ofis)

Məmməd Əfəndiyev küç. 6

İçəri şəhər metrosu ( Axundov Bağı)

Tel: 012 492 6853

118 thoughts on “Azərbaycanda yoxsa Xaricdə təhsil?”

    1. Salam.Bəli TOEFl kursları var. TOEFL kurlarına başlamaq üçün ən azı intermediate səviyyəsində olmaq lazımdır. Ferdi 320 AZN. 3 neferlik qrup 180 AZN. NOrmalda 6 ay müddətində bitirə bilərsiniz.

  1. bezdirmirem goreeen?deyirem ki men 12ay gedim oyrenim sora da ieltse gedim?olmaz ki ieltse bir az hazirliq fason kurs kecim sora da ielts uzre hazirrashim?isdemireme 1il ona vax serf edim coxduye 1 il((

    1. Bəli British ingilis dilini öyrənə bilərsiniz. 12 bütün altı səviyyəni keçmək üçün nəzərdə tutulub. Siz artıq intermediate səviyyəsində olanda İLETS hazirlıqlarına başlaya bilərsiniz. İntermediate səviyyəsini təxminən 6 müddətində öyrənə bilərsiniz. 6 aydan sonra İELTS və ya TOEFL hazırlıqlarına başlaya bilərsiniz.

  2. salam,men de celtde oyrenmek isteyirem ingilis dilini amma ki pocti sto hec ne bilmirem,instituta girende hazirlashdiqlarim da yadimdan cixib)))goren nece vaxta oyrene bilerem ve qiymetleri de zehmet olmasa yazardiniz da,xaricde tehsil ucun istemirem helelik musteqil danismaq ucun sonra xaric ucun de gelerem)helelik

    1. Salam. Siz CELT-də öyrənə bilərsiniz. Əgər lap aşağı səviyyədən başlasanız, 12 ay müddətində bütün səviyyələri bitirə bilərsiniz. Qiymətlər iki nəfərlik qrup 135 AZN, 3 nəfərlik qrup 96 AZN.

  3. salam men size fransada rezident tehsili ile bagli yazmisdim.fransada tehsil alan usaqlardan melumat aldim oyrendiyim qeder fransa artiq azerbaycandan telebe qebul etmir ,ve burs vemir yeni dovlet xettiyle.qebul etse bele men yeniden birinci kursdan baslamaliyam.yeni men fransa klinikalarinda ixtisasim uzre praktika kecmeyi cox isterdim,yeni en azinda burda rezident tehsilimi davam ettirib,praktikani xaricde kece bilerdim.,bu ixtisasim uzre hansisa kurs da ola bilerdi.ama sehiyye nazirliyinin saytinda bununla bagli melumatlar yoxdur.bu barede mene nece komek ede bilersiniz???

  4. salam. men sizin vasitenizle isvecrede bakalavr kimi tehsil ala bilerem?ve siz bunun ucun ne kimi komek gostere bilersiniz?mumkunse qiymetini de bildirin.cox tesekkurler…

    1. Beli Isvecrede tehsil ala bilersiniz. Biz qebul prosesine aid her cu destek veririk. Tebii ki, bu desteye gore hec bir mebleg odemirsiniz. Biz mumkun olan universitetlere hec bir mebleg almadan qebul etdiririk. Etrafli melumat ucun ofisimize yaxnlashin. 012 492 6853

  5. Salam. TOEFL kursuna baslamaq ucun toefl preparation mutleqdir ki? mene minimum muddet lazimdir, en geci 2 aya bitirmek isteyirem, tez olsa daha yaxsi. Celt-e diger kurslara baxmis etibarim daha coxdur, anca melumat alanda o qeder teleb deyirler ki, adami casdirirlar. mende seviyye upper intermediate-low advance sayilir. birbasa TOEF-la hazirlasmaq ve minimum muddetde bitirib imtahan vermek isteyirem. mumkundurmu?

    1. Salam Ulkar Xanim,

      CELT Colleges-de melumat daha sheaffadir belkede ondan. Cunki biz qarantiya veririk ve siz o bali yigmayanda biz mesuliyyet dashiyiriq. Eger biliyiniz UPPER_intermediate olsa siz beli suretli shekilde iki aya bitire bilersiniz istediyiniz baldan asili olaraq. Lakin bize sizin 4 komponent uzre UPPER olmaniz lazimdir. Reading, Listening, Speaking ve Writing. Eks halda bir qarantiya vere bilmirik. Siz isterseniz bize yaxinlahin ve level heckden sonra biz size daha konkret vaxt deye bilerik.

  6. siz los angles berkeley universitetine gonderrsiz ve qiymeti neciyedi 1 ilinin .ve men bakalavr menim bibim oglusa magistra vermek isteyir….

    1. Salam Vusal,

      UCLA (Los Angeles) Nonresident yani beynelxalq ve bashqa statdan olan telebeler ucun yashayish, tehsil ve diger xercler daxil bir illik qiymet 44, 000 USD – 50,00 USD arasnda deyishir. UC Berkeley ise 45- 54 min USD arasinda deyishir. Qebul shertleri Bakalavr ucun TOEFL ve SAT, magistr ucun ise GRE (GMAT for Business) ve TOEFL teleb olunacaq. Elave melumat ucun birinci gun bizimle elaqe saxlayin. 012 4926853

      1. ok.ve ucla universitetinin qiymeti neciyedir 1 ilinin qiymeti,ve orada bakalvr-i qurtarandqan sonra magistruda orada oxumaq olar?ve magistrin qiymeti neciyedir?

  7. salam.men amerikada MBS ni oxumaq isteyirem californiyada ele universitet var..men 4cu kursda oxuyuram gelen il qurtaracam ve gelen il getmek isteyirem ili neciyedi …magistr cun

    1. Salam Murad,

      MBS yani Master of Business School or Master of Biological Science? ve ya MBBS? Californiyada yaxshi universitetler var. Lakin zehmet olmasa deqiq universitetleri vurgulayin men de size deqiq telebleri ve qiymeti deyim. Sag olun.

    1. Siz hem oz hesabiniza hem de, dovlet hesabina tehsil ala bilersiniz. Bunun üçün ingilis dilini yaxşı bilersiniz. Deqiq melumat üçün 012 4926853 nömrəsinə zəng edin.

    1. Salam,

      Dovlet hesabina tehsil ala bilersiniz lakin secdiyiniz ixtisas dovletin proritet ixtisasi olmalidir. Siyahiya TEHSIL NAZIRLIYININ XARICDE TEHSIL saytindan baxa bilersiniz.

  8. salam men rezidendatura tehsiliyle bagli sual vermek istiyirem.hazirda tibb univer 5 kursunda tehsil aliram ,gelen il bitirdikden sonra rezidentlik ucun imtahan vermeliyem,ama men bu tehsili xaricde davam ettirmek isteyirem.bilmek isterdim ki bunun ucun ne etmeliyem.dovlet proqraminda xaricde rezident tehsili almaq ucun sans varmi?fransa,almaniya ve ya turkiye secimim bu olkelerin ali tehsil ocaqlari arasinda olacaq.

    1. Salam Qoni,

      Beli, rezidentura dovlet proqraminin esas proritetidir lakin secimde deqiq olmalisiniz. Eger Almaniya ve ya Fransani secirsinizse, o zaman onlarin dillerinden imtahan vermelisiniz. IELTS ve ya TOEFL evezi, TESTDAF ve ya TCF imtahanindan kecmelisiniz. Turkiyeye geldikde bunun ucun de imtahan verirsiniz ve lakin bu her bir universitetin oz imtahani olur.

      Tehsil Nazirliyi bu saheye xususi diqqet ayirir

      1. yeni ki eyer turkiyeye veriremse onda bunu mehz turkiyede hansi universitete sened veriremse o universitetde imtahan vermeliyem?yoxsa imtahani burda vere bilerem?ama menim secimim yeqin ki farnsa olacaq yeni fransaya sened veriremse onda hem fransiz dilinden hem fransadi rezidentlik proqrami uzre imtahan vermeliyem?bes bu imtahani fransada yoxsa burda vermeliyem? sadece men tehsil nazirliyinin saytinda rezidentlikle bagli melumat tapa bilmedim(.

      2. Rezidentura TİBB-in daxilindədir. Yəni inanmıram onlar əlavə məlumat tapa bilərsiniz. Türkiyə üçün bəli Türkiyədə imtahan verməlisiniz. Lakin ikinci bir variant zəhmət olmasa Səhiyyə Nazirliyinin xarici əlaqələr şöbəsi ilə əlaqə saxlayın. Onlarda da imtahan verə bilərsiniz. Fransa üçün Fransa səfirliyi və Almaniya üçün DAAD proqramının Bakıdaki ofisi ilə əlaqə saxlayın

  9. salam.menim 1 sualim var.men indi toefldan hazirlawiram,imtahana texmini iyulda gire bilerem.sentyabra qeder dovlet sifariwi ile xarice getmeyim mumkundu?yoxsa cox gecdi.

    1. Cox guman ki yox lakin bu baxir dovletin ne vaxta qeder senedleri qebul emtyine. Kecen il Avqusutun evveli bagladilar ve coxlu telebeler senedlerini catdira bilmediler. Lakin tehsil haqqi olmayan universitetlere oz hesabiniza gede bilersiniz. Mes: Almaniyaya

      1. Beli var. Bashlamaq ucun Ingilis dili biliyiniz yaxshi olmalidir. Eger varsa, uc neferlik qrupa gelseniz 160 AZN hefte uc defe. Elave melumat ucun 012 4926853 nomresine zeng edin.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next