Azərbaycanda yoxsa Xaricdə təhsil?

Hər bir valideyn öz övladını yüksək dərəcəli təhsil ilə təmin etməyi özünə borc bildiyi üçün onların ən gözəl universitetdə təhsil almasında seçim etməli olur. Son illərdə bu artan marağı nəzər alaraq bu mövzuya toxunaraq Azərbaycan universitetlərində yoxsa xarici ölkələrdə təhsil almağın üstünlüklərini açıqlamğa çalışacam.

Almaniyada Təhsil

Azərbaycan müstəqilliyini yeni qazandığı illərdə məzunların əsas marağı Azərbaycanın əsas universitetlərində təhsil almaq idi. İllər keçdikcə, Azərbaycan Avropaya daha yaxınlaşdıqca, orta məktəb məzunlarının da xaricdə yəni Avropa və Amerika universitetlərində təhsil almağa başladılar. Bu irəliləyiş Azərbaycanın xarici ölkələrdə diasporasının formalaşmasında da öz rolunu göstərmişdir. Bundan əlavə daha çox gənclərin bu marağı Azərbaycandakı inkişafa öz təsirini göstərmişdir.

Bunun əhəmiyyətini qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti 2007-2015-ci illər ərzində Azərbaycanlı gənclərin xaricdə təhsil almaları üçün təqaüd proqramının sərəncamını imzaladı. Bu proses bütün ixtisasları əhatə etməsə də, gənclərin xaricdəki universitetlərdə oxumasına diqqəti iki qat artırdı. Hal-hazırda Təhsil Nazirliyi tərəfindən təşkil olunan bu proses öz nəticələrini verməkdədir.

CELT Xaricdə təhsil şöbəsinin 2003-cü ildən bəri statistikaların nəticələrinə görə xarici universitetlər yerli universitetlərə nisbətən aşağıdakı kimi müqayisə olunur

Təhsil keyfiyyəti və Təcrübə

Təhsil və təcrübə baxımdan xarici universitetlər Azərbaycandakı universitetlərdən bir neçə dəfə üstündür. Lakin bunu bütün sahələrə aid etmək olmaz. Neft-qaz sənayesi ilə bərabər bir neçə sahə var ki, Azərbaycan universitetləri kifayət qədər yüksək reytinqə və təcrübəyə malikdir.

Maliyyə və Müqayisə

Azərbaycanda ödənişsiz universitetlərlə bərabər təhsil haqlarının artdığı bir vaxtda xaricdə ən məşhur universitetlərtamamilə pulsuzdur.  Norveç, Almaniya, Fransa və Çexiyanın ən məşhur universitetləri Azərbaycan əksər universitetlərindən daha az ödəniş tələb və ya tamamilə ödənişsizdir.

Amerika, İngiltərə, Kanada və Azərbaycan

Bəli, Azərbaycandan başqa bu ölkələrdəki universitet təhsil haqları çox yüksəkdir və çox az Azərbaycanlı bu ödənişləri təmin edəcək imkanındadır. Buna baxmayaraq, bu ölkələrdəki təhsilin keyfiyyəti və reytinqi dünyanın ən qabaqcıl yüz universitetinə rəhbərlik edir. Buna baxmayaraq Azərbaycanlıların bəzi ixtisaslar üzrə təhsil almaları üçün Təhsil Nazirliyi tam maliyyə dəstəyi verir. Deməli Azərbaycanlılar öz imkanları çatmayan universitetlərdə belə bu imkandan yararlana bilərlər.

Türkiyə və Azərbaycan

Xaricdə Təhsil

Türkiyə universitetləri də Azərbaycanlıların ən çox istiqamət aldığı ölkələrdəndir. Lakin Türkiyədə elə ixtisaslar var ki,bu ixtisaslar Azərbaycanlılar üçün o qədər də maraqlı deyil. Bununla belə TQDK testi vasitəsi ilə və şəxsi müraciət ilə Türkiyənin tanınmış universitetlərində təhsil almağa dəyər. Tibb, Mühəndislik, Kompyuter elmi və digər önəmli sahələr tələbələrin Türkiyədə oxumaq üçün üstün tutduğu ixtisaslardır.

Hansı ixtisaslar?

Hər bir dövlət, daha dəqiq universitet müəyyən sahəyə görə çox məşhurdur. Ona görə də seçim edərkən universitetin adına görə məşhur olmağına deyil, onun sizin üçün nə qədər əhəmiyyətli olduğuna baxmaq lazımdır. Əgər hər hansı ixtisas Azərbaycanda rahatlıqla alına bilən ixtisasdırsa, onun üçün xaricə getməyə dəyməz və ya buna görə dövləti ziyana salmaq məsləhət deyil. Azərbaycana lazım olan ixtisaslara maraq bugünki gənclərin əsas protiteti olmalıdır.

Kompyuter elmi, dəqiq elmlərin mühəndisliyi, müəyyən neft-qaz sahəsinə aid olan xüsusi ixtisaslar dövlət üçün daha maraqlı ola bilər. Çünki bu ixtisaslara Azərbaycanda güclü ehtiyac var. Bundan əlavə Təhsil Nazirliyi Azərbaycanı xaricdə güclü təmsil edə biləcək insanlara da müəyyən ixtisaslar üzrə humanitar da olsa təhsil almaqlarında maraqlı ola bilər.

Sonda bildirmək istəyirəm ki, mövzuya kifayət qədər aydınlıq gətirməyə çalışdım və sizin fikirlərinizi eşitmək bizim üçün çox önəmlidir.

CELT Colleges (Baş Ofis)

Məmməd Əfəndiyev küç. 6

İçəri şəhər metrosu ( Axundov Bağı)

Tel: 012 492 6853

118 thoughts on “Azərbaycanda yoxsa Xaricdə təhsil?”

  1. salan.ferid kerimov bizde distant tehsildi turkiyede ise azaktan egitim.tekce anadoluda kecirilimir turkiyenin bir cox unversitetlerinde bu tehsil novu var.turkiye baloniyaya 2001den/uzvdur.diplomlar eyni huquqa malikdir.prosda azerbaycan sixisdirir.Ama onuda bilmelidirlerki azerbaycan dunya tehsiline qosulmalidir.oda cetin.

    1. Fərid Kərimov (Admistrator)

      Fariz,türkiyə universuitetlərində distant təhsilin olduğunu bilirem. Sadəcə onların diplomlarını Azərbaycan tanımır

  2. SALAM.MEN AZERBAYCANDA TURKIYE MADERN ANADOLU DOVLET UNIVERSITESINDE OXUYURAM .1-CI KURS.VE MEN ONU OYRENMEK ISTEYIRDIMKI MEN HEC BIR IMTAHAN VERMEDENDE TURKIYEYE GEDE BILEREMMI YENI PERAVOT WEKLINDE.BURDA DISTANT TEHSILI ALIRAM.VE MEN ORADA BAWQA UNI SECE BILEREMMI YENEDE DOVLET.BURDA BEYNALXALQ VE MENECMENT FAKULTESINDE OXUYURAM .HEMIN FAKULTE ILE ORDA DAVAM EDE BILEREMMI.VE BIR WEYDE SORUWMAQ ISTEYIREMKI DUZDU SIZ XARICE BAXIRSIZ SIZINLE ELAQESI YOXDUR/AMA BELKE MELUMATINIZ OLAR DEYE SORUWURAM.MEN BURDAKI TEHSILIMLE OZ UNILERIMIZEDE KECE BILEREMMI PERAVOTLA?COX SAGOLUN

    1. Fərid Kərimov (Admistrator)

      Deqiq deye bilmerik. Amma Turkiyeye imtahanla getmelisiz. İmtahansiz mumkun deyil. Anadolunun distant tehsili taninmir turkiyede. AMma imtahan verib gede bilersiz. Burdaki universitetleri deye bilmerik, universitetlerle elaqe saxlayin

      1. MEN BASA DUSMUREM NECE TANINMIR DISTANT TEHSIL TURKIYEDE…FERID BEY SEN BIR ONU OYREN SONRA OTURUB BURDA CAMAATA AGIL VERERSEN

    1. Fərid Kərimov (Admistrator)

      Salam. Universitetlərin siyahısın bizim Xaricdə təhsil mərtkəzinə gəldikdə siə deyəcəklər. Dərslər həm alman dilində olan proqramlar var həm də ingilis dilində. HAnsını bilsəniz o üzrə gedə bilərsiniz

  3. Salam men qafqaz universitetinin 2-ci kursunda təhsil aliram.1)Hansı daha əlverişli olar bakalavrı bitirib getmək yoxsa bir başa TOEFL/İELTS imtahanlarini verib bakalavrı Bakıda yarımçıq qoyub xaricdə davam etdirmək?
    2)TOEFL/İELTS imtahanını bu il verib xaricdə təhsil almağa getsəm yenidən başlıyacam yoxsa təhsilimi qaldığım yerdən davam etdirə bilmək şansım varmı?

    1. Salam. Ümumiyyətlə Avropa universitetlərinə əksəriyyətinə qəbul olmaq üçün Azərbaycanda ən azı 1-2 bakalavr təhsili almaq lazımdı. Çünki onlarda orta məktəb 12-13 illikdi. Biz də isə 11 illik. Bu səbəbdən bu kimi universitetlər Azərbaycan orta məktəbi bitirən şagirdləri birbaşa qəbul etmir. Siz burda 2-ci kursda təhsil alsanizda gedib orda yenidən yəni 1- ci kursdan başlayacaqsınız. Dediyiniz hər ikisi əlverişlidir. Bu sizin seçiminzdən asılıdır.

  4. Salam. Men Almaniyada dovlet hesabina tehsil almaq istiyirem.Bunun ucun yalniz IELTS derecesi olmaq besdi? Yoxsa basqa da nese var? Diqqetinize gore minnetdaram.

    1. salam eger men bakalavr seviyesinde bir ixtisasa qebul olmusamsa xarice gedende de hemin ixtisasi oxuyacam yoxsa ozum yeniden secim edecem

  5. Ərəb ölkələrində məsələn BƏƏ,Səudiyyə Ə.-da bakalavr və ya magistr təhsil qiyməti nə qədərdir? Birdəki ödənişsiz təhsil almaq olar orda?

    1. salam men tibb universitetinde 5 ci kursda oxuyuram esas 6 ci kursu bitirdikden sonra xaricde tehsil almaq isterdim.amma unversiteti bitirmemis de bu il ve ya gelen ilden de davam ede bilerem bunun ucun ne etmeliyem?hara muraciet etmeliyem?

      1. Davam ede bilersiniz,amma o bir az cetin olur.cunki xaricdeki universitetler bizim universitetlerde kecirilen fenlerin hamisini qebul etmir. daha yaxsi olar ki siz burda bakalavri bitirin magistri xaricde davam eleyin.bu daha meslehetlidi. Etrafli melumat ucun bizim merkeze muraciet edin. 012 492 68 53

  6. men tibb universitetinde 4 cu kursda oxuyuram stomatologiya fakultesinde 1 ilden sonra tehsilimi bitirecem ve rezidenturani kanadada oxumaq istiyirem men nece etmeliyem siz gonderirsiniz kanadaya rezidenturaya?

  7. Norvecde tehsil haqqi ne qederdir? Birdeki Turkiye uchun SAT ve Toefl balini getirenleri istedikleri universitetlere gondere bilirsinizmi?

    1. Salam.Norçeçdə əsasən Norveç dilində. Amma ingilis dilində olan proqramlar da vardır.Yəni ingilis dilini bilsəz orada təhsil ala bilərsiz.

      1. Salam .YDÜ-nin saytında azərbaycanlı tələbələrin qəbul qaydalarında yazır ki ingiis dili imtahanından keçib bir başa dərsə başlaya bilərsiniz.Bu imtahandan keçmək üçün hansı səviyyədə olamaq lazımdır?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next