Azərbaycanda yoxsa Xaricdə təhsil?

Hər bir valideyn öz övladını yüksək dərəcəli təhsil ilə təmin etməyi özünə borc bildiyi üçün onların ən gözəl universitetdə təhsil almasında seçim etməli olur. Son illərdə bu artan marağı nəzər alaraq bu mövzuya toxunaraq Azərbaycan universitetlərində yoxsa xarici ölkələrdə təhsil almağın üstünlüklərini açıqlamğa çalışacam.

Almaniyada Təhsil

Azərbaycan müstəqilliyini yeni qazandığı illərdə məzunların əsas marağı Azərbaycanın əsas universitetlərində təhsil almaq idi. İllər keçdikcə, Azərbaycan Avropaya daha yaxınlaşdıqca, orta məktəb məzunlarının da xaricdə yəni Avropa və Amerika universitetlərində təhsil almağa başladılar. Bu irəliləyiş Azərbaycanın xarici ölkələrdə diasporasının formalaşmasında da öz rolunu göstərmişdir. Bundan əlavə daha çox gənclərin bu marağı Azərbaycandakı inkişafa öz təsirini göstərmişdir.

Bunun əhəmiyyətini qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti 2007-2015-ci illər ərzində Azərbaycanlı gənclərin xaricdə təhsil almaları üçün təqaüd proqramının sərəncamını imzaladı. Bu proses bütün ixtisasları əhatə etməsə də, gənclərin xaricdəki universitetlərdə oxumasına diqqəti iki qat artırdı. Hal-hazırda Təhsil Nazirliyi tərəfindən təşkil olunan bu proses öz nəticələrini verməkdədir.

CELT Xaricdə təhsil şöbəsinin 2003-cü ildən bəri statistikaların nəticələrinə görə xarici universitetlər yerli universitetlərə nisbətən aşağıdakı kimi müqayisə olunur

Təhsil keyfiyyəti və Təcrübə

Təhsil və təcrübə baxımdan xarici universitetlər Azərbaycandakı universitetlərdən bir neçə dəfə üstündür. Lakin bunu bütün sahələrə aid etmək olmaz. Neft-qaz sənayesi ilə bərabər bir neçə sahə var ki, Azərbaycan universitetləri kifayət qədər yüksək reytinqə və təcrübəyə malikdir.

Maliyyə və Müqayisə

Azərbaycanda ödənişsiz universitetlərlə bərabər təhsil haqlarının artdığı bir vaxtda xaricdə ən məşhur universitetlərtamamilə pulsuzdur.  Norveç, Almaniya, Fransa və Çexiyanın ən məşhur universitetləri Azərbaycan əksər universitetlərindən daha az ödəniş tələb və ya tamamilə ödənişsizdir.

Amerika, İngiltərə, Kanada və Azərbaycan

Bəli, Azərbaycandan başqa bu ölkələrdəki universitet təhsil haqları çox yüksəkdir və çox az Azərbaycanlı bu ödənişləri təmin edəcək imkanındadır. Buna baxmayaraq, bu ölkələrdəki təhsilin keyfiyyəti və reytinqi dünyanın ən qabaqcıl yüz universitetinə rəhbərlik edir. Buna baxmayaraq Azərbaycanlıların bəzi ixtisaslar üzrə təhsil almaları üçün Təhsil Nazirliyi tam maliyyə dəstəyi verir. Deməli Azərbaycanlılar öz imkanları çatmayan universitetlərdə belə bu imkandan yararlana bilərlər.

Türkiyə və Azərbaycan

Xaricdə Təhsil

Türkiyə universitetləri də Azərbaycanlıların ən çox istiqamət aldığı ölkələrdəndir. Lakin Türkiyədə elə ixtisaslar var ki,bu ixtisaslar Azərbaycanlılar üçün o qədər də maraqlı deyil. Bununla belə TQDK testi vasitəsi ilə və şəxsi müraciət ilə Türkiyənin tanınmış universitetlərində təhsil almağa dəyər. Tibb, Mühəndislik, Kompyuter elmi və digər önəmli sahələr tələbələrin Türkiyədə oxumaq üçün üstün tutduğu ixtisaslardır.

Hansı ixtisaslar?

Hər bir dövlət, daha dəqiq universitet müəyyən sahəyə görə çox məşhurdur. Ona görə də seçim edərkən universitetin adına görə məşhur olmağına deyil, onun sizin üçün nə qədər əhəmiyyətli olduğuna baxmaq lazımdır. Əgər hər hansı ixtisas Azərbaycanda rahatlıqla alına bilən ixtisasdırsa, onun üçün xaricə getməyə dəyməz və ya buna görə dövləti ziyana salmaq məsləhət deyil. Azərbaycana lazım olan ixtisaslara maraq bugünki gənclərin əsas protiteti olmalıdır.

Kompyuter elmi, dəqiq elmlərin mühəndisliyi, müəyyən neft-qaz sahəsinə aid olan xüsusi ixtisaslar dövlət üçün daha maraqlı ola bilər. Çünki bu ixtisaslara Azərbaycanda güclü ehtiyac var. Bundan əlavə Təhsil Nazirliyi Azərbaycanı xaricdə güclü təmsil edə biləcək insanlara da müəyyən ixtisaslar üzrə humanitar da olsa təhsil almaqlarında maraqlı ola bilər.

Sonda bildirmək istəyirəm ki, mövzuya kifayət qədər aydınlıq gətirməyə çalışdım və sizin fikirlərinizi eşitmək bizim üçün çox önəmlidir.

CELT Colleges (Baş Ofis)

Məmməd Əfəndiyev küç. 6

İçəri şəhər metrosu ( Axundov Bağı)

Tel: 012 492 6853

118 thoughts on “Azərbaycanda yoxsa Xaricdə təhsil?”

  1. Etrafli Cavablariniza gore tesekkurler. Bir de mumkunse prioritet olan universitetlerin adini deye bilerdiniz mi? Tehsil haqqi ferqlidir mi hamisinda? en ucuzu ve en bahalisi hansidir? ve tutaq ki qebul oldum, oxudum, bitirdim, diplomu nece alacam? bununcun getmek lazim olacaq ingiltereye?

    1. Proritet olan universitet yoxdur. Sadece ixtisas var. Onu istenilen dovlet ssiyahisinda olan universitet vere bilersiniz.

  2. Salam, Men 11ci sinifde tehsil aliram.UK da birbasa tehsil ucun gerek orada foundation kecmeliyem 1il erzinde bunu da dovlet maliyyelesdirmir.Men foundation ucun burada ielts verib evvelce qebul olmaliyam yoxsa birbaa foundation agediremse ielts imtahani vacib deyil?

    1. Salam Gunay Xanim,

      Siz 11-ci sinifden hem birbasha bakalavr pillesine (HULT University) ve ya 1 il foundation programi kecmekle 3 illik bakalar pillesine daxil ola bilersiniz. Her ikisine IELTS lazimdir ve 5.5 toplasaniz bir bunu sizin ucun hec bir XIDMET HAQQI almadan ede bilerik. Bunun ucun 012 4926853 nomresine zend edin. Elgun

  3. CAMPUS BASED??? şərtləri nədən ibarətdir ki? Əyani təhsildir? Mən işlədiyimçün yalnız distant təhsilin əlverişli olduğun düşünürəm. Bəli rus sistemini bitirmişəm, 5 illik tam ali təhsil, lakin bildiyim qədərilə doktaranturaya ixtisas üzrə 5 illik iş təcrübəsi də tələb olunur, məndə isə azdır. Digər şərtlər də daha ağır olar yəqin. Ancaq mümkün olsa elə doktarantura lap əla variant olardı. Mən sizin kurs vasitəsilə TOEFL-a hazırlaşmaq və imtahan vermək istəyirəm, həmçinin CELT-in xətti ilə sənədlərimi göndərmək istəyirəm. ingilis dili səviyyəm upper intermediate-advance sayılır. Yəni tam advamce deyil. Ancaq iyunda artıq sənədlərimi göndərmiş olmuş istərdim, ona görə də TOEFL hazırlığının müddətinin minimum olmasını istərdim, 1-1.5 ay. Mümkündürmü belə?

    1. Bəli, CAMPUS Based Əyani deməkdir. Doktorantura üçün ancaq DBA götürə bilərsiniz. Doktor of Business Administration bizde var. TOEFL hazirlaşmaq daha çox sizin pzünüzdən asılıdır. İngilis diliniz hər tərəfli yaxşı olsa bəli tez bitirə bilərsiniz.

      Doktorantura üçün təklifniz də olmalıdır.

  4. Ok, cox sag olun. Ancaq sualima tam cavab ala bilmedim. Ingiltere universitetlerine qebul var yalniz bildiyim qederile. qebul ne vaxt olur? ilin hansi aylarinda texminen? bir de ki, men 5 illik tam ali tehsil almisam, eyani, magistr sayiliram, bu sertle magistraturaya qebul ola bilerem de yeqin ki, bes doktarantura?

    1. Eger yalniz Distant Tehsili nezerde tutursunuzsa, her Aprel, Iyun, Oktyabr ve Yanvar aylari bashalaya bilersiniz. Senedler bir ay once vere bilersiniz. Butun proqramlar yalniz Boyuk Britaniyaya aiddir.

      Lakin CAMPUS BASED tehsil almaq isteyirinizse, o zaman yalniz Sentyabrda bashalaya bilersiniz. Bir il once muraciet meslehetdir.

      Lakin

      Beli, Eger Rus sistemini besh illik bitirmisinizse, o zaman PHD ala bilersiniz.

  5. Salam. Men distant tehsille (magistratura) maraqlaniram, toefl ve ya ielts sertfikatinin lazim oldugunu da bilirem. Sadece mene maraqlidi distant tehsil konkret hansi olkelerde kecmek olar? ne vaxt qebul olmaq olar? tutaq ki toefl/ielts derecem var, senedleri de gondermisem, ne vaxt qebul olub, qeydiyyatdan kecmis sayilacam? bes bu tehsilin pulsuzu ve ya dovlet hesabina olani var mi? tesekkurler…

    1. Salam,

      Sizin programlar haqqinda butun melumat buradan elde ede bilersiniz. Qebul haqqi yoxdur sadece qebul olduqdan sonra Universitete odenish edirsiniz.

      Demek olar ki, programlar ile de dord defe bashlaya biler. Magistr programlari normal halda iki il davam edir amma uzana da biler. Dovlet helelik Distant tehsili maliyyeleshdirmir.

  6. Salam men de flexin sonuncu turuna imtahan vermisem. amma 11 de oxuyuram, ora getsem oranin universitetine qebul oluna bilerem mi yeni bele sansim var mi?

  7. Slam isvecreye getmek ucun 11cisinifin dekabr ayina geder ielts ya toefl sertifikatina nail olun bundan sonra hec bir problem gebulla elageder yoxdu

  8. salam
    yox men 10cu sinifde oxuyuram.ama hele deqiq planlasdira bilmirem,eger FLEXE getsem ,qayidandan sonra imtihana cata bilmemek ehtimali da var.ona gore Isvecreye vermek isteyirem…mene meslehet lazimdi………

  9. Salam…
    Men FLEX proqramina imtihan vermisem.eger sonuncu turdan kecmesem,yeqin Isvecre prioritetim olar..ama buraya imtihanlarin harada ve nece kecirildiyi,hansi fenlerin odugu barede melumatim yoxdu..komek etseniz sad olaram…

    1. Eger Isvecreni goturseniz, size sadece TOEFL ve ya IELTS-den imtahan lazim olacaq. Biz bele anlayiriq ki, siz bu il orta mektebi bitirirsiniz.

      Vaxtiniz olanda bizim ofise kecin ve burda muxtelif variantlari daha etrafli muzakire etmek olar.

  10. cox sag olun.aidiyyati olmasa da 1sual vermek isteyirem.basqa olke yoxdur?(almaniya,norvec).Norvec univ. ya da dovlet hesabina :hamisi tqdk imthanindan sonra olur? yoxsa evvelce nese lazimdi??meselen tcs kimi…..evvelceden tesekurler….

    1. siz 11 sinifi bitirenden sonra azerbeycanda bakalavra gebul olmalisiz bundan sonra almaniyada ki ve norvecde olan universitetlere mureciet etmek olar cunki hemen olkelerde mekteb tehsili 12 ildi ve buranin 1 ci kursu oranin 12 ci sinifi sayilir .11ci sinifden birbasha xaricde tehsil almag pulsuz ancag dovlet programi ile alinar sizin secdiyiniz ixtisas prioritet olmalidir ve gede bileceyiniz olkeler canada cexiya isvecre turkiyyedir etrafli 492 6853 zeng edin

    1. Salam,

      FELX proqraml ABŞ departamentinin tehsil proqramıdır. Lakin CELT Colleges bu proqramda imtahanlardan keçmənizə kömək edə bilər. Yanı sizi İngilis dili imtahanlarına hazırlaya bilər.

      Pulsuz təhsil almaq üçün ya almaniya ya da Norveç univeristetlərinə qəbul ola bilərsiniz və ya dövlət hesabına gedə bilərsiniz.

    1. siz ingilterede bir basha bakalavr tehsili ancag iki universitede tehsil ala bilersiz o universitetlerde dovlet siyahisinda yoxdu 11ci sinifden siz cexiya ,turkiyye,litva,estoniya kimi dovletlerde birbasha tehsil ala bilersiniz ancag ingilterede tehsil almag isteyirsinizse azerbaycanda 1ci kursu oxumalisiz sonra, ona gora ki avropada mektebler 12 illikdi onlar bizim 11 sinif tehsilimizi tanimirlar 1ci kursa onlarin 12ci sinifi sayilir yani siz birinci toefl ve ya ielts programlarini oyrenin hemen sertifikatlar sizde olanda artig problemsiz xaricde tehsil ala bilersiniz

  11. salam,men ingilterede bakalavr tehsili almaq isteyirem ama orada dövlet hesabına oxuyanların 1 aylıq ne qeder mebleğde pul aldıqlarını bilmirem. Mene bu mövzuda kömek ede bilersiniz?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next