almanyada pulsuz tehsil al

Almaniyada Pulsuz Təhsil – Almaniyada Təhsil və Təqaüd Fürsətləri

Almaniyada pulsuz təhsil almaq və ya təhsil haqqısı olmayan universitetlərdə oxumaq hər bir gənc üçün arzu olunandır.  Çünki Almaniya həm Avropanın ən önəmli ölkələrindən biri olmaqla yanaşı güclü təhsil mərkəzi sayılır. Almaniyanı İDEYALAR VƏTƏNİ də adlandırırlar. Gəlin Almaniyaya bir səyahət edək. 

Dünyaya baxışının, intelektual səviyyənin inkişafı və digər məsələlər üçün Azərbaycanla bərabər xaricdə təhsil almaq da  vacibdir. Azərbaycanın Avropaya inteqrasiya etdiyi bir dövrdə, təhsildə və digər sahələrdə Avropa sisteminin tətbiqi gənclərin xaricdə təhsil alması ehtiyacını yaradır. Azərbaycan üçün perspektivli gənclərin yetişməsi, dünya səviyyəsində kadrların olması  əsas məqsədlərdən biridir.

Bu baxımdan  gənclərin xarici ölkə universitetlərində təhsil alması təqdirə layiqdir. Xaricdə təhsil almağın bir neçə yolları vardır amma Almaniyada təhsil haqqısı olmayan universitetlərə qəbul olmaq elə də asan deyil. Bütün dunyanın Almaniyada təhsil almaq yollarını axtardığı üçün Azərbaycanlı tələbələr üçün də rəqabət asan deyil. Xaricdə təhsil almağın yolları getdikcə daralır və çətinləşir xüsusi ilə ödənişsiz universitetlərdə. Bu məqsədlə deməli biz təhsilimizi yəni xaricdə təhsil almağımızı 1 dəqiqə öncə deyil bir neçə il öncə planlamağa başlamalıyıq.

Dünyada çox ölkə və hər ölkənin çoxlu universitetləri vardır. Amma bəzi  ölkələrin universitetləri də vardır ki, həmin universitetlər  dünya universitetləri siyahısında ən reytinqli universitetlərdir. Bu universitetlər sırasında Almaniya universitetləri xüsusi reytinqə malikdir. Almaniya universitetləri demək olar ki, bir çox sahələr üzrə dünyada güclü universitetlər sırasındadır. Almaniya universitetlərində təhsil almaq üçün hər il dünyanın hər bir nöqtəsindən müraciət edirlər. Əsasən dəqiq elmlər sahəsində, iqtisadiyyat sahəsində Almaniya universitetləri  ən keyfiyyətli təhsil verir.


Almaniyada bakalavr təhsili

Almaniyadakı bakalavr təhsili digər ölkələrin bakalavr təhsilindən fərqlənir, o cümlədən Azərbaycandakı olan  bakalavrda fərqlənir. Almaniyada orta məktəb  12 və ya 13 illik olduğu halda, Azərbaycanda 11 illikdir. Bu baxımdan  Almaniyada bakalavr təhsili almaq istəyən Azərbaycanlı gənclər Azərbaycan universitetlərində ən azı 2 il bakalavr təhsili almalıdırlar ki, gedib Almaniyada Bakalavr təhsilinə başlaya bilsinlər. Burada 2 illik bakalavr təhsili alan tələbələr Almaniyada bakalavr təhsilinin yalnız 1-ci kursuna başlaya bilərlər. Almaniyada bakalavr təhsili iki dildə vardır, həm ingilis dilində, həm də alman dilində. Alman dilində təhsil almaq üçün TestDAF və ya digər uyğun imtahan vermək lazımdır. Əgər təhsilinizi  ingilis dilində alacaqsınızsa, siz TOEFL IBT və yaxud da IELTS imtahanı verməli olacaqsınız. Bu imtahanlarda birini verdikdən sonra sizin Almaniya universitetlərinə qəbul ola bilərsiniz. Bakalavr pilləsində  bir çox ixtisas üzrə təhsil almaq mümkündür. Əsasən dəqiq elmlər sahəsi, iqtisadiyyat və s.  

Azərbaycanda yalnız orta məkətbi bitirən tələbələr də Almaniyada oxuya bilərlər. Bu yalnız 1 il foundation year və ya baza təhsilini keçməklə Almaniyada bakalavr təhsillərini davam etdirə bilərlər. 

Almaniyada Magistr təhsili

Almaniyada bakalavr təhsili ilə yanaşı magistr təhsili də mövcuddur. Almaniyada da magistr təhsili almaq üçün bakalavr dərəcəsini bitirmək lazımdır. Magistr proqramları  həm ingilis, həm də alman dilində mövcuddur. Ümumilikdə magistr proqramlari 2 il davam edir. Amma 1 illik və yaxud da 1.5 illik proqramlar da mövcuddur. Təhsil almaq istədiyiniz ixtisasdan asılı olaraq ya Alman ya da İngilis dilininin mükəmməliyini yoxlayan imtahanın nəticələri tələb olunacaq. Almaniya texnologiya ,iqtisadiyyat və tibb sahəsi üzrə dünyada ən inkişaf etmiş sıralarda durur. Təhsil Nazirliyinin dəstəyi ilə bu ölkədə yüzlərlə Azərbaycanlı təhsil alır. Onların 80% texnologiya, iqtisadiyyat  və tibb sahəsi üzrədir. Texnologiyadan fərqli olaraq tibb sahəsi alman dilində tədris olunur. Bura qəbul üçün yalnız Təhsil Nazirliyi ilə əlaqə saxlamaq lazımdır. Çünki TN Almaniya ilə bu barədə müqaviləsi var. Amma texnologiya sahəsini ingilis dilində oxumaq mümkündür. Siz də bu sahələrdə və digər sahələrdə  təhsilinizi davam etdirmək istəyirsinizsə, bu ölkənin təhsil mərkəzləri sizin ən ideal seçiminiz ola bilər.

Almaniyada pulsuz təhsil al

Almaniyada əksər dövlət universitetləri nə yerli nə də xarici tələbələrdən təhsil haqqı tələb etmir. Bu da  düynada bütün tələbələrin diqqətini bu ölkəyə çəkir. Siz bu universitetləri seçərək orada sadəcə yaşamaq haqqınızı təmin edərək təhsil ala bilərsiniz. Bundan əlavə sizin ixtisasınız proritet olarsa, Təhsil Nazirliyi və SOCAR tərəfindən də təqaüd ala bilərsiniz. Əgər siz də keyfiyyətli və pulsuz təhsil almaq istəyirsinizsə, o zaman qəbul üçün tələsin. Diqqət: Pulsuz təhsil qiyməti aşağı olan tələbələr şamil edilmir. Almaniyada pulsuz təhsil çooox rəqabətlidir və GPA yəni ortalama qiymətiniz nə qədər yuxari olarsa, qəbul olmaq şansınız bir o qədər yaxşıdır. O zaman xaricdə təhsilinizi indidən düşünün. 

Ümumiyyətlə,Almaniyada təhsillə maraqlanırsınızsa, həm saytımızdakı məlumatlardan istifadə edə bilərsiz, həm də bizə müraciət edin, biz sizə köməklik göstərə bilərik.


Almaniyada qarantiyalı pulsuz təhsil almaq istəyirsinizsə CELT Colleges 28 May ofisinə yaxınlaşın.

Əlaqə:

Həmidə xanım və ya Teymur müəllim

012 441 36 65

 

756 thoughts on “Almaniyada Pulsuz Təhsil – Almaniyada Təhsil və Təqaüd Fürsətləri”

  1. Salam, Burada 5ci kursda təhsil alıram, iqtisadiyyat üzrə. GPA 88-dir 4 il üçün. Almaniyada pulsuz təhsil almağım mümkündürmü? Mümkündürsə prosesin necə işləyəcəyini deyə bilərsiniz zəhmət olmasa?

    1. Salam. İngilis dili sertifikatı əldə etdikdən sonra qəbullar üçün sənəd göndərə bilərsiniz. Qəbullar yaz aylarında olur və Almaniyada magistratura təhsili ödənişsizdir. Kömək üçün 050 974 65 64 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

  2. Salam, atestat ve İELTS ile Almaniya’da özelde oxumaq üçün tehsil haqqi (ödeniş) ne qederdir? Ve de İELTS cavabı maksimum ne qeder olmalıdır?

  3. Salam. Almaniyada eşitdiyimə göre, ingilis dilində təhsil pulsuz olub. Dəqiq məsələdir?. Ümumiyyətlə, Almaniyada ingilis dilində pulsuz magistr təhsili almaq mümkündür?

    1. Salam. Almaniyada təhsil pulsuzdur və ya az ödənişlidir ama yaşayış xərclərini özünüz təmin etməlisiniz. IELTS lazımdır.

  4. Salam, burada ingilis dili müəllimliyi oxumuşamsa, ielts sertifikatı almağım lazımdırmı? Əgər gpa 85+dursa, almaniyada hüquq üzrə tam təqaüdlü bakalavr təhsili alma şansım nə qədərdir?

  5. Salam. Mən rezidentura üçün Almaniyanı hədəfləmişəm. Yaşayışı təmin etmək üçün nə qədər pul tələb olunur və tibb universitetinin ortalması rol oynayır qəbul üçün? birdəki yaşayışı təmin edəcək pul sonra bizə necə erilir. zəhmət olmasa bu haqda məlumat erə bilərsiniz?

    1. Salam. Burda tibb oxuyursunuzsa bunları etməlisiniz. 1. Alman dilini öyrənmək. Rezidentura və tıbb sadəcə almancadır. 2. Rezidenturaya müraciət etməlsiniz burda tibbi bitirdikdən sonra və qiymətləriniz yaxşı olmalıdır. Rezidenturada sizə maaş verəcəklər. Yəni əlavə maliyyə ehtiyacınız olmur

  6. Salam.Almaniyada pulsuz tehsil almaq ucun universitede bir il oxumaq vacibdir.Sonra daha ne lazimdir pulsuz tehsil ucun.Ferq etmez hansi universitetde 1 il oxumaq vacibdir?Qisaca almaniyada pulsuz tehsil ucun ne etmek lazimdir.Tesekkurler

    1. Salam. Almaniyada bakalavr pilləsində pulsuz təhsil yalnız alman dilində mümkündür. Magistratura pilləsi, demək olar ki, ödənişsizdir.

  7. Salam. Men artıq 2 ci kursda oxuyuram və almaniyada bakalavr təhsilinə başlamaq istəyirəm. Ixtisas seçimi necə olmalıdır ? Öz ixtisasımı davam etməliyəm yoxsa fərqli ixtisasda oxuya bilərəm ?

      1. Salam sizə iki sualım olacaq
        1 ADA universitetinin 2 ci kursun bitirdikden sonra Almaniyada tehsil ala bilerem
        2 Berlin Business School da pulsuz tehsil almaq olar?

  8. Salam. Burda 1-2 il bakalavr oxuduqdan sonra Almaniyaya gedəndə burdakı ixtisasın davamını oxuyuruq yoxsa başqa ixtisas seçmə imkanımız var?

    1. Salam. Siz ən az burda 1 il oxuduqdan sonra Almaniyada eyni veya yaxın ixtisası oxuya bilərsiz. Əlavə məlumat üçün zəhmət olmasa əlaqə saxlayın. Əlaqə nömrəsi: +994 50 588 15 18

  9. Salam,mən bu il Azərbaycan Tibb Universitetinin müalicə işi ixtisasına qəbul oldum(pulsuza).Almaniyada bakalavr təhsil almaq istəyirəm,amma ödənişsiz universitetlərdə.Bunun üçün hansı imtahanları verməliyəm və neçə il ATU da təhsil almalıyam?

  10. salam. Burada universitet oxumadan 11ci sinifi bitiren kimi Almaniyada dövlet universitetine qebul olmaq olarmı? ielts\testdaf ve atestatla. Men TUM de oxumaq isteyirem 11ci sinifi bitirerek qebul olmağin yolu varmi?
    (eger atestat ve ielts yüksek olarsa.)

    1. Salam. Təbii ki xeyir. Burda bir il akademik təhsil lazımdır ən az. Özələ qəbul ola bilərsiniz əgər IELTS və SAT varsa

    2. Salam.Mən 10 cu sinifdə oxuyuram və artıg 4 aydır almanca öyrənməyə başlamışam.burda universitet oxumadan ora getməyin tək yolu almanca öyrənib B1 sertifikatı almagdır.18 yaşınız oldugda bu sertifikatla 1 il almanyada studienkolleg(universitet imtahanına hazırlıq) sonra isə 3 il bakalavr təhsili ala bilərsiniz.

      1. Salam. b1 yetərlli deyil və B2 alsanız daha yaxşıdır. Studienkolleg qəbul attestatla çətindir. Bunlarınəzərə almalısınız.

    1. IELTS dil olaraq. ama bilmədim bakalavr yoxsa magistr istəyirsiniz. Bakalavr özəl sadəcə attestat və IELTS yetərlidir. Dövlətlər üçün gərək burda 1-2 il uni oxuyasınız

  11. Mən Almaniyada pulsuz təhsil almaq istəyirəm.Artıq 11-ci sinifə keçmişəm və qiymətlərim çox yaxşıdır. İngilis və Rus dillərində danışmağı bilirəm.1-ci qrupu seçmişəm.Sizcə seçdiyim qrupda mənə Almaniyada pulsuz təhsil almaq istəyimi qarşışılaya bilən Neft və ya Memarlıq sahələri mövcuddur?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.