almanyada pulsuz tehsil al

Almaniyada Pulsuz Təhsil – Almaniyada Təhsil və Təqaüd Fürsətləri

Almaniyada pulsuz təhsil almaq və ya təhsil haqqısı olmayan universitetlərdə oxumaq hər bir gənc üçün arzu olunandır.  Çünki Almaniya həm Avropanın ən önəmli ölkələrindən biri olmaqla yanaşı güclü təhsil mərkəzi sayılır. Almaniyanı İDEYALAR VƏTƏNİ də adlandırırlar. Gəlin Almaniyaya bir səyahət edək. 

Dünyaya baxışının, intelektual səviyyənin inkişafı və digər məsələlər üçün Azərbaycanla bərabər xaricdə təhsil almaq da  vacibdir. Azərbaycanın Avropaya inteqrasiya etdiyi bir dövrdə, təhsildə və digər sahələrdə Avropa sisteminin tətbiqi gənclərin xaricdə təhsil alması ehtiyacını yaradır. Azərbaycan üçün perspektivli gənclərin yetişməsi, dünya səviyyəsində kadrların olması  əsas məqsədlərdən biridir.

Bu baxımdan  gənclərin xarici ölkə universitetlərində təhsil alması təqdirə layiqdir. Xaricdə təhsil almağın bir neçə yolları vardır amma Almaniyada təhsil haqqısı olmayan universitetlərə qəbul olmaq elə də asan deyil. Bütün dunyanın Almaniyada təhsil almaq yollarını axtardığı üçün Azərbaycanlı tələbələr üçün də rəqabət asan deyil. Xaricdə təhsil almağın yolları getdikcə daralır və çətinləşir xüsusi ilə ödənişsiz universitetlərdə. Bu məqsədlə deməli biz təhsilimizi yəni xaricdə təhsil almağımızı 1 dəqiqə öncə deyil bir neçə il öncə planlamağa başlamalıyıq.

Dünyada çox ölkə və hər ölkənin çoxlu universitetləri vardır. Amma bəzi  ölkələrin universitetləri də vardır ki, həmin universitetlər  dünya universitetləri siyahısında ən reytinqli universitetlərdir. Bu universitetlər sırasında Almaniya universitetləri xüsusi reytinqə malikdir. Almaniya universitetləri demək olar ki, bir çox sahələr üzrə dünyada güclü universitetlər sırasındadır. Almaniya universitetlərində təhsil almaq üçün hər il dünyanın hər bir nöqtəsindən müraciət edirlər. Əsasən dəqiq elmlər sahəsində, iqtisadiyyat sahəsində Almaniya universitetləri  ən keyfiyyətli təhsil verir.


Almaniyada bakalavr təhsili

Almaniyadakı bakalavr təhsili digər ölkələrin bakalavr təhsilindən fərqlənir, o cümlədən Azərbaycandakı olan  bakalavrda fərqlənir. Almaniyada orta məktəb  12 və ya 13 illik olduğu halda, Azərbaycanda 11 illikdir. Bu baxımdan  Almaniyada bakalavr təhsili almaq istəyən Azərbaycanlı gənclər Azərbaycan universitetlərində ən azı 2 il bakalavr təhsili almalıdırlar ki, gedib Almaniyada Bakalavr təhsilinə başlaya bilsinlər. Burada 2 illik bakalavr təhsili alan tələbələr Almaniyada bakalavr təhsilinin yalnız 1-ci kursuna başlaya bilərlər. Almaniyada bakalavr təhsili iki dildə vardır, həm ingilis dilində, həm də alman dilində. Alman dilində təhsil almaq üçün TestDAF və ya digər uyğun imtahan vermək lazımdır. Əgər təhsilinizi  ingilis dilində alacaqsınızsa, siz TOEFL IBT və yaxud da IELTS imtahanı verməli olacaqsınız. Bu imtahanlarda birini verdikdən sonra sizin Almaniya universitetlərinə qəbul ola bilərsiniz. Bakalavr pilləsində  bir çox ixtisas üzrə təhsil almaq mümkündür. Əsasən dəqiq elmlər sahəsi, iqtisadiyyat və s.  

Azərbaycanda yalnız orta məkətbi bitirən tələbələr də Almaniyada oxuya bilərlər. Bu yalnız 1 il foundation year və ya baza təhsilini keçməklə Almaniyada bakalavr təhsillərini davam etdirə bilərlər. 

Almaniyada Magistr təhsili

Almaniyada bakalavr təhsili ilə yanaşı magistr təhsili də mövcuddur. Almaniyada da magistr təhsili almaq üçün bakalavr dərəcəsini bitirmək lazımdır. Magistr proqramları  həm ingilis, həm də alman dilində mövcuddur. Ümumilikdə magistr proqramlari 2 il davam edir. Amma 1 illik və yaxud da 1.5 illik proqramlar da mövcuddur. Təhsil almaq istədiyiniz ixtisasdan asılı olaraq ya Alman ya da İngilis dilininin mükəmməliyini yoxlayan imtahanın nəticələri tələb olunacaq. Almaniya texnologiya ,iqtisadiyyat və tibb sahəsi üzrə dünyada ən inkişaf etmiş sıralarda durur. Təhsil Nazirliyinin dəstəyi ilə bu ölkədə yüzlərlə Azərbaycanlı təhsil alır. Onların 80% texnologiya, iqtisadiyyat  və tibb sahəsi üzrədir. Texnologiyadan fərqli olaraq tibb sahəsi alman dilində tədris olunur. Bura qəbul üçün yalnız Təhsil Nazirliyi ilə əlaqə saxlamaq lazımdır. Çünki TN Almaniya ilə bu barədə müqaviləsi var. Amma texnologiya sahəsini ingilis dilində oxumaq mümkündür. Siz də bu sahələrdə və digər sahələrdə  təhsilinizi davam etdirmək istəyirsinizsə, bu ölkənin təhsil mərkəzləri sizin ən ideal seçiminiz ola bilər.

Almaniyada pulsuz təhsil al

Almaniyada əksər dövlət universitetləri nə yerli nə də xarici tələbələrdən təhsil haqqı tələb etmir. Bu da  düynada bütün tələbələrin diqqətini bu ölkəyə çəkir. Siz bu universitetləri seçərək orada sadəcə yaşamaq haqqınızı təmin edərək təhsil ala bilərsiniz. Bundan əlavə sizin ixtisasınız proritet olarsa, Təhsil Nazirliyi və SOCAR tərəfindən də təqaüd ala bilərsiniz. Əgər siz də keyfiyyətli və pulsuz təhsil almaq istəyirsinizsə, o zaman qəbul üçün tələsin. Diqqət: Pulsuz təhsil qiyməti aşağı olan tələbələr şamil edilmir. Almaniyada pulsuz təhsil çooox rəqabətlidir və GPA yəni ortalama qiymətiniz nə qədər yuxari olarsa, qəbul olmaq şansınız bir o qədər yaxşıdır. O zaman xaricdə təhsilinizi indidən düşünün. 

Ümumiyyətlə,Almaniyada təhsillə maraqlanırsınızsa, həm saytımızdakı məlumatlardan istifadə edə bilərsiz, həm də bizə müraciət edin, biz sizə köməklik göstərə bilərik.


Almaniyada qarantiyalı pulsuz təhsil almaq istəyirsinizsə CELT Colleges 28 May ofisinə yaxınlaşın.

Əlaqə:

Həmidə xanım və ya Teymur müəllim

012 441 36 65

 

756 thoughts on “Almaniyada Pulsuz Təhsil – Almaniyada Təhsil və Təqaüd Fürsətləri”

  1. Salam aleykum… Zəhmət olmasa qeyd edərdiz İELTSi olanın üstünlüyü nə qədərdir? ingilis dilinin olması şərtmi?
    təşəkkür edirəm diqqətinizə görə

  2. Salam aleykum. Alman bankina pul kocurtmek cox vacibdi tehsil ucun? birden bire 8640 avro hardandi mende:)) Başqa yol yoxtumu? dediyniz her şey tamamdi bir dene pul meselesi biraz problemdi. Bizde o pul manatla 17000 ne çıxır Başqa heç cüre mümkün deyil?

    1. Salam. 1. bu pul təhsil ilə əlaqəli deyil. Bu yaşayış xərci üçündür. Hətta indi 1040 avrodur. Rəsmi təqaüd olmadığı halda başqa yolu yoxdur. Əks halda hər kəs Almaniyaya pulsuz qəbul olub, pulsuz viza alıb, pulsuz miqrant kimi gedərdi. Yəni Almaniyanın bunu etməkdə məqsədi bir növ təhsil alan şəxsə verilən şansı miqrantların istifadə edə bilməməsidir.

      Əgər 10 min və ya yuxarı bir məbləği ödəmə imkanınız yoxdursa, çox səmimi söyləyə bilərəm ki xaricə getməyin. hansı ökəyə getsəniz bu məbləğ sizə lazımdır. Yəni gedib həmən iş tapıb oxumaq sadəcə nəzəriyyədə var.

      2. Ama təbbi təqaüd imkanları da var. DAAD təqaüd proqramındna keçsəniz heçnəyə ehtiyac yoxdur. Təbii ki buna hazırlaşmaq da lazımdır. Ümid edirəm bunlar sizin doğru yol seçmənizə kömək edəcək.

    1. Nəzəri olaraq bəli ama texniki olaraq problemdir. 1. Alman dilini bilmək lazımdır. 2. Onların imtahanından keçmək lazımdır. 3. Orda oxuduqdan sonra yaxşı bal toplamasanız uniyə keçə bilməyəcəksiniz. 4. Proqram pulsuz olduğu üçün hər əyalət limitli qəbul edir.

  3. Salam mən İKT 2 ci kursda,bacim kimya mühəndisliyi 4 cu kursda oxuyur .İkimiz də almaniyada təhsil üçün hazirlasiriq . Qaydaları və şərtləri bilirik və hazırıq.İkimizin eyni şəhərə dusmək şansımız varmı.Hansi şəhərləri yazsaq şansımız çox olar. Əvvəlcədən təşəkkür edirəm

    1. Bunu sadəcə sınayıb görmək lazımdır. Özəl uni olsa ikinizin eyni yerə düşməsini qarantiləmək olar ama dövlətlərin necə reaksiya verəcəyini heç kim bilmir.

  4. men burda Muhasibat ucotu audit ixtisasi uzrə kollec tehsili almisam.artiq texmini 6-7 ilden artiqdirki hem bank hem muessise muhasibatligi tecrubem var. bununla belə almaniyada bakalavr tehsili almaq isteyirem. sual 1. mektebe nece qebul ola bilerem? 2.hansi senedler teleb olunacaq? 3. mene ausbildun ve ya bakalavr oxumaqmi daha serfeli olar meslehetiniz nedir? 4. oxumaqla beraber islemek imkanlari olurmu?

    1. Salam. Məktəb deyəndə nəyi nəzərdə tutursunuz? Bakalavr oxuya bilərsiniz. Oxuyarkən part-time və tətil zamanı full time işləmək olur

      1. Almaniya universitetindən qəbul gəlsə mən ora nə vaxt getməliyəm.məsələn martda qəbul olsam nə vaxt gedəcəm inşaallah . Əvvəlcədən təşəkkür edirəm.

      2. Almaniyada bir mart və bir Oktyabr başlangıcı var. Hansına qəbul olsanız o vaxt orda olmalısınız.

  5. Salam. Men Azerbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə hem bakalavr , hemde magistr təhsili almışam. Almaniyada magistr təhsili ala bilərəm?

  6. Salamlar…., Hazırda Memarlıq 3cü kursunu bitirmişəm və Magistr üçün Almaniyanı düşünürəm. Ümumi Ortalamam 93 dür, İELTS səviyyəm minimum nə qədər olmalıdır ödənişsiz təhsil almağım üçün? Birdəki, bəziləri deyir ki, Almaniyada təhsil üçün şəxsi hesabda müyyən qədər vəsait olmalıdı ( Təxmini 10 min euro), doğrudumu bu fikirlər? Təşəkkürlər indidən )

    1. Salam. IELTS 6.5 olmalıdır. Ödənişsiz deyəndə yəni o hansısa balla ölçülmür. QƏbul olursunuzsa ya az ödənişi olur ya da olmur. Bu əyalətdən asılıdır. 1040 avro viza üçün mütləqdir. başqa yol yoxdur

  7. Salam. Mən 11-ci sinfi bitirdikdən sonra DİM imtahanı vermədən TestDaF imtahanı verərək Almanyaya getmək istəyirəm. Bu halda universitetdə pulsuz təhsil ala bilərəm? Və 1 il foundation təhsil nədi? Onu Almanyada tamamladlqdan sonra birbaşa universitetdə pulsuz təhsilə başlaya bilərəm? TestDaF imtahanından başqa bir şey gərəkli deyil ki? Və almanyada təhsilə başlamadan öncə alman bankına müəyyən məbləğdə pul keçirmək məcburidir?

    1. Attestatla Almaniya bir başa qəbul mümkün deyil. Foundation çox zaman ödənişli olur. Studienkolleg qəbul olmaq çox çətindir. TEST daf lazımdır. burda bir il oxuyun sonra müraciət edin. 1040 avro viza üçün lazımdır. Yəni məcburən məcburidir)

  8. Kimya mühəndisliyi Almaniya üçün uyğundur təhsil baxımından?Ortalama nə qədər olmalıdır?Tədris ingilis dilində oxuyuram

  9. salam. almaniyada odenissiz master tehsili qazanmaq ucun yalniz tedris dili alman dili secmeliyik yoxsa ingilis dili de olar? qyed edim kin bakalavr gpa 85 . master tehsilim ise gpa 87 dir (mba)

  10. Azərbaycanda 1 il təhsil aldıqdan sonra Almaniyaya getdikdə oradada burda qəbul olduğumuz fakültəni seçməliyik?

      1. TN yalnız doktorantura üçün təqaüd verir indi. Başqa təqaüdü yoxdur. SOCAR dəqiq bilmirəm özündən soruşmaq lazımdır.

  11. Salam.Men orta mektebi bitirdikden sonra bir il universitet tehsili almisham.Eger IELTS neticem olarsa odenishsiz bakalavr tehsili ala bilerem?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next