almanyada pulsuz tehsil al

Almaniyada Pulsuz Təhsil – Almaniyada Təhsil və Təqaüd Fürsətləri

Almaniyada pulsuz təhsil almaq və ya təhsil haqqısı olmayan universitetlərdə oxumaq hər bir gənc üçün arzu olunandır.  Çünki Almaniya həm Avropanın ən önəmli ölkələrindən biri olmaqla yanaşı güclü təhsil mərkəzi sayılır. Almaniyanı İDEYALAR VƏTƏNİ də adlandırırlar. Gəlin Almaniyaya bir səyahət edək. 

Dünyaya baxışının, intelektual səviyyənin inkişafı və digər məsələlər üçün Azərbaycanla bərabər xaricdə təhsil almaq da  vacibdir. Azərbaycanın Avropaya inteqrasiya etdiyi bir dövrdə, təhsildə və digər sahələrdə Avropa sisteminin tətbiqi gənclərin xaricdə təhsil alması ehtiyacını yaradır. Azərbaycan üçün perspektivli gənclərin yetişməsi, dünya səviyyəsində kadrların olması  əsas məqsədlərdən biridir.

Bu baxımdan  gənclərin xarici ölkə universitetlərində təhsil alması təqdirə layiqdir. Xaricdə təhsil almağın bir neçə yolları vardır amma Almaniyada təhsil haqqısı olmayan universitetlərə qəbul olmaq elə də asan deyil. Bütün dunyanın Almaniyada təhsil almaq yollarını axtardığı üçün Azərbaycanlı tələbələr üçün də rəqabət asan deyil. Xaricdə təhsil almağın yolları getdikcə daralır və çətinləşir xüsusi ilə ödənişsiz universitetlərdə. Bu məqsədlə deməli biz təhsilimizi yəni xaricdə təhsil almağımızı 1 dəqiqə öncə deyil bir neçə il öncə planlamağa başlamalıyıq.

Dünyada çox ölkə və hər ölkənin çoxlu universitetləri vardır. Amma bəzi  ölkələrin universitetləri də vardır ki, həmin universitetlər  dünya universitetləri siyahısında ən reytinqli universitetlərdir. Bu universitetlər sırasında Almaniya universitetləri xüsusi reytinqə malikdir. Almaniya universitetləri demək olar ki, bir çox sahələr üzrə dünyada güclü universitetlər sırasındadır. Almaniya universitetlərində təhsil almaq üçün hər il dünyanın hər bir nöqtəsindən müraciət edirlər. Əsasən dəqiq elmlər sahəsində, iqtisadiyyat sahəsində Almaniya universitetləri  ən keyfiyyətli təhsil verir.


Almaniyada bakalavr təhsili

Almaniyadakı bakalavr təhsili digər ölkələrin bakalavr təhsilindən fərqlənir, o cümlədən Azərbaycandakı olan  bakalavrda fərqlənir. Almaniyada orta məktəb  12 və ya 13 illik olduğu halda, Azərbaycanda 11 illikdir. Bu baxımdan  Almaniyada bakalavr təhsili almaq istəyən Azərbaycanlı gənclər Azərbaycan universitetlərində ən azı 2 il bakalavr təhsili almalıdırlar ki, gedib Almaniyada Bakalavr təhsilinə başlaya bilsinlər. Burada 2 illik bakalavr təhsili alan tələbələr Almaniyada bakalavr təhsilinin yalnız 1-ci kursuna başlaya bilərlər. Almaniyada bakalavr təhsili iki dildə vardır, həm ingilis dilində, həm də alman dilində. Alman dilində təhsil almaq üçün TestDAF və ya digər uyğun imtahan vermək lazımdır. Əgər təhsilinizi  ingilis dilində alacaqsınızsa, siz TOEFL IBT və yaxud da IELTS imtahanı verməli olacaqsınız. Bu imtahanlarda birini verdikdən sonra sizin Almaniya universitetlərinə qəbul ola bilərsiniz. Bakalavr pilləsində  bir çox ixtisas üzrə təhsil almaq mümkündür. Əsasən dəqiq elmlər sahəsi, iqtisadiyyat və s.  

Azərbaycanda yalnız orta məkətbi bitirən tələbələr də Almaniyada oxuya bilərlər. Bu yalnız 1 il foundation year və ya baza təhsilini keçməklə Almaniyada bakalavr təhsillərini davam etdirə bilərlər. 

Almaniyada Magistr təhsili

Almaniyada bakalavr təhsili ilə yanaşı magistr təhsili də mövcuddur. Almaniyada da magistr təhsili almaq üçün bakalavr dərəcəsini bitirmək lazımdır. Magistr proqramları  həm ingilis, həm də alman dilində mövcuddur. Ümumilikdə magistr proqramlari 2 il davam edir. Amma 1 illik və yaxud da 1.5 illik proqramlar da mövcuddur. Təhsil almaq istədiyiniz ixtisasdan asılı olaraq ya Alman ya da İngilis dilininin mükəmməliyini yoxlayan imtahanın nəticələri tələb olunacaq. Almaniya texnologiya ,iqtisadiyyat və tibb sahəsi üzrə dünyada ən inkişaf etmiş sıralarda durur. Təhsil Nazirliyinin dəstəyi ilə bu ölkədə yüzlərlə Azərbaycanlı təhsil alır. Onların 80% texnologiya, iqtisadiyyat  və tibb sahəsi üzrədir. Texnologiyadan fərqli olaraq tibb sahəsi alman dilində tədris olunur. Bura qəbul üçün yalnız Təhsil Nazirliyi ilə əlaqə saxlamaq lazımdır. Çünki TN Almaniya ilə bu barədə müqaviləsi var. Amma texnologiya sahəsini ingilis dilində oxumaq mümkündür. Siz də bu sahələrdə və digər sahələrdə  təhsilinizi davam etdirmək istəyirsinizsə, bu ölkənin təhsil mərkəzləri sizin ən ideal seçiminiz ola bilər.

Almaniyada pulsuz təhsil al

Almaniyada əksər dövlət universitetləri nə yerli nə də xarici tələbələrdən təhsil haqqı tələb etmir. Bu da  düynada bütün tələbələrin diqqətini bu ölkəyə çəkir. Siz bu universitetləri seçərək orada sadəcə yaşamaq haqqınızı təmin edərək təhsil ala bilərsiniz. Bundan əlavə sizin ixtisasınız proritet olarsa, Təhsil Nazirliyi və SOCAR tərəfindən də təqaüd ala bilərsiniz. Əgər siz də keyfiyyətli və pulsuz təhsil almaq istəyirsinizsə, o zaman qəbul üçün tələsin. Diqqət: Pulsuz təhsil qiyməti aşağı olan tələbələr şamil edilmir. Almaniyada pulsuz təhsil çooox rəqabətlidir və GPA yəni ortalama qiymətiniz nə qədər yuxari olarsa, qəbul olmaq şansınız bir o qədər yaxşıdır. O zaman xaricdə təhsilinizi indidən düşünün. 

Ümumiyyətlə,Almaniyada təhsillə maraqlanırsınızsa, həm saytımızdakı məlumatlardan istifadə edə bilərsiz, həm də bizə müraciət edin, biz sizə köməklik göstərə bilərik.


Almaniyada qarantiyalı pulsuz təhsil almaq istəyirsinizsə CELT Colleges 28 May ofisinə yaxınlaşın.

Əlaqə:

Həmidə xanım və ya Teymur müəllim

012 441 36 65

 

756 thoughts on “Almaniyada Pulsuz Təhsil – Almaniyada Təhsil və Təqaüd Fürsətləri”

  1. Salam . Mən kollecdə oxuyuram . 9 illikdən qəbul olmuşam . Hal hazırda 3-cü kursam.Təhsil müddəti 4 illikdi. İndiki sahəm nəqliyyatla bağlıdır . Almaniyada bakalavr təhsili almaq istəyirəm (Alman dilində). Nə məsləhət verə bilərsiniz? Əvvəlcədən təşəkkürlər.

      1. Salam oğlum tibb kollecini bitirib ortalama bali yaxşidir amma dil bilmor diş həkimliyini oxumaq istir pulsuz oxumaq mumkundurmu və ən azi bir il hazirliq kursu varmi universtetin?

  2. salam. Almaniyada dilçilik oxumaq mümkündürmü? Məsələn, Filologiya (ingilis dili və ədəbiyyatı ) Almaniyada oxuya bilərəmmi? əgər Azərbaycanda bir il oxusam, Almaniyada davam etmək üçün hansısa imtahan lazımdırmı? cavablandırsaz sevınərəm təşəkkürlər .

  3. Salam. Azərbaycan da Tibbin ödənişlisin də oxuyanlar Almanya da ödənişsiz oxuya bilər? Bir də birinci kursda b2 səviyyəsini bilib 2ci kursda getmək olarmı yoxsa 2 il təhsil almaq şərtdirmi?

    1. Salam. Almaniyada tibb pulsuzdur ama Alman dilindədir sadəcə. Transfer yoxdur. Sıfırdan başlamalı olacaqsınız. Ama öncə Alman dilini akademik səviyyədə öyrənməlisiniz.

      1. Salam mən Odlar Yurdu Universitetində 2 kursda oxuyuram.Özəl univetsitetləri bitirən tələbələr Almaniyada oxuya bilər?

  4. Salam.Mən Azərbaycan Tibb universitetində təhsil alıram.(2 ci kurs)Və təhsilimi almanyada davam etdirmək istəyirəm.Sadəcə Ielts imtahani vererek almanyada bakalavr(tibb sahesi uzre) oxuya bileremmi?Və qəbul olunarsam bu zaman universitetdə təhsil ingilis dilindəmi olacaq?Zəhmət olmazsa bu barədə ətraflı melumat vere bilersizmi?

    1. Salam.
      1. Tibbdə transfer edə bilməzsiniz. Orada sıfırdan başlamalı olacaqsınız.
      2. Almaniyada tibb ingilis dilində sadəcə özəldədir. O da illik 40 min avrodur.
      3. İngilis dilli tibb üçün Macarıstan və Turkiyə ola bilər. Ama sıfırdan başlayacaqsınız yenə.

  5. Salam ,qızım burada Bakı Dövlət Universitetinin 2 çi kursunu bitirib.Kimyq fakültesi üzrə .
    Bakalavr bitirdikdən sonra Almaniyaya tibb üzrə verə bilərmi .Əgər tibb üzrə mümkün deyilsə kimya sahəsi üzrə getmek üçün necə hazırlaşmalı ve hansı şərtlərlə gedə bilər ?Fikrimiz var ki bu tədris ilindən hazırlıqlara başlasın .ətraflı məlumat almaq üçün hara müraciət edə bilərik?

    1. Salam. Qızınız həm Kimya həm TİBB müraciet edə bilər. Kimya həm ingilis həm də Alamn dilində var ama tibb sadəcə almancadır. İngiliscə olacaqsa IELTS 6.5 lazımdır və bakalavr diplomu. Əgər kimya magistr oxuyacaqsa Bakalavr GPA 80 və üzəri olmalıdı ama bakalavr üçün fərqi yoxdur. Alman dilində oxuyacaqsa Alman dilindən DHS imtahanı lazımdır. Bunlar akademik imtahandır yəni öncə bunlar yetərincə hazırlaşmalıdır

  6. Salam,men 7-ci sinifde oxuyuram almaniyada kompyuter muhendisliyi oxumaq isteyirem bunun ucun mektebi bitirdikden sonra mutleq 2il universtet oxumaliyam? Yeni eger alman dilini bilsem(c1) ve testdaf imtahanini versem
    11ci sinifi bitirib orda uni oxuya bilmerem?

  7. Salam,burda 2ci kirsu bitirdikdən sonra və İELTSDƏN (ingilis dilində)7.0 yığa bilsəm,Almaniyada bakalavra başdan başlaya bilərəm

  8. Salam. Men memarliği 82 ortalama ile bitirmisem. Almanyada pulsuz magistr tehsili alma sansim varmi? Ve IELTS teleb edilirmi? Ve yasamaq ucun ayliq teqribi nece euro lazimdir? Memarliq tehsili ucun hansi universitetler pulsuzdur ve ya illiyi az olan universitetler hansidir? Teqaudlu tehsil ucun şertler nedir?

    1. Salam. Qəbul ola bilərsiniz. IELTS 6.5 lazımdır. <İllik 500-1500 avro arasında dəyişir. İllik yaşamaq üçün almaniya 8040 avro tələb edir.

  9. Salam 4.cü kurs üçün hazırlaşıram Almanyada Bakalavr təhsili üçün 2 il Azərbaycanın hansı universitetində təhsil almalıyam?
    sadəcə Tibb unisi??

  10. Salam.Tibb universitetinde hal -hazırda 4 kursda tehsil alıram,daha sonra Almaniyada rezindeturaya qebul olmaq isteyirem.Alman dili seviyyem B2-dir, qebul olmaq üçün tesdaf dan başqa hansi imtahanı vermek lazımdır? İstediyim rezindetura sahesini seçmek üçün hansisa imtahan vermeliyem?

  11. Salam. Mən BMU da 1ci kurs tələbəsiyəm. Tədris ingilis dilində kompyuter mühəndisliyi oxuyuram. 2 il bakalavr təhsili aldıqdan sonra Almaniyada təhsil almaq istəyirəm. Ortalamam 80 +və İELTS 6.5 +olsa pulsuz təhsil ala bilərəmmi?bir də ki təqaüd ala bilərəmmi?Cavablandırsaz çox sevinərəm. İndidən təşəkkür edirəm.

  12. salam. almaniyada bakalavr tehsil ucun ielts ne qeder olmalidi? 1 il burda neft uzre kollec oxuyub sonra almaniyada kollec+uni oxuya bilerem? ve odenishler ne qederdir?

    1. Salam. Attestatla direkt almaniya mümkün deyil. Ən az ya orda bir il studien kolleg və ya burda bir il təhsil. Almaniyada tibb almancadır. Öncə dili öyrənməlidir. b2 səviyəsində

  13. Salam,men turkiye ya da almanya arasinda qalmisam indi 9cu sinifem,meslehetiniz nedi turkiyemi yaxsidi almanyami tibb sahesinde? Hansinda telebeye yaxsi serait var ve hansinda daha az xerc cixar?ve attestatla getmek isteyirem

    1. Salam. Attestatla Almaniyaya gedə bilməzsiniz. orda həm də tibb sadəcə almancadır. Türkiyə üçün daha avantaj var Azərbaycan vətəndaşı üçün. Həm təqaüd ala bilərsiniz həm də ucuz oxuya bilərsiniz. Yetər ki yiksək SAT və TOEFL olsun.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous