Almaniyada pulsuz təhsil almaq və ya təhsil haqqısı olmayan universitetlərdə oxumaq hər bir gənc üçün arzu olunandır. Çünki Almaniya həm Avropanın ən önəmli ölkələrindən biri olmaqla yanaşı güclü təhsil mərkəzi sayılır. Almaniyanı İDEYALAR VƏTƏNİ də adlandırırlar. Gəlin Almaniyaya bir səyahət edək.
Dünyaya baxışının, intelektual səviyyənin inkişafı və digər məsələlər üçün Azərbaycanla bərabər xaricdə təhsil almaq da vacibdir. Azərbaycanın Avropaya inteqrasiya etdiyi bir dövrdə, təhsildə və digər sahələrdə Avropa sisteminin tətbiqi gənclərin xaricdə təhsil alması ehtiyacını yaradır. Azərbaycan üçün perspektivli gənclərin yetişməsi, dünya səviyyəsində kadrların olması əsas məqsədlərdən biridir.
Bu baxımdan gənclərin xarici ölkə universitetlərində təhsil alması təqdirə layiqdir. Xaricdə təhsil almağın bir neçə yolları vardır amma Almaniyada təhsil haqqısı olmayan universitetlərə qəbul olmaq elə də asan deyil. Bütün dunyanın Almaniyada təhsil almaq yollarını axtardığı üçün Azərbaycanlı tələbələr üçün də rəqabət asan deyil. Xaricdə təhsil almağın yolları getdikcə daralır və çətinləşir xüsusi ilə ödənişsiz universitetlərdə. Bu məqsədlə deməli biz təhsilimizi yəni xaricdə təhsil almağımızı 1 dəqiqə öncə deyil bir neçə il öncə planlamağa başlamalıyıq.
Dünyada çox ölkə və hər ölkənin çoxlu universitetləri vardır. Amma bəzi ölkələrin universitetləri də vardır ki, həmin universitetlər dünya universitetləri siyahısında ən reytinqli universitetlərdir. Bu universitetlər sırasında Almaniya universitetləri xüsusi reytinqə malikdir. Almaniya universitetləri demək olar ki, bir çox sahələr üzrə dünyada güclü universitetlər sırasındadır. Almaniya universitetlərində təhsil almaq üçün hər il dünyanın hər bir nöqtəsindən müraciət edirlər. Əsasən dəqiq elmlər sahəsində, iqtisadiyyat sahəsində Almaniya universitetləri ən keyfiyyətli təhsil verir.
Almaniyada bakalavr təhsili
Almaniyadakı bakalavr təhsili digər ölkələrin bakalavr təhsilindən fərqlənir, o cümlədən Azərbaycandakı olan bakalavrda fərqlənir. Almaniyada orta məktəb 12 və ya 13 illik olduğu halda, Azərbaycanda 11 illikdir. Bu baxımdan Almaniyada bakalavr təhsili almaq istəyən Azərbaycanlı gənclər Azərbaycan universitetlərində ən azı 2 il bakalavr təhsili almalıdırlar ki, gedib Almaniyada Bakalavr təhsilinə başlaya bilsinlər. Burada 2 illik bakalavr təhsili alan tələbələr Almaniyada bakalavr təhsilinin yalnız 1-ci kursuna başlaya bilərlər. Almaniyada bakalavr təhsili iki dildə vardır, həm ingilis dilində, həm də alman dilində. Alman dilində təhsil almaq üçün TestDAF və ya digər uyğun imtahan vermək lazımdır. Əgər təhsilinizi ingilis dilində alacaqsınızsa, siz TOEFL IBT və yaxud da IELTS imtahanı verməli olacaqsınız. Bu imtahanlarda birini verdikdən sonra sizin Almaniya universitetlərinə qəbul ola bilərsiniz. Bakalavr pilləsində bir çox ixtisas üzrə təhsil almaq mümkündür. Əsasən dəqiq elmlər sahəsi, iqtisadiyyat və s.
Azərbaycanda yalnız orta məkətbi bitirən tələbələr də Almaniyada oxuya bilərlər. Bu yalnız 1 il foundation year və ya baza təhsilini keçməklə Almaniyada bakalavr təhsillərini davam etdirə bilərlər.
Almaniyada Magistr təhsili
Almaniyada bakalavr təhsili ilə yanaşı magistr təhsili də mövcuddur. Almaniyada da magistr təhsili almaq üçün bakalavr dərəcəsini bitirmək lazımdır. Magistr proqramları həm ingilis, həm də alman dilində mövcuddur. Ümumilikdə magistr proqramlari 2 il davam edir. Amma 1 illik və yaxud da 1.5 illik proqramlar da mövcuddur. Təhsil almaq istədiyiniz ixtisasdan asılı olaraq ya Alman ya da İngilis dilininin mükəmməliyini yoxlayan imtahanın nəticələri tələb olunacaq. Almaniya texnologiya ,iqtisadiyyat və tibb sahəsi üzrə dünyada ən inkişaf etmiş sıralarda durur. Təhsil Nazirliyinin dəstəyi ilə bu ölkədə yüzlərlə Azərbaycanlı təhsil alır. Onların 80% texnologiya, iqtisadiyyat və tibb sahəsi üzrədir. Texnologiyadan fərqli olaraq tibb sahəsi alman dilində tədris olunur. Bura qəbul üçün yalnız Təhsil Nazirliyi ilə əlaqə saxlamaq lazımdır. Çünki TN Almaniya ilə bu barədə müqaviləsi var. Amma texnologiya sahəsini ingilis dilində oxumaq mümkündür. Siz də bu sahələrdə və digər sahələrdə təhsilinizi davam etdirmək istəyirsinizsə, bu ölkənin təhsil mərkəzləri sizin ən ideal seçiminiz ola bilər.
Almaniyada pulsuz təhsil al
Almaniyada əksər dövlət universitetləri nə yerli nə də xarici tələbələrdən təhsil haqqı tələb etmir. Bu da düynada bütün tələbələrin diqqətini bu ölkəyə çəkir. Siz bu universitetləri seçərək orada sadəcə yaşamaq haqqınızı təmin edərək təhsil ala bilərsiniz. Bundan əlavə sizin ixtisasınız proritet olarsa, Təhsil Nazirliyi və SOCAR tərəfindən də təqaüd ala bilərsiniz. Əgər siz də keyfiyyətli və pulsuz təhsil almaq istəyirsinizsə, o zaman qəbul üçün tələsin. Diqqət: Pulsuz təhsil qiyməti aşağı olan tələbələr şamil edilmir. Almaniyada pulsuz təhsil çooox rəqabətlidir və GPA yəni ortalama qiymətiniz nə qədər yuxari olarsa, qəbul olmaq şansınız bir o qədər yaxşıdır. O zaman xaricdə təhsilinizi indidən düşünün.
Ümumiyyətlə,Almaniyada təhsillə maraqlanırsınızsa, həm saytımızdakı məlumatlardan istifadə edə bilərsiz, həm də bizə müraciət edin, biz sizə köməklik göstərə bilərik.
Almaniyada qarantiyalı pulsuz təhsil almaq istəyirsinizsə CELT Colleges 28 May ofisinə yaxınlaşın.
Əlaqə:
Həmidə xanım və ya Teymur müəllim
012 441 36 65
Salam. Mən BDU-da Dövlət və ictiami münasibətlərdə oxuyuram. Ortalamam 93-dür. İELTS nəticəm 8.0-dır. Almaniyada magistr pulsuz ala bilərəm. Ala bilərəmsə necə qeydiyyatdan keçməliyəm ?
Salam. Təhsil haqqı yoxdur ama yaşamı ödəməlisiniz. Qəbul üçün 28 may Həmidə xanıma yaxınlaşın.
Salam menim oglum bu il 9 da oxuyur onun ingilsi mukemmel ve alman dilinde B1 hele bu il badayaxagiq oxumaga 11 illiyi oxuyandan sora almanyaya gedib stutent kolec yene mutleqdir birde orada odenissiz odenisli tehsil qebullari eynidirmi
Salam. Bəliç Attestatka sadəcə SK gedə bilər və ondan sonra uni. SK ödənişsizdir əgər dövlət olana qəbul ola bilsə.
Salam testdaf ilə almanyada qebul olsam 8000 avro yenede hesabimda olmalidir yoxsa 8000 avro ingilis dilinde oxuyanlar üçündür ?
Salam,
Fərq etmir, yenə hesabınızda pul olmalıdır
Salam ,men tibbi almaniyada bakalavr seviyyesinde oxumaq isteyirem.Bunun ucun ATU da 2 il oxuyaraq alman dilini oyrenenden sonra ne etmeliyem?Birde Almaniyada stipendiya almaq olurmu?,olursa ne qederdir? Zehmet olmasa cavablandira bilersinizmi?
tibb almancadır. stipendiya yoxdur
Salam.Mən orta məktəbi bitirmişəm.İELTS üzrə imtahan verərək gərəkli nəticəni toplayıb Almaniyada ödənişsiz təhsil ala bilərəm?
Bəli. ama attestatla sadəcə hazırlıqlı oxuya bilərsiniz. sorna ödənişsiz. hazırlıq ödənişlidir
Salam men Alman dili üzre tehsil aliram 3cu kurs telebesiyem Almanyada MBA oxuyub ixtisasimi deyişe bilerem?olarsa hansi dil seviyyesi lazimdi?
Salam. İxtisas dəyişmək sadəcə özəllərdə mümkün. MBA 10 min avrodan başlayır
Salam men iqtisadiyyat uzre 1 il uni oxusam, sonra 3 il almaniyada pulsuz tehsil ala bilerem? (iqtisadiyyat uzre) IELTS vasitesile
Bəli.
Men yalniz orta mektebi bitirmisem…attestat neticelerim yaxsidir….Alamanca imtahan verib 1 il foundation oxuduqdan sonra 3yoxsa 4 illik universitet oxumaliyam??? Foundation ucun bir illik qiymet ne qederdir???
Almaniyada unilər 3 illikdir. foundation 15 min avrodan başlayır
Salam.Mən BDU da Beynelxalq Münasibətlərdə oxuyuram. Ortalamam 80 dir. İELTS 6.5 olarsa Almaniyada pulsuz magistr oxuya bilerem?
Salam. Bəli.
Salam, bilmək istəyirdim beynəlxalq münasibətlər ixtisasını bitirib Almaniyada beynəlxalq hüquq təhsili almaq mümkündür? və Almaniyada təhsil üçün ielts balının ən az neçə olması mütləqdir?
Çətin ama bəlkə qəbul edərlər. GPA yüksək və IELTS 6.5 lazım
Salam. Mən artıq ADİU 4cü kurs tələbəsiyəm. İxtisasım İqtisadiyyatdır. Almaniya universitetlərindən hansı daha məsləhətlidir, hansı sənədlər lazımdır və sənəd qəbulu nə zaman başlayır?
IELTS 6.5 və GPA 80 və yuxari
Salam.Yuxarida geyd etdiyiniz elumatlari oxudum.2 il burda oxuyub sonra almaniyaya gede bilerik geyd etmisiz.Psixologiya (ozel universitet)oxuyuram.2 kursun sonunda burdaki universiteti atib testdaf verib almaniyada tibb oxuya bilerem?ozel oxumagim nese problem yaratmaz?Birdeki cox xahis edirem foundation year tam olaraq nedir?elinde hec bir diplomiu olmayan universitet oxumayan bir adam testdafdan kecse foundation year ile almaniyada oxuya bilermi?onceden tesekkurler
TİBB sadəcə almancadır. Psıxologiyada. öncə almancanız olmalıdır rəsmi imtahan. və bəli sonra başvura bilərsiniz. 28 May ofisinə yaxınlaşın.
Salam men bu il BDU nu kimya fakultesine dusurem.ve men bu il alman dilinden sertifikat (C1) alsam gelen il almaniyada tibb universitetinde oxuya bilerem?
Salam. Bəli ama eyni zamanda qiymətləriniz yaxşı olmalıdır.
Salam universted ortalamasa 80 den yuxari olmasa hec cur magistr tehsili almaniyada almaq olmur?
Salam Almaniyada təhsillə bağlı zəhmət olmasa bu nömrə ilə əlaqə saxlayın 012 441 36 65 Həmidə xanım
Salam mənim sualım budur ki,Məlumdur Magistr üçün tələb olunan ortalama 80 dən yuxarı olmalıdır.Bəs bu ortalama ümümi universitetdə neçə semestr imtahanı vermişiksə onlar ın ortalamaları nəzərə alınır?yoxsa universitetdə verdiyimiz son imtahanın ortalaması?Hazırda 2 ci kursam və bu semestr ortalamam 86 dır.
Salam. Smestr deyil bütün keçdiyiniz dərslərin qiymətinin ortalaması.
Salam hazırda ADNSUda İT ixtisasında oxuyuram, Magistrı Almaniyada eyni ixtisas üzrə oxumaqçun mənə nələr lazımdı? Sadəcə İELTS nəticəsi bəs edir? Universitet ortalama balına baxılır?
ortalama 80 və yuxarı və ıelts