Almaniyada Magistratura

Almaniyada Magistr  təhsili almaq hər kəsin arzusudur. Bunun üçün öncəliklə bakalavr dərəcəsini bitirən tələbələr seçdikləri universiteti və qəbul qaydaları haqqında bütün məlumatları əldə etməlidirlər. Magistr üçün müraciət formaları fərqli olur. Bu qaydalar dil bacrıqları, referanslar və xüsusi müraciət formaları ola bilər.

Bəs bu yöndə magistr dərəcəsi almaq istəyən tələbələri ən çox maraqlandıran sual hansıdır? Almaniyada magistr dərəcəsi almaq üçün nələri bilmək vacibdir? Bütün sualların cavabı ilə aşağıda tanış ola bilərsiniz.

Almaniyada Magistr qaydaları:

Sertikat– Alman və ya İngilis dilini müəyyən edən sertifkatlar vacibdir. Bunlar İngilis dili üçün TOEFL və ya IELTS; Alman dili üçün DSH, TestDaF və ya Goethe İnstitunun Sertifikatıdır.

Alman dilini bilmədən Almaniyaya getməyin mümkünlüyü- Əlbətdə mümkündür. Almanya və Alman dili haqqında məlumatınız olmadan oraya gedə bilərsiniz və təhsilinizə başlamamışdan əvvəl Almanca dil dərsləri alabilərsiniz. Bu vəziyyətdə, Almanyaya viza müraciətinizin müsbət nəticələnməsi üçün Dil Kursu qeydiyyatı ilə bərabər Ali Təhsil Şərtli Qəbul sənədini də təqdim etməlisiniz.

İstənilən hər kəs Almaniyada dil kurslarında iştirak edə bilərlər. Almaniyada sadəcə xüsusi dil məktəblərində almanca öyrənə bilər və bunun üçün Səfirliyə Dil Tədrisi vizasına müraciət edə bilərsiniz.

Öz ixtisası üzrə təhsilə başlamadan əvvəl hər əcnəbi tələbənin almanca dil imtahanından keçməli (DSH və ya Test DaF) və yüksək təhsil almağı üçün bu imtahandan yüksək nəticələr əldə etməlidir.

Təhsil və İş– Almaniyada təhsillə bərabər hər bir tələbənin işləmə imkanı var. Beləki tələbələr Bəli, il ərzində 180 yarım gün  və ya 90 tam gün işləməyə icazə verilir.

Almaniyada qalma şansı– Tələbələri ən çox maraqlandıran suallardan biri də təhsil aldıqdan sonra Almaniyada qalmağım mümkünlüyüdür. Beləki tələbələr universiteti bitirdikdən sonra Almaniyada qalmaq icazsəi başa çatır. Amma, əgər bir il ərzində iş tapabilsəniz, bu iş yerinə bağlı olaraq qalmaq üçün icazə sənədini almağınız mümkündür.

Almaniyada təhsili davam etdirmək– Əgər ölkənizdə hər hansı bir Universitetdə aldığınız ali təhsilə aid diplomunuz varsa, siz 2 il müddətində istədiyiniz Magistr təhsili üzrə təhsilinizi davam etdirə bilərsiniz. Siz Magistr təhsilini ya məzun olduğunuz ixtisas üzrə, ya da ixtisasınıza uyğun gələn bölmələrdə davam etdirə bilərsiniz. Əslində yüksək ali təhsil programları qazanılan biliklərin təkmilləşdirilməsi üçündür. Bəzi ölkələrdə Magist təhsili üçün qəbul imtahanları keçirilir. Ancaq Almaniyada belə bir imtahana ehtiyac yoxdur. Almaniyada həm almanca, həm də ingiliscə 1000-ə yaxın belə ali təhsil programları mövcuddur.

İxtisas dəyişmə– Bu mümkündür. Amma yüksək ali təhsil ilkin ali təhsildə qazanılan biliklərə dayadığı üçün ixtisas və ya bölüm dəyişərkən ilkin hazırlıq kurslarından keçmək lazımdır.

Təqaüd– Almaniya Universitetlərində magistr təhsili üzrə təqaüd üçün ildə 3 dəfə Göte İnistitutu tərəfindən keçirilən dil imtahanlarında (ödənişli) iştirak etmək lazımdır.

Təhsil Haqqı Almaniyada, ümumiyyətlə, təhsil üçün ödəniş haqqı yoxdur. Demək olar ki, hər bir universitetdə hər yarım ilə orta hesabla 500 avro məbləğində pul ödəməniz lazım gəlir. Digər xərclər (Kirayə,sağlamlıq haqqında sığorta,ərzaq,kitab və s.) şəhərlərə görə dəyişdiyi üçün 350-750 avro arasında dəyişir.

Müddət– Bakalavr təhsili 3 il, magistr ali təhsil isə 2 ildir. Doktorantura təhsili isə ixtisasa görə 3 və ya 4 il müddətində davam edə bilər.

Viza üçün sənədlər– Səfirlik Almaniyaya giriş üçün 3 aylıq tələbə vizası təqdim edir. Bu vizanın verilməsində məqsəd arzu olunan universitetə müraciət edib qeydiyyatdan keçməsidir. Bu 3 ay müddətində  Almaniya universitetlərində qeydiyyatdan keçdikdən sonra tələbə vizasına çevrilir. Bu viza üçün təqdim olunan sənədlər :

Atestat və ali təhsil haqqında diplom, 4 illik universitetə qəbulu barədə sənəd

  • Qarantiya sənədi
  • Etibarlı pasport
  • 3 ədəd şəkil

Univerisitet qeydiyyatından sonra alınan viza üçün :

  • Hər hansı  Alman Universitetlərinə qəbul sənədi
  • Atestat və ali təhsil haqqında diplom, 4 illik universitetə qəbulu barədə sənəd
  • Qarantiya sənədi (Sponsorluq )
  • Etibarlı pasport
  • 3 ədəd şəkil

Qarantiya sənədi- Qarantiya və ya sponsorluq sənədi, tələbənin Almaniyada olduğu müddət ərzində onun ehtiyaclarını qarşılayan adam tərəfindən verilən sənəddir. Bu sənədi sizə yaxın olan hərkəs verə bilər.

Yaşayış Burada qala biləcəyiniz həm şəxsi, həm də rəsmi tələbə yatağxanaları var. Qiymətlər 200-300 avro arasında dəyişir. Otaqlar tək nəfərlikdir. Şəxsi olaraq kirayə evdə tuta bilərsiniz. Ama sizin üçün bu baha ola bilər (300-500 avro) bunu da çox məsləhətli deyil.

Dərəcələr-Almaniya universitetlərində yeni qurulan və getdikcə yayılan İngiliscə- Almanca ali təhsil programlarında aşağıdakı dərəcələr verilir :

  • Undergraduate : Ali təhsil diplomuna bərabərdir
  • Graduate : Magistr təhsil diplomuna bərabərdir
  • Post-graduate : Doktoranturaya bərabərdir

Dil kursu Çox az və ya heç Almanca bilməyənlər Almaniya da dil təhsilini tamamlayıb, irəli səviyyə Alman məlumatını göstərən bir Sertifikat ala bilmək üçün təxminən bir il boyunca dil kursuna davam etməlidirlər. Dil təhsili vizası ilə gedən bu kəslər vizanı daha sonra, universitetdən qəbul etdikləri təqdirdə, şagird vizasını çevirə bilərlər.

İki illik magistr İki illik bir magistr təhsil hissəsi qazandığınız təqdirdə Azərbaycanda da bu hissədən məzun olduqdan və diplomunuzu aldıqdan sonra Almaniya da magistr təhsil almaq üçün universitetə müraciət edə bilərsiniz.

Avropaya keçiş– Almaniyada təhsil alaraq Almaniyadakı və ya Avropa universitetlərinə keçiş mümkündür. Ancaq, keçid etmək istədiyiniz universitetin bu mövzuda keçiş şərtləri ola bilər.

186 thoughts on “Almaniyada Magistratura”

  1. Salam.Almaniya Universtetlərinə qəbul üçün tam olaraq hara müraciət etmək lazımdır.Hara sənəd vermək lazımdı,Kimə yəni müraciət etmık olar?

  2. Salam mən bdu coğrafiya ixtisasını oxuyuram ortalamam yüksək olsa ielts sertifikatım olsa maliyyə muhasibat ya da iqtisadiyyat sahəsi üzrə ingilis dilində magistr təhsili ala bilərəm ödənişsiz?

  3. Salam. 60+ GPA ilə Almaniyada İnsan Qaynaqları üzrə master oxumaq şansım nə qədərdir? İş təcrübəm də var. İstədiyim universitetdə ödənişsiz təhsil ala bilərəm?

    1. Normalda 80+ ilə müraciət etmək məsləhətlidir. Bəlkə bəzi universitetlər iş təcrübəsinə önəm verə ama normalda etmirlər. Sınaqmaq lazımdır.Bunu özlərindən də soruşsanız müraciət edin deyəcəklər.

      1. GPA bakalavr qiymətlərinin ortalama qiymətidir. Yəni imtahan falan deyil. IELTS imtahanı CELT-də hazırlaşa bilərsiniz

  4. Salam.Mən çoxdan bitirmisəm bakalavri.mənim diplom əlavəmdə ortalama qiymət yazilmiyib.”buraxilis işi”var ona da qiymət “əla”yazilib.indi o qiymət ortalama qiymət sayilir?bir də mən onlayn oxumaq istərdim Almaniya unilərinin birində.bu mumkundur?zəhmət olmasa cavablandirardiniz.

    1. Əgər hər şey Yaxşı və Əladırsa demə qiymətləriniz yaxşıdır. Kafi çoxdursa yaxşı deyil. Kafi olduğu əalda müraciət çətin olacaq.

  5. Salam. Komputer elmleri uzre bakalavr derecesini bitiriem(3cu kurs bitir). Ortalamam heleki asagidi, kommentlerdeki cavablarda gorduyum qederi ile en azindan 80GPA olmalidir deyirsiz. Men birteher 80GPA ede bilsem oz ixtisasim uzre magistr tehsili ala bileremmi Almaniyada? Yoxsa daha yuksekmi olmalidir( hetta 80-den biraz daha az ola bilermi? 78GPA meselen ). Birdeki oz ixtisasim alinmirsa Markteing-Buisness uzre ala bileremmi?

    1. Salam. 80+ ortalama qiymətdir. Yəni yuxarı daha yaxşıdır. Aşağı ilə qəbul olmaq şansınız azdır ama bakalavra gedə bilərsiniz. Magistra isə ixtisas dəyişmək olmaz sadəcə uyğun ixtisas seçə bilərsiniz.

  6. Almaniyada ingilis dilində magistr oxumaq isteyirem. Oxudugum Universitet təhsili ingilis dilində tədris edirse,yenə da ielts ve ya toefl sertifikasiyalarına ehtiyac varmı?zehmet olmasa cavablandırardınız
    Əvvəlcədən təşəkkürlər

  7. Salam,hal-hazırda jurnalistika III kursam.Alman dilini bilmirəm.sırf ingilis dili (ielts) ilə təhsil ala bilərəm yoxsa Alman dilini bilməyim şərtdir?
    ielts,gpa üzrə minimal tələb nə qədərdir?
    İş təcrübəsi,könüllülük tələb olunur?

  8. Salam mən BDUda beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 4-cü kursam. Ortalamam +90dır. Daad təqaüd proqramı ilə Almaniyada magistr oxumaq istəyirəm lakin hələ Ielts sertifikatı almamışam kursa yazılmamışam hələ. 2020-nin sonunda DAAD təqaüd mərkəzinin Bakı filialı bağlanacaq cəmi 1 ay qalıb müraciət edə bilməyəcəm bu gedişlə. Başqa hansı təqaüd proqramı ilə müraciət eləmək olar bilmirsiz? Nə edim mən?

  9. Salam. Bir yerden yaxin qohum hebsde olubsa Almaniya magistr vizasi vermir deye oxumusdum. GPA 84 dur. Ielts 7.5 lakin yaxin bir qohum 4 ay hebsde olub. Buna gore gede bilmeyecem??

  10. Salam, men ozun universitet bitirmiwem.ixtisasim Politologiya .bilmek isterdim Magstr ixtisaslarini?ve menim ixtisasima yaxin olan ixtisaslari .ingilis dili ve alman dili uzre esasen olan magstr ixtisaslarini ?

  11. Salam hüquq fakültəsi 3-cü kurs tələbəsiyəm.Almaniyada Hüquq ixtisası üzrə təhsil almaq istəyirəm.İxtisasıma uygun olarag alman dilinə üstünlük verildiyini maraglandm amma alman dilinə hazırlaşmaq hal hazırda çox çətindir.İelts ilə də məhdud sayda univerlərə müraciət etmək olur.bu halda nə etmək olar?min 6.5 ielts və 80+ortalama ilə Almaniyanın yaxşı univerlerinde ing dili üzrə hüquq oxumaq uyğundur mu?

  12. Salam. Mən 2inci kurs tələbəsi psixologiya ixtisasında təhsil alıram.Amaniyada Magistratura Oxumaq üçün təhsil haqqı varmı? İelts sertifikatı bəs edirmi? Birdə ortalama neçə olmalıdı minimum?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next