“0” – dan başla

Düşündüm… Nədən başlayım? ümiddən yoxsa arzudan,balaca uşağın yüyürməsindən yoxsa bir gəncin tələbə ikən büdrəməsindən, oxumaqdan yoxsa  oxumamaqdan,seçməkdən yoxsa seçilməkdən və yoxsadan ya olsadan….

Bir gün əvvəl bu və ya digər seçimlər arasında qaldığım vaxtda yaxınlığdakı marketə gedərkən piyadaların keçməsi üçün olan yol keçidindən (zebra) keçərkən bir avtomobilin sürətlə 2-3 sm yaxınlığımdan keçməsi və yıxılmağım bu bütün “yoxsa” larla düşündüklərimi darmadağın etdi. Qarşıdan bir neçə nəfərin kömək etmək üçün mənə doğru gələndə soruşdum ki, maşının nömrəsini görən oldu. Çoxlu səs küyün içində 0-la başlayırdı deyən bir nəfərin səsini eşitdim. Nəyisə, uzun sözün qısası mən ayağa qalxdım və evə doğru gəlməyə başladım. Daha həyəcan qalmamışdı. Kompyuteri açıb yazı yazmağa başlayanda yenidən mövzu barədə fikirləşməyə başladım. Musiqi dinləməyi çox sevirəm, ümumilkdə nəsə haqqında fikirləşəndə musiqi dinləyə-dinləyə fikirləşdikdə  yaratmaq istədiyimi daha gözəl yaradıram. Musiqi axtararkən ani olaraq Əlixan Səmədovun Son Nəfəs adlı musiqisi gözümə dəydi. Bu musiqini çox sevirəm. Musiqini dinləməyə başladım. Dinləyərkən müxtəlif mövzular ətrafında və qarşılaşdığım bir çox hadisələr haqqında fikirləşirdim. Birdən “0” rəqəmi və bu rəqəmi xatirladan bir hadisə yadıma düşdü və belə bir qərara gəldim ki, @0”-dan başlayım.

0 – Adi rəqəmdir düşünə bilərsiniz. Amma çox vaxt biz insanların dilində belə bir deyim çox səslənir. “0-dan başlamaq lazımdır.” İnsan həyatda atdığı bir çox addımda məhz 0-dan başlayır. Məsələn təhsil almaq istədikdə, hər hansı biznes qurduqda, yeni həyata atıldıqda, yeni şəhərə getdikdə, universitetə daxil olduqda və s.

Hər şeyə 0-dan başlamaq çətindir. Bu insanda böyük güc və iradə tələb edir. Sizə bir dəfər rastlaşdığım hadisədən və bu hadisə ilə başlamağın nə əlaqəsi olduğu haqda danışaçağam. Hardasa 2-3 il bundan qabaq bir dəfə rayonların birinə işlə bağlı gedərkən yolda nahar etmək üçün dostlarla restoranların birində əyləşmişdik. Restoranı gözəl bir bağ əhatə edirdi və bağın arxası otlaq sahəsi idi. Hava da çox gözəl idi. Özümüzü çox rahat hiss edirdik. Birdən bağın arxasından bir balaca uşağın, hardasa 5-6 yaşında olan oğlan uşağının restorana doğru gəldiyini gördük. Bu uşaq bizim yanımızdan “Salam-əleykum” deyərək yanımızdan keçdi. Düzü mən bilirdim bir çox rayon və kənd əhalisində belə bir adət var ki, onlar yolda və ya hardasa kimisə görəndə salamlaşırlar. Dostlarımdan biri burada yaşamadığına görə və bunu görəndə bizdən soruşdu ki, “hardan tanıyırsız bu balaca kişini?” deyə biə sual verdi. Bizdə uzun sözü qısası bu məsələyə aydınlıq gətirdik ki, həmin bu uşaq yenidən gəlib yanımızdan keçərkən “Salam – Allahın adıdır, Onun adını bilməyən cahildir” deyə gedirdi ki, onu cağırdıq ki, soruşaq bu nə sözdür deyir . Düzü bu yaşda uşağın belə bir söz deməsi nəinki məni, bizim hamımızı təəcübləndimişdi. O yaxınlaşıb bizə salam verdiyinə görə ona güldüyümüzü deyəndə o sözü niyə dediyi bizə aydın oldu. Nəyisə, onu stolumuza dəvət edib ona gülmədiyimizi və onun bu hərəkətini çox yaxşı qarşıladığımızı və yoldaşımızı bilmədiyinə görə aydınlıq gətirdiyimiz dedik. Təxminən 5 dəqiqə idi ki, o bizlə oturmuşdu. Birdən saatına baxıb tələsdiyini bildirdi və bizə stola dəvət üçün minnətdarlığını bildirdi. Əslində tam səmimi deyim ki, bu yaşda belə hərəkətlər edən uşaq heçvaxt görməmişdim. Nəyisə qayıdaq həmin yerə… Deməli ondan soruşdum ki, sənə bir-iki sual vermək istəyirəm, vaxtın varmı?

–  Buyur. Vaxtımız olmasa da böyük sözünü sonadək dinləmək borcumdur.

Bu sözü eşidəndə avtomayik olaraq özümü itirdim. Bu gördüyüm doğrudurmu ya mənə belə gəlir. Təəcüblə dostlarımın üzünə baxdım. Onun 6 yaşı vardı. Bunu söhbət zamanı bildirmişdi.Təəcübləndiyimi gördükdə dayı eşidirəm sualınızı verin dedikdə təəcüblənməyimi gizlətməyə çalışıb ona belə bir sual verdim. Əslində mən bu sualı hər bir balaca uşağa verirəm. Yəqin bu sualı hamı verir. Çünki uşaq vaxtı mənə də bu sualı verən çox olub. Ona nə olmaq istədiyini soruşduqda o “ mən indi çoban olmaq istəyirəm” deyərək cavab verdi. Düzü onun əvvəlki danışıq tərzinə sullara cavab vermə qabiliyyətinə görə bu cavabdan hamımız şoka düşdük desəm yanılmarıq….

Bloqun ardı var…

Bu günlük bu qədər…. Sabah Sizdə yaranan bütün suallara, bu uşaqla 0-dan başlamağın nə aidiyyatı var? O uşaq niyə çoban olmaq istəyirdi? və digər suallara cavab tapacaqsınız.

Sabaha qədər!

Bizimlə olun 🙂

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next