Almaniyada Magistratura

Almaniyada Magistr  təhsili almaq hər kəsin arzusudur. Bunun üçün öncəliklə bakalavr dərəcəsini bitirən tələbələr seçdikləri universiteti və qəbul qaydaları haqqında bütün məlumatları əldə etməlidirlər. Magistr üçün müraciət formaları fərqli olur. Bu qaydalar dil bacrıqları, referanslar və xüsusi müraciət formaları ola bilər.

Bəs bu yöndə magistr dərəcəsi almaq istəyən tələbələri ən çox maraqlandıran sual hansıdır? Almaniyada magistr dərəcəsi almaq üçün nələri bilmək vacibdir? Bütün sualların cavabı ilə aşağıda tanış ola bilərsiniz.

Almaniyada Magistr qaydaları:

Sertikat– Alman və ya İngilis dilini müəyyən edən sertifkatlar vacibdir. Bunlar İngilis dili üçün TOEFL və ya IELTS; Alman dili üçün DSH, TestDaF və ya Goethe İnstitunun Sertifikatıdır.

Alman dilini bilmədən Almaniyaya getməyin mümkünlüyü- Əlbətdə mümkündür. Almanya və Alman dili haqqında məlumatınız olmadan oraya gedə bilərsiniz və təhsilinizə başlamamışdan əvvəl Almanca dil dərsləri alabilərsiniz. Bu vəziyyətdə, Almanyaya viza müraciətinizin müsbət nəticələnməsi üçün Dil Kursu qeydiyyatı ilə bərabər Ali Təhsil Şərtli Qəbul sənədini də təqdim etməlisiniz.

İstənilən hər kəs Almaniyada dil kurslarında iştirak edə bilərlər. Almaniyada sadəcə xüsusi dil məktəblərində almanca öyrənə bilər və bunun üçün Səfirliyə Dil Tədrisi vizasına müraciət edə bilərsiniz.

Öz ixtisası üzrə təhsilə başlamadan əvvəl hər əcnəbi tələbənin almanca dil imtahanından keçməli (DSH və ya Test DaF) və yüksək təhsil almağı üçün bu imtahandan yüksək nəticələr əldə etməlidir.

Təhsil və İş– Almaniyada təhsillə bərabər hər bir tələbənin işləmə imkanı var. Beləki tələbələr Bəli, il ərzində 180 yarım gün  və ya 90 tam gün işləməyə icazə verilir.

Almaniyada qalma şansı– Tələbələri ən çox maraqlandıran suallardan biri də təhsil aldıqdan sonra Almaniyada qalmağım mümkünlüyüdür. Beləki tələbələr universiteti bitirdikdən sonra Almaniyada qalmaq icazsəi başa çatır. Amma, əgər bir il ərzində iş tapabilsəniz, bu iş yerinə bağlı olaraq qalmaq üçün icazə sənədini almağınız mümkündür.

Almaniyada təhsili davam etdirmək– Əgər ölkənizdə hər hansı bir Universitetdə aldığınız ali təhsilə aid diplomunuz varsa, siz 2 il müddətində istədiyiniz Magistr təhsili üzrə təhsilinizi davam etdirə bilərsiniz. Siz Magistr təhsilini ya məzun olduğunuz ixtisas üzrə, ya da ixtisasınıza uyğun gələn bölmələrdə davam etdirə bilərsiniz. Əslində yüksək ali təhsil programları qazanılan biliklərin təkmilləşdirilməsi üçündür. Bəzi ölkələrdə Magist təhsili üçün qəbul imtahanları keçirilir. Ancaq Almaniyada belə bir imtahana ehtiyac yoxdur. Almaniyada həm almanca, həm də ingiliscə 1000-ə yaxın belə ali təhsil programları mövcuddur.

İxtisas dəyişmə– Bu mümkündür. Amma yüksək ali təhsil ilkin ali təhsildə qazanılan biliklərə dayadığı üçün ixtisas və ya bölüm dəyişərkən ilkin hazırlıq kurslarından keçmək lazımdır.

Təqaüd– Almaniya Universitetlərində magistr təhsili üzrə təqaüd üçün ildə 3 dəfə Göte İnistitutu tərəfindən keçirilən dil imtahanlarında (ödənişli) iştirak etmək lazımdır.

Təhsil Haqqı Almaniyada, ümumiyyətlə, təhsil üçün ödəniş haqqı yoxdur. Demək olar ki, hər bir universitetdə hər yarım ilə orta hesabla 500 avro məbləğində pul ödəməniz lazım gəlir. Digər xərclər (Kirayə,sağlamlıq haqqında sığorta,ərzaq,kitab və s.) şəhərlərə görə dəyişdiyi üçün 350-750 avro arasında dəyişir.

Müddət– Bakalavr təhsili 3 il, magistr ali təhsil isə 2 ildir. Doktorantura təhsili isə ixtisasa görə 3 və ya 4 il müddətində davam edə bilər.

Viza üçün sənədlər– Səfirlik Almaniyaya giriş üçün 3 aylıq tələbə vizası təqdim edir. Bu vizanın verilməsində məqsəd arzu olunan universitetə müraciət edib qeydiyyatdan keçməsidir. Bu 3 ay müddətində  Almaniya universitetlərində qeydiyyatdan keçdikdən sonra tələbə vizasına çevrilir. Bu viza üçün təqdim olunan sənədlər :

Atestat və ali təhsil haqqında diplom, 4 illik universitetə qəbulu barədə sənəd

  • Qarantiya sənədi
  • Etibarlı pasport
  • 3 ədəd şəkil

Univerisitet qeydiyyatından sonra alınan viza üçün :

  • Hər hansı  Alman Universitetlərinə qəbul sənədi
  • Atestat və ali təhsil haqqında diplom, 4 illik universitetə qəbulu barədə sənəd
  • Qarantiya sənədi (Sponsorluq )
  • Etibarlı pasport
  • 3 ədəd şəkil

Qarantiya sənədi- Qarantiya və ya sponsorluq sənədi, tələbənin Almaniyada olduğu müddət ərzində onun ehtiyaclarını qarşılayan adam tərəfindən verilən sənəddir. Bu sənədi sizə yaxın olan hərkəs verə bilər.

Yaşayış Burada qala biləcəyiniz həm şəxsi, həm də rəsmi tələbə yatağxanaları var. Qiymətlər 200-300 avro arasında dəyişir. Otaqlar tək nəfərlikdir. Şəxsi olaraq kirayə evdə tuta bilərsiniz. Ama sizin üçün bu baha ola bilər (300-500 avro) bunu da çox məsləhətli deyil.

Dərəcələr-Almaniya universitetlərində yeni qurulan və getdikcə yayılan İngiliscə- Almanca ali təhsil programlarında aşağıdakı dərəcələr verilir :

  • Undergraduate : Ali təhsil diplomuna bərabərdir
  • Graduate : Magistr təhsil diplomuna bərabərdir
  • Post-graduate : Doktoranturaya bərabərdir

Dil kursu Çox az və ya heç Almanca bilməyənlər Almaniya da dil təhsilini tamamlayıb, irəli səviyyə Alman məlumatını göstərən bir Sertifikat ala bilmək üçün təxminən bir il boyunca dil kursuna davam etməlidirlər. Dil təhsili vizası ilə gedən bu kəslər vizanı daha sonra, universitetdən qəbul etdikləri təqdirdə, şagird vizasını çevirə bilərlər.

İki illik magistr İki illik bir magistr təhsil hissəsi qazandığınız təqdirdə Azərbaycanda da bu hissədən məzun olduqdan və diplomunuzu aldıqdan sonra Almaniya da magistr təhsil almaq üçün universitetə müraciət edə bilərsiniz.

Avropaya keçiş– Almaniyada təhsil alaraq Almaniyadakı və ya Avropa universitetlərinə keçiş mümkündür. Ancaq, keçid etmək istədiyiniz universitetin bu mövzuda keçiş şərtləri ola bilər.

186 thoughts on “Almaniyada Magistratura”

  1. Salam mən 3-cü kurs tələbəsiyəm UNEC-də oxuyuram.Mənim ortalamam 75-76 ilə Almaniyaya magistr təhsili ilə gedə bilərəm?Xarici dil sertifikatıda hazır olsa

  2. Salam. Azerbaycan Memarliq ve İnşaat universitetinin 4cu kurs telebesiyem. Almaniyada magistratura oxumaq isteyirem, inşaat mühendisliyi ixtisasını. Qebul üçün İELTS, TOEFL ve ya hansısa bir dil sertikatı olmadan, oxumaq mümkündür?

  3. Salam.Mən 2ci kursam Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakultəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alıram.Mənə maraqlıdı ki mən universiteti bitirdikdən sonra Almaniyada bu ixtisas üzrə magistr oxuya bilərəm?

  4. Salam.Mən 3cü kursa keçirəm fakulte biznes menecment ixtisas dovlet ve belediyye idareetmesi.almaniyada hansi ixtisaslar bu ixtisasa yaxindi ve ne meslehet gorerdiniz.ortalama heleki 80di

  5. Salam 2014-18 ADNSU Sabah mezunuyam Kimya muhendisliyi ixtisasli ortalama 77.56 Almanyada magistr oxuya bilerem ixtisasimi deyiserek Neft-qaz muhendisliyi sahesinde ?

  6. Salam,men Azerbaycan Diller Universitetinde oxuyuram fakultem Beynelq munasibetler ve idare etmedi ixtisasim ise Amerikasunas sizce bu ixtisasla Almaniyda maqistr tehsili ala bilerem?

  7. salam. Almaniyada magistr ucun ielts lazimdir yoxsa sadece alman dili sertifikati kifayetdir? GPA nedir zehmet olmasa izah ede bilersiniz?

  8. Salam Alman dili dillər Universiteti oxuyuram magistr təhsili ala bilərəm almaniyada? ielts lazımdı əgər alman dilini bitirsem ?

    1. Alman dilindən rəsmi sertifikat varsa Almanca oxumaq olar. Ama ingilizcə üçün IELTS lazım. Bəli ala bilərsiniz əgər GPA və Almanca varsa

  9. Salam mən psixologiya telebesiyem. Ortalamam 90 dı. 3cu kurs telebesiyem. Magistratura üzrə Almaniyada tehsil almaq isteyirem. Öyrənmək isteyirdim ki eger ora getsəm tehsil üçün anamı da yanımda götürmeye icazə vererlermi. Çunki bildiyim qeder ile orda xarici vetendas qalmaq problemi var. Ve ielts kifayetdirmi yoxsa Alman diline de ehtiyac var ?

  10. Salam, Mən 3 cu kurs tələbəsiyəm magistr təhsilimi Almanyada qida üzrə devam etmək istəyirəm ortalama balım 86-dır.Bilmək istərdimki Almanyada qida üzrə oxumağa dəyərmi və ya bu sahə üçün başqa ölkə səçməliyəm? Məs hansi ölkə

  11. Salam. Əgər mən master təhsilimi alman dilində oxumaq istəyirəmsə və burda alman dilini öyrənib hazırlaşıramsa, sənədlər arasında İELTS’ə ehtiyac qalır mı? Ümumiyyətlə bu təqdirdə hansı sənədlər mövcud olmalıdır?