Xaricdə Təhsil:Norveçə qəbul

Norveç Skandinaviyanın,o cümlədən dünyanın  ən gözəl ölkəsidir. Ümumiyyətlə, bu ölkə bir neçə ildir ki, dünyanın ən gözəl yaşayış məskəni sayılır. Müəyyən qədər bahalı ölkə olmağına baxmayaraq burada bütün təhsil sistemi pulsuzdur. Heç bir təhsil haqqı mövcud deyil. Əvvəllər bu təhsil sistemi digər Skandinaviya ölkələrinə  aid olsa da hal-hazırda yalnız Norveçdə təhsil pulsuzdur.

Ümumiyyətlə, Skandinaviya ölkələri sakit həyat tərzi və yüksək təhsil sistemləri ilə seçilirlər. O cümlədən Norveçdə də  təhsil çox güclüdür. Norveçin Oslo universiteti dünyanın 50 ən yaxşı universiteti sırasındadır. Dünyanın bir çox ölkələrindən hər il buraya saysız hesabsız təhsil almaq üçün tələbə gəlir.Bura həm də ona görə axın çox olur təhsil pulsuzdur. Sadəcə yaşamaq xərcləri ödəyirlər tələbələr.Bu da Norveçdə təhsilin keyfiyyətindən xəbər verir.  Norveçdə uşaqlar altı yaşında birinci sinfə gedirlər. Burada orta məktəb onillikdir və bu onillik orta məktəbi  üç mərhələdə qruplaşdırmaq olar:

İbtidai sinif I (primary stage) 1 – 4-cü siniflər

İbtidai sinif  II (intermediate stage) 5 – 7-ci  siniflər

Orta məktəb  (lower  secondary stage) 8 – 10-cu  siniflər

Şagirdlər 10 – cu sinfi bitirdikdən sonra təhsil məcburi deyil, insanlar öz seçimlərinə uyğun qərar verirlər. Təhsillərini davam etdirmək istəyənlər 16 – 19 yaş arası  məcburi təhsildən sonrakı təhsil (Post-compulsory secondary education) adlanan təhsil  alırlar (11 – 13 siniflər).

Norveçdə dərs ili avqust ayı başlayır, iyun ayının ortalarında bəzən də sonunda bitir. Burada məcburi fənlərlə yanaşı seçmə fənlərdə mövcuddur. Məsələn, şagirdlər İngilis dilindən əlavə Alman və Fransız dilini də seçə bilərlər.

Bakalavr təhsili

Dünyanın bir çox ölkəsində ingilis dilində bakalavr proqramları olsa da Norveçdə ingilis dilində bakalavr proqramı mövcud deyil. Burada bakalavr oxumaq arzusunda olanlar Norveç dilini öyrənməyə məcburdurlar. Çünki burada balakavr proqramları hamısı Norveç dilindədir. Əgər siz Norveçdə bakalavr təhsili almaq istəyirsinizsə, o zaman Norveç dilini öyrənməlisiz.

Magistr təhsili

Norveçə təhsil almaq üçün gedənlər 90% magistr təhsili almaq üçün gedirlər. Çünki yuxarıda qeyd etdiyimiz kimi burada ingilis dilində bakalavr təhsili mövcud deyil.Lakin bakalavrdan fərqli olaraq magistr təhsili üçün ingilis dilli proqramlar mövcuddur. Norveçdə təhsil sistemi pulsuz olduğundan bura magistr və ya doktorantura pilləsi üçün gələnlərin sayı həddindən artıq çoxdur. Rəqabət o qədər böyükdür ki, sadəcə orta məktəbi bitirməklə burada Oslo universiteti kimi yüksək səviyyəli universitetlərə qəbul olmaq müşkül məsələ olubdur.

Norveç universitetləri qəbulu nəzərdən keçirərkən təkcə universitet qiymətlərini deyil, əlavə keyfiyyətləri və iş təcrübəsini nəzərədən keçirirlər. Bunun üçün bu ölkələrə sənəd təqdim edərkən belə faktorları nəzərə almaq vacibdir.

Tələb olunan sənədlər

  1. Bakalavr diploma
  2. IELTS 6.0
  3. Maliyyə imkanları
  4. Tövsiyə məktubu(referans)
  5. Əlavə keyfiyyətlər
  6. Bir il öncə müraciət

Norveçdə hər hansı universitetə qəbul olduqdan sonra, sizə sadəcə qalmağınızı  təmin etmək kifayətdir. Yaşayış üçün üç imkandan yararlana bilərsiniz.

1.     Şəxsi hesabınıza

2.       QUOTA Scheme təqaüdü hesabına

3.       Təhsil Nazirliyi hesabına

Digər ölkələrə nisbətən bu ölkədə oxumaq daha sərfəli və faydalıdır. Çünki təhsil pulsuzdur.yalnız yaşamaq üçün maliyyə lazımdır. Digər dövlətlərdə isə təhsil haqqı 10000 dollardan başlayır.Digər tərəfdən burada təhsil almaq istəyənlərin arzusunu Təhsil Nazirliyi də reallaşdırır,maliyyə cəhətdən. Əgər Təhsil Nazirliyinin göstərdiyi proritet ixtisasdırsa, 90% nazirlik onu maliyyələşdirəcək.  Bu ölkədə təhsil almaq digər dünya ölkələrinin tələbələri kimi Azərbaycanlı tələbələrinin də maraq dairəsindədir.

Əgər siz Norveçdə təhsil almaq istəyirsinizsə,CELT Colleges Xaricdə Təhsil şöbəsi sizə kömək edə bilər. CELT vasitəsilə artıq yüzlərlə tələbə Avropanın müxtəlif universitetlərində təhsil alırlar.

CELT İçəri şəhər(Baş Ofis)

Məmməd Əfəndiyev küç. 6

İçəri şəhər metrosu ( Axundov Bağı)

Tel: 012 492 6853

 

227 thoughts on “Xaricdə Təhsil:Norveçə qəbul”

  1. Salam, Norveçdə təhsil üçün Norveç dili öyrənmək istəyirəm. Norveç dili öyrənmək üçün Azərbaycanda kurs varmı?

  2. Norveçdə ingilis dilindən təhsil verən hansı universitetlər var? Orada təhsil almaq üçün hansı addımlar atılmalıdır?

  3. Mən hələ 9-cu sinifdə oxuyuram və arzum Norveçdə tibb üzrə təhsil almaqdır.Bunun üçün hansı addımlar atılmalıdır?

  4. Indi men eger, norvecde Magistr oxumaq isteyiremse amma pulsuz, bunun ucun neler lazimdir? Yeni hansi dilde pulsuzdur ve hesabimda mutleq pul olmalidir, bu pul ne kimi yararlari olacaq mene ve illik pul yeqinki pulsuz olduguna gore odenmeyecekde ? Kompyuter Muhendisliyi uzre burda oxuyacam Sonra gedecem. Mene neler lazimdir deqiq neler lazimdirsa onlari deyerdiniz , cunki vaxd kecir ve men pulsuz hec bir yer gormurem. Cox xahis edirem

    1. Salam, Norveçdə təhsil pulsuzdur. Sadəcə yaşam xərcləri ödəyirsiz. IELTS imtahanı gərəklidir və ingiliscə oxuyacaqsınız. Hesabınızda pul olmalıdır və ora getdikdən sonra çıxarda bilərsiz. Pul viza almaq üçündür. Yəni səfirlik inanmalıdır ki, siz orda yaşam xərclərini təmin etmək üçün büdcəniz var. Ortalamanızı da yüksək tutun

  5. Salam. Men 10.sinifde oxuyuram. 4ili instut burda adnsu da kompyuter elmleri oxumaq isteyirem. Yeni meqsedim oradir. Lakin magistr xaricde oxumaq isteyirem ve pulsuz seviyyede oz gucume. Norvec dilini oyrenirem ki, problem yaranmasin. Lakin yenede sizden cox xahis edirem. Men hal hazirda 1.qrupa hazirlawiram ve magistri orda oxumaq ucun neler etmeliyem indiden ki, sonra gec olmasin ve edeceklerimin mene faydasi toxunsun? .

    1. Salam 32 yaşım var. Özüm ADPU-nun riyaziyyatını bitirmişəm, 10 il stajım var. Mən Norveçdə hansı sahələr üzrə magistr təhsili ala bilərəm. Hesabda nə qədər pul göstərməliyik. Qeydiyyat nə vaxt və necə (harda) aparılır. Ailəli magistrlara güzəştlər olurmu?

  6. Salam men tibb uni mualice fakultesi mezunuyam. Norvecde magistr tehsili ala bilerem? Birde uni ortalamasi ve İELTS bali ne qeder olmalidi texmini?

  7. Salam.Mən hal hazırda ADU da ingilis dili müəllimliyi üzrə 2ci kurs tələbəsiyəm,magistrı Norveçdə ingilis dili üzrə tərcümə ala bilərəm ? Bunun üçün İELTS nə qədər olmalıdır?

    <