Şagirdlərin biliklərinin qiymətləndirilməsi

Təlim-tərbiyə prosesində şagirdlərin qiymətləndirilməsi əsas şərtlərdən biridir. Bu yazıda bu mövzu ətrafında sizinlə fikirlərimizi bölüşməyə çalışacayıq.

Tərbiyə prosesində müəllimlər daima inkişaf edən ,keyfiyyətcə dəyişən uşaqlarla işləməli olurlar.Tərbiyə olunan həmin uşaqlar özlərinin şəxsiyyətlərinin psixoloji xüsusiyyətlərinə,təlabat və motivlərinə görə bir-birlərindən fərqlənirlər.Ayrı-ayrı yaş dövrlərində bu fərqlər müxtəlifləşir və özünəməxsus tərbiyə işi tələb edir.Ona görə də qiymətləndirmə prosesində müvəffəqiyyət qazanmaq üçün birinci növbədə tərbiyə  olunanların yaş və fərdi xüsusiyyətlərini öyrənmək və nəzərə almaq lazımdır.Qiymətləndirmə zamanı şagirddə səhv etməkdən qorxmaması,fikrini açıq, düşündüyü kimi ifadə etməsi üçün  özünə inam hissi yaradılmalıdır.Bu zaman şagirdlər rəqabət yox,əməkaşlıq edərək,ümumi mövqeyi birgə hazırlayacaqlar.

Qiymətləndirmə zamanı yalnız informasiyanın  mənimsənilməsi deyil,həm də vətəndaş mövqeyi və cəmiyyətin həyatında fəal iştirak üçün zəruri olan bilik,bacarıq və münasibətlərin əldə edilməsi,demokratik cəmiyyətin dəyərlərinin formalaşdırılması məsələləri əsas götürülməlidir. Qiymətləndirmə uşaq və gənclərin maksimum və minimum bilik və bacarıqları necə mənimsəmələri,onları tədbiq edə bilmələri istiqamətində aparılmalıdır. Qiymətləndirmədə bir sıra məsələlərə diqqət yetirilməlidir:

-uşağın dərs prinsiplərinə uyğun bilik və bacarıqları nə dərəcədə malik olması
-ətrafda baş verən hadisələri təhlil edə və onları izah edə bilməsi
-dərsin mahiyyətini,məqsəd və vəzifələrini necə dərk etməsi
həyati bacarıqlarını yaşına uyğun tədbiq edə bilməsi
-problemi dərk edərək,onun həlli yollarını necə tapması.

 

Biliklər qiymətləndirilərkən dərsin məzmumu,əsas faktların və anlayışların ,səbəb-nəticə əlaqələrinin,nəticə və ümumiləşdirmələrin mənimsənilməsi  yoxlanılır. Bacarıqlar qiymətləndirilərkən sərbəst fikir yürütmək,mövqeyini müdafiə etmək,təhlükəsiz davranmaq,özünü  və başqalarını qiymətləndirmək,məsuliyətli olmaq,liderlik,sağlam həyat tərzi vərdişləri,fəaliyyətin təşkili kimi qabiliyətlər üzə çıxarılır. Dəyərlərə yiyələnməni qiymətləndirəndə azadlıq,bərabərlik,ədalətlilik,tolerantlıq,ləyaqət,hüquqlar və demokratiya kimi dəyərlərə münasibətin formalaşdırılması,şagirdlər tərəfindən  qəbul edilmək əsas götürülməlidir.

Qiymətləndirmə prosesində şagirdin hal-hazırki və keçmişdəki nailiyyətləri müqayisə edilir və həm də təlimin nəticələri əvvəlcədən  verilmiş normalarla tutuşdurulur.Qiymətləndirmə,əsasən tapşırıqların yerinə yetirilməsinə əsaslanmamalıdır.Qiymətləndirmənin əsası tapşırığın yerinə yetirilməsinin keyfiyyətidir.Qiymətləndirmənin obyekti isə şagirdlərin yerinə yetirdiyi tapşırıq,qrupların işində və diskussiyalarda iştirak,suallar formalaşdırmaq və tədqiqat aparmaq bacarığı və s. ola bilər.Şagirdlər öz biliklərini və əqli vərdişlərini  şifahi,yazılı,vizual,rollu və ya digər formada təqdimatlar yolu ilə nümayiş etdirə bilərlər.Yaxşı təşkil edilmış təqdimetmə şagirdlərin biliklərinin və əqli vərdişlərinin yüksək səviyyədə olması deməkdir.

Lakin hal-hazırkı dövrdə qiymətləndiməyə başqa yanaşmadan baxılır.Beləki,müəllimlərin bir çoxunun gözündə şagirdlərin ən geniş yayılmış təsnifatı çox sadədir:yaxşı-pis oxuyan şagirdlər,intizamlı-intizamsız şagirdlər.Müəllimlər qiymətləndirmə prosesində şagirdləri 4 tipə ayırırlar:

-yaxşı oxuyan-intizamlı
-yaxşı oxuyan-intizamsız
-pis oxuyan-intizamlı
-pis oxuyan-intizamsız

Müəllimlər emosional qiymətlərə arxalananda şagirdlərin fərdi xüsusiyyətlərini çox vaxt görmürlər,bu mühüm məsələlərə psixoloq gözü ilə baxmırlar.Onların anlamında ideal şagird-yaxşı oxuyan və intizam pozmayan şagirddir.Yaxşı oxumayan və intizamı pozanı isə pis uşaq kimi qiymətləndirirlər.Müəllimlər çox vaxt belə uşaqlarla kifayət qədər işləmirlər,fərdi xüsusiyyətlərini nəzərə almırlar,maraqlarına düzgün istiqamət vermirlər. Qiymətləndirmə zamanı müəllimkər qabiliyyətli hesab etdikləri şagirdlərdən çox şey gözləyirlər,qabiliyyətsizlərdən isə əllərini üzürlər.Dərsdə də onlara bu ölçü ilə yanaşırlar.

Bəzi müəllimlər var ki, qiymətləndirmə zamanı şagirdlər arasında ayrı-seçkilik salırlar. Bu şagirdə psixoloji cəhətdən mənfi təsir edir. Qiymətləndirmə zamanı müəllim diqqətli olmalıdır. Şagirdin təkcə biliklərini deyil, dərsdə olan fəallığını, şagirdin nizam intizam qaydalarını qiymətləndirməyə çalışmalıdır. Artıq müasir qiymətləndirmə sistemindən informasiya texnologiyalarından da  istifadə edilir. Müxtəlif dərslərdə       kompyuter vasitəsilə biliklər qiymətləndirilir.

Müasir dərslərdə artıq yeni qiymətləndirmə metodları tətbiq olunur. Bu baxımdan CELT Colleges tədris mərkəzində ən yeni qiymətləndirmə sistemləri mövcuddur.Buradakı dərslərdə tələbələrin  qiymətləndirməsi əsas və vacib şərtlərdən biridir.

CELT Gənclik

Atatürk pros. 3

Medclub-ın yanında

Tel: 012 564 69 40

 

 

 

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next