Kanadada Təhsil ilə bağlı Sual və Cavablar

Xaricdə təhsil: Kanadaya qəbul

Kanada Şimali Amerika qitəsində yerləşən dövlətdir. Ərazisinə görə dünyada Rusiyadan sonra ikinci yeri tutur. Hal – kazırda dünyanın inkişaf etmiş ölkələr sırasındadır. Yüksək texnologiyaya malik olan Kanada güclü bazar iqtisadiyyatına, istehsal modellerinə və rahat yaşayış tərzinə malikdir. Dünyanın ən sülh ölkələrindən hesab edilən ölkələrdən biri də Kanadadır. Dünyada bir çox gənclər bu ölkəyə təhsil almaq üçün üz tutur. Təhsil almaqla bərabər  yaşamağa gedənlər də az deyil. Bui yazıda Kanadada təhsil imkanları barədə danışacayıq.

Kanadada bakalavr təhsili

Kanadanın bütün bölgələrində nüfuzlu universitetlər və kolleclər vardır. Bu ölkənin universitetləri yüksək təhsil keyfiyyəti və  apardığı keyfiyyətli  tədqiqatları ilə tanınır. Burada 100 – ə  yaxın universitet  vardır və  bu universitetlərin çoxu dövlət  universitetləridir. Burada universitetdə hər il iki semestrdir, amma bəzi universitetlərdə üç semestr ola bilər.  Buna görə də bir çox universitetdə həm yanvar, həm də sentyabr ayında oxumağa başlamaq olar.

Kanadada  universitetə qəbul olmaq üçün xüsusi sınaq imtahanı yoxdur. Hər universitet  özü qəbul qaydalarını verir və o qaydalara uyğun insanlar birbaşa universitetə müraciət edirlər. Universitetə qəbul olmaq üçün ümumilikdə ilkin şərt orta məktəbi bitirməkdir. Kanadada iki dövlət dili olduğundan universitetlərdə həm İngiliscə, həm də Fransızca  dərslər keçirilir. Burada qəbul şərtləri müxtəlifdir.

Kanada da universitetlərin müxtəlifliyi onların hansı əyalətdə yerləşməsindən asılıdır. Məsələn, yetkin yaş həddi bəzi əyalətlərdə dünyada olduğu kimi 18 olsa da, bu rəqəm Britiş Kolumbia kimi bölgələlərdə 19-dur.  Kanadada təhsil almaq üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi həm bakalavr pilləsini, həm də magistr pilləsini dəstəkləyir. Avropa ölkələrində fərqli olaraq Kanadada balakavr oxumaq üçün Azərbaycanda orta məktbi bitirib birbaşa qəbul olmaq mümkündür. Kanada universitetləri dünya universitetləri sırasında öncül yerlər tuturlar.Digər cəhətdən də Kanada əlverişli şəraitə malik olduğu üçün insanların diqqətini cəlb edir. Artıq Azərbaycanda da bu ölkədə təhsil almaq istəyən gənclərin sayı günü-gündən artır. Kanadada balalvr dərəcəsi oxumaq üçün TOEFL IBT 90, IELTS 6.5 tələb olunur. Bu ballar universitetlərə görə dəyişə bilər, amma qismən.

Kanadada magistr təhsili

Xarici tələbələr üçün Kanadada bir çox  fərqli sahədə magistratura oxumaq mümkündür. Bu ölkədəki magistr və doktorantura proqramları dünyanın demək olar ki, hər ölkəsində  keyfiyyətli  təhsilləri ilə tanınırlar.

Kanadada ümumi olaraq magistr ödənişləri digər qərb ölkələrinə nisbətən daha aşağıdır. Ölkədə magistr proqramları ümumilikdə iki ildir. Amma MBA (Master of Business Administration) və digər magistr proqramları var ki, bu proqramları bir il  ərzində bitirə bilərlər. Doktorantura proqramları isə dörd ildən yeddi il arasında dəyişir.  Kanadada hər universitetin qəbul qaydaları bir – birindən fərqli olduğu üçün tələbələrin magistr və doktorantura proqramlarına müraciət etmədən əvvəl  qəbul qaydalarını yaxşı bilmələri çox vacibdir.

Kanada bəzi çox yükək reytinqli universitetlər təkcə ümumi qaydalarla bitmir və əlavə olaraq ixtisaslardan xüsusi qiymət və ya bal tələbi qoyurlar. Bu xüsusiyyətlərə ciddi diqqət vermək lazımdır ki, bütün zəhmətiniz boşuna getməsin.  Kandadanın Azərbaycanda səfirliyi hal- hazırda mövcud deyil və Kanadaya oxumağa gedirsinizsə, bunun üçün  üç ay əvvəl viza üçün müraciət etmək lazımdır. Əks halda bütün arzularınız texniki yalnışlıq üzündən gerçək olmaya bilər.

Əgər sizin yaşınız 18 və ya bəzi əyalətlər üçün  19 yaşından aşağıdırsa, orada sizə nəzarət edəcək kimsə olmalıdır. Əks halda, vizanız  rədd cavabı alacaqdır.Kanadada magistr təhsili üçün  TOEFL IBT 100, IELTS 7.0. Təbii ortalama ballardı. Ola bilər ki, bəzi universitetlər olsun ki,az bal tələb edə bilər.

Əgər siz də təhsilinizi xaricdə-Kanadada təhsilinizi davam etdirmək istəyirsinizsə, bu istiqamətdə CELT Colleges xaricdə təhsil mərkəzi sizin arzularınızı realığa çevirəcək.


CELT Bakı Soveti (Baş Ofis)

Məmməd Əfəndiyev küç. 6

İçəri şəhər metrosu ( Axundov Bağı)

Tel: 012 492 6853

139 thoughts on “Xaricdə təhsil: Kanadaya qəbul”

  1. Salam. Mən Azərbaycanda 11 illik təhsili bitirəndə 17 yaşım ramam olacaq. Bu yaşda mən Kanada Universitetlərindən hansında bakalavr pulləsində diplomatiya ixtisası üzrə təhsil ala bilərəm? Hazırda celt kursunda təhsil alıram.B1 səviyyəsi

    1. Salam. Bəli. Attestat qiymətləriniz yaxşı olsun və İELTS balınız 6.5 olsun. Qəbul prosesini İçəri Şəhərdə Anar müəllimlə edə bilərsiniz. Diplomatiya bir çox yerdə var. Ama Toronto daha məsləhətdir. Qeydiyyatda Anar m deyin Elgün m deyib biləcək. Əlavə məlumat lazım olsa yazın təbii ki.

  2. Mənim 10 min dolları qabaqcadan ödəməyə imkanım olmasa mən ilin ortasında və ya axırında bu məbləği ödəyə bilərəm? Mən təqaüd ala bilərəm? Eyni zamanda da universitet sahibi məni hansısa bir şirkətdə işə düzəldə bilər? Bəs hansı şərtlərlə orada pulsuz oxumaq mümkündür?

    1. Sərkər bəy sizi çox yaxşı anlayıram ama hər ölkənin univeriteti hər tələbəni işə düzəltsəydi gərək Kanadadalılar başqa yerə köçəydi. Məsələ belədir. Təhsil haqqını ilk başdan ödəməlisiniz. Kanada uniləri çox zaman 1 min və ya 2 min dollar təqaüd verir yəni bonus kimi. Başqa təqaüd yoxdur. Kimsə sizi və ya başqa heç kimi işə düzəltmir. Kanadada işlər küçədə düzülməyib ki hər kəs işləsin. Reklamlara inanmayın Kandada minlərlə işsiz insan var.
      Dolayısıyla orda pulsuz oxumaq çox çətindir hətta yüəksək nəticələriniz olsa belə unilər bakalavr üçün təqaüd ayırmır. Pulsuz oxumaq istəyirsinizsə Macarıstana təqaüd var. Ora baş vurun. Yəni gərçəkləri qəbul edib hərəkət etmək lazımdır.

  3. Salam. Mən Kanadada Kompyuter Elmlərini oxumaq istəyirəm. Kanadaya hansı yollarla gedə bilərəm? Bu barədə mənə kömək edə bilərsiz? Kanadada təhsil haqqı nə qədərdir?

    1. Qəbul üçün yüksək attestat və İLETS 6.5 lazımdır. Bunlar olsa qəbul ala bilərik. Təhsil haqqı 10 min dollardan başlayır.

    1. Kanadada tibb çox rəqabətlidir. Tibbə qəbul üçün mütləq onların orta məktəbini bitirib tibb imtahanı verib gemtək lazımdır. Attestatla mümkün deyil.

    2. Salam.Bilmek isteyiremki kanadada odeniş haqqi universitete qebul olunan kimi odenilmelidi? Men orda hem işliyib hem oxuya bileremmi?. Yeni maddi derecem 15000i bir defeye vermeye catmir.qebul olub isleyerek tehsil ala bileremmi? Onceden tesekkurler

      1. Salam. Başlamadan öncə illik və ya ən azı bir smestr üzrə təhsil haqqı ödəməlisən. Yəni aylıq ödəniş yoxdur. Maksimum iki yerə bölə bilərsən. İşləməyə gəldikdə bəli yarım ştat işləyə bilərsiniz. Ama reallıqda bu mümkün deyil xüsusi ilə birinci il. İş tapmaq ayrı bir məsələ işlə bərabər oxumaq çox zaman mümkün olmur yəni yaşamınızı qazanacaq qədər işləmək və oxumaq praktiki deyil.

    1. Salam. İspanyada təhsil 8 min avrodan başlayır. Dövlətlər ucuzudur ama ispan dilindədir və imtahan tələb edir.

      1. Və ya orta məktəbi orda bitirdikdən sonra qəbul ola bilərsiniz. Az vətəndaşları üçün tibb ən çox Türkiyə Macarıstan və Almaniyadır.

  4. Salam, menim ingiliscem yoxdur, amma italyanca bilirem, sorusmaq isteyirdim ki, italyada ingilisce olmadan tehsil almaq olarmi italyancayla, sagolun.

    1. Salam. Bəli ama İtalyanca gərək sertifikatınız olsun. Belə bilirəm ilə iş olmur. İtaliya səfirliyində dil imtahanı verə bilərsiniz.

    2. Və sizdən artıq dərəcədə xahiş edirəm ki gərçəkçi olun. Bir gün British English deyirsiniz, sabahı Sydneydə 3 il yaşadığınızı deyirsiniz, o biri gün İtalyanca bilirsiniz, bir başqa gün də İsveç dilini öyrənirsiniz. Yəni şərh yazmaq xatirinə şərh yazmanıza ehtiyac yoxdur. Anlayışınız üçün təşəkkür edirəm öncədən.

  5. salam men isvecde universtitet tehsili almaq isteyirem, sorusmaq isteyirdim ki, ingilis dili olmadan isvec dili ile orada tehsil ala bilerem mi ?

  6. Salam mən aviasiya akademiyasının 1 ci kursunda oxuyuram təhsilimi kanadada davam etdirə bilərəmmi? Və bunun üçün nə lazımdır

  7. Salam, Men yeni gordum bu sehifeni, size sualim olacaq idi. Men uzun iller Sidneyde yasadigim ucun Oranin Ingiliscesi ile, yeni oranin dialekti ile danisiram, men indi sorusmaq isteyirem ki, Bakida universitete girende ingilis dili imtahaninda mene bir problem yaranmaz?

    1. Salam Sənan bəy. Artıq bu sualı cavablandırmışıq başqa yerlədrdə həm də ətraflı. İstəyir Avstraliya istəyir Yaponiya ingiliscəsi olsun. Akademik səviyyədə bilirsinizsə heç bir fərqi yoxdur. Sizdən akademik səviyyədə kimsə ölkə fərqinə görə səhv tutursa onun Akademik səviyyəsindən xəbəri yoxdur deməkdir.

      Bakıya gəldikdə, Bakının TQDK ingilis dili imtahanı Akademik bilən biri üçün heçnədir. Ama qramatikanı təkrarlamaqda fayda var. Bizim testlər sırf qramatikadan ibarətdir.

  8. Yeni demek istediyim odur ki, AVSTRALIYADA hansi ingilis dili kecerlidir, cunki BRITISH ENGLISH ve AMERICA ENGLISH ferqler oldugu ucun sorusmaq istedim, tesekkurler.

    1. İngilis dili bilən üçün fərqi yoxdur. Siz demək istəyirsiniz ki Avstriyada qırmızı alma yeyirlər yoxsa ağ alma. Yalnış anlamayın ama rəsmiyyətdə belə bir şey yoxdur. Kim Amerikada oxuyub daha çox Amerikan versiyası ilə danışacaq kim UK də oxuyub British versiyası ilə. Ama hamı ingiliscə danışır və kimisə anlamaqda kimsə çətinlik çəkməz.
      Rus dilini götürün. Rusiya böyük olduğu üçün şəhərdən şəhərə bəzi fərqlər var ama hamı bir birini başa düşür. İngilis dili elədir. Küçə yəni təhsildən uzaq insanları çıxsaq IELTS və ya TOEFL götürmənizin heç bir fərqi yoxdur. Hər ikisi sizə kifayət edəcək. Yəni siz Amerikan gramatikası ilə nəsə yazsanız kimsə sizdən səhv tutmayacaq. TOEFL yazı bölümündə Britaniya versiyası ilə yazın və keçərlidir. Elmdə fərqi yoxdur sadəcə hər insanın dediyim kimi keçmişə bağlı olaraq seçimidir. Mən Amerikada oxumuşam ama bu o demək deyil mən Britaniyalıları anlamaqda çətinlik çəkirəm. Əksinə heç bir fərqi yoxdur bir iki kiçik qramatik fərqlər və bəzi sözlər. Ama hamı həmin sözlərin hər iki versiyonunu anlayır avtomatik.

    1. Avropa üçün fərq etməz. Hər iki keçərlidir yəni əsas deyilən bir şey yoxdur. Ama məsələn Türkiyə IELTS qəbul etmir, Amerika TOEFL daha çox qəbul edir. Bəzi İngiltərə universitetləri ancaq İELTS qəbul edir. Ona görə Avropaya gedəcəksənizsə İELTS daha rahatdır. Amürika vəya Türkiyə fikrinizdə varsa mütləq TOEFL Kanada daxil. Kanada həm avropa həm amerika dəyərlərini daşıdığı üçün hər ikisi eyni səviyyədə keçərlidi.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next