Kanadada Təhsil ilə bağlı Sual və Cavablar

Xaricdə təhsil: Kanadaya qəbul

Kanada Şimali Amerika qitəsində yerləşən dövlətdir. Ərazisinə görə dünyada Rusiyadan sonra ikinci yeri tutur. Hal – kazırda dünyanın inkişaf etmiş ölkələr sırasındadır. Yüksək texnologiyaya malik olan Kanada güclü bazar iqtisadiyyatına, istehsal modellerinə və rahat yaşayış tərzinə malikdir. Dünyanın ən sülh ölkələrindən hesab edilən ölkələrdən biri də Kanadadır. Dünyada bir çox gənclər bu ölkəyə təhsil almaq üçün üz tutur. Təhsil almaqla bərabər  yaşamağa gedənlər də az deyil. Bui yazıda Kanadada təhsil imkanları barədə danışacayıq.

Kanadada bakalavr təhsili

Kanadanın bütün bölgələrində nüfuzlu universitetlər və kolleclər vardır. Bu ölkənin universitetləri yüksək təhsil keyfiyyəti və  apardığı keyfiyyətli  tədqiqatları ilə tanınır. Burada 100 – ə  yaxın universitet  vardır və  bu universitetlərin çoxu dövlət  universitetləridir. Burada universitetdə hər il iki semestrdir, amma bəzi universitetlərdə üç semestr ola bilər.  Buna görə də bir çox universitetdə həm yanvar, həm də sentyabr ayında oxumağa başlamaq olar.

Kanadada  universitetə qəbul olmaq üçün xüsusi sınaq imtahanı yoxdur. Hər universitet  özü qəbul qaydalarını verir və o qaydalara uyğun insanlar birbaşa universitetə müraciət edirlər. Universitetə qəbul olmaq üçün ümumilikdə ilkin şərt orta məktəbi bitirməkdir. Kanadada iki dövlət dili olduğundan universitetlərdə həm İngiliscə, həm də Fransızca  dərslər keçirilir. Burada qəbul şərtləri müxtəlifdir.

Kanada da universitetlərin müxtəlifliyi onların hansı əyalətdə yerləşməsindən asılıdır. Məsələn, yetkin yaş həddi bəzi əyalətlərdə dünyada olduğu kimi 18 olsa da, bu rəqəm Britiş Kolumbia kimi bölgələlərdə 19-dur.  Kanadada təhsil almaq üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi həm bakalavr pilləsini, həm də magistr pilləsini dəstəkləyir. Avropa ölkələrində fərqli olaraq Kanadada balakavr oxumaq üçün Azərbaycanda orta məktbi bitirib birbaşa qəbul olmaq mümkündür. Kanada universitetləri dünya universitetləri sırasında öncül yerlər tuturlar.Digər cəhətdən də Kanada əlverişli şəraitə malik olduğu üçün insanların diqqətini cəlb edir. Artıq Azərbaycanda da bu ölkədə təhsil almaq istəyən gənclərin sayı günü-gündən artır. Kanadada balalvr dərəcəsi oxumaq üçün TOEFL IBT 90, IELTS 6.5 tələb olunur. Bu ballar universitetlərə görə dəyişə bilər, amma qismən.

Kanadada magistr təhsili

Xarici tələbələr üçün Kanadada bir çox  fərqli sahədə magistratura oxumaq mümkündür. Bu ölkədəki magistr və doktorantura proqramları dünyanın demək olar ki, hər ölkəsində  keyfiyyətli  təhsilləri ilə tanınırlar.

Kanadada ümumi olaraq magistr ödənişləri digər qərb ölkələrinə nisbətən daha aşağıdır. Ölkədə magistr proqramları ümumilikdə iki ildir. Amma MBA (Master of Business Administration) və digər magistr proqramları var ki, bu proqramları bir il  ərzində bitirə bilərlər. Doktorantura proqramları isə dörd ildən yeddi il arasında dəyişir.  Kanadada hər universitetin qəbul qaydaları bir – birindən fərqli olduğu üçün tələbələrin magistr və doktorantura proqramlarına müraciət etmədən əvvəl  qəbul qaydalarını yaxşı bilmələri çox vacibdir.

Kanada bəzi çox yükək reytinqli universitetlər təkcə ümumi qaydalarla bitmir və əlavə olaraq ixtisaslardan xüsusi qiymət və ya bal tələbi qoyurlar. Bu xüsusiyyətlərə ciddi diqqət vermək lazımdır ki, bütün zəhmətiniz boşuna getməsin.  Kandadanın Azərbaycanda səfirliyi hal- hazırda mövcud deyil və Kanadaya oxumağa gedirsinizsə, bunun üçün  üç ay əvvəl viza üçün müraciət etmək lazımdır. Əks halda bütün arzularınız texniki yalnışlıq üzündən gerçək olmaya bilər.

Əgər sizin yaşınız 18 və ya bəzi əyalətlər üçün  19 yaşından aşağıdırsa, orada sizə nəzarət edəcək kimsə olmalıdır. Əks halda, vizanız  rədd cavabı alacaqdır.Kanadada magistr təhsili üçün  TOEFL IBT 100, IELTS 7.0. Təbii ortalama ballardı. Ola bilər ki, bəzi universitetlər olsun ki,az bal tələb edə bilər.

Əgər siz də təhsilinizi xaricdə-Kanadada təhsilinizi davam etdirmək istəyirsinizsə, bu istiqamətdə CELT Colleges xaricdə təhsil mərkəzi sizin arzularınızı realığa çevirəcək.


CELT Bakı Soveti (Baş Ofis)

Məmməd Əfəndiyev küç. 6

İçəri şəhər metrosu ( Axundov Bağı)

Tel: 012 492 6853

139 thoughts on “Xaricdə təhsil: Kanadaya qəbul”

  1. Salam. Kanadada odənissiz MBA oxumaq istəyirəm. Təqaüd də almaq istəyirəm eyni zamanda. Nə lazımdır bunlar üçün .bir də təqaüd üçün hansı şərtlər var? Təqaüdlərin də nə qədər olduğunu desəniz sevinərəm

  2. Salam.Men Xezer Universitetinde 3 cu kursda oxuyuram GPA 81 dir . KANADAda Magistr Tehsili almaq isdeyirem Ielts 7 alsam ve Illik 15000 $ odemek sansim var . Kanadanin Ilk (100 ) olan universitetlerine girmek sansim varmi?

    1. Salam. Kanadada ilk yüzdə Toronto və UBC var. və onların qiyməti çox bahadır. Ama magistr üçün təqaüd imkanları da var. GRE olsa daha yaxşı olar.

  3. Salam . Mən hazırda Lənkaran Dövlət Universitetində təhsil alıram. Kanadada magistr pilləsində təhsil ala bilərəmmi? Və magistr pilləsinin təhsil haqqı nə qədərdir?