Xaricdə Təhsil:Norveçə qəbul

Norveç Skandinaviyanın,o cümlədən dünyanın  ən gözəl ölkəsidir. Ümumiyyətlə, bu ölkə bir neçə ildir ki, dünyanın ən gözəl yaşayış məskəni sayılır. Müəyyən qədər bahalı ölkə olmağına baxmayaraq burada bütün təhsil sistemi pulsuzdur. Heç bir təhsil haqqı mövcud deyil. Əvvəllər bu təhsil sistemi digər Skandinaviya ölkələrinə  aid olsa da hal-hazırda yalnız Norveçdə təhsil pulsuzdur.

Ümumiyyətlə, Skandinaviya ölkələri sakit həyat tərzi və yüksək təhsil sistemləri ilə seçilirlər. O cümlədən Norveçdə də  təhsil çox güclüdür. Norveçin Oslo universiteti dünyanın 50 ən yaxşı universiteti sırasındadır. Dünyanın bir çox ölkələrindən hər il buraya saysız hesabsız təhsil almaq üçün tələbə gəlir.Bura həm də ona görə axın çox olur təhsil pulsuzdur. Sadəcə yaşamaq xərcləri ödəyirlər tələbələr.Bu da Norveçdə təhsilin keyfiyyətindən xəbər verir.  Norveçdə uşaqlar altı yaşında birinci sinfə gedirlər. Burada orta məktəb onillikdir və bu onillik orta məktəbi  üç mərhələdə qruplaşdırmaq olar:

İbtidai sinif I (primary stage) 1 – 4-cü siniflər

İbtidai sinif  II (intermediate stage) 5 – 7-ci  siniflər

Orta məktəb  (lower  secondary stage) 8 – 10-cu  siniflər

Şagirdlər 10 – cu sinfi bitirdikdən sonra təhsil məcburi deyil, insanlar öz seçimlərinə uyğun qərar verirlər. Təhsillərini davam etdirmək istəyənlər 16 – 19 yaş arası  məcburi təhsildən sonrakı təhsil (Post-compulsory secondary education) adlanan təhsil  alırlar (11 – 13 siniflər).

Norveçdə dərs ili avqust ayı başlayır, iyun ayının ortalarında bəzən də sonunda bitir. Burada məcburi fənlərlə yanaşı seçmə fənlərdə mövcuddur. Məsələn, şagirdlər İngilis dilindən əlavə Alman və Fransız dilini də seçə bilərlər.

Bakalavr təhsili

Dünyanın bir çox ölkəsində ingilis dilində bakalavr proqramları olsa da Norveçdə ingilis dilində bakalavr proqramı mövcud deyil. Burada bakalavr oxumaq arzusunda olanlar Norveç dilini öyrənməyə məcburdurlar. Çünki burada balakavr proqramları hamısı Norveç dilindədir. Əgər siz Norveçdə bakalavr təhsili almaq istəyirsinizsə, o zaman Norveç dilini öyrənməlisiz.

Magistr təhsili

Norveçə təhsil almaq üçün gedənlər 90% magistr təhsili almaq üçün gedirlər. Çünki yuxarıda qeyd etdiyimiz kimi burada ingilis dilində bakalavr təhsili mövcud deyil.Lakin bakalavrdan fərqli olaraq magistr təhsili üçün ingilis dilli proqramlar mövcuddur. Norveçdə təhsil sistemi pulsuz olduğundan bura magistr və ya doktorantura pilləsi üçün gələnlərin sayı həddindən artıq çoxdur. Rəqabət o qədər böyükdür ki, sadəcə orta məktəbi bitirməklə burada Oslo universiteti kimi yüksək səviyyəli universitetlərə qəbul olmaq müşkül məsələ olubdur.

Norveç universitetləri qəbulu nəzərdən keçirərkən təkcə universitet qiymətlərini deyil, əlavə keyfiyyətləri və iş təcrübəsini nəzərədən keçirirlər. Bunun üçün bu ölkələrə sənəd təqdim edərkən belə faktorları nəzərə almaq vacibdir.

Tələb olunan sənədlər

  1. Bakalavr diploma
  2. IELTS 6.0
  3. Maliyyə imkanları
  4. Tövsiyə məktubu(referans)
  5. Əlavə keyfiyyətlər
  6. Bir il öncə müraciət

Norveçdə hər hansı universitetə qəbul olduqdan sonra, sizə sadəcə qalmağınızı  təmin etmək kifayətdir. Yaşayış üçün üç imkandan yararlana bilərsiniz.

1.     Şəxsi hesabınıza

2.       QUOTA Scheme təqaüdü hesabına

3.       Təhsil Nazirliyi hesabına

Digər ölkələrə nisbətən bu ölkədə oxumaq daha sərfəli və faydalıdır. Çünki təhsil pulsuzdur.yalnız yaşamaq üçün maliyyə lazımdır. Digər dövlətlərdə isə təhsil haqqı 10000 dollardan başlayır.Digər tərəfdən burada təhsil almaq istəyənlərin arzusunu Təhsil Nazirliyi də reallaşdırır,maliyyə cəhətdən. Əgər Təhsil Nazirliyinin göstərdiyi proritet ixtisasdırsa, 90% nazirlik onu maliyyələşdirəcək.  Bu ölkədə təhsil almaq digər dünya ölkələrinin tələbələri kimi Azərbaycanlı tələbələrinin də maraq dairəsindədir.

Əgər siz Norveçdə təhsil almaq istəyirsinizsə,CELT Colleges Xaricdə Təhsil şöbəsi sizə kömək edə bilər. CELT vasitəsilə artıq yüzlərlə tələbə Avropanın müxtəlif universitetlərində təhsil alırlar.

CELT İçəri şəhər(Baş Ofis)

Məmməd Əfəndiyev küç. 6

İçəri şəhər metrosu ( Axundov Bağı)

Tel: 012 492 6853

 

227 thoughts on “Xaricdə Təhsil:Norveçə qəbul”

  1. 6)Bir il öncə müraciət deyərkən,nəzərdə tam olaraq nə tutulur?Mən 4-cü kursu bitirib,növbəti kursu magistr oxumaq istəyirəmsə, 3-cü kursda müraciət etməliyəm?

  2. Salam, hüquq fakültəsində bakakavr təhsili alıb magistraturanı Norveçdə oxumaq istəyirəm. Hansı imtahanları verməliyəm, təqaüf almaq üçün nə etmək lazımdır?

  3. salam
    norvecde dovlet teqaudu uzre pulsuz tehsil varmi indi
    ortalamam 85 ing dili bilirem
    4 cu kursda oxuyuram qeydiyyatdan ne zaman kecmek lazimdir
    ieltsde lazmdir men bileni
    etrafli melumat yazsaz sevinerem
    magistra hazirlasiram qeydiyyat isi ne zaman olacaq

  4. Salam ,mən norveç dilini öyrənib norveçə getmədən imtahan verib bakalavr təhsilə yiyələnə bilərəm,hal-hazırda ali təhsil alıram lakin imtahan verib gabul olsam ,ləğv edib getmək istəyərəm

    1. Salam. Norveçdə bakalavr oxumaq üçün iki şey əsasdır. 1. Norveç dilini akademik bilmək. 2. Attestat + 2 il universitet təhsili olmaq. Bunlar varsa edə bilərsiniz. Dili öyrənmək üçün səfirlikdən maraqlanın.

  5. Fəridə İsmayılova

    Salam. Mən kimya mühəndisliyi ixtisasını bitirmişəm. Norveçdə hansı ixtisas üzrə magistr təhsili alsam yaxşı olar? Kimya mühəndisliyi istisna olmaqla hər hansı başqa bir ixtisas üzrə magistr təhsili almaq mümkündür?

  6. Xəzər Xanmirzəyev

    Əziz Celt şirkəti
    Salam mən artıq 10. sinfə keçirəm və indidən öz gələcək universitet planlarımı yavaş-yavaş qurmağa çalışıram xaricdə təhsil haqqında bir çox ölkə dəyişmişəm aralarında sadəcə Alman dili, rus dili, Türk dili, ingilis dili və Azərbaycan dilini bilirəm mənim sualım o dur ki, Norveçdə İT üzrə təhsil yaxşıdırmı yaxşıdırsa nə dərəcədə?

    Təşəkkür edirəm
    Hörmətlə, Xəzər.

    1. Salam. Xatırladaq ki Norveç-də ingilis dilində proqram yoxdur. Norveç dilindədir və attestatla qəbul yoxdur. Yəni siz başqa ölkə fikirləşin zəhmət olmasa. IT üzrə Hollandiya yaxşıdır, İrlandiya yaxşıdır və ingilis dilli proqram çoxdur. Bunları nəzərdən keçirə bilərsiniz. Ingilis dilini bilmək yetərli deyil. IELTS 6.5 balınız olmalıdır.

  7. Salam mən Azərbaycanda magistr oxumuşam (15 il əvvəl) hal hazırda 39 yaşım var..təkrar olaraq Norveçdə magistr oxuya bilərəm?

  8. Xarici dil müəllimliyi(ingilis dili üzrə)oxuyan tələbə hansı ixtisas üzrə Norveçdə magistr təhsili alsa yaxşıdır?

      1. Salam Xeyir. Onlar tamamən ayrı sahə kimidir. Mühəndisliklə olan dərsləri müəllim olaraq keçmirsiniz

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next