Work and Travel: Uğura aparan yol

Deyimlərə görə gəzib-görməklə öyrənmək daha effektli olur. Artıq dünyada bu kimi metodlardan daha çox istifadə olunur. Hər bir məqamı yerindəcə görmək və nəticə çıxartmaq. Dünyanın ən inkişaf etmiş bölgəsi olan Avropa ölkələrində insanlar daim səyahət etməklə biliklərini, dünya görüşlərini inkişaf etdirirlər. Bu kimi ekskursiyalar təkcə, Avropa ölkələrində deyil, digər ölkələrdə, həmçinin Azərbaycanda da buna şərait yaradılıb. Beləliklə, yay tətili zamanı tələbələr üçün nəzərdə tutulmuş “Work and Travel” proqramı ən əlverişli proqramdır. Bu yazıda bu proqramla bağlı fikirlərimizi sizlərlə bölüşəcəyik.

Qloballaşan dünyada ABŞ dünyanın super gücü olaraq qalır. Və hər kəs bu ölkəni görmək arzusundadır. Təbii ki, burada hər kəs real olaraq Azadlıq Heykəlini, Bruklin körpüsünü, Kapitoliy binasını, Disneylendı, Niaqara şəlaləsini, Ağ evi  və s. maraqlı yerləri görmək istəyir. Bu yerləri görmək digər şəxslər üçün qismən asan olsa da tələbələr üçün əlçatmaz idi. Amma indi tələbələr üçün əlçatmaz deyil. 1957-ci ildə “Work and Travel” proqramı  yaradıldı ki, bu da tələbələrin ABŞ-ı görmək arzusunda olanlara əlverişli şərait yaratdı.Bu proqram yarandıqdan və formalaşdıqdan sonra tələbələrin ABŞ- a bu proqram vasitəsilə axını başladı. Əslində bu proqram İngilis dili dünya dilinə çevrildikdən sonra tələbələrdə daha çox maraq oyatdı, çünki bu proqram vasitəsilə həm ingilis dilini öyrənmək, həm də istirahət etmək imkanı vardır.  Və artıq hər il minlərlə tələbə bu proqram vasitəsilə Amerika Birləşmiş Ştatlarında yay tətilinə gedir. Proqramın bir sıra  üstün cəhətləri vardır:

  • İngilis dilində danışıq bacarıqlarınızı təkmilləşdirmək
  • Xəyalınızda canlandırdığınız ABŞ-ı real olaraq görmək imkanı
  • Dünyanın hər bir nöqtəsindən gələn tələbələrlə söhbət etmək imkanı
  • ABŞ-ın məşhur şəhərlərinə ekskursiya etmək imkanı
  • Karyerada ilk addımlar atmaq
  • Pul qazanmaq imkanı
  • Özünü bir anlıq azad hiss etmək
  • Unudulmaz attraksionlarda, əyləncə parklarında olmaq
  • Dünya görüşünü  və təcrübə qazanmaq imkanı

İngilis dili biliyini zənginləşdir

İngilis dili öyrənmək üçün tələbələr bir səra vasitələrdən istifadə edirlər ki, bu dili öyrənsinlər.Və bəzi tələbələr də vardır ki, ingilis dilini orta səviyyədə bilirlər,amma yüksək səviyyəyə qaldıra bilmirlər. Bunun üçün həmin şəxslər bir anlıq ingilis dilli mühitdə olmalıdırlar ki, ingilis dilində danışıqlarında aksentlər itsin, danışıq bacarıqları yüksək səviyyədə inkişaf etsin.Belə ki,artıq illərdir tələbələr üçün nəzərdə tutulmuş  “Work and Travel” proqramı əlverişli vasitələrdən biridir. Belə ki, bu proqramla ABŞ-a getdiyiniz üç ay müddətində günün  bütün vaxtı ingilis dilində danışmağa məcbur olacaqsız və özünüzün də xəbəri olmadan ingilis dilində necə sərbəst danışdığınızın şahidi olacaqsız.Məncə, bu proqram tələbələr nəzərdə tutulmuş ən optimal proqramdır.

İlk karyera imkanlarını ABŞ-da başla

Bu gün tələbələri düşündürən ilk problemlərdən biri də işləmək imkanıdır. Təbii ki, hər kəs həm universitetin sonuncu kursunda, həm də bitirdikdən sonra işləmək istəyir. Məsələn, ilk karyeranı xaricdə – ABŞ-da başlamaq heç də pis deyil, əksinə bu bir çox üstünlükləri özündə birləşdirir. Bu müsbət cəhətlərindən biri budur ki, tələbə olduğun vaxt artıq təcrübə qazanmış olursan. Digər tərəfdən universiteti bitirdikdən sonra iş tapmaqda elə də çətinliyin olmur. Bütün bunları sadəcə “Work and Travel” proqramı ilə əldə etmək olar. Beləliklər bu proqrama qosulduqdan sonra siz üç yay tətili zamanı ABŞ-da həm işləyəcəksiniz, həm də istirahət edəcəksiniz.

Bu proqrama  qoşulmaq üçün nə tələb olunur?

Proqram tələbələr üçün nəzərdə tutulduğundan burada yalnız tələbələr iştirak edə bilər. IV kurs tələbələri istisna olmaq digər kursun tələbələri bu proqramda iştirak etmək hüququna malikdir. Və magistraturada təhsil alan tələbələrdə bu proqrama qoşulmaq imkanları vardır. Qoşulmaq üçün ilkin tələb tələbə olmağınızdır. Həmçinin xarici pasportunuz olmalıdır.

Necə qoşula bilərəm?

Proqrama qoşulmaq üçün siz sadəcə CELT Colleges tədris mərkəzinə müraciət etməniz kifayətdir. Burada sizin bütün sənədlərinizi hazırlayacaqlar. Siz sadəcə müraciət edin, başqa işləri biz həll edəcəyik.

CELT Colleges Narimanov

Tel: 070 270 70 90 – 012 566 48 23

95 thoughts on “Work and Travel: Uğura aparan yol”

  1. Salam 2022 də wat nə zaman olacaq və qeydiyyat nə zaman başlayir nə zaman bitir mən məktəbi bitirdim məzun oldum 1 aya hansi universitetə düşmüşəm oda bilinər yəni ona qədər yer qalacaqmi bu proqramda və mən 1 kursumu bitirdikdən sonraki 3 ay ərzində başlayacaq də wat(2022)?

    1. Salam Wat a 5 ci kurs telebeleri gede biler? Birde yalniz azerbaycan bölmeleri bu imkandan yararlana biler yoxsa rus bölmeleride bu imkandan istifade ede biler?

  2. Salam proqrama qoşulmaq üçün universitetdə ingiliscə təhsil almalıyıq yoxsa Azərbaycan dilində tədris olsada gedə bilirik ??

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next