Work and Travel: Uğura aparan yol

Deyimlərə görə gəzib-görməklə öyrənmək daha effektli olur. Artıq dünyada bu kimi metodlardan daha çox istifadə olunur. Hər bir məqamı yerindəcə görmək və nəticə çıxartmaq. Dünyanın ən inkişaf etmiş bölgəsi olan Avropa ölkələrində insanlar daim səyahət etməklə biliklərini, dünya görüşlərini inkişaf etdirirlər. Bu kimi ekskursiyalar təkcə, Avropa ölkələrində deyil, digər ölkələrdə, həmçinin Azərbaycanda da buna şərait yaradılıb. Beləliklə, yay tətili zamanı tələbələr üçün nəzərdə tutulmuş “Work and Travel” proqramı ən əlverişli proqramdır. Bu yazıda bu proqramla bağlı fikirlərimizi sizlərlə bölüşəcəyik.

Qloballaşan dünyada ABŞ dünyanın super gücü olaraq qalır. Və hər kəs bu ölkəni görmək arzusundadır. Təbii ki, burada hər kəs real olaraq Azadlıq Heykəlini, Bruklin körpüsünü, Kapitoliy binasını, Disneylendı, Niaqara şəlaləsini, Ağ evi  və s. maraqlı yerləri görmək istəyir. Bu yerləri görmək digər şəxslər üçün qismən asan olsa da tələbələr üçün əlçatmaz idi. Amma indi tələbələr üçün əlçatmaz deyil. 1957-ci ildə “Work and Travel” proqramı  yaradıldı ki, bu da tələbələrin ABŞ-ı görmək arzusunda olanlara əlverişli şərait yaratdı.Bu proqram yarandıqdan və formalaşdıqdan sonra tələbələrin ABŞ- a bu proqram vasitəsilə axını başladı. Əslində bu proqram İngilis dili dünya dilinə çevrildikdən sonra tələbələrdə daha çox maraq oyatdı, çünki bu proqram vasitəsilə həm ingilis dilini öyrənmək, həm də istirahət etmək imkanı vardır.  Və artıq hər il minlərlə tələbə bu proqram vasitəsilə Amerika Birləşmiş Ştatlarında yay tətilinə gedir. Proqramın bir sıra  üstün cəhətləri vardır:

  • İngilis dilində danışıq bacarıqlarınızı təkmilləşdirmək
  • Xəyalınızda canlandırdığınız ABŞ-ı real olaraq görmək imkanı
  • Dünyanın hər bir nöqtəsindən gələn tələbələrlə söhbət etmək imkanı
  • ABŞ-ın məşhur şəhərlərinə ekskursiya etmək imkanı
  • Karyerada ilk addımlar atmaq
  • Pul qazanmaq imkanı
  • Özünü bir anlıq azad hiss etmək
  • Unudulmaz attraksionlarda, əyləncə parklarında olmaq
  • Dünya görüşünü  və təcrübə qazanmaq imkanı

İngilis dili biliyini zənginləşdir

İngilis dili öyrənmək üçün tələbələr bir səra vasitələrdən istifadə edirlər ki, bu dili öyrənsinlər.Və bəzi tələbələr də vardır ki, ingilis dilini orta səviyyədə bilirlər,amma yüksək səviyyəyə qaldıra bilmirlər. Bunun üçün həmin şəxslər bir anlıq ingilis dilli mühitdə olmalıdırlar ki, ingilis dilində danışıqlarında aksentlər itsin, danışıq bacarıqları yüksək səviyyədə inkişaf etsin.Belə ki,artıq illərdir tələbələr üçün nəzərdə tutulmuş  “Work and Travel” proqramı əlverişli vasitələrdən biridir. Belə ki, bu proqramla ABŞ-a getdiyiniz üç ay müddətində günün  bütün vaxtı ingilis dilində danışmağa məcbur olacaqsız və özünüzün də xəbəri olmadan ingilis dilində necə sərbəst danışdığınızın şahidi olacaqsız.Məncə, bu proqram tələbələr nəzərdə tutulmuş ən optimal proqramdır.

İlk karyera imkanlarını ABŞ-da başla

Bu gün tələbələri düşündürən ilk problemlərdən biri də işləmək imkanıdır. Təbii ki, hər kəs həm universitetin sonuncu kursunda, həm də bitirdikdən sonra işləmək istəyir. Məsələn, ilk karyeranı xaricdə – ABŞ-da başlamaq heç də pis deyil, əksinə bu bir çox üstünlükləri özündə birləşdirir. Bu müsbət cəhətlərindən biri budur ki, tələbə olduğun vaxt artıq təcrübə qazanmış olursan. Digər tərəfdən universiteti bitirdikdən sonra iş tapmaqda elə də çətinliyin olmur. Bütün bunları sadəcə “Work and Travel” proqramı ilə əldə etmək olar. Beləliklər bu proqrama qosulduqdan sonra siz üç yay tətili zamanı ABŞ-da həm işləyəcəksiniz, həm də istirahət edəcəksiniz.

Bu proqrama  qoşulmaq üçün nə tələb olunur?

Proqram tələbələr üçün nəzərdə tutulduğundan burada yalnız tələbələr iştirak edə bilər. IV kurs tələbələri istisna olmaq digər kursun tələbələri bu proqramda iştirak etmək hüququna malikdir. Və magistraturada təhsil alan tələbələrdə bu proqrama qoşulmaq imkanları vardır. Qoşulmaq üçün ilkin tələb tələbə olmağınızdır. Həmçinin xarici pasportunuz olmalıdır.

Necə qoşula bilərəm?

Proqrama qoşulmaq üçün siz sadəcə CELT Colleges tədris mərkəzinə müraciət etməniz kifayətdir. Burada sizin bütün sənədlərinizi hazırlayacaqlar. Siz sadəcə müraciət edin, başqa işləri biz həll edəcəyik.

CELT Colleges Narimanov

Tel: 070 270 70 90 – 012 566 48 23

95 thoughts on “Work and Travel: Uğura aparan yol”

  1. Amerikada sizin dil səviyyənizin olması heç bir şeyi dəyişdirmir sadəcə amerika kapital ölkəsi olduğuna görə nə qədər işləsəz o qədər pul qazanacaqsız

    1. Yaxşı dil səviyyəsi bəzi işlərdə önəmlidir. Upper intermediate olanlar daha yaxşı iş tapa bilər ama bəli bu çox zaman önəmli deyil. Sadəcə minimum lazımdır səfirlikdən keçmək üçün.

  2. salam men Gurcustan vetendasiyam amma burda MYI varimdi 1 illik bdu huquq oxuyuram. menim work and travele qosulma imkanim var burda. gurcustan vetendasi oldugum ucun yoxsa gurcustana getmeliyem cavablasaniz sevinerem .

      1. yeni xarici vetandas olmagimin hec bir problemi yoxdur. work and travele qosulmagima Azerbaycanda. hal hazirda 1 ci kurs telebesiyem belke gelecek ilde acilsa problem olmaz ?

      2. WAT Amerikanın proqramıdır. Başqa şirkətlər edir hər halda. Ama biz təhlükəsizlik baxımından etmirik. İndi elə zamandır ki sabah nə olacağı bəlli deyil. başqa şirkətlərdən soruşa bilərsiniz ama ən yaxşısı səfirlikdən soruşun buna viza verirlər ya yox. Onlar da bağlaya bilər.

  3. Salam, başa düşdüyümə görə Work & Travel hələlik bağlıdır. Amma ümid edək gələn yay açılacaq. Və ona uyğun bir sual verim: mənim ingiliscəm upperdi və buna uyğun extra da maksimum işləsəm təxmini nəqədər qazana bilərəm?
    Əvvəlcədən təşəkkürlər.

  4. Salam . 2021 Wat üçün qeydiyyatdan keçmək istəyirəm . Proqram nə vaxt aktivləsəcək və aktivləşən zaman necə məlumat ala bilərik ?

  5. Salam mənim 18 yaşım 25.06.2021 ildə olacaq mən WAT baş vurub bütün şərtləri ödəsəm 26.06.2021 ildə yəni 18 yaşım tamam olandan 1 gün sonra Amerikaya gedə bilərəm? Əlaqə nömresi versez çox yaxşl olar.

      1. Salam 10 cu sinif şagirdi amerikaya work and travella gede biler? ve ya hansi yolla oraya gedib ozune kariyera qura biler?

  6. salam mən Azərbaycan vətəndaşıyam və Rusiyada dövlət universitetində qiyabi olaraq oxuyuram, hansı sənədlərlə müraciət eləmək lazımdı?

  7. Salam . Mən 2 ci kurs tələbəsiyəm . Wat üçün oxuduğum universitetin ortalama balı lazımdı? Birdə 2019 yayı üçün indidən avqust ayında qeydiyyatdan keçə bilərəm ?

    1. Salam.  Xeyir sadəcə əyani oxumaq haqqında sənəd lazımdır. Nərimanov ofisinə yaxınlaşın. qeydiyyat ordadır.

  8. Salam men kollecde oxuyuram 2 ci kursamda . Universotetde yoxda yani gede bilerem?
    Birdekj deyirsiz ancag eyani eyanj ne demekdi yani pullu tehsil alanlar ?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next