Türkiyədə təhsil almaq istəyənlər nələrə diqqət etməlidir?

Türkiyəyə təhsil almaq istəyən şagird və tələbələr hər il artır. Həm bakalavr, həm də magistr üzrə minlərlə insan Türkiyədə təhsil almağa üz tutur. Niye Türkiyə seçimi desək, səbəblər çoxdur. Biz bu məqaləmizdə sizə Türkiyədə təhsil almaq istəyən şəxslərin müraciət zamanı  “nələrə diqqət  etməlidir” sualına cavab tapmağa çalışacağıq.

Türkiyədə təhsil almaq istəyənlər artdıqca bu sahədə xidmət göstərən şirkətlər də artır. Amma bu şirkətlərin hamısı doğru məlumat vermir və ya insanları aldadır. Türkiyədə təhsil almaq üçün hansısa şirkətə müraciət edirsinizsə, mütləq şirkəti araşdırın, çünki sizə bir çox şirkət yalan vədlər verərək aldada bilər. Aşağıda diqqət edilməli nüanslara diqqət edək.

  • Hər hansısa şirkət sizdən yüksək məbləğ tələb edərək mən sizi imtahansız reytinqli universitetlərə qəbul etdirərəm deyirsə, inanmayın. Bu tamamilə absurd fikirdir və belə bir şey mümkün deyil. Ödənişi edəcəksiniz birdə xəbərini olacaq ki, həmin şəxsi ya həbs ediblər, ya da ölkə xaricindədir. Bundan əlavə bəlkə də ola bilər elə bir universitetə salacaq ki, sizin istəmədiyiniz bir universitet olacaq.
  • Çalışın hazırlıqlara ən gec 9-cu sinifdən başlayın. Bu həm sizin reytinqli universitetlərə qəbulunuza zəmanət olacaq, həm də təqaüd qazanma şansınızı yüksəldəcək. Bu səbəbdən nə qədər tez başlasaz o qədər rahat olar sizin üçün.
  • İnsanların sizə dedikləri özəl universitetlər pisdir, tanınmır kimi fərziyələrə inanmayın. Dünyanı ən reytinqli universitetləri həmişə özəl universitetlər olub. Türkiyədə də ən yaxşı universitetlər özəl universitetlərdir. Koç, Sabancı, Bilkent və s. Dövlətlərin də yaxşı olanları var təbii ki.
  • Universitetlərin saytında gördüyünüz keçid balları o demək deyil ki, sizin o qədər balınız varsa qəbul olacaqsınız. Xüsusilə dövlət universitetlərində keçid balı qədər və ya ondan bir az yuxarı balınız olarsa, qəbul mümkün olmur. Çünki müraciət çox olur və sizin balınız rəqabətə davam gətirmir digərləri ilə nisbətdə. Bu səbəbdən müraciət zamanı diqqətli olmağınızda fayda var.
  • Tək Attestatla İstanbul teknik, ODTÜ və s. universitetlərə qəbul kimi reklamlara inanmayın. Əmin olun ki, orda sizi hər hansısa variantla aldadacaqlar. Böyük ehtimal sizi o universitetlərin yaxınlığında hər hansısa kursa yazacaqlar, və sizə saxta qəbul verəcəklər. Həqiqəti bildiyinizdə artıq gec olacaq.
  • Tək attestatla sözü doğru deyil, yenə də hazırlıq oxumamaq üçün universitetdə dil imtahanı verirsiz. Buna sizə deməsələr də getdikdə biləcəksiz.
  • Magistratura üçün mütləq ALES verməlisiz deyən insanlara inanmayın. Türkiyədə bütün univetsitetlər ALES tələb etmir xarici tələbələrdən. Bəzi universitetlər var, onlar tələb edir. Əsas tələbə ortalama və ingilis dili imtahanıdır (TOEFL və ya YDS). Əgər ALES vermisinizsə, ingilis dili imtahanı verməmisinizsə, sizin ALES balınız yararsızdır. Amma ingilis dili imtahanınız varsa, ALES yoxdursa, bir çox universitetlərə sənədlərinizi təqdim edə bilirsiniz.
  • Özəl universitetlərə müraciət zamanı universitetin rəsmi nümayəndəsi olan şirkətlərə müraciət edin. Hər kəs nümayəndəsiyik deyə sizə danışacaq. Sübut istəyin. Bu hər hansısa sertifikat ola bilər, universitetin saytında həmin şirkətin adı ola bilər.
  • Müraciətə tez başlayın, 11-ci sinifdə olanda dekabra kimi sənədlərinizi təqdim etmək uğurlu olar. Gec müraciət sizə problemlər yarada bilər.
  • Dövlət universitetlərinin qəbuluna zəmanət verən şirkət sizi aldadır, bu mümkün deyil. Çünki rəqabətin necə olacağını heç bir şirkət öncədən bilmir. Sadəcə təxmin etmək olar, digər illərə nisbətdə.

Bu siyahını çox uzatmaq olar. Əsas bunlara diqqət etsəniz, bakalavr və ya magistr təhsiliniz də uğurlu olar. Bizə hər il çox insan müraciət edir və nəticədə görürük ki, səhv yönləndiriblər tələbəni.

Biz CELT Colleges olaraq hər zaman insanlara xidmət etməkdən məmnunluq duyuruq. Hər il göndərdiyimiz yüzlərlə tələbənin məmnuniyyəti bizim uğurumuzdur. Konsultasiya pulsuzdur və hər zaman müraciət edib məsləhət ala bilərsiniz. CELT Colleges Türkiyənin ən reytinqli özəl universitetlərinin Azərbaycanda rəsmi nümayəndəsidir və hər il gördüyümüz işlərlə uğurlu işlərə imza atırıq. Siz də bizə qoşularaq bu uğurlu işlərin bir parçası ola bilərsiniz.

Məqaləni oxuduğunuz üçün təşəkkür edirəm. Əgər Xaricdə Təhsil haqqında mütəmadi olaraq məlumat almaq istəyirsinizsə, bu linkə daxil olaraq abunə ola bilərsiniz. http://bit.ly/celtabroad

CELT Colleges İçərişəhər

Fərid Kərimov

Türkiyədə Təhsil üzrə Koordinator

+99412 492 68 53, +994 55 503 59 39, turkiye@celt.az

104 thoughts on “Türkiyədə təhsil almaq istəyənlər nələrə diqqət etməlidir?”

  1. Salam, mən AzTU universitetində oxuyuram, 3-cü kursam, ortalamam 80+, ixtisasim informasiya texnologiyalarıdır. Adana bilim ve teknoloji universitetində bilgisayar muhendisliyi üzrə oxumaq istəyirəm. Bu universitetdə bakalavr təhsil almaq üçün nə etməliyəm, magistr təhsil almaq üçün nə etməliyəm?

  2. Salam. Koç universitetinə SAT-dən imtahan vermək üçün writing bölməsinə ehtiyac var? Burs üçün ( tibb fakültəsi) nə qədər yığmaq lazımdır?

    1. SAT ABŞ imtahanıdır. Dünyanın hər yerində keçərlidir. YÖS türk imtahanıdır və sadəcə Türkiyədə keçərlidir. Format olaraq eynidir. YÖS riyaziyyatı bir az daha çətindir

  3. Salam.Men 11 ci sinfe kecirem.turkiyede deniz ulastirma ve isletme muhendisligi uzre oxumaq isteyirem.Yos yoxsa sat imtahani vermeyim yaxsidir?. ITU, Piri reis ve Karadeniz universitetlerine Yos vasitesi ile qebul olmaq mumkundurmu?tehsil haqqi ne qeder olu?Birde Bu fakulte ucun burs varmi?

  4. Salam komputer mühəndisliyi üzrə Türkiyədə oxusam diplomum Azərbaycanda tanınacaq? Bunun üçün Yös daha əlverişlidi yoxsa sat? Birdə hansı universitetləri məsləhət görərdiniz?

    1. Salam. Türkiyə üçün Attestat, TOEFL və SAT lazımdır. Bütün bunları bizim kursda hazırlaşa bilərsiniz və qəbul prosesini biz həll edirik.

  5. Ferid bey salam Turkiyede komputer muhendisliyi ucun hansi imtahan verilmelidir VE hazirliga necenci sinifden bashlamaq lazimdir. HEMCININ Turkiyede tibb fakultesini oxumaq ucun hansi imtahan verilmelidir .. SIZIN KURSLAR ne vaxt ishe bashlayir ve qebul necedi.. MESLEHETE ehtiyac var. Evvelceden minnetdaram.

    1. Salam. Türkiyədə hər hansı ixtisasa girmək üçün (və tədris ingilis dilindədirsə) SAT və TOEFL lazımdır. Balınız yüksək olsa TİBBə də qəbul ola bilərsiniz. Fərid m-ə bu emaildən yazın. turkiye@celt.az ama indi Fərdi m çox məşğuldur. Cavablar gec gələ bilər. Ofislərimiz indi bağlıdır. Dövlət icazə verdiyində ofisdə olacağıq. Ama kurslarımız online davam edir. CELT Online tam CELT ofis təhsili kimidir.

    1. Salam. Qəbul üçün TOEFL və SAT lazımdır. Bu imtahanlara bizim ofislərdə hazırlaşa bilərsiniz.Daha ətraflı məlumat üçün də ofislərimizə zəng edə bilərsiniz.

  6. Salam mən hazırlaşıb imtahan vermək istiyrəm türkiyyədə oxumaq üçün amma necə olur onu bilmirəm kiminlə əlaqə saxlaya bilərəm sizcə ??

  7. Salam. Mən eşitdiyimə görə Türkiyədə tibbə qəbul olmaq çox çətin olsada, nə qədər yüksək yığsanda xarici vətəndaşlara yalnız ödenişlidir. 100/100 yığılsa belə. Bu nə qədər doğrudur. Və hansı imtahanlar üzrə çalışmaq lazımdır. Bilirem hər bir universitetin öz qəbul qaydası var. Amma orta aylıq gəliri olan bir ailə üçün hansı məqsədə uyğun olardı. Təbiiki dövlət universitetləri.
    Öncədən təşəkkür edirəm.

    1. Salam. Mən dəqiq bilmirəm hansı imtahanları nəzərdə tutursunuz. Əgər SAT və ya YÖS deyirsinizə, heç bir universitet 100% yığsanız sizə ödənişsiz edəcək deyə bir şey yoxdur. TİBB dövlət unilərində ucuzdur ama pulsuz deyil. Azərbaycan və ya xarici vətəndaşlar üçün pulsuz olmasının tək yolu Turkiyə burslarından keçməkdir. İkinci variant SAT çook yüksək bal topladığınızda bəzi universitetlər güzəşt edir. Ama bu da zamana və bala bağlıdır. 100% kimsə qarantiya verə bilməz.

      Hər ölkənin xarici vətəndaş qəbul etmə siyasəti var ona görə də daxili qəbul kimi baxmayın. Ama Türkiyə dövlət universitetlərində tibb ixtisası Almaniyadan sonra dünyada ən ucuz olan programdır. Azərbaycanın belə tibb ixtisası Türkiyədən bahadır. Və təbii Türkiyə tibbinin keyfiyyəti bir çox ölkədən daha yaxşıdır. Azərbaycanlılar üçün Almaniyada oxumaq çətindir çünki tibb sadəcə almancadır ona görə Türkiyə ən çox üz tuta biləcəkləri sərfəli programdır. Sadəcə yaxşı hazırlaşmaq lazımdır.

  8. Hazirda 3cu kursa kecirem ortalamam 75dir. Magistr oxumaq ucun TOEFL imtahanina ne zamandan baslasam ve ne qeder muddet hazirlaşsam kifayet eder? Bir de molekulyar bioloji ve genetika uzre İstanbul şeherinde tehsil haqqi dövlet ve özel univetsitetlerde hansi araliqda deyisir?

    1. Salam,

      TOEFL üçün indidən başlayıb hazırlaşa bilərsiz. Müddət sizin ingilis dili səviyyənizə görə dəyişəcək. Dövlət universitetləri 4000 tl kimi, özəllər 2000 usd-dan başlayır. Ətraflı 055 503 59 39

    2. Salam. Mən Ege universitetində işletme bölümü (səhv elemiremse biznesin idare edilmesi bölümüdür Azerbaycanca) oxumaq isteyirem. SAT balım ne qeder olmalıdır? Sənədləri nə zaman vermək doğru olar?

      1. Salam Türkiyede incesenet oxumaq isteyirem Sat yoxsa Yös hansı daha yaxşıdır?
        Bilik /qabiliyyet hansına daha çox çalışmalıyam bilikde o qeder de yaxşı deyilem qabiliyyetle keçe bilerem? Bir de hansı üniversiteti tövsüye ede bilersiz ve neye göre?

    1. Salam.mən 11 ci sinifə keçirəm türkiyədə pulsuz və heç bir yös,sat imtahanı olmadan atestat və dim balı ilə necə qəbul ola bilərəm.dövlət və ya özəl fərq eləməz.əvvəlcədən təşəkkür eləyirəm

  9. Salam. Mən ADPU tehsildə sosial-psəxoloji xidmət ixrisasında təhsil alıram. Magistr burslu oxmumaq üçün necə müraciət ede bilərəm ortalamam 80+ du. Kliniki psixologiya üçün hansı unileri məsləhət görersiz burslu.

    1. Salam,

      Klinik psixologiya burslu olmur təəssüf ki. Əlavə olaraq dövlət universitetləri Klinik psixologiya üzrə xarici tələbə qəbul etmir. Özəllərə gedə bilərsiniz. Ətraflı məlumat üçün 055 503 59 39

  10. Salam men Qerbi Kaspi universitetinde biologiya ixtisasi uzre oxuyuram ve magistr ucun Turkiyeye getmek isteyirem. İş tapmaq baxımından sizce öz ixtisasim uzre davam edim yoxsa biznesin idare edilmesi uzre oxuyum? Hansi univetsitetleri meslehet görürsünuz?

    1. Salam,

      Molekulyar biyoloji ve genetika üzrə davam etməyiniz məsləhətdir. Əgər 4-cü kurs deyilsinizsə, TOEFL imtahanı verməyinizi məsləhət görürəm. Universitetlər çoxdur, şəhərlərə görə dəyişir. İstanbul, Marmara, İstanbul Bilgi və s

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec