Türkiyədə təhsil almaq istəyənlər nələrə diqqət etməlidir?

Türkiyəyə təhsil almaq istəyən şagird və tələbələr hər il artır. Həm bakalavr, həm də magistr üzrə minlərlə insan Türkiyədə təhsil almağa üz tutur. Niye Türkiyə seçimi desək, səbəblər çoxdur. Biz bu məqaləmizdə sizə Türkiyədə təhsil almaq istəyən şəxslərin müraciət zamanı  “nələrə diqqət  etməlidir” sualına cavab tapmağa çalışacağıq.

Türkiyədə təhsil almaq istəyənlər artdıqca bu sahədə xidmət göstərən şirkətlər də artır. Amma bu şirkətlərin hamısı doğru məlumat vermir və ya insanları aldadır. Türkiyədə təhsil almaq üçün hansısa şirkətə müraciət edirsinizsə, mütləq şirkəti araşdırın, çünki sizə bir çox şirkət yalan vədlər verərək aldada bilər. Aşağıda diqqət edilməli nüanslara diqqət edək.

  • Hər hansısa şirkət sizdən yüksək məbləğ tələb edərək mən sizi imtahansız reytinqli universitetlərə qəbul etdirərəm deyirsə, inanmayın. Bu tamamilə absurd fikirdir və belə bir şey mümkün deyil. Ödənişi edəcəksiniz birdə xəbərini olacaq ki, həmin şəxsi ya həbs ediblər, ya da ölkə xaricindədir. Bundan əlavə bəlkə də ola bilər elə bir universitetə salacaq ki, sizin istəmədiyiniz bir universitet olacaq.
  • Çalışın hazırlıqlara ən gec 9-cu sinifdən başlayın. Bu həm sizin reytinqli universitetlərə qəbulunuza zəmanət olacaq, həm də təqaüd qazanma şansınızı yüksəldəcək. Bu səbəbdən nə qədər tez başlasaz o qədər rahat olar sizin üçün.
  • İnsanların sizə dedikləri özəl universitetlər pisdir, tanınmır kimi fərziyələrə inanmayın. Dünyanı ən reytinqli universitetləri həmişə özəl universitetlər olub. Türkiyədə də ən yaxşı universitetlər özəl universitetlərdir. Koç, Sabancı, Bilkent və s. Dövlətlərin də yaxşı olanları var təbii ki.
  • Universitetlərin saytında gördüyünüz keçid balları o demək deyil ki, sizin o qədər balınız varsa qəbul olacaqsınız. Xüsusilə dövlət universitetlərində keçid balı qədər və ya ondan bir az yuxarı balınız olarsa, qəbul mümkün olmur. Çünki müraciət çox olur və sizin balınız rəqabətə davam gətirmir digərləri ilə nisbətdə. Bu səbəbdən müraciət zamanı diqqətli olmağınızda fayda var.
  • Tək Attestatla İstanbul teknik, ODTÜ və s. universitetlərə qəbul kimi reklamlara inanmayın. Əmin olun ki, orda sizi hər hansısa variantla aldadacaqlar. Böyük ehtimal sizi o universitetlərin yaxınlığında hər hansısa kursa yazacaqlar, və sizə saxta qəbul verəcəklər. Həqiqəti bildiyinizdə artıq gec olacaq.
  • Tək attestatla sözü doğru deyil, yenə də hazırlıq oxumamaq üçün universitetdə dil imtahanı verirsiz. Buna sizə deməsələr də getdikdə biləcəksiz.
  • Magistratura üçün mütləq ALES verməlisiz deyən insanlara inanmayın. Türkiyədə bütün univetsitetlər ALES tələb etmir xarici tələbələrdən. Bəzi universitetlər var, onlar tələb edir. Əsas tələbə ortalama və ingilis dili imtahanıdır (TOEFL və ya YDS). Əgər ALES vermisinizsə, ingilis dili imtahanı verməmisinizsə, sizin ALES balınız yararsızdır. Amma ingilis dili imtahanınız varsa, ALES yoxdursa, bir çox universitetlərə sənədlərinizi təqdim edə bilirsiniz.
  • Özəl universitetlərə müraciət zamanı universitetin rəsmi nümayəndəsi olan şirkətlərə müraciət edin. Hər kəs nümayəndəsiyik deyə sizə danışacaq. Sübut istəyin. Bu hər hansısa sertifikat ola bilər, universitetin saytında həmin şirkətin adı ola bilər.
  • Müraciətə tez başlayın, 11-ci sinifdə olanda dekabra kimi sənədlərinizi təqdim etmək uğurlu olar. Gec müraciət sizə problemlər yarada bilər.
  • Dövlət universitetlərinin qəbuluna zəmanət verən şirkət sizi aldadır, bu mümkün deyil. Çünki rəqabətin necə olacağını heç bir şirkət öncədən bilmir. Sadəcə təxmin etmək olar, digər illərə nisbətdə.

Bu siyahını çox uzatmaq olar. Əsas bunlara diqqət etsəniz, bakalavr və ya magistr təhsiliniz də uğurlu olar. Bizə hər il çox insan müraciət edir və nəticədə görürük ki, səhv yönləndiriblər tələbəni.

Biz CELT Colleges olaraq hər zaman insanlara xidmət etməkdən məmnunluq duyuruq. Hər il göndərdiyimiz yüzlərlə tələbənin məmnuniyyəti bizim uğurumuzdur. Konsultasiya pulsuzdur və hər zaman müraciət edib məsləhət ala bilərsiniz. CELT Colleges Türkiyənin ən reytinqli özəl universitetlərinin Azərbaycanda rəsmi nümayəndəsidir və hər il gördüyümüz işlərlə uğurlu işlərə imza atırıq. Siz də bizə qoşularaq bu uğurlu işlərin bir parçası ola bilərsiniz.

Məqaləni oxuduğunuz üçün təşəkkür edirəm. Əgər Xaricdə Təhsil haqqında mütəmadi olaraq məlumat almaq istəyirsinizsə, bu linkə daxil olaraq abunə ola bilərsiniz. http://bit.ly/celtabroad

CELT Colleges İçərişəhər

Fərid Kərimov

Türkiyədə Təhsil üzrə Koordinator

+99412 492 68 53, +994 55 503 59 39, turkiye@celt.az

104 thoughts on “Türkiyədə təhsil almaq istəyənlər nələrə diqqət etməlidir?”

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir