ODTÜ -də necə təhsil almaq olar?

Bu bloq yazımızda sizlərə Türkiyənin ən güclü universiteti olan ODTÜ yəni Orta Doğu Texnik Universitetində necə təhsil almaq olar sualına cavab tapacaqsınız.

Orta Doğu Texnik Universiteti demək olarki Türkiyənin ən güclü universiteti olmaqla bərabər eyni zamanda qəbul şərtləri ən çətin olan universiteti kimi də bilinir. ODTU tələbəsi və məzunu olmaq tək Türkiyəli və Azərbaycanlı gənclərin həvəsi olmamaqla yanaşı həmçinin dünyanın bir çox ölkəsində yaşayan gənclərində həvəsindədir.

Universitetin tələb etdiyi imtahanlar? Azərbaycanlı tələbələr aşağıdakı imtahanlardan birini verməklə universitetə qəbul ola bilər. Hal-hazırda Azərbaycanlı tələbələr bakalavr təhsil pilləsi üzrə 3 imtahan yolundan birini seçməklə qəbul ola bilərlər.

  • SAT imtahanı ilə yeni SAT imtahanından 1200 balı keçmiş və riyaziyyat hissəsi 800 ballıq sistemdən 680 baldan yüksək olan tələbələr.
  • İB – İB Azərbaycanda bəzi məktəblərdə tədris olunan xüsusi proqramdır bu proqramın sonunda İB diplomu verilir və həmin diplom balınız 33 baldan yüksəkdirsə siz ÖDTÜ yə qəbul ola bilərsiniz.
  • TQDK balı – ixtisas fənni üzrə TQDK imtahanından 650 balı keçən tələbələr qəbul ola bilərlər.

Qeyd etmək istərdimki ODTÜ də oxumaq istəyənlər YÖS imtahanına hazırlaşmasınlar çünki universitet YÖS imtahan nəticəsi ilə tələbə qəbul ETMİR.

Yuxarıda qeyd etdiyimiz imtahanlardan birini vermisinizsə bu o demək deyilki siz universitetə qəbul olacaqsınız. Çünki universitetə bütün dünyadan o qədər çox saylı tələbə müraciət edir ki, burada rəqabət həddindən artıq böyükdür. Yaxşı olarki sizin bu imtahan nəticələrindən əlavə olaraq beynəlxalq olimpiada nəticələriniz, beynəlxalq yarışlarda qalibiyyətiniz və könüllü iştirak etdiyiniz layihələri sübut edəsiniz. Bu zaman sizin digər namizədlərdən üstünlüyünüz ola bilər, Bundan əlavə sizin referans məktublarınız və motivasiya məktublarınız yaxşı şəkildə yazılmalıdır. Orta məktəb qiymətləriniz isə bacardığınız qədər yüksək saxlamalısınız. Universitetdə təhsil dili ingiliscə olduğu üçün sizin Toefl və ya İELTS imtahan nəticəniz olmalıdır əgər dil sertifikatınız yoxdursa o zaman bir il əlavə hazırlıq keçməli olacaqsınız.

Orta Doğu Texnik Universiteti bir dövlət universiteti olduğu üçün təhsil haqqı da aşağıdır orta hesabla illik 2.000 TL olacaqdır. Universitetə sənəd qəbulu isə may ayından avqust ayının sonuna kimi davam edir. Universitet il ərzində bütün ölkələrdən 300 nəfərə yaxın xarici tələbə qəbul edir. Bu isə hər ixtisasa 5-10 nəfərin qəbul olması deməkdir. Rəqabət olduqca böyükdür.

Qəbul üçün:
012 492 68 53, 055 503 59 39 
Fərid müəllim

163 thoughts on “ODTÜ -də necə təhsil almaq olar?”

    1. Salam. SAT hazırlığına başlamaq üçün ingilis dili səviyyəsi B2 (upper intermediate) olmalıdır. Normalda hazırlıq 6-9 ay aralığında dəyişir. Amma bu tələbənin bacarığına və sürətinə görə dəyişə bilir.

  1. Salam. SAT imtahanı versəm TOEFL/IELTS imtahanı verməyimə ehtiyac var? İkinci sualım, Memarlıq ixtisasının balı neçədir? Üçüncü sualım hal hazırda iqtisadiyyat üzrə təhsil alıram Azərbaycanda, 2023də bitəcək. İstəyirəm ki 2022 yayında imtahan verim memarlığa qəbul olub dondurum, sonra burdakı sonuncu kursu bitirib 2023də başlayım ODTÜyə. Bu mümkündür? (qəbul olandan sonra dondurmaq)
    Təşəkkür

    1. Salam. SAT giriş imtahanıdır ama TOEFL dil imtahanı. Yəni hər ikisi lazımdır bakalavr üçün. Memarlıq üçün əlavə qabliyyət imtahanı da lazım olacaq. Dondurmaq üçün gərək otdudan icazə alasınız. Ama edərlər etməzlər bu bir az onların verəcəyi qərardır.

  2. Salam. Men SAT 1450 bal yigsam ve elave olaraq tqdk -dan 670+ bal olsa, ODTU computer engineering ixtisasina qebul olma shansi ne qederdi? 2020/21 ci il uchun min bal 1520 olub, buna baxmayaraq, yene de 1450 ile dushme shansi var mi? Senedleri gonderde TQDK neticesi de ustunluk dashiyir ya ancaq SAT neticesine baxirlar?

    1. Salam. Bu ilki təcrübəmizdən deyə bilərik ki, 677 DIM nəticəsi olan bir tələbə qəbul almadı (tələbənin 1510 SAT nətiəsi də var idi). Amma növbəti il üçün yenə də şansınızı yoxlaya bilərsiniz əlbəttə ki. Qəbullar cari ilin nəticələrindən asılı olduğuna görə əvvəlcədən proqnoz vermək çətindir.

  3. Salam, hər vaxtınız xeyir olsun. Mən 476 bal ilə bul olmuşam Azərbaycanda. Indi başqa bir sahəni öyrənmək üçün daha 4 il oxumağı fikirləşirəm. ODTÜ’də YÖS’ə hazırlaşmağı istəyirdim taaki bu məlumatı oxuyandan sonra. YÖS qəbul etmirlər heç cürə? IELTS də almaq istəyirdim onu da götürmürlər eləmi? Ancaq SAT?

  4. Salam men eger tqdk imtahanindan 656 bal yigmiwamsa ve menim bilik yariwlarda mueyyen qelebelerim varsa demeli men odtu-de pulsuz tehsile yeni illik emekhaqqi odemeden tehsil ala bilerem ?