ODTÜ -də necə təhsil almaq olar?

Bu bloq yazımızda sizlərə Türkiyənin ən güclü universiteti olan ODTÜ yəni Orta Doğu Texnik Universitetində necə təhsil almaq olar sualına cavab tapacaqsınız.

Orta Doğu Texnik Universiteti demək olarki Türkiyənin ən güclü universiteti olmaqla bərabər eyni zamanda qəbul şərtləri ən çətin olan universiteti kimi də bilinir. ODTU tələbəsi və məzunu olmaq tək Türkiyəli və Azərbaycanlı gənclərin həvəsi olmamaqla yanaşı həmçinin dünyanın bir çox ölkəsində yaşayan gənclərində həvəsindədir.

Universitetin tələb etdiyi imtahanlar? Azərbaycanlı tələbələr aşağıdakı imtahanlardan birini verməklə universitetə qəbul ola bilər. Hal-hazırda Azərbaycanlı tələbələr bakalavr təhsil pilləsi üzrə 3 imtahan yolundan birini seçməklə qəbul ola bilərlər.

  • SAT imtahanı ilə yeni SAT imtahanından 1200 balı keçmiş və riyaziyyat hissəsi 800 ballıq sistemdən 680 baldan yüksək olan tələbələr.
  • İB – İB Azərbaycanda bəzi məktəblərdə tədris olunan xüsusi proqramdır bu proqramın sonunda İB diplomu verilir və həmin diplom balınız 33 baldan yüksəkdirsə siz ÖDTÜ yə qəbul ola bilərsiniz.
  • TQDK balı – ixtisas fənni üzrə TQDK imtahanından 650 balı keçən tələbələr qəbul ola bilərlər.

Qeyd etmək istərdimki ODTÜ də oxumaq istəyənlər YÖS imtahanına hazırlaşmasınlar çünki universitet YÖS imtahan nəticəsi ilə tələbə qəbul ETMİR.

Yuxarıda qeyd etdiyimiz imtahanlardan birini vermisinizsə bu o demək deyilki siz universitetə qəbul olacaqsınız. Çünki universitetə bütün dünyadan o qədər çox saylı tələbə müraciət edir ki, burada rəqabət həddindən artıq böyükdür. Yaxşı olarki sizin bu imtahan nəticələrindən əlavə olaraq beynəlxalq olimpiada nəticələriniz, beynəlxalq yarışlarda qalibiyyətiniz və könüllü iştirak etdiyiniz layihələri sübut edəsiniz. Bu zaman sizin digər namizədlərdən üstünlüyünüz ola bilər, Bundan əlavə sizin referans məktublarınız və motivasiya məktublarınız yaxşı şəkildə yazılmalıdır. Orta məktəb qiymətləriniz isə bacardığınız qədər yüksək saxlamalısınız. Universitetdə təhsil dili ingiliscə olduğu üçün sizin Toefl və ya İELTS imtahan nəticəniz olmalıdır əgər dil sertifikatınız yoxdursa o zaman bir il əlavə hazırlıq keçməli olacaqsınız.

Orta Doğu Texnik Universiteti bir dövlət universiteti olduğu üçün təhsil haqqı da aşağıdır orta hesabla illik 2.000 TL olacaqdır. Universitetə sənəd qəbulu isə may ayından avqust ayının sonuna kimi davam edir. Universitet il ərzində bütün ölkələrdən 300 nəfərə yaxın xarici tələbə qəbul edir. Bu isə hər ixtisasa 5-10 nəfərin qəbul olması deməkdir. Rəqabət olduqca böyükdür.

Qəbul üçün:
012 492 68 53, 055 503 59 39 
Fərid müəllim

163 thoughts on “ODTÜ -də necə təhsil almaq olar?”

  1. Salam. OTDÜ -də ödənişsiz təhsil almaq olar mı? Birdə SAT imtahanlarında nələr tələb edilir?
    Öncədən təşəkkürlər.

  2. Salam mən birinci imtahanda 300 baldan 278 bal yığmışam Otdü də bilgisayar muhendisliyinde oxumaq istəyirəm 665civari toplaşan qəbul ola bilərəm?

    1. Salam. 100% olacaqsınız deyə bir şey yoxdur ama rəqabət olmazsa çox güman ki qəbulunuz mümkündür. İxtisas seçimi də önəmlidir. Bunun üçün 055 503 59 39 nömrəsinə zəng vurun.

  3. 2000 TL yataqxana daxildirmi ve men meselen ikinci ixtisas qrupunun imtahanı ile ora daxil olmuşamsa, yalnız ekonomi ve işletme seçe bilerem, yoxsa digerlerini de seçmek olur?

    1. Təqaüd xeyir təbii ki. Qəbul ola bilərsiniz. Nə qədər şansınız var sualını kimsə cavab verə bilməz. ÖTDÜ işləyənlər belə. Müraciətdən sonra rəqabətə görə qəbul müəyyənləşir.

  4. Salam.(Computer Science) ÖDTÜ -də Master oxumaq üçün tələblər nədir ? Zəhmət olmasa məlumat verərdiz.(Hazırda ADNSU 3-cü kursam,IELTS 8,heç-bir layihə və ya olimpiadalarda iştirak etməmişəm,könüllü olmamışam.

  5. Salam. ODTÜ -də master baredə tələblər nədir? mən petrol mühendisliyi istəyirem. Qəbul şərtləri, tqdk balı önəmlidirmi və s. Zəhmət olmasa bu haqda məlumat verərdiniz

  6. Salam,
    Hal-hazırda 11-ci sinifə keçirəm,Əgər mən 1-ci qrup üzrə 660+ yığsam ancaq nə SAT nə dəTOFEL balım olmasa,lakin layihələrdəki fəal iştiraklarıma görə və B1 ingilis dili səviyyəm olsa,məkətəb qiymətlərim
    1ci sinifdən bəri qiymətlərim hamısı 5 olsa, o univertetə qəbul olma şansım varmı?Pulsuz yalnız

  7. Salam
    Namizedlik ireli surulen zaman mutleq tqdk qrupuna uygun fakulte sechilmelidir yoxsa ferq etmir?
    Meselen 2. Qrup hazirlashan IT oxuya biler?

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next