Lider Tələbələr

Bloomberg Businessweek bloqu olduqca maraqlı araşdırma edib. Ceffri Pfefferin “Biznes məktəbləri insanlarda özünəvurğunluq yaradırmı və buna qarşı mübarizə aparmaq lazımdırmı” adlı məqaləsi günümüzün ən əsas məsələlərindən biridir. Çübki, bu hal-hazırda müasir MBA proqramlarının abituriyent seçimi zamanı rəhbər tutduğu meyarlar haqqında düşünməyə sövq edir. Doğrudanmı biznes məktəbləri özünə vurğun lider obrazını populyarlaşdırır?
Pfefferin fikrincə, qəbul komissiyaları müəyyən tip abituriyentlərin qəbul olunmasında daha çox maraqlıdırlar. Araşdırmada verilən məlumata əsasən, “onlar elə cizgilərə malik olmalıdır ki, bu xarakterlər, məhz özünə aşiq insanlara xasdır”. “Rəqibləri ötməyə can atmaq, öz üzərinə məsuliyyət götürmək istəyi, ekstrovertlik, liderlik keyfiyyətləri və əgər işin keyfiyyətini digərləri qiymətləndirirsə, daha çox səy göstərməyə meyllilik kimi” xüsusiyyətlər daha çox rəğbətlə qarşılanır. Bu gün kompaniyalar ən fərqli məhsullara, xidmətlərə və hədəflərə malikdirlər -bəlkə biznes məktəbləri də gələcək rəhbərlərin seçimində tətbiq etdikləri yanaşma üsulunu dəyişmək haqqında düşünsələr yaxşıdır?

O bildirir ki, artıq on ildən çoxdur ki, tələbələrin qəbulu ilə məşğul olur və hələdə də bilmir ki, abituriyenti qiymətləndirmək nə dərəcə də çətindir: o kollektivə daxil olduqdan sonra inkişaf edəcəkmi? MBA proqramları tərəfindən bu qədər yüksək qiymətləndirilən keyfiyyətlər insanda biznes məktəbinə qəbul olmaq barədə qərar verməkdən çox-çox öncə inkişaf edir. Bütün həyat boyu, hətta ilkin inkişaf mərhələlərindən başlayaraq, şəxsiyyətin formalaşmasına bir çox faktorlar təsir edir: təcrübə, ailə, sosial-iqtisadi status, həmçinin müvafiq əlverişli şəraitin olması və ya əksinə, lazımı şəraitin olmaması.

İnsanlar təcrübələrinə əsaslanaraq qərar qəbul edirlər (sadə nümunə: uğur insanda özünə əminlik yaradır, daha da irəli getməyə kömək edir, uğursuzluq isə əksinə, insanı əksər hallarda düşündüyündən imtina etməyə məcbur edir). Universitetə daxil olmaq qərarı verəndə abituriyentlər özləri nəyə qadir olduqlarını müəyyən edirlər. Bir çoxlarını özlərinin yaratdığı məhdudiyyətlər və nümunəvi MBA tələbəsinin necə olması haqqında mövcud olan təsəvvürləri addım atmaqdan saxlayır. Buna görə də baxmayaraq ki, biznes məktəbləri ən fərqli keyfiyyət və səriştəyə malik gənc insanları öz sıralarına cəlb etməyə çalışır, potensial namizədlərin əhatəsi öz-özünə daralır.

Biznes məktəblərə sadəcə yaxşı oxuyacaq və gözəl tələbə olacaq abituriyentlər lazım deyil, həm də uğurlu karyera qura biləcək və gələcəkdə də cəmiyyətə fayda verəcək şəxslər gərəkdir. MBA proqramlarının konkret bir tipdə olan insanları öz cərgələrinə cəlb etməsi təkcə onların deyil, həm də onların üzərinə bu gözləntiləri qoyan və məhdudiyyətləri yaradan bizlərin günahıdır.
Düzdür, özünə aşiq liderlər daha çox diqqət cəlb edir, amma bu o demək deyil ki, onlar sizdən daha uğurlu və daha nüfuzlu olacaqlar, siz sadəcə öz gücünüzü sınağa çəkməlisiniz. Düşünün, bəlkə çərçivələri əslində mövcud olmadığı bir yerdə görürsünüz?


[recent_products per_page=”12″ columns=”4″ orderby=”date” order=”desc”]

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next