Ruprext Karl Heydelberq Universiteti

Almaniya Universitetlərində təhsil almaq, karyera qurmaq bütün tələbələrin arzusudur. Əgər Almaniyada təhsil almaq istəyirsiniz, universitet seçə bilmirsinizsə universitetlər haqqında olan yazılarımızı izləyin. Beləliklə hansı universitetdə təhsil almaq istədiyinizi qısa zamanda müəyyən edə bilərsiniz.

Universitet haqqında

Ruprext Karl Heydelberq Universiteti (Ruprecht-Karls-Universität Heidelberg)-Almaniya Federativ Respublikasının Heydelberq şəhərində yerləşir. Bu ali təhsil müəssisəsi Müqəddəs Roma imperiyasında yaranmış dördüncü, Almaniyada isə ən qədim universitetdir. 1386-cı ildə Heydelberqdə qurulmuşdur. Almaniyanın ən qədim və ən prestijli universitetlərindən biridir. Bir çox məşhur məzunları vardır. Məşhur şair və mütəfəkkir Məhəmməd İqbal bir müddət burada təhsil almışdır. Böyük Britaniyanın “Times Higher Education Supplement – QS World Universities Rankings” jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən Heydelberq Universiteti 100 ən yaxşı ali məktəb arasında 57-ci yerdə olub. 2010-cu ildə dünyanın ən nüfuzlu universitetləri arasında “Times Higher Education World University Rankings”in açıqlamasına əsasən Heydelberq Universiteti 83-cü yerdə, “QS World University Rankings”in açıqlamasına görə isə 51-ci yerdədir.

Tarixi

1378-ci ildə xristianlığın iki qolu arasında baş verən parçalanmadan və papa XI Qreqorinin ölümündən sonra iki papa seçilir. Onlardan biri Avinyonda (fransızlar tərəfindən seçilmiş), digəri isə Romada (italyanlar tərəfindən seçilmiş) fəaliyyət göstərir. Bu zaman almanlar Romada fəaliyyət göstərən papa VI Urbanı dəstəkləyirlər. Kurfürst (feodal Almaniyada imperator seçmək hüququna malik olan nüfuzlu knyaz) I Ruprext papa VI Urbanın yaxın adamları ilə danışıqlar apararaq universitet fondunun yaradılması haqqında papa bullası (papa tərəfindən möhürlənmiş sənəd) almağa nail olur. 1385-ci il oktyabrın 23-də papa VI Urban məktəb (lat. Studium Generale) yaradılmasına icazə verir, 1386-cı il iyunun 26-da isə I Ruprext universitet yaradılması haqqında əmr imzalayır. Papanın nizamnaməsində göstərildiyi kimi, yeni universitet Paris Universitetinə uyğun yaradılır və dörd fakültədən (fəlsəfə, ilahiyyat, hüquq və tibb) ibarət olur. 1386-cı il oktyabrın 18-də xüsusi Papa messası (katolik ibadətlərindən birinin adı və bu ibadət zamanı çalınan musiqi) altında Heydelberq şəhərində Almaniyanın ilk universitetinin açılışı baş tutur. Universitetin ilk rektoru orta əsrlər filosofu İngenli Marsilius təyin edilir. Universitet sürətlə inkişaf etməyə başlayır və artıq 1390-cı ildə burada 185 tələbə təhsil alırdı.
XV əsrin sonunda universitetin rektoru yepiskop İohann fon Dalberqin təşəbbüsü ilə burada humanizm mədəniyyəti tədris edilir. Heydelberq Universitetində Alman humanizm məktəbinin yaradıcılarından Rudolf Aqrikola, Konrad Setls, Yakob Uimpfelinq, İohann Reyxlinin adlarını qeyd etmək olar. 1482-ci ildə papa IV Sikst ruhani olmayan və evli şəxslərin papanın razılığı ilə universitetdə adi tibb professoru vəzifəsinə təyin olunmasına, 1553-cü ildə isə papa III Yulius kilsə gəlirindən ruhani olmayan professorlara vəsait ayrılmasına icazə verir. Martin Lüterin mühazirələri 1518-ci ilin aprelində universitetdə böyük əks-səda doğurur, onun müəllim və alimlər arasından olan tərəfdaşları tezliklə Almaniyanın cənub-qərbində Reformasiya hərəkatının aparıcı qüvvələrinə çevrilirlər. 1563-cü ildə Heydelberq Universitetinin İlahiyyat məktəbinin əməkdaşları Heydelberq katexizisi hazırlayırlar. XVI əsrdə humanizmlə yanaşı, universitetdə Kalvinizm cərəyanı da tədris olunur və bu cərəyanın aparıcı simalarından Pavel Sxede, Yan Qruter, Martin Opits və Matteus Merianıni qeyd etmək olar. Bu dövrdə universitet ölkənin mühüm mədəni və akademik mərkəzinə çevrilir, ali məktəbə çoxlu sayda alim cəlb edilir. Lakin 1618-ci ildə başlamış Otuz İllik müharibə universitetin inkişafını dayandırır. 1622-ci ildə dünya üzrə tanınmış Palatina kitabxanası universitetin kilsəsindən oğurlanaraq Romaya gətirilir. 1693-cü ildə isə XIV Lüdoviqin qoşunları, demək olar ki, Heydelberq Universitetinin binalarını tamamilə dağıdır.
1933-cü ildə Üçüncü Reyxin yaranmasından sonra Heydelberq Universiteti Almaniyanın digər ali təhsil müəssisələri kimi millətçi-sosialistləri dəstəkləyir. Bir çox dissidentlər ölkəni tərk etmək məcburiyyətində qalır. 1933-cü il mayın 17-də Heydelberq Universitetinin müəllim və tələbələri Universitet meydanında kitab yandırılması mərasimində iştirak edirlər və həmin dövrdən universitet millətçi ali məktəb kimi tanınır. Ali məktəbin girəcəyində yazılmış “Canlı ruh” şüarı “Alman ruhu” ilə əvəz olunur. II Dünya müharibəsindən sonra Heydelberq Universiteti müharibə zamanı dağıntıya məruz qalmadığı üçün burada bərpa prosesi sürətlə gedir. Ali məktəbin əvvəlki “Həqiqətin, ədalətin və insanlığın canlı ruhu” şüarı özünə qaytarılır. 1960-1970-ci illərdə universitet sürətlə inkişaf edir, şəhər kənarında Nyunheymer Feld ərazisində ali məktəbin nəhəng tibb və dəqiq elmlər kampusu açılır. 2007-ci ildə Heydelberq Universiteti Almaniya Federal Təhsil və Elmi Tədqiqatlar Nazirliyi və Almaniya Tədqiqat Fondu tərəfindən alman universitetlərinin beynəlxalq təsirinin gücləndirilməsi, universitetlərdə təhsil alan gənc alimlərə gözəl şərait yaradılması məqsədilə təsis olunan Misilsiz Təşəbbüs maliyyə proqramına qoşulur.

Büdcəsi

2009-2010-cu tədris ilində Heydelberq Universitetinin illik büdcəsi 603,8 milyon avro təşkil edib. Ali məktəbin illik gəlirləri həmin il 187,1 milyon avro, xərcləri isə 180,5 milyon avro olub. Heydelberq Universitetində təhsil haqqı hər semestr 500 avro təşkil edir. Qeydiyyatdan keçmək üçün tələbə 104 avro ödəməlidir. Qeydiyyat xərcləri ilə birgə təhsil haqqının məbləği hər semestr 604 avrodur. Universitet tələbələrdən tibbi sığortadan keçməyi tələb edir. Tibbi sığortanın məbləği 6 ay üçün 296,55 avrodur. Avropa Birliyindən olan tələbələr öz vətənlərində tibbi sığortadan keçmələri haqqında sənəd təqdim edərlərsə, tibbi sığortadan azad edilirlər. Heydelberq Universitetinə qəbul olan tələbələr qalmaq üçün əvvəlcədən özlərinə yer axtarmalıdırlar. Hazırda kampus ərazisində otaqların aylıq qiyməti 200-500 avro arasında dəyişir. Hər semestrin əvvəlində tələbə 120 avro ödəyərək semestr bileti əldə edir, bu da semestr ərzində ona Heydelberq şəhəri ərazisində bütün növ ictimai nəqliyyatdan pulsuz istifadə etməyə imkan yaradır. Universitetdə tələbələrə bir neçə təqaüd (Curt Engelhorn, Heidemarie Engelhorn, Wild, Ray and Elfie Carrell, DAAD) təklif edilir. Təqaüdlərin əksəriyyətinin, DAAD təqaüdü (400 avro) istisna olmaqla, məbləği ayda 660 avrodur.


[recent_products per_page=”8″ columns=”4″ orderby=”date” order=”desc”]

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next