İtirdiyimiz ƏN BÖYÜK bacarıq…

İnsanlar artıq malik olduqları ən böyük bacarıqdan biri olan “əl ilə yazmaq” bacarığını itirmək üzrədir.

Əvvəllər insanlar bir-biriləri ilə məktubla yazışırdılar. Bir-birlərinə demək istədikləri sözləri bir kağıza yazıb göndərərdilər. Hətda artıq bəzi yazıcılar, şairlərdə bu bacarıq itmək üzrədir. Çünki onlar da əvvəllər kağız qələmlə əsərlərini yazsalar da indi artıq bunu komyuterlərlə edirlər. Çünki kağıza yazıb sonradan kompyuterə köçürməyi də özlərinə vaxt sərfiyyatı hesab edirlər.

İnsanlar Allahın onlara verdiyi və əsirlərlə qazandığı yazı yazmaq bacarığını klaviaturalara qurban vermək üzrədirlər.

Alimlərin apardığı araşdırmaya görə son 10 ildə insanların 5% -dən çoxu artıq yazı yazmaq bacarığını itiriblər. 

Lakin alimlər insanların bu bacarığı itirməsinin onlar üçün çox böyük acı nəticə verəcəyini bildirirlər.

1980 -cı ildən bu yana aparılan araşdırmalar onu göstərir ki, bir insan gün ərzində 25-30 dəqiqə  duyğularını əks etdirən yazılar yazmaqla o fiziki və zehni sağlamlığına çox böyük təsir göstərir.Bu təsirlər insanı psixoloji xəstəliklərdən, depressiyadan uzaqlaşdırır və hətda immunitetini güclənməsinə səbəb olur.

1999 -cu ildə bir elmi nəşirdə dərc edilən araşdırmaya görə stress dolu bir həyat əl ilə yazanlardan daha çox, klaviaturada yazmağa üstünlük verənlərdə görünür. 

Vaşinqton Universitetinin fəxri professoru Virginia Berninger iddia edir ki, biz bir hərfi yazarkən onu hissə-hissə yazırıq. Bu proses bizim beynimizin duyğusal hissələrini hissə-hissə əhatə edir. Lakin klaviatura ilə yazarkən bu proses baş vermir. 

2017 -ci ildə “Frontiers in Psychology” nəşrində yer alan araşdırmada göstərilir ki, bir işi yazı ilə tamamlayanların beynində öyrənmə hissəsinin  klaviatura ilə tamamlayanlardan daha çox aktiv olduğu ortaya çıxmışdır.

Bəzi vaxtlar əl ilə yazma klaviatura ilə yazmadan daha çox vaxt sərfiyyatına səbəb ola bilir. Lakin əl ilə yazmanın insanın fiziki və zehni güclənməsinə və gördüyü işi və yaxud yazdığı yazını daha tez qavramasına səbəb olur ki, bu da insan beyninin daha yaxşı çalışması deməkdir.

Bundan başqa 2014-cü ildə “Psychological Science” nəşrində dərc edilən araşdırmada da əl ilə yazmanın klaviatura ilə yazmaqdan daha üstün olduğu qənaətinə gəlinmişdir.

Belə ki, Carnegie Mellon universitetinin professoru Danile Oppenheimer əl ilə yazmağın ən birinci üstünlüyünün insanı yavaşlatması olduğunu bildirir. 

Oppenheimer qeyd edir ki, “mühazirə zamanı əl ilə yazan tələbələr söylənilən cümləni tam olaraq eyni anda eyni formada yazmağa vaxt çatdırmadqları üçün mövzunu anladıqları formada yazmağa çalışırlar. Bu da onların danışılan mövzuya öz yanaşmaları ilə baxmalarına və mövzunu anlayıb başa düşdükləri formada yazmalarına səbəb olur. Lakin klaviatura ilə yazanlar kəlimələri eşitdikləri kimi çap etdiklərindən onlarda mövzu haqqında heç bir anlayış formalaşmır. Nəticədə klaviatura ilə yazan əl ilə yazan tələbədən fərqli olaraq mövzu haqqında daha az anlayışa sahib olur.”

Yuxarıda göstərilən hər bir araşdırma və faktlar onu göstərir ki, insanların “danışıq bacarığından” sonra sahib olduqları ən böyük bacarıq “əl ilə yazmaq” bacarığıdır. Bu bacarığı itirməyimiz bizim  beynimizin funksionallığını itimək deməkdir. Bundan başqa əl ilə yazmağın həm fiziki həm zehni bizə çox yararlı olduğunu və psixoloji sağlam olmağımıza zəmin yaratdığını unutmamalıyıq. Çoxunuz bəlkə də əl ilə yazmağı çoxdan unutmusuz. Adi hardasa adınızı və soyadınızı yazarkən barmaqlarınızın necə ağrıdığını da yəqin hiss etmisiz. Bu o deməkdir ki, Siz insanın bəşəriyyət tarixində qazandığı ən böyük bacarıqlardan birini itimək üzrəsiniz. Ona görə yazı yazmağa başlayın. Yazmaqla bağlı heç bir işiniz olmasa belə, bir qələm və vərəq götürüb gündəlik duyğularınızı fikirlərinizi yazmağa başlayın. Unutmayın ki, bu bacarığı itirmək danışmaq bacarığını itirməyə bərabər bir haldır. 

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.