İnkişaf tendensiyası: Robotun müəllimi kimdir?

Hal-hazırda dünyada baş verən dəyişiklikləri hamımız müşahidə edirik. İllər keçdikcə İnsan öz beyninə daha yaxşı hakim olub inkişaf edir və yeni-yeni ideyalar, kəşflər meydana gəlir. Biz insanların gələcəyi görmək kimi bacarığımız olmasa da gələcəyi yaratmaq kimi bacarığımız vardır. Məhz bu yaratmaq bacarığımız son 30 ildə bizlərə insanlıq tarixinin ən böyük kəşflərini yaratmağa səbəb olmuşdur.

Dünyada texnologiya sahəsində böyük inkişaf müxtəlif peşələrdə çalşan insanları xüsusilə müəllimləri, həkimlərii, mühəndisləri, arxitektorları, fəhlələri və s sahələrdə çalışanları düşündürməlidir. Çünki bu inkişaf və bu inkişafla ayaqlaşmamaq onlara bir çox əngəllər törədəcəkdir.

Məsələn Cənubi Koreyada orta məktəbələrə ingilis dili dərslərini tədris etmək üçün xüsusi robotlar gətirilib. Sizdə sual yarana bilər? Bəs o Robotun müəllimi kimdir? ? Yəqin ki, bu sualın cavabını tapdınız….

Məlumat üçün bildirək ki, yaxın 20 il ərzində tikinti sektorunda çalışanların 40-50% -ni robotlar əvəz edəcəkdir. 

Əlavə olaraq bildirək ki, artıq bir-neçə ildir ki, dünyanın ən böyük şirkətlərindən olan Amazon öz anbarlarının çox hissəsini tam robotlaşdırıb.

Təhsil sektorunun robotlaşdırılması prosesi isə yuxarıda qeyd etdiyimiz kimi bır sıra ölkələrdə artıq başlamışdır. Bu o deməkdir ki, artıq insanları bir çox sahələrdə robotlar əvəz edəcəkdir. Lakin bu o demək deyil ki, insanlar işsiz qalacaqlar. Amerikada bir nəşriyyatda dərc olunan “Robototexnika və süni intellekt insanlığın gələcəyi üçün nə vəd edir?” adlı yazıda yaxın gələcəkdə robotlaşdırmanın ilkin olaraq tikinti sektorunu əhatə edəcəyi və bu da tikinti sektorunda baş verən çoxlu insan ölümünün qarşısını alacaqdır. Lakin robotların tikinti sektoruna inteqrasiyası həm də insanlar üçün yeni çox geniş iş imkanlarının yaranmasını təmin edəcəkdir. -deyə bildirilmişdir.

Ümumiyyətlə, yeni kəşflər və texnologiyanın inkişafı insan gələcəyi üçün bütün dünyada yaxşı bir ümumi cəmiyyətin formalaşacağına ümid verir. Təhsilli olmaq və hər hansı peşəyə yiyələnmək bir insan üçün çox vacibdir. Çünki gələcək məhz təhsilli və hər hansı peşəyə sahib olan və peşəkar olan şəxslər üçün çox geniş imkanlar vəd edir.

Uşaqların təhsili, onların gələcəkdə hansı peşəyə sahib olacaqlarını indidən müəyyən etmək çətinləşib. Çünki uşaqların düşüncəsi onların həyata baxışı biz böyüklərdən daha fərqlidir. Alimlərin gəldiyi qənaətə görə 2016-cı ildən doğulan uşaqların 60-70%-nin gələcəkdə hansı peşə ilə məşğul olacaqları hələ elmə məlum deyil. Bu o deməkdir ki, dünyada geniş inkişaf tendensiyası vardır və gələcəkdə bu inkişaf nəticəsində hansı peşələrin yaranacağı və hansı peşələrə təlabatın daha çox olacağı məlum deyil. Ona görə bir valideynin ilkin olaraq qarşısında duran əsas məqsəd uşağının təhsilli olmasını təmin etməkdir. Ona yaxşı təhsil almağa şərait yaratmalı və öz düşüncəsinə sahib bir şəxsiyyət kimi tərbiyə etməlidir.

Hal-hazırda yeniyetmələrin, gənclərin dünyanın müxtəlif ölkələrində istənilən sahə üzrə təhsil almaq imkanı vardır. Bu imkandan yararlanmaq üçün xaric dil biliklərinin və seçdiyi sahə üzrə geniş biliklərə sahib olması kifayətdir. Hər bir yeniyetmənin, gəncin müəyyən məqsədi var. Kimisi hər hansı sahədə kəşflər etmək istəyir, kimisi hansısa sahə üzrə böyük biznesə sahib olmaq istəyir, kimisi isə seçdiyi peşə üzrə yaxşı təhsil alıb yaxşı mütəxəsiss olmaq istəyir. Müxtəlif məqsədlərdən asılı olmayaraq bu istəklərin hər birinin ardında elm, bilik və təhsil dayanır. Dünyada baş verən inkişaf tendesiyası ilə ayaqlaşmaq üçün daim axtarışda olmaq, araşdırmaçı olmaq lazımdır. Məsələn əgər Siz müəllim olaraq və yaxud müəllimlik üzrə təhsil alan tələbə olaraq təhsildə baş verən yenilikləri izləyib daim özünüzü inkişaf etdirirsinizsə və ümumiyyətlə təhsil sistemi və tədris metodikasını dərindən yiyələnirsinizsə o zaman Siz həmişə təlabatlı olacaqsınız.

Bu yazımızı ingilis fiziki və astronomu İsaak Nyutonun kəlamı ilə bitiririk.“Elm hüdudsuz bir okeandır; mən və bir sıra dostlarım bu okeandan bir neçə damlanı içmək fürsətini əld

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
John Doe
John Doe@username
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Previous
Next