İngilisdilli Yay Düşərgəsi

Yay yaxınlaşdıqca valideynlər övladlarınının istirahətini düşünməyə başlayırlar.  Hər kəs istəyir ki, övladları həm oxusun, həm  də yaxşı  istirahət edə bilsin. Biz neçə illik  təcrübəmizə əsaslanaraq Sizi,yəni həm valideynlərin,həm də gənclərinin istəyini təmin edəcək “İngilisdilli yay  məktəbləri” təşkil edirik. Yay məktəbi bir çox üstünlüklərə malikdir. İlk öncə istirahət etməklə yanaşı ingilis dili biliyini də inkişaf etdirirsən.

 Hər il olduğu kimi bu ildə fərqli məkanda təşkil edəcəyik yay məktəbini. “İngilisdilli Yay məktəbi” artıq dörd  ildir ki, CELT Colleges tədris mərkəzində uzunmüddətli bir layihə olaraq həyata keçirilir.Məkan olaraq hər il fərqli məkanları seçirik. Təbii ki, seçimlərdə təbiəti, mənzərəsi gözəl olan məkanlara üstünlük verilir.

2 həftədən başlayan proqrama aşağıdakılar daxildir:

  • Britaniya və Amerikadan olan müəllimlərlə gündəlik dərs
  • Tələbələrə rəhbərlik edəcək CELT şirkətinin təyin etdiyi məsul şəxs
  • Gündə üç dəfə müxtəlif çeşidli Avropa və Azərbaycan mətbəxi
  • Voleybol, basketbol, diskoteka, hovuz
  • Məkana yaxın olan digər rayonlara ekskursiya

“Azərbaycanın səfalı guşələrində dincəl və ingilis dilin öyrən” devizi altında bu proqramla  həmişə irəliləyirik. Tələbələrin rahatlığını təmin etmək üçün  ingilis dili dərsləri həm yerli müəllimlərlə, həm də əcnəbi müəllimlərlə dərslər təşkil olunur. İngilis dili bilikləri   Pre-intermediate səviyyəsində olan tələbələrə əcnəbi müəllimlər dərs keçirlər. Tələbələr 10-15 nəfərlik  qruplara bölünür.

  • Yay düşərgəsinin üstünlükləri:
  • Sıx meşəliyin olması
  • Rahat şərait
  • İştirakçılara yüksək xidmət göstərilməsi
  • Müxtəlif sivilizasiyalara məxsus insanlarla söhbət etmək imkanı
  • Yüksək sürətli internet

Burada tələbələrimizə kompyuter texnologiyaları ilə əlaqəli olan istənilən fəaliyyət sahəsində aldıqları biliklərdən faydalanmaq imkanı yaradılıb. DVD dərsləri isə hər həftənin sonunda seyr etdikləri filmlərə aid inşalar yazmaqdan ibarətdir

Ətraflı məlumat və qeydiyyat üçün

CELT Colleges 28 May,
Rəşid Behbudov küç. 56,
Xarici Dillər Universitetinin yanı,
Tel: (012) 441 36 65, (055) 760 76 76, Blackberry BBM: 2A9C620A

101 thoughts on “İngilisdilli Yay Düşərgəsi”

  1. Salam
    Ayliq odenish haqqinda melumat elde ede bilerem?
    Xahish olunur E-mail adresima cavabinizi gondersiniz.

    1. Fərid Kərimov (Admin)

      1 günü 30 manat. Hər şey daxildir bura. Ətraflə məlumat üçün yuxarıda göstərilən nömrələrlə əlaqə saxlayın

    1. Fərid Kərimov (Admin)

      Bir günü 30 manat. Bura hər şey daxildir. Düşərgə Oğuzda olmaqla bərabər Şəki və Qəbələyə də ekskursiyalar təşkil olunacaq

  2. sadece yaw heddini yazmaq kifayyet ederdi..ona gore zenge ne ehtiyyac varki..ok… deye bilmisinizse problem yoxdu sagolun

    1. Fərid Kərimov (Admin)

      Kurslarınmızda İngiltərə dərs sistemi tətbiq olunur və dərs vəsaitləri də English Fİle dərs kitablarıdır. Yəni bu kitablardan istifadə olunur. Müəllimlərimiz TEFL/TESOL (Beynəlxalq ingilis dili müəllimliyi üzrə sertifikat) sertifikatı əldə etmiş müəllimlərdir.

  3. salam.oguz rayonunda harda yerlewir? ve nece muddetlikdi ? odeniw ne qederdi? ve mene zehmet olmasa ing dili haqqinda hansi kursunuzu meslehet gorerdiniz?

    1. Fərid Kərimov (Admin)

      Düşərgə ilə bağlı ətraflı məlumat üçün bu (012) 441 36 65, (012) 492 58 21 (055) 760 76 76 nömrələrlə əlaqə saxlayın. Kursumuzun Bakıda 9 filialı vardır.Bu linkdə filiallar haqqında məlumat var. http://celt.wpengine.com/elaqe/

      Bütün filiallarda eyni sistem tətbiq olunur. Sizə hansı yaxındısa ora yaxınlaşın

  4. SALAM MƏNİM 25 YAŞIM VAR İŞLƏYİRƏM TƏLƏBƏ DEYİLƏM.İNGİLİS DİLİNİ AZ-MAZ BİLİRƏM.MƏN QATILA BİLƏRƏM.

    1. Fərid Kərimov (Admin)

      Salam. Bu nömrələrlə (012) 441 36 65, (012) 492 58 21 (055) 760 76 76 əlaqə saxlayın dəqiq deyərlər sizə.

      Təşəkkürlər

    1. Fərid Kərimov (Admin)

      Müxtəlif yaş qrupları olur. Bu nömrəyə zəng vurub konkret yaş qrupunu soruşa bilərsiniz. (012) 441 36 65

      Təşəkkürlər

    1. Fərid Kərimov (Admin)

      Salam, düşərgə 1 hefteden 8 hefteye kimi ola bilər. Seçim sizdən asılıdır. Qiymət barədə mümkünsə zəng etməyiniz məsləhətdir. Lakin gündə cəmi 30 AZN. Amma günlər artdıqca qiymətlər dəyişə bilər.

    1. Fərid Kərimov (Admin)

      Hər halda qatıla bilərsiniz. Mən sizə zəng etməyi məsləhət görərdim. Əgər sizin qrup təşkil olunubsa, problem olmayacaq.

  5. sizde online oyrenmek mumkundur? men dil bilik seviyyemi artirmaq isteyirem, amma isde olduguma gore kursa getmeye vaxtim olmur, ona gore bilmek isterdim ki, sizin komeyinizle online oyrenmek mumkundur? eger yoxsa basqa bele saytlar var?

Leave a Comment