Yay yaxınlaşdıqca valideynlər övladlarınının istirahətini düşünməyə başlayırlar. Hər kəs istəyir ki, övladları həm oxusun, həm də yaxşı istirahət edə bilsin. Biz neçə illik təcrübəmizə əsaslanaraq Sizi,yəni həm valideynlərin,həm də gənclərinin istəyini təmin edəcək “İngilisdilli yay məktəbləri” təşkil edirik. Yay məktəbi bir çox üstünlüklərə malikdir. İlk öncə istirahət etməklə yanaşı ingilis dili biliyini də inkişaf etdirirsən.
Hər il olduğu kimi bu ildə fərqli məkanda təşkil edəcəyik yay məktəbini. “İngilisdilli Yay məktəbi” artıq dörd ildir ki, CELT Colleges tədris mərkəzində uzunmüddətli bir layihə olaraq həyata keçirilir.Məkan olaraq hər il fərqli məkanları seçirik. Təbii ki, seçimlərdə təbiəti, mənzərəsi gözəl olan məkanlara üstünlük verilir.
2 həftədən başlayan proqrama aşağıdakılar daxildir:
- Britaniya və Amerikadan olan müəllimlərlə gündəlik dərs
- Tələbələrə rəhbərlik edəcək CELT şirkətinin təyin etdiyi məsul şəxs
- Gündə üç dəfə müxtəlif çeşidli Avropa və Azərbaycan mətbəxi
- Voleybol, basketbol, diskoteka, hovuz
- Məkana yaxın olan digər rayonlara ekskursiya
“Azərbaycanın səfalı guşələrində dincəl və ingilis dilin öyrən” devizi altında bu proqramla həmişə irəliləyirik. Tələbələrin rahatlığını təmin etmək üçün ingilis dili dərsləri həm yerli müəllimlərlə, həm də əcnəbi müəllimlərlə dərslər təşkil olunur. İngilis dili bilikləri Pre-intermediate səviyyəsində olan tələbələrə əcnəbi müəllimlər dərs keçirlər. Tələbələr 10-15 nəfərlik qruplara bölünür.
- Yay düşərgəsinin üstünlükləri:
- Sıx meşəliyin olması
- Rahat şərait
- İştirakçılara yüksək xidmət göstərilməsi
- Müxtəlif sivilizasiyalara məxsus insanlarla söhbət etmək imkanı
- Yüksək sürətli internet
Burada tələbələrimizə kompyuter texnologiyaları ilə əlaqəli olan istənilən fəaliyyət sahəsində aldıqları biliklərdən faydalanmaq imkanı yaradılıb. DVD dərsləri isə hər həftənin sonunda seyr etdikləri filmlərə aid inşalar yazmaqdan ibarətdir
Ətraflı məlumat və qeydiyyat üçün
CELT Colleges 28 May,
Rəşid Behbudov küç. 56,
Xarici Dillər Universitetinin yanı,
Tel: (012) 441 36 65, (055) 760 76 76, Blackberry BBM: 2A9C620A
men universitet telebesiyem istirak ede bilerem?
salam. Sualima cavab verdiyiniz ucun TWK-ler
bu duwerge ne vaxt olacaq?.xahiw elider melumat verin
salam.Ingilisdilli yay dusergesinde istirak etmek isteyirem bunun ucun ne etmeliyem zehmet olmasa cavab yazin.
Bu nömrələrlə əlaqə saxlayın, sizə deyəcək ətraflı. (012) 441 36 65, (012) 492 68 53 (055) 760 76 76
Qiymeti ne4iedi? Ve ne4e yash arasi insanlar gele biler?
Bu nömrələrlə əlaqə saxlayın zəhmət olmasa. (012) 441 36 65, (012) 492 68 53 (055) 760 76 76
salam, zehmet olmasa yazin, men bu abuneni nece legv edim? istemirem mail gelsin bu adresden maila.
mekan,vaxt ve giymat.