İngilis dilini bizimlə öyrən

İngilis Dilini bizimlə öyrən.

Qloballaşan  dünyada  getdikcə  ingilis dilinə ehtiyac daha da çoxalır. Hal – hazırda dünyada xeyli insan ingiliscə danışır. Hətta bəzi ölkələr var ki, ingilis dilini dövlət dili kimi də qəbul ediblər. Bu kimi ölkələrə İngiltərə və ABŞ-dan başqa Kanada,Avstraliya, Yeni Zenlandiya kimi ölkələri nümunə göstərmək olar.

Hal-hazırda da gənclər də başa düşürlər ki, ingilis dilini bilmədən ölkədən kənara çıxmaq olmaz və yaxud da dünya görüşünü inkişaf etdirmək olmaz. İngilis dilini bilməklə uğura aparan yola açar əldə etmiş olursan. Yəni bugünkü zamanda uğur əldə etmək istəyirsənsə, dünya görüşünü inkişaf etdirmək istəyirsənsə, müasir dünya yeniliklərindən məlumatlı olmaq istəyirsənsə ,ingilis dilini mütləq öyrənmək lazımdır.

İngilis dilli ölkələrin insanları çox xoşbəxtdir ki, onların ana dili olan ingilis dili bütün dünyada keçərlidir. Amma ingilis dili olmayan ölkələrdə bu dili öyrənmək gərəkir. Bu ölkələrdən biri də Azərbaycandır. Azərbaycan 1991-ci ilə kimi Sovet Sosialist Respublikasının tərkibində olduğundan bu ölkədə rus dili əsas dil kimi istifadə olunub və insanların əksəriyyəti rus dilini öyrənib.

Həm də o dövrlərdə ingilis dili dünyada o qədər məşhurlaşmamışdır. O zamanlar rus dili əsas dil kimi istifadə edilirdi. Bu səbəbdən ingilis dili bir o qədər inkişaf etməyib Azərbaycanda. Lakin müstəqillik qazandıqdan sonra xüsusilə də Azərbaycanın Avropaya inteqrasiyasından sonra burada da ingilis dilinə maraq artdı.

Bu səbəblə 2000-ci ildə CELT tədris mərkəzi yaradıldı. CELT-in əsas məqsədlərindən biri də ingilis dilinin Azərbaycanda tədrisi olub. 2000-ci ildən bəri minlərlə tələbə bizim vasitəmizlə ingilis dili biliklərinə yiyələnib və sərbəst ingiliscə danışığa malikdir. Bundan başqa ingilis dilini öyrənən bir çox tələbələrimiz təhsillərini avropa, amerika və s. ölkələrdə təhsillərini davam etdirmişlər.

İngilis dilini necə öyrənə bilərəm?

Bu dili öyrənmək kimin üçünsə çətin, kimin üçünsə də asandır. Təbii ki, insanların psixologiyaları, yaddaşları  eyni olmadığından bəzi insanlar tez öyrənə bilir, bəziləri isə gec öyrənirlər. Amma bunun da öyrətmə yolları var. Gec öyrənə bilən insanlara da ingilis dilini öyrətmək mümkündür. Bunun üçün müəllim həmin tələbəyə uyğun metodika tətbiq etməlidir. Ən sadə və primitiv metodlarla tələbəyə dərsi başa salmalıdır.Bu asan olmasa da müəllim bunu etməyə borcludur.

Bizim mərkəzdə kursa yazılmaq istəyən şəxslərin ilk öncə  səviyyələri yoxlanılır. Sonra hansı səviyyədədirsə, o səviyyəyə uyğun dərslər təyin olunur. Bu barədə növbəti yazılarımızda bu mmövzuya qayıdacağıq.

Əgər siz də ingilis dilində sərbəst danışmaq istəyirsinizsə, bizim xidmətlərimizdən istifadə edin, keyfiyyəti özünüz görəcəksiniz. Qısa müddət ərzində ingilis dilində danışmağı bacaracaqsınız. Bundan başqa xaricdə təhsil almaq istəyən şəxslərə yaxından köməklik göstəriləcək.

CELT 28 May

Rəşid Behbudov küç. 56

Xarici Dillər Universitetinin yanı

Tel: (012) 441 36 65, (055) 760 76 76 

57 thoughts on “İngilis dilini bizimlə öyrən”

  1. salam men ingilis dilion oyrenmek isteyirem.bakida yasamiram.rayonda yasayiram.internet vasitesile ingilis dilin oyrene bilerem sizden?

  2. `Salam mənim oğlum 8-ci sinifdə oxuyur.İngilis dilini zəif bilir.Sizin kursda təhsil ala bilərmi?Təhsil haqqı nə qədərdir?

  3. sürətli ingilis dili 2(iki) nəfərlik qrupda təhsil haqqı neçiyədir?
    Ödənişi kursu başlayarkən vermək lazımdır yoxsa sonra?
    Ayın axırı vermək olarmı?

    1. Fərid Kərimov (Admin)

      CELT İçəri Şəhər (Baş Ofis)

      Məmməd Əfəndiyev küç. 6

      İçəri şəhər metrosu ( Axundov Bağı)

      Tel: (012) 492 6853

  4. salam,mənim 36 yaşım var,ingilis dilini öyrənmək istəyirəm,azdan-çoxdan bilirəm. kurs vaxtlarını sərbəst seçmək olar? məsələn işdən sonra..

    1. Fərid Kərimov (Admin)

      Salam. Bu sizin səviyyənizdən asılıdır.Biz sizi yoxladıqdan sonra deyə bilərik neçə ay davam edəcək

    1. Fərid Kərimov (Admin)

      Ingilis dili kursları həftədə 3 dəfə 2.5 saat olur. fərdi şəkildə 220 man, 2 nəfərlik qrup 135 man, 3 nəfərlik qrup 96 man

    1. Fərid Kərimov (Admin)

      Salam Gunka. Ümumi ingilis dili kursları həftədə 3 2.5 saat olur. Kursa gələrkən sizi yoxlayırlar hansı səviyyəyə uyğun olarsınızsa o səviyyəyə yerləşdirilirsiniz. Fərdi şəkil də 220 AZN. 2 nəfərlik qrup 135 AZN. 3 nəfərlik qrup 96 AZN. müəllimdən və yaxud da dərs sistemindən xoşunuz gəlməsə 1 həftə ərzində imtina edə bilərsiniz.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir