İngilis dilini bizimlə öyrən

İngilis Dilini bizimlə öyrən.

Qloballaşan  dünyada  getdikcə  ingilis dilinə ehtiyac daha da çoxalır. Hal – hazırda dünyada xeyli insan ingiliscə danışır. Hətta bəzi ölkələr var ki, ingilis dilini dövlət dili kimi də qəbul ediblər. Bu kimi ölkələrə İngiltərə və ABŞ-dan başqa Kanada,Avstraliya, Yeni Zenlandiya kimi ölkələri nümunə göstərmək olar.

Hal-hazırda da gənclər də başa düşürlər ki, ingilis dilini bilmədən ölkədən kənara çıxmaq olmaz və yaxud da dünya görüşünü inkişaf etdirmək olmaz. İngilis dilini bilməklə uğura aparan yola açar əldə etmiş olursan. Yəni bugünkü zamanda uğur əldə etmək istəyirsənsə, dünya görüşünü inkişaf etdirmək istəyirsənsə, müasir dünya yeniliklərindən məlumatlı olmaq istəyirsənsə ,ingilis dilini mütləq öyrənmək lazımdır.

İngilis dilli ölkələrin insanları çox xoşbəxtdir ki, onların ana dili olan ingilis dili bütün dünyada keçərlidir. Amma ingilis dili olmayan ölkələrdə bu dili öyrənmək gərəkir. Bu ölkələrdən biri də Azərbaycandır. Azərbaycan 1991-ci ilə kimi Sovet Sosialist Respublikasının tərkibində olduğundan bu ölkədə rus dili əsas dil kimi istifadə olunub və insanların əksəriyyəti rus dilini öyrənib.

Həm də o dövrlərdə ingilis dili dünyada o qədər məşhurlaşmamışdır. O zamanlar rus dili əsas dil kimi istifadə edilirdi. Bu səbəbdən ingilis dili bir o qədər inkişaf etməyib Azərbaycanda. Lakin müstəqillik qazandıqdan sonra xüsusilə də Azərbaycanın Avropaya inteqrasiyasından sonra burada da ingilis dilinə maraq artdı.

Bu səbəblə 2000-ci ildə CELT tədris mərkəzi yaradıldı. CELT-in əsas məqsədlərindən biri də ingilis dilinin Azərbaycanda tədrisi olub. 2000-ci ildən bəri minlərlə tələbə bizim vasitəmizlə ingilis dili biliklərinə yiyələnib və sərbəst ingiliscə danışığa malikdir. Bundan başqa ingilis dilini öyrənən bir çox tələbələrimiz təhsillərini avropa, amerika və s. ölkələrdə təhsillərini davam etdirmişlər.

İngilis dilini necə öyrənə bilərəm?

Bu dili öyrənmək kimin üçünsə çətin, kimin üçünsə də asandır. Təbii ki, insanların psixologiyaları, yaddaşları  eyni olmadığından bəzi insanlar tez öyrənə bilir, bəziləri isə gec öyrənirlər. Amma bunun da öyrətmə yolları var. Gec öyrənə bilən insanlara da ingilis dilini öyrətmək mümkündür. Bunun üçün müəllim həmin tələbəyə uyğun metodika tətbiq etməlidir. Ən sadə və primitiv metodlarla tələbəyə dərsi başa salmalıdır.Bu asan olmasa da müəllim bunu etməyə borcludur.

Bizim mərkəzdə kursa yazılmaq istəyən şəxslərin ilk öncə  səviyyələri yoxlanılır. Sonra hansı səviyyədədirsə, o səviyyəyə uyğun dərslər təyin olunur. Bu barədə növbəti yazılarımızda bu mmövzuya qayıdacağıq.

Əgər siz də ingilis dilində sərbəst danışmaq istəyirsinizsə, bizim xidmətlərimizdən istifadə edin, keyfiyyəti özünüz görəcəksiniz. Qısa müddət ərzində ingilis dilində danışmağı bacaracaqsınız. Bundan başqa xaricdə təhsil almaq istəyən şəxslərə yaxından köməklik göstəriləcək.

CELT 28 May

Rəşid Behbudov küç. 56

Xarici Dillər Universitetinin yanı

Tel: (012) 441 36 65, (055) 760 76 76 

57 thoughts on “İngilis dilini bizimlə öyrən”

  1. ingilis dilin oyrenmek istiyirem ayligi? heftede nece defe? ve nece saat? birde dushergede gedib 2-3 gunluk dincelmek olar ve yash hedd?